A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

48 

 

Ə.Z.Vəlidi 



 

Keçən nüsxələrdəki bəzi xətaların təshihi

148

 

 

S. 71, sət. 5: “əl-Salma” əvəzinə “əl-Sulami” oxumalı. 



S.  72,  sət.  18:  “40.000”  əvəzinə  “ancaq  40.000”  oxumalı.  S.  77,  sət.  3: 

“Azizə” əvəzinə “əzıze” oxumalı. 

S.  79, sət. 4-dən  sonra  bir sətir düĢmüĢdür:  “Ərəbcə Dərbənd tarixində  də 

bu məntəqədə bir neçə Ģəhər gostərilir”. Həmin səhifədə aĢağıdan sət. 1:  “Müruc, 

II, 69” oxumalı. 

S.  79,  sət.  20-yə  əlavə:  Camuel  Gmelin  1770-ci  ilin  avqustun  20-də 

ġamaxıdan  Ağsuya  gedərkən  Ģəhərin  bir  neçə  kilometrliyində  “Qəle-Gülüstan” 

xarabalığına  gəlmiĢ,  dağılmıĢ  daĢ  evləri  görmüĢdür.  Müəllif  sonra  deyir  ki,  bu 

xarabaların arxasında baĢqa səyyahların da xatırladıqları “Kuzkəllə” [adlanan yer] 

vardı və bir təpənin üzərində idi. Bu bir sarayın (Schloss) qalığıdır. Evin ortaları və 

ocaqları  hələ  də  görünür.  Sonra  səyyah  buradan  Ağsuya  getmiĢdir  (Reise  durch 

Russland, III, s. 71). 

S.  80, sət. 9:  “nəqlən”  əvəzinə  “baĢqa”; sət. 14: əl-məraufə  (P.V.) əvəzinə 

əl-mərufə  (P.V.);  S.  82,  aĢağıdan  sət  1:  “Bəlazuri,  s.  203”;  aĢağıdan  sət.  7:  “əl-

Əcəli” əvəzinə “əl-Bənazii” oxumalı  

(-132-). 

 

 

 

                                                           

148

Ə.Vəlidinin əvvəlki məruzələrinin mətnindəki səhvlərə dair verdiyi düzəliĢlər tərcümə zamanı nəzərə 



alınmıĢ və mətnin müvafiq yerlərinə keçirilmiĢdir- P.V. 

  



49 

 

AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI 

 

Prof. Əhməd Zəki Vəlidi 

IV 

 

Bakı - ƏrəĢ - ġəki – Zaqatala 



(Keçən mətnin davamı) 

 

ġƏKĠ  -  ġəki  xəritələrdə  Nuxa  yazılan  Ģəhərin  adı  olub  qədim  gürcü  və 

erməni  mənbələrində  ġakha,  ərəblərdə  ġəki  (P.V.),  ġəkə  (P.V.;  Ġbn  Xordadbeh, 

123;  Ġstəxri,  183;  Bəlazuri,  205),  ġəki  (P.V.;  Yaqut),  ġəkən  (P.V.;  Ġbn  əl-Fəqih, 

293;  Bəlazuri,  194),  ġəkin  (P.V.;  Məsudi,  Müruc,  II,  68)  və  s.  kimi  yazılmıĢdır. 

Onun  Ģərqdə  hüdudu  Göyçay  idi,  qərbdə  Qanıq  və  QaĢqa-çay  ilə  Gürcüstanın 

Kaxetiya  vilayətindən  ayrılırdı.  Qədim  coğrafiya  alimləri  keçmiĢ  ġəki  Ģəhərinin 

topoqrafiyasına,  Ģəhərin  və  vilayətin  sakinlərinin  etnik  mənsubiyyətinə  və  dilinə 

aid dəqiq məlumat vermirlər. Hal-hazırda  ġəki  sancağında  “Udi”lər vardır. Onlar 

miladın ilk əsrində Strabonun [əsərində] xatırlanan “Uti”lərin qalığını təĢkil etmiĢ 

olmalıdırlar.  Əvvəlcə  bu  qəbilə  Kürün  cənubunda,  indiki  Gəncə,  ġamxor,  Tavus 

tərəflərdə  rnəskunlaĢmıĢdı.  Ərəblər  gəldiyi  vaxt  belə  idi  (Bəlazuri,  203).  Onların 

15.000 nəfərə qədər davamçıları indi qismən ortodoks erməni-gürcü xristianlığında 

olub,  Nij,  Sultan-Nuxa  və  VartaĢen  kəndlərində  yaĢayırlar.  Dilləri  Dağıstanın 

cənub-Ģərq  dilləri  qrupuna  daxil  olub  çox  qədimdən  müxtəlif  türk  Ģivələrinin 

təsirinə  məruz  qalmıĢdır  və  Markvart  türkcənin  udi  dilinə  təsirini  çox  qədim 

zamanlara  aid  edir

149


.  Mən,  onların  adlarının  Xəzər  xaqanı  Harunun  məktubunda 

olan türk qəbilələri siyahısındakı bir ada (Awuz) oxĢadığından və baĢçılarının da, 

Təbəriyə  görə, Tarxan  ləqəbi  daĢıdığından,  onların  türk  olmasını  ehtimal  edirəm. 

Hal-hazırda Sultan-Nuxa udiləri yalnız türkcə danıĢırlar. 

Məsudinin dövründə ġəki əhalisi xristian olub aralarında müsəlman tacir və 

sənətkarlar  yaĢayırdı.  [Buranın]  hakimi  Azərnərsəh  ibn  Humam  adlı  bir  nəfər 

idi

150


. ġirvan və Dağıstan hakimləri kimi Arranın Mihrəkan xristian zadəganları da 

özlərini  sasani  mənĢəyindən  göstərməklə  xoĢlanırdılar;  onların  arasında  Sasani 

Atrnərse adını (-145-) daĢıyanlara IX əsrdə də təsadüf olunur

151


. Məqdisiyə görə (s. 

376)  “ġəki  düz  yerdədir.  Əhalisinin  əksəriyyəti  xristian  olub,  Ģəhərin  came 

[məscidi]  müsəlmanların  bazarında  [yerləĢir]”.  Buna  əsasən  keçmiĢ  zamanlarda 

müsəlmanların  bazarının  xristianlardan  ayrı  olduğunu  [söyləmək  olar].  Həmin 

müəllif sonra (s. 382) bu Ģəhərin Tiflisdən Dərbəndə gedən dağ yolunun üzərində 

olduğunu  göstərir.  Tiflisdən  Telaviyə  (indiki)  iki  mərhələ,  Telavidən  ġəkiyə  iki 

mərhələ, ġəkidən Ləkzana (P.V.) iki mərhələ, ġəkidən Dərbəndə ( Bab - P.V.) üç 

                                                           

149

Streifzuge, s. 49.  



150

Məsudi, Müruc, II, 68.  

151

Brosset, Histore de la Georgienne, I, ikinci qisim, 480.  




50 

 

mərhələ  məsafə  vardır.  Hüdud  əl-aləmin  müəllifinə  görə,  ġəki  70  fərsəxə  qədər 



uzanan  bir  vilayətdir.  Abad  və  zəngindir  (vər.  33

b

).  Məqdisi  ġəkini  də,  Qəbələ 



kimi, kiçik bir Ģəhər sayır (s. 51). Ərəbcə Dərbənd tarixinə görə, ġəkidə hakim olan 

sülalə  hələ  XI  əsrdə  belə  qeyri-müsəlman  idi.      1067-1072-ci  illər  arasında  ġəki 

hakimi  kimi  Əxsərtənah  ibn  Kalbəq  göstərilir.  Bu  əsərin  müəllifi  həmin 

Əxsərtənahı məlun ləqəbləndirir (s. 31). Səlcuqilərdən əvvəl ġəkinin ĢirvanĢahlara 

tabe  olmadığı  anlaĢılır.  1067-ci  ilin  martında  ĢirvanĢaha  tabe  olan  Hərhəri  bin 

Kərki  (P.V.)  üsyan  qaldırıb  ġəkiyə  yaxın  “Hire-Manastrı?”  (Dəskərət  əl-Hire  - 

P.V.)  adlı  yeri  iĢğal  edir  və  onu  ġəki  hakimi  Əxsərtənah  ibn  Kalbəqə  verir; 

ĢirvanĢah  Fəriburz  ibn  Salar  əsgər  toplayıb  Dəskərəti  geri  almaq  istəsə  də,  buna 

müvəffəq olmur (s. 47). 1067-ci ilin sonunda səlcuqi Alp Arslan ġəkini fəth etdi; 

lakin Ģəhərin  hakimi Əxsərtənahı görünür öz  yerində  saxladı. Çünki  Alp  Arslanın 

döyüĢlərində iĢtirak edən Ģəddadilərdən Arran hakimi Fəzl ibn ġavur geri dönərkən 

onun  yolunu  kəsən  abxazlılar  tərəfindən  əsir  götürülərək  Əxsərtənahın  əlinə 

verilmiĢdi. O da, onu Abxaz hakiminə verir; lakin Fəzl son nəticədə azad oldu (s. 

30, 31). 1071/2-ci ildə ĢirvanĢah  Fəriburz  həmin Fəzl ibn  ġavurla ittifaq bağlayıb 

ġəkiyə  tabe  olan  Maluğ  qalasını  fəth  etdilər  (s.  28,  31,  44,  50).  Bura  əvvəlcə 

müsəlmanlara  aid  olduğu  halda,  Əxsərtənah  onu  iĢğal  edib  buraya  müsəlman 

olmayan [bir nəfəri] naib təyin etmiĢ imiĢ. Həmin Maluğ ġəkinin Ģərqində Kökçə 

sancağında yerləĢən Balıx kəndi ola bilər (beĢ verstlik xəritədə 65

30

-41


00

). Həmin 

ildə  ĢirvanĢah  Fəriburzun  qardaĢı  Kərdəhəm  bin  Salar  ġəkidə  vəfat  edir  və 

cənazəsini ġamaxıya gətirərək dəfn edirlər (s. 50). Buradan ġəkinin həmin 1071/2-

ci  ildə  ĢirvanĢahın  idarəsinə  keçdiyini  və  Əxsərtənahın  da  Gürcüstana  tərəf 

çəkilmiĢ  olduğunu  anlamaq  mümkündür.  Bundan  sonra  da  ġəki  gürcülərlə  ixtilaf 

obyekti olmuĢdur. 1117-ci ildə buranı gürcü knyazı David istila etmiĢdir. 

1225-ci  ildə  (16)  xarəzmĢah  Cəlaləddin  ĢirvanĢah  Fəriburzdan  MəlikĢah 

Səlcuqi  dövründə  ġirvan  üzərində  müəyyənləĢdirilmiĢ  vergiləri  tələb  etmiĢdi; 

ĢirvanĢah isə “MəlikĢah dövründə ġəki və Qəbələ bizə aid idi, indi deyildir” (-146-

)  cavabını  verərək  verginin  həmin  nisbətdə  azaldılmasını  istəmiĢdi

152


.

 

Yaqut 



Həməvi (ġəki - P.V. - məqaləsində) “ġəki Ermənistanda (mənbədə “Ərminiyyədə” 

kimi  verilir  -  P.V.)  bir  vilayətdir;  ġəkinin  dəriləri  (gön-dərisi)  buraya  aiddir  və 

məĢhurdur. Tiflisə yaxın, Kür çayı üzərindədir (sic!)” yazır

153


Monqollar  dövründə  ġəki  böyük  əhəmiyyət  kəsb  etməmiĢdir.  Həmdullah 

Qəzvinidə  adı  belə  çəkilmir.  Teymurun  dövründə  [ġəki]  fatehin  Gürcüstan  səfəri 

ilə  bağlı  xatırlanır

154

.  Teymur  gəldiyi  zaman  burada  monqolların  Oyrat 



qəbiləsindən Seyid Əli ġəki hakimi idi. Onun oğlu [Seyid Əhməd - P.V.] Teymur, 

                                                           

152

Nəsəvi, mətn, s. 146,176. 



153

Müsyo  Minorski  (E.Ġ.,  ġəki  məqaləsi)  Yaqutdakı  ġəki  dəriləri  buraya  aiddir  (P.V.)  cümləsini  ġəki 

ətrafındakı  bir  kəndə  aid  olduğunu  zənn  etmiĢ  və  bunun  da  indiki  VarteĢenin  qərbindəki  Calut 

kəndindən ibarət olduğunu söyləmiĢdir ki, əlbəttə bu, yanlıĢ fikirdir.  

154

Z.N.1.731; II, 204,218,222. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə