A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

46 

 

41).  Bundan  sonra  Qəbələ  və  Kərzol  ĢirvanĢahların  əlində  qaldı.  1025-ci  ildə  (-



129-)  adı  çəkilən  IV  Yəzidin,  bəzi  arvadlarını  götürərək,  gəzinti  və  ov  məqsədilə 

Kərzola gəldiyi söylənilir (s. 42). 

ġərifoğlu  Qəbələnin  hələ  XIV  əsrdə  xarab  olduğu  fikrindədir.  Halbuki, 

Ģəhər  həmin  yerdə  monqollar,  Teymur,  səfəvilər,  osmanlılar  və  Nadir  Ģahın 

dövrlərində də xatırlanır. Monqollar dövründə Qəbələ ipək və əkin məhsulları ilə 

tanınırdı

135

.  1387-ci  ildə  (15)  Teymur  Tiflisdən  dönərkən  düĢərgəsini  Qəbələdə 



salmıĢdı

136


. Səfəvilərin və osmanlıların vaxtında Qəbələdə hakimlik edən valilərin 

adları  belə  məlumdur

137

.  1606-cı  ildə  osmanlı  ordusunun  məğlubiyyəti  və  ġah 



Abbasın  ġirvanı  istilasına  qədər  Qəbələ  möhkəmləndirilmiĢ  qala  olub,  əhalisi  də 

axıra  kimi  osmanlıların  tərəfində  olmuĢdur.  Eləcə  də,  Qəbələ  1733-cü  ildə  Nadir 

Ģaha qarĢı da hüsni-rəğbət bəsləmədi. Osmanlı tərəfdarı olan Surxay xan ġamaxıda 

məğlub  olduqdan  sonra  Qəbələdə  sığınacaq  tapdı.  Nadir  Ģah  qalanı  həmin  ilin 

dekabr ayının 26-da iĢğal etdi və orada bir həftəyə qədər qaldı

138


1580-cı  ildə  Özdəmiroğlu  Osman  PaĢanın  təzkirəçisi  Dal  Mehmet  Asafi, 

Qıyqı  bəy  adlı  birisi  ilə,  Qəbələnin  mühafizəsinə  təyin  edildiyi  üçün  Ģəhər  və 

qalanın  müfəssəl  təsvirini  vermiĢdir.  Qala  o  zaman  xarab  vəziyyətdə  olduğundan 

onların özləri tərəfindən təmir edilərək müdafiəyə layiq Ģəklə salınmıĢdır. Asəfinin 

təsvirinə görə, qala indi olduğu yerdə, iki çayın birləĢdiyi məkanda olub, qədimdən 

bir  xəndəklə  əhatələnmiĢdir.  Bunun  sahilində  bir  top  atımı  yerdə  boğaz  vardı  ki, 

onun  ağzı  bağlandığı  təqdirdə  xəndəklərə  su  dolur  və  Ģəhərə  ancaq  qayıqlarla 

gəlirmiĢlər

139


. Lazım olduqda su ilə doldurula bilən bu xəndəyin qalığı bu gün də 

                                                           

135

H.Qəzvini, mətn, 92.  



136

ZN, I, 406.  

137

Aləm-ara, s. 60, 474; Ali, Nüsrətnamə, vər. 120, 168



a

138



Mirzə Mühdi xan, CahangüĢay-e Nadiri, s. 139-142.  

139


Osman PaĢanın müəllifə (Dal Mehmet Asəfiyə - P.V.) əmri (ġücaətnamə, vər. 138

b: 


Gəl, gir, seyr elə Qəbələ qalasını 

Tez bina et yıxılmıĢ qülləsini. 

Qalanın vəsfi. vər. 129

b



Adlı qaladır, amma ki, divarı yox 

Köhnəlib, yerdə yatır, bir qaladır 

Çox müvərrixlər tarixdə demiĢ 

Ġki yandan iki arx axsa əgər 

Bir olur ikisi o suyun o dəm 

             . 

Əvvəllər bir sədd imiĢ həm o boğaz, 

HirslənirmiĢ su dayanıb səddinə, 

AlırmıĢ qalanın su çevrəsini, 

Belə yazmıĢlar bilənlər o dəmi, 

Gərki, yox divarı, amma dari (evləri) çox. 

Görməyən onu sanır bir qaladır. 

Əvvəllər o qala su içrə imiĢ. 

Bir-birini qala önündə kəsər. 

Bir boğaza girər o su dəmbədəm 

Qaladan varır ona top-diraz (uzun). 




47 

 

movcuddur



140

.  ġücaətnamədə  Qəbələ  (-130-)  qalasının  müdafiəsini  göstərən 

rəsmlər də vardır

141


. Qəbələ qalasının yanında “ġəhidlər” adlanan yerdə kufi yazılı 

kitabələr mövcud olub hələlik oxunmadığı söylənilir

142

. Tarixi mənbələrdə Qəbələ 



vilayətində  adı çəkilən  yerlərdən  yuxarıdakı  həmin Kərzol qalası, ərəbcə Dərbənd 

tarixində gəzinti və ov yeri olaraq, dağlıq məkanda göstərilir. Kərzol əgər Kərzədul 

kimi  oxunarsa,  Qəbələ  xarabalarının  cənubi-Ģərqində  olan  Girdəduldan  ibarət  ola 

bilər. Qədim zamanlarda bu vilayətdə Qəbələdən sonra ən mühüm mərkəz olduğu 

anlaĢılan,  özü  də  meĢəlik  və  gəzinti  yeri  olan  bir  yer  “Vandan  Xizrəsi”dir  ki, 

Qəbələnin  25  km  Ģərqində  yerləĢir.  Burada  ĢirvanĢahlar  dövrünə  aid  və  xaricdən 

gətirilən  yonma  daĢdan  tikilən  4  türbə  vardır.  Əfəndioğlu  RəĢid  bəy  1885-ci  ildə 

burada  olmuĢ  və  bu  gün  qismən  və  ya  tamamilə  xarab  olan  bəzi  abidələrin 

fotosunu çəkərək Tiflis muzeyinə göndərmiĢdir; o cümlədən, [müəllif] “Sultan ibn 

Sultan”ın h. 590 (m. 1194) tarixli bir kitabəsini, farsca beytlərin yazıldığı kitabələri 

görmüĢ  olduğunu  söyləyir

143


.  Bu  gün  mövcud  olan  4  türbədən  biri  ġeyx 

Bədrəddinin  adına  [türbədir]  və  yerli  əhalinin  nəzərində  əziz  bir  Ģeyxin  türbəsi 

sayılır və üzərindəki kitabədə h. 650-cı (m.1252) il və Usta Nəsnıllahın iĢi (P.V.) 

sözləri  vardır.  BaĢqa  bir  türbə  yaxĢı  mühafizə  olunmuĢ  və  qapısı  üstündə 

ġərifoğlunun  yaxĢı oxuya  bilmədiyi gözəl bir  kitabə  mövcuddur. ġərifoğlu ancaq 

kitabənin bu qədərini oxuya bilmiĢdir: Əzəmətli Sultan ġeyx əzəmətli əmir Ġbrahim 

xələdüllah....  əmir  Həzrəddin  /?/  ibn  Məhəmməd  əd-din  /Məcdəddin  ehtimal 

olunur/  səl  /?/  Allah  ?  (P.V.).  Ehtimal  ki,  bu  [kitabə]  ĢirvanĢah  Ġbrahimin 

əmirlərindən birinin adına yazılmıĢdır

144


Bu Xizrənin Ģimali-qərbində mövcud olan QutqaĢenin də əvvəldən mühüm 

yer  olduğu  qədim  hamam  qalığı  olaraq  göstərilən  abidədən  məlum  olur.  Bunun 

Ģimali-qərbində  və  Qaraçayın sahilində  “Oğuz  qəbiristanlığı”  adlanan  məzarlıqlar 

və  ona  aid  rəvayətlər  mövcuddur

145


  ki,  buradakı  türk  əhalisinin  oğuzlardan 

olduğunu göstərir. QutqaĢen Nadir Ģahın səfərləri [ilə əlaqədar] da xatırlanır

146



Qəbələnin  Ģimali-Ģərqində  mövcud  olan  Xaçmaz  da  səfəvi  və  osmanlı 



mənbələrində  xatırlanır.  RəĢid  bəy  bunun  Ģimalındakı  Filiflinin  yanında  qədim 

istehkamların qalığının olduğunu xəbər verir

147

 (-131-). 



 

                                                                                                                                      

Gerisinə dönürmüĢ su yenə. 

Qala ortada, alır su dövrəsini. 

ġəhrə qayıqla varırmıĢ adamı. 

140


Изв. Aзкомстарис, III, 70.  

141


ġücaətnamə, vər. 140

b

, 142



b

 , 143


b

 .  


142

Изв. Aзкомстарис, III, 74.  

143

Изв. Aзкомстарис, III, 71.  



144

Изв. Aзкомстарис, III, 70.  

145

Изв. Aзкомстарис, III, 70.  



146

Mirzə Mehdi xan, s. 141: QutqaĢen min emal Qəbələ (P.V. ) 

147

Изв. Aзкомстарис, III, 69 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə