A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

42 

 

böyük  yol  Üzərindəki  Almalı  körpüsü  və  keçidi  olmalıdır.  Buna  görə  osmanlı 



dovründəki  ƏrəĢ  qalasının  yanındakı  çay  hal-hazırda  poçt  yolu  üzərindəki 

Alcıqançaydan ibarətdir və qala da indiki Xaldan məntəqəsinə uyğun gəlir. Yalnız 

iki  müəllifin  ifadələri  məsələni  bir  az  qarıĢdırır.  1647-ci  ildə  ƏrəĢdə  olan  Evliya 

Çələbi  Gəncədən  ġamaxıya  gedərkən  Həzar  Əhmədli    (bugünkü)  yerindən 

Mingəçevirə    (bugünkü)  gələrək  Kür  çayını  keçib  Gendərə  (bugünkü  Kəndək) 

kəndinə və sonra QuĢlunca belini aĢaraq ƏrəĢə daxil olmuĢdur. Bu müəllifə görə, 

ƏrəĢ  RənaĢah  adlı  dağın  ətəyində  olub  Türkiyənin  Bursa  Ģəhərinə  bənzər,  havası 

mülayim,  bağlı-bağçalı  bir  yermiĢ.  ġəhərin  arxasındakı  dağa  türkmən  qəbiləsi 

yaylağa çıxarmıĢ

123


. Dal Mehmet Asəfi PaĢada da ƏrəĢ ətrafında “Dağ üstü” [adlı 

yer]  göstərilir

124

.  Evliya  Çələbinin  dediyi  doğru  olub  Mingəçevirdən  ƏrəĢə 



gedərkən  dağdan  keçilməsi  zəruri  idi;  Ģəhər  Bursaya  bənzəyirsə  bu  Ģəhəri  indiki 

“Xan-Abad”  ətrafında  aramaq  lazımdır.  Asəfi  PaĢa  ƏrəĢi  çox  tərifləyir.  ġəhərin 

böyük və qədim came [məscidi] vardı. Əhalisi sünni olduğundan Ģiələr tərəfindən 

çox  cəfaya  məruz  qalırdı;  yuxarıda  da  qeyd  olunduğu  kimi,  [Ģəhərin]  came 

məscidində  50  ilə  yaxın  müddətdə  cümə  namazı  qılınmamıĢdır.  ġəhərin  ətrafı 

kanallarla əhatə edilmiĢ, abadlaĢmıĢ və bağçaları çox idi. Biziь vaxtımızda olduğu 

kimi,  o  vaxtlarda  da  bu  yerlər  ipək  məhsulları  ilə  məĢhur  olub,  Ġran  və  Rum 

məmləkətlərinə çoxlu ip ixrac edərdi. Ətrafındakı bağlarında gözəl-gözəl saray və 

qəsrlər mövcud idi

125


. Evliya Çələbi Ģəhəri vəsf edərkən hərhalda mübaliğəyə yol 

vermiĢdir  (-125-).  Onun  yazdığına  görə,  bu  Ģəhərdə  on  min  [damı]  torpaq  örtülü 

ev, 40-a qədər came [məscidi] - Üçüncü Murad camesi, Fərhad PaĢa camesi, on altı 

hamam,  səkkiz  yüz  dükan,  ətrafında  yeddi  boyük  nahiyə  və  bunların  hər  birində 

yüz  para  abad  kənd  varmıĢ.  Osmanlı  ordusu  gələn  vaxtda  Ģəhərin  qalası  yox  idi. 

Lala PaĢa Ģəhərin xaricində ġah Bağı adlı yerdə otuz min əsgəri tuta biləcək böyük 

bir  qala  bina  etdirdi.  Bütün  ordu  və  əhali  iĢlədilərək  qala  bir  həftə  ərzində 

(oktyabrın  1-də)  tikilib  baĢa  çatdırıldı.  Bu  qala  torpaqdan  (çiy  kərpicdən  -  P.V.) 

tikilmiĢdi.  Osmanlı  müəllifləri  qalanı  təsvir  etmiĢlər.  Onların  dediyinə  görə, 

qalanın  üç  qapısı,  dörd  qülləsi  olub,  ətrafında  da  beĢ  zira*  dərinliyində  xəndək 

atılmıĢdı

126


. ƏrəĢdə olanların rəvayətinə görə, bu qalanın qalığının bir hissəsi hal-

hazırda Xaldanın Ģərq tərəfində mövcud olub Sultan qala kimi adlanır; 25-30 metr 

                                                           

123


E.Çələbi, II, 287-289.  

124


ġücaətnamə, v. 22

b



Cənnət kimi ətrafı irmaq idi. 

Əhl-i hala dağın üstü bağ idi.  

125

ġücaətnamə, v.  



22

b

:   Ġpəyi Əcəmə, Quma gedir,  

Bil ki, yüz min yük dəxi Ruma gedir. 



v . 23

a

:   Malıyla dolu, ġaha kandır ƏrəĢ, 

Haqq budur, dopdolu çandır ƏrəĢ.  

Bağlar ilə ətrafı zeyneyləmiĢ (bəzəmiĢ)  

Ya müzəlləf (qıvrımsaç) yaxĢı bir candır ƏrəĢ. 

126

Kunh əl-əxbar, vər. 495



a

; Nüsrətnamə, 117

a

.  



43 

 

hündürlükdə  kərpicdən  tikilmiĢ  bir  divardır.  Bu  divarın  Ģərq  tərəfi  Nemətabada 



kimi uzansa da, həmin hissə xarabdır. Bir də, Xaldandan AğdaĢa gedən yolun sağ 

tərəfində bir kurqan vardır ki, onun qədim ƏrəĢ sultanlarının məzarı olduğu zənn 

edilir. Xaldan ancaq rusların  vaxtında boyümüĢ bir  kənddir, onun came [məscidi] 

də  sonradan tikilmiĢdir; Nemətabaddakı camenin isə  osmanlılar dövrünə  aid bidə 

olduğu zənn olunur. ƏrəĢin abidələri, təəssüf ki, tədqiq olunmamıĢdır və yaxud, biz 

belə  tədqiqata  təsadüf  etməmiĢik.  Osmanlılar  dövründə  ƏrəĢ  az  bir  müddətdə 

bütün  ġirvan  bəylərbəyliyinin  mərkəzi  olmuĢ  və  ölkə  aĢağıdakı  12  sancağa 

bölünmüĢdü:  Qəbələ,  AğdaĢ,  ġaburan,  Zərdav,

 

Sader  (Saderu  -  P.V.)  ,  Bakı, 



Salyan, Hövzə-Lahıc,  Qara Ulus,  ġəki,  Axtı,  Vanmir (görünür, indiki  “Ġxir”).  Az 

sonra Dərbəndə qədər bütün Dağıstan [ərazisi] osmanlı ordusuna tabe oldu, ġirvan 

vilayəti  isə,  mərkəz  ġamaxıya  köçürülməklə,  ġamaxı  bəylərbəyliyi  adlandı. 

Dağıstan  tərəfləri  isə  “Dərbənd  bəylərbəyliyi”  oldu.  ġamaxı  bəylərbəyliyi  7 

sancaq* və 7 livaya*, Dərbənd bəylərbəyliyi isə 2 sancaq və 5 livaya bölündü

127


və  qədim  ƏrəĢin  (-126-)  bölgüsündəki  12  sancaqdan  üçü  (ġabran,  Axtı,  Vanmir) 

Dərbənd  bəylərbəyliyinə  verilib,  qalan  doqquzundan  bir  çoxu  da  sancaq  və  liva 

kimi  iki  yerə  ayrıldı:  məsələn,  əvvəlki  bölgüdəki  Hövz-Lahıc  sancağından  Lahıc 

sancağı və Hövz  livası; AğdaĢ sancağından AğdaĢ sancağı və ƏrəĢ  livası; Salyan 

sancağından  Salyan  sancağı  və  Mahmudabad  livası  təĢkil  edilmiĢ  oldu.  Buradan 

görünür ki, o vaxtlarda da AğdaĢ ilə ƏrəĢ sancaq idarəsi altında toplana bilmiĢ və 

həm  də,  ayrı-ayrı  idarəçiliyə  ayrıla  bilirdilər.  ƏrəĢ  həmiĢə  ġəkiyə  yaxın,  əksər 

[vaxtlarla] ona tabe olan bir nahiyə kimi göstərilir. 

Hüdud  əl-aləmin  müəllifi  (vər.  33

a

)  “Bərdə  qapısında”  Mübarəki  adlanan 



böyük bir kənddən bəhs edir. Bu müəllifə görə, rus quldurları (944 miladi tarixdə) 

Bərdəyə hücum etdikdə onların düĢərgələri burada olmuĢ və həmin Mübarəki ġəki 

vilayətinin  Bərdə  tərəfindəki  sərhəd  məntəqəsi  imiĢ.  Ərəbcə  Dərbənd  tarixində 

rusların  bu  Ģəhərlər  haqqında,  baĢqa  əsərlərdə  təsadüf  olunmayan,  məlumatlar 

varsa  da,  burada  Mübarəki  adına  təsadüf  olunmur.  Bu  mahal  da  Kür  çayının  sol 

sahilində, indiki ƏrəĢ sancağında, bugünkü dəmiryolu korpüsü ilə Piruzə arasında 

olmalıdır. 

QƏBƏLƏ - Qəbələ bugünkü Qarasu (Türyançay) çayının hövzəsində, ġəki 

[isə]  Qanıq  çayının  sol  qolu  olan  Əgriçay  hövzəsində  ayrı-ayrı  Ģəhər  və  vilayət 

adlarıdır. Hər ikisinin cənub hüdudları çox yerdə Kür çayına kimi gəlib çatır. Hər 

ikisi  də  keçmiĢ  zamanlarda  Albaniyaya  daxil  olmuĢ,  lakin  ġirvana  daxil 

olmamıĢlar  (13).  Amma  son  zamanlar  ĢirvanĢahlar  tərəfindən  tutulduqdan  sonra 

xərac verməli olmuĢlar. Qəbələ  Ģəhərinin xarabaları hal-hazırda  Nuxa  sancağında 

                                                           

127


Ali Kunh əl-əxbar, Yıldız nüsxəsi, № 2290 vər.297

 a

; ġamaxı bəylərbəyliyinə [daxil olan] sancaqlar: 



Lahıc  (P.V.),  AğdaĢ  (P.V.),    Qəbələ (P.V.),  Səlyanə  (P.V.),  Zərdab,  ġəki (P.V.),  Baku;  livalar:  Hövz 

(P.V.),  Sader  (yxarıda  göstərilən),  Sirhan  (P.V.),  Əsani  (P.V.),  Xodadərd  (P.V.),  ƏrəĢ  (P.V.), 

Mahmudabad (P.V.), Dərbənd bəylərbəyliyinin sancaqları: ġaburan (P.V.), Axtı (P.V.); livaları: Quba 

(P.V.), MüĢkür, Kürə, Çıraq, Rustov, Hammerdə (türkcəsi, VII, 259) bu adlar səhv verilmiĢdir. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə