53
Num PaĢa gəldikdən sonra bir daha məscidə çevrilmiĢdir. ġimal qapısı tərəfdə isə
böyük bağçalı və yonma daĢdan tikilmiĢ Xan sarayı vardır. Daxili çox bəzəkli olub
divarlarında kitabələr, xanlar zamanına aid Ģəkillər olduğu söylənilir. Qalanın digər
qismində rus əsgər qazarmaları, həbsxana və digər müəssisələr mövcuddur. RəĢid
Əfəndioğlu bir də indiki Ģəhərin xaricində Göri-Çayın mənsəbində daha bir qədim
qala qalığının olduğundan xəbər verir
163
. ġəki Ģəhəri haqqında osmanlı
mənbələrində də məlumat vardır. 1581-ci ilin oktyabrın sonunda ġəki vilayətində
olmuĢ osmanlı müəllifi AĢıq Çələbi əsl qəsəbəyə rast gəlməmiĢdir. ġəki hakimi
ġahmir xandan “ġəki Ģəhərdir, yoxsa kənddir?” sorduqda, “Əvvəlcə ġəki bir Ģəhər
idi. Lala Mustafa PaĢa ġirvanı aldığı zaman ġəki əhalisi əsgərlərin ehtiyacını təmin
edə bilməyib Ģəhəri tərk edərək dağlara dağılmıĢlar. Osmanlı əsgərləri də qıĢda
ġəkinin taxta evlərini odun əvəzinə istifadə etdiklərindən Ģəhər xarab olmuĢ və
əhali kəndlərdə qalmıĢ (-149-), Ģəhərə dönməmiĢlər” cavabını almıĢdır. AĢıq
Çələbiyə görə, bu vilayət çox abad və məhsuldardır
164
. Evliya Çələbi ġəkini
ƏrəĢdən iki mənzil Ģimalda göstərir. Onun yazdığına görə, ġəki “Bir təpəcik
üzərində, daĢdan [tikilmiĢ] gözəl qaladan ibarətdir. Gəncə qapısı və ġirvan qapısı
adlanan iki qapısı vardır. Üç min ev, yeddi mebrablı məscid, karvansara və
hamamlara malik bir qaladır”. Evliya Çələbi burada Mirzə Əlibəy camesi, LağuĢ
Əhmədbəy, Üçüncü Murad camelərinin olduğunu söyləyir
165
. Hal-hazırda elm
aləmində olan hakim fikir qədim ġəki Ģəhərinin Nuxadan baĢqa yerdə olması
fikridir. Cənab Minorskinin söylədiyi bir rəvayətə görə, qədim ġəki indikı Nuxanın
cənubi-qərbində ġəkili (ġhekili) adlanan kəndin yerində olmuĢdur
166
. BaĢqaları
isə Ģəhərin ancaq 1772-ci ildə, qədim Ģəhərin güclü seldən xarab olduğu vaxtda
indiki yerinə keçirildiyini, qədim Ģəhərin [isə] yenə eyni KiĢ çayının (kənarında),
hal-hazırda Carabad adlanan yerdə olduğunu söyləyirlər
167
. Minorskiyə görə, Nuxa
kəlməsinə XVIII əsrdən əvvəl təsadüf olunmur
168
. CanaĢviliyə görə, indiki Ģəhərin
yerində əvvəlcə Nux-Patis kəndi mövcud olmuĢdur
169
. Amma Kərim Ağa və oğlu
Mustafa Ağanın tarix [kitablarında] Ģəhər keçmiĢ və yeni dövrlərdə ġəki və Nuxa
adlarının hər ikisi ilə adlanmaqdadır. Seqalın və Əbdüləli bəyin söylədiklərinə
görə, Nuxa adı Nuxut kimi də tələffüz edilmiĢdir. Katib Çələbidə (s. 402) “ġirvan
və Gəncə səmtlərinə yaxın Dağıstan ərazisində iri bir qəsəbə kimi böyük Nuxud
kəndi” xatırlanır. Məncə bu indiki Nuxadır. Katib Çələbiyə görə, bu Nuxadan
Xaçmaza, oradan da Qbaya gəlirlər. Bu, əlbəttə, Qəbələ olasıdır; çünki eyni müəllif
deyir: “Nuxadan Gəncəyə gedən yolun üzərində bir mərhələ məsafədə Kiçi-
163
И. Азкомстарис, III, 65.
164
Mənazil əl-əvalim Nuri Osmaniyə nüsxəsi, №3032, vər. 271-272.
165
E. Çələbi, U, s. 289.
166
E.Ġ. “ġəki” məqaləsi
167
Изв Азкомстартс, Ш, 72
168
ĠE “ġəki” məqaləsi.
169
Gürcü Ģəhzadəsi VaxuĢti, Gürcüstanın coğrafiyası, ruscası (Записки Kaвказиского отдела
Русского географического общества, книжка XXIV,вып. 5, Тбилиси, 1904) s. 117 haĢiyə
54
Dəhənə mövcuddur. Ulu-Dəhənə Kiçi – Dəhənədən iki mildə (təqribən 4 km)
Gəncə yolunun bir tərəfində qalır. Həmin Ulu-Dəhənədən iki dayanacaqda
Xaçmas, oradan iki mənzildə Qba yerləĢir”. Bu son Qba da əlbəttə Qəbələdən,
Xaçmas, Kiçi və Ulu-Dəhənə isə bu gün Nuxa-Gəncə və Nuxa-Qəbələ arasında
olan kəndlərdən olmalıdır
170
. Buna əsasən (-150-) Nuxa, Nuxud qədim ġəki
kəlməsinin sinonimi olaraq XVII əsrin baĢlanğıcında, ehtimal ki, hələ XVI əsrdə
iĢlənmiĢdir. Mustafa Ağanın tarixində vilayət mərkəzi olan ġəkinin səfəvilərdən
əvvəl Qutula xanın oğlu ġəkixan zamanında indiki Nuxanın 20 km cənubunda və
indiki Ģose yolunun üzərində, hazırda Cəfərabad ilə Haybulaq arasındakı Aravətən
kəndinə köçürüldüyü göstərilir
171
. Həmçinin Əbdüləli bəy ġıkinin məĢhur
alimlərindən Əyri-Boyun Əbdürrəhim Qazının vilayət mərkəzinin bir zamanlar
Turğut-Navur yanında olduğu barədə bir rəvayətin mövcudluğunu bildirdiyini
söyləyir. Amma bu ġəki, tarixçi və ravilərin ümumi qənaətinə [görə], Ģəhərin
səfəvilər və osmanlılar dövründəki indiki yerində olduğu mərkəzindədir. Hal-
hazırda bu Ģəhər Qafqaz dağlarının qollarından birinin alçaq yamacının sonunda,
750 metr yüksəklikdə yerləĢir. Əgər Ģəhər, Məqdisinin dediyi kimi, bir zamanlar
düzən yerdə mövcud olmuĢdursa, bu ancaq XV-XVI əsrlərdən daha əvvəlki
dövrlərdə ola bilər. Bununla bərabər, KiĢ çayının böyük sellər vaxtı dağıntı
törədərək ġəkinin ətraf məhəllələrini (bəlkə, bir vaxtlar iç qalasını da) baĢqa уerə
köçürməyə məcbur etdiyi də məlumdur.
Hal-hazırda ġəkidə mövcud olan Xan sarayı Kör Mehmed Həsən xan
tərəfindən 1797-ci ildə tikilmiĢdir
172
. Sarayın qısa tarixini Əfəndioğlu RəĢid bəy
vermiĢdir
173
. Bura 1925-ci ildə həmin RəĢid bəy, ġərifoğlu, Tağıoğlu, Ġsmayıloğlu
tərəfindən tədqiq edilmiĢdir
174
, lakin həmin tədqiqatların nəticələri hələlik
mətbuatda nəĢr olunmamıĢdır. Qalanın inĢası, Mustafa xana görə
175
Hüseyn xana
(1765), digərlərinə görə
176
Kör Mehmed Həsən xana (1790) aid edilməkdədir. Bu,
əlbəttə, Ģəhərin iç qalasıdır. Evliya Çələbinin söylədiyi iki qapılı qala indiki qalanın
yerində daha əvvəllər mövcud olmuĢ bir qala ola bilər. ġəhərin qədim çöl qalası
RəĢid bəyin dediyi Gör-Çayda divarlarının qalığı qalmıĢ qala olmalıdır ki, [hələ]
tədqiq olunmamıĢdır. ġəhərin dabbağçılar məhəlləsindəki came [məscidini] də
əhali osmanlılar dövrünə aid abidə kimi tanıyırmıĢ. ġərifoğlu Ģəhərdə “Almalı”
adlanan alçaq qaya üzərindəki camedə onun 1692-ci miladi ilində tikildiyini
170
Katib Çələbi ġirvan və Muğan məntəqələri haqqında [danıĢarkən] bizə məlum olmayan, ehtimal ki,
rəsmi marĢrutlardan istifadə etmiĢdir; amma, bunları öz bildiyi kimi təsnif edərək yanılmıĢdır. O, bu
marĢrutda da Xaçması Quba vilayətindəki Xaçmasla eyniləĢdirərək Qəbələni Quba oxumuĢ ola bilər.
171
Кавказский вестник, 1902, № 1, с. 74.
172
Изв. Азкомстарис, III, 65.
173
Изв. Азкомстарис, III, 65.
174
Изв. O.O. изуч. Аз., II, 67
175
Кавказский Вестник, eyni I, s. 8
176
Изв. Азкомстарис, III, с. 72.