A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

39 

 

çay  hövzələrinin  birində  olmalıdır.  Sonra  Teymurun  səfərnaməsində  Kür  çayının 



buradakı  sol  sahilinin,  bu  çayın  qarĢısındakı  cənub  tərəfin  Arran  Qarabağı 

adlanması müqabilində, Surxab Qarabağı kimi tanınması [fikri] də diqqətə layiqdir 

(14). Hər halda Teymurun dövründə Surxab adlı [qala] ƏrəĢ və AğdaĢ qalalarından 

ayrı bir qala olmuĢdur (-15-). 

 

 



40 

 

AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI 

 

Prof. Əhməd Zəki Vəlidi: 

III 

 

Bakı - ƏrəĢ - ġəki – Zaqatala 



( Keçən mətnin davamı) 

 

ġirvanın  1578-ci  ildəki  osmanlı  sancağına  [uyğun]  inzibati  bölgüsündə 

Zərdab  sancağı  göstərilir.  Rəhimzadə  Ġbrahim  çavuĢun  Özdəmir  Osman  PaĢanın 

ƏrəĢdən  Salyana  gedərkən  Zərdaba  gəldikdən  sonra  ġamaxıya  döndüyü  haqda 

verdiyi  Ģərhdən  açıq-aydın  anlaĢıldığı  kimi,  bu  “Zərdab”  hal-hazırda  Qəbələ  və 

Göyçaydan  Qarabağa,  Harfaradinaluya  keçən  yolun  üzərindəki  “Qarasu” 

mənsəbində,  Kürün  sol  sahilində  olan  “Zərdab”  qəsəbəsindən  ibarətdir.  Məncə, 

Surxab  da,  Qəbələ  keçidi  də  bu  yolun  üzərində  olmuĢdur.  Üçüncü  və  dördüncü 

Murad  dövrlərindəki  səfərlərdə  osmanlı  ordusunda  çox  nurlu  əsilzadələr  iĢtirak 

etdiyindən ƏrəĢ vilayəti və ümumiyyətlə, ġirvan haqqında olduqca ətraflı məlumat 

verilsə də, Cənubi Qafqaza (və ümumiyyətlə, Qafqaza) aid Avropa və xüsusilə, rus 

coğrafi və arxeoloji elmi nəĢrləri Ġstanbulda çox az olduğundan həmin məlumatın 

istənilən  kimi  tədqiqi  mümkün  olmur.  1578-ci  ildə  Lala  Mustafa  PaĢa  Tiflisdən 

gələrkən ikinci gündə Qabır, yəni Yora çayını keçib onun sol tərəfi istiqamətində 

[hərəkət  edərək] sentyabrın 12-də  Qanıq,  yəni  Alazan çayının  kənarına  yetiĢdi

111


Burada  çayın  keçidini  tapmadığından  10  gün  qaldı.  Bu  anda,  Gəncə  vilayətində 

olan  səfəvi  ordusu  Kür  çayını  Alazan  mənsəbindən  yuxarıda  olan  Qoyun-keçidi 

adlı  yerdən  keçərək

112 

osmanlı  ordusuna  hücum  etsə  də,  Lala  PaĢanın  əmri  ilə 



Özdəmir  oğlu  Osman  PaĢa  və  baĢqaları  Qabır  (yəni  Yora)  çayını  keçərək 

türkmənləri  (səfəviləri  -  P.V.)  qovdular  və  gəldikləri  keçidə  çata  bilməyən 

türkmənlər Kür çayında qərq oldular. Lala (-123-) PaĢa ordusu ilə sentyabrın 22-də 

Qanıq çayını, təlafat verərək, keçdikdən sonra arada üç yerdə dayanaraq Samsix və 

Cəlayir mənzillərinə daxil oldu və sentyabrın 25-də  (rəcəb  ayının 22-də)  ƏrəĢə 

çatdı.    Burada  iki  həftə  qaldıqdan  sonra  oktyabrın  9-da  ƏrəĢdən  hərəkət  etdi, 

Çaykənan  (ƏrəĢ  çayı  kənarı),  Dəhnə,  Topraqqala  dayanacaqlarından  keçdikdən 

                                                           

111

Ali (Nüsrətnamə, Nuri-Osmaniyyə nüsxəsi, vər. 132



b

) Tiflis ilə Qanıq arasındakı yerləri belə göstərir: 

Qəbirsu  kənarı,  Qarasu  baĢı,  Buzdi  dəyirmanı,  Aslan  Asqurə,  Çağan  Asqurə,  Ġllen  uyuğu,  Topqavaq 

danqı, Suyun (yəni Qanıqın) bəricanibi - P.V.).  

112

Qoyun keçidinin Kür çayı [üzərində] olduğu “Zəfərnameyi Murad xan” [əsərində] də (Xalis Əfəndi, 



№ 5732, vər. 19) aydın göstərilmiĢdir: “Kür nəhrini Qoyun keçidi adlı yerdən və keçiddən übur edib 

(keçib)”.  Evliya  Çələbinin  (11,289-290)  bu  keçidi  ġəki  tərəfdə  və  Qanıqda  göstərməsi  və  oradakı 

müĢahidələrinə və müsahibələrinə aid hekayələri baĢdan-baĢa uydurmadır.  



41 

 

sonra, ordusunu keçirmək üçün xüsusi hazırladığı körpü ilə Qanıq çayını keçdi və 



bu çayın sağ sahili ilə Tiflisə doğru irəlilədi

113


 . 

ƏRƏġ - Hal-hazırda Yevlax dəmiryolu stansiyasından Nuxaya  gedən Ģose 

yolunda Yevlax tərəfdən ilk dayanacaq olan Xaldan qəsəbəsi xalq arasında “ƏrəĢ” 

kimi də adlanmaqdadır. Qədim ƏrəĢ Ģəhərinin mərkəzi hissəsi indiki Xaldanın üç 

km.  Ģərqində  olan  Nemətabad  (xalq  arasında  Nəmətava,  xəritələrdə  Nəmədabad) 

kəndində  olduğu  göstərilir.  Səfəvi  və  osmanlılar  dovründəki  ƏrəĢ  də  elə  bura 

olmalıdır.  Osmanlı  mənbələri  bunu  təsdiq  edir.  Lala  Mustafa  PaĢanın  yuxarıda 

göstərilən  marĢrutuna  görə,  ƏrəĢ  qalası  Qanıq  (Alazan)  çayından  üç  mənzildə*, 

yəni 60-70 km. məsafədə mövcud olmuĢdur. Yenə orada “ƏrəĢ çayı kənarı” sözləri 

verildiyindən çayın da qəsəbənin adını daĢımıĢ olduğu aydınlaĢır. Katib Çələbi

114


 

və  AĢıq  Çələbinin

115

  yazdıqlarına  görə  də  ƏrəĢ  qalası  “ƏrəĢ  nəhri”  sahilindədir. 



Özdəmirin  dəstəsində  olan  Əbubəkr  ibn  Abdullah  Ulufəciyə  görə,  ƏrəĢ  Kür  çayı 

sahilinə yaxındır

116

. “Zəfərnameyi Sultan Murad xan” [əsərinə] görə də belədir



117

Həmin ƏrəĢ qalasının yanında Kür çayı üzərində əvvəlcə bir körpü mövcud olmuĢ, 



səfəvi ordusu qaçarkən yıxılmıĢ və hərrə ilə doğranaraq dağıdılmıĢdır. Yəni körpü 

taxtadan  idi.  Osman  PaĢa  onu  təmir  etdi.  Bu  münasibətlə      [ona]  “ƏrəĢin 

qarĢısındakı  körpü”  deyirlər

118


.  Hətta  ƏrəĢdəki  osmanlı    qarnizonu  [əsgərləri]  ön 

tərəfdən  onlara  hücum  edən  səfəvi  əsgərlərinə  qarĢı  topdan  atəĢ  açaraq  cavab 

verirdilər

119


. Sonralar Nadir Ģah da, Dağıstan səfərindən Gəncəyə (-124-) dönərkən, 

Qəbələ  yanındakı  QutqaĢendən  yolunu  davam  etdirərək  Kür  çayını  ƏrəĢ 

körpüsündən keçib Gəncəyə gəlmiĢdi

120


. Körpünün qarĢı tərəfində Həlu ( Hələv - 

P.V.)  nahiyəs

121

  movcud  idi.  Lala  Mustafa  PaĢanın  geri    dönərkən    [gəldiyi]  



marĢrutunda    adı    çəkilən    yerlərdən  [biririnin]  –  “Dəhnə”nin  bu  gün  Gəncədən 

Yevlax istiqaməti ilə Nuxaya gedən Ģose yolu kənarındakı Böyük və Kiçik Dəhnə 

yeri olması mümkündür. [Bu ad] rus xəritələrində Daqana, yaxud da, Doqina kimi 

əks  olunmuĢdur

122

.  Torpaqqala  Əyriçayın  Qanıqa  (Alazana)  qovuĢduğu  yerin 



Ģimalındakı  Torpaqqala,  “Körpü”  isə  oradan  8-10  km  aralıqda  olan  və  qədim 

                                                           

113

ƏrəĢdən Tiflis tərəfdə Kür çayına qədər olan dayanacaqlar Alinin əsərində (Nüsrətnamə, göstərilən 



vərəq)  belə  verilir:  ƏrəĢ,  Çaykənan,  Dəhinə,  Torpaqqala,  ÇəsrəkbaĢı,  BünyadəĢd,  Qapucəsrəkə, 

Sultancıq, Ərnadərti, Qəbirsuyu, SağĢiclə, Kənar-e ab-e Kür. (P.V.).  

114

Cahannüma, s. 395. 



115

 Ayasoriya nüsxəsi, № 2598, vər. 247

a

.  


116

“Tarix-i Özdəmir Osman PaĢa”, Paris nüsxəsi, Anç. fond. turc. № 125, vər. 18

b

, 21: Tiflis qarĢısından 



axan  Kür  çayı  ƏrəĢ  qoruğundan  axıb  keçir  və  onun  gündoğan  tərəfində,  7-8  günlük  yoldan  [sonra] 

Cavad adlanan vilayətə gəlib çatır.  

117

Xalis  Əfəndi  nüsxəsi,  №5732,  vər.  28



a

:  ƏrəĢ  adlı  qəsəbənin  yanında  olan  Kür  çayının  qarĢı 

tərəfindəki Gəncə vilayəti.  

118


Ali, Kunh əl-əxbar, vər. 196

a

, 501



a

; Zəfərname-ye Sultan Murad xan, vər. 22

b

; ġücaətnamə, vər. 38



a

.  


119

Ali, Kunh əl-əxbar, 139

a

; Nüsrətnamə, 132



b

120



Mirzə Mehdi xan. CahangüĢa-ye Nadiri, s.141. 

121


Kunhəl-əxbar,504

a



122

Дорн, Каспии, 341.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə