F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2
cür t
ərcümə oxucunu çaşdırır, İbsenin əsas fəlsəfi ideyasını yayğınlaşdıra-
raq, onu anlamaqda ç
ətinlik yaradır, hətta təhrifə səbəb olur.
Bu m
ənada Plexanovun İbsenin öz qəhrəmanının dili ilə təbliğ etdiyi
əxlaq qanununun məzmunsuzluğunu göstərmək üçün, yuxarıda bəhs
etdiyimiz «Brand»
dramından bir epizodu təhlili maraq doğurur.
Əsərdə Brandın arvadı Aqnes öz ölmüş körpəsinin bütün pal-paltarını
dil
ənçiyə verib, bircə qoynunda gəzdirib heç vaxt ayrılmadığı, göz yaşları
il
ə islatdığı kiçicik ləçəyini xatirə üçün özündə saxlamaq istəyəndə, Brand
acı kinayə ilə:
Bütü Allah bilmis
ənmiş,
Onda ona et
sitayiş
dey
ə çığıraraq ondan ləcəyi də dilənçiyə verməsini tələb edir. Maraqlıdır ki,
Brandın xırda burjua mötədilliyinə qarşı alovlu çıxışlarını bəyənən Plexanov
bu epizodu q
əhrəmanın «boş formalizmə və xırdaçılığa yuvarlanması» kimi
qiym
ətləndirir, hətta «bu amansız olmasaydı, gülməli olardı» söyləyərək,
onun m
ənasızlığını, əxlaqi cəhətdən məzmunsuzluğunu vurğulayır. O yazır:
«
Əsl inqilabçı heç kəsdən gərəksiz qurban tələb etməz. Yalnız ona görə tə-
l
əb etməz ki, onun gərəkli qurbanları gərəksizlərdən ayırmağa imkan verən
me
yarı var. Brandın isə belə bir meyarı yoxdur. «Ya hər şey, ya da heç nə»
düsturu bu
meyarı verə bilməz, onu bundan kənarda axtarmaq lazımdır.
Brandda forma bütün m
əzmunu öldürür» (6, 799).
İlk baxışda və ümumiyyətlə Brandın mərhum körpəsinin iyini onun
ovuc içi boyda kiçik l
əçəyindən alaraq təsəlli tapan gözü yaşlı, dərdli yazıq
arvadına qarşı bu rəftarı, əlbəttə, qəddar, rəhimsiz görünür. Lakin burada İb-
sen
tutduğu yoldan, məsləkdən heç bir şey naminə bir addım da geri çəkil-
m
ək istəməyən, nəfsə qarşı (iradəyə qarşı yox!) mübarizədə hər cür yarım-
çıqlığa qarşı çıxan (xeyirxahlıq edirsənsə, axıra qədər et!) güclü rəmzi obraz
yaratmışdır. Bu obrazın «qəribə» hərəkəti «məzmunu öldürmür», yox, incə
m
ətləblə zənginləşdirir. Körpənin ləçəyi əslində burada ananın «nəfsini»
(yada salaq ki, «n
əfs» sözünün mənalarından biri «övlad»dır) təmsil edir.
Əbu Hamid əl-Qəzalinin əsrlərin dərinliyindən gələn: «Nəfs bütdür və
n
əfsinə itaət edən bütə səcdə etmiş olur, yalnız səmimiyyətlə Allaha sitayiş
ed
ən nəfsinə qalib gəlir» (8, 85) sözləri sanki Branda bəraət qazandırır.
N.N
ərimanov kiçik məqaləsində İbsenin hər hansı bir əsərinə ayrıca
münasib
ət bildirməsədə, bütövlükdə onun yaradıcılığını məhz əxlaqi xarak-
- 50 -
N
əriman Nərimanov – 140
ter v
ə məzmununa görə yüksək dəyərləndirir. Plexanovun «ya hər şey, ya da
heç n
ə» kimi başa düşdüyü və tənqid etdiyi etik norma onun nəzərində «nəfs
üz
ərində ağa olmaq», məslək-əqidəsinə hər bir zaman sadiq qalmaq demək-
dir. Bu
ideyanın islam ehkamına və fəlsəfəsinə uyğun gəldiyini nəzərə çarp-
dırmaqla N.Nərimanov əslində öz həyat idealını əsaslandırır, ona qüvvət v-
erirdi. O, 1918-ci ild
ə Həştərxanda mollaların və tatar məktəbləri müəllimlə-
rinin
yığıncağında «Kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haq-
qında» dekreti izah edərkən, nitqinə (7) inamına, üzərinə düşən missiyaya,
əqidəsinə sadiqlik təcəssümü kimi canlandırdığı Məhəmməd peyğəmbərə is-
tinadla
başlamışdı.
1
O deyirdi ki, M
əhəmməd qırx yaşlı varlı Xədicəyə ev-
l
ənmiş
2
v
ə tezliklə arvadının var-dövlətini yoxsullara paylamışdı. O, bütpə-
r
əstliyin əleyhinə çıxaraq, elə ilk günlərdən, birinci növbədə ərəblərin o za-
manlar öz
uşaqlarını qurban verdikləri büt-allahları var qüvvəsi ilə dağıdır-
dı. Uşaqların qurbanlıq verilməsi göstərir ki, ərəblər öz allah bütlərini necə
se
virmişlər. Lakin o, hər yerdə insan əli ilə düzəldilmiş məsuliyyətsiz, aciz
allahları ifşa edirdi. Məhəmmədin natiqlik qüdrətinə bələd olan varlı ərəblər
sevimli bütl
ərini onun hücumlarından qorumaq üçün peyğəmbərə qızıl,
torpaq v
ə ürəyi istəyən hər şeyi təklif edirdilər. Təki allahlar təhqir olunma-
sınlar, murdarlanmasınlar. Məhəmməd belə təklifləri rədd edib deyirdi:
«M
ənə sizin heç nəyiniz lazım deyil, hər şeyə qadir, qüdrətli olan tək Allaha
inamınız lazımdır» (7, 3) ...
İbsenin əsərindən yuxarıda bəhs etdiyimiz səhnə ilə Məhəmməd pey-
ğəmbərin həyatından gətirilən tarixi fakt arasında, zənnimizcə, bənzəyişi
görm
əmək mümkün deyil. Əgər inqilabçı Brand itirdiyi körpəsinin ləçəyinə
sanki bir büt kimi mehrini salan
zavallı arvadının nəfsinə qarşı çıxıb güzəşt
etm
ək istəmirsə, Məhəmməd peyğəmbər ərəblərin nəfsini ifadə edən, onla-
rın çox sevdikləri, hətta öz balalarını qurban verdikləri bütləri dağıdır. O, bir
inqilabçı kimi hərəkət edir, etiqadı uğrunda mübarizədə heç kimlə və heç
hansı bir kompromisə getmir. N.Nərimanov yazır: «O bununla demək istəyir
ki,
inamı heç hansı milyonlara almaq və satmaq olmaz».
N.N
ərimanov əqidə, məslək uğrunda mübarizədə verilən qurbanları
1
H
əmin hissə N.Nərimanovun əsərlərinin Azərbaycan dilində nəşrlərində ixtisar edil-
mişdir.
2
Nitqin bu yeri hansı səbəbdənsə onun ilk çapında səhvən «o, 40 yaşında varlı Aişə ilə
evl
ənmiş» kimi getmiş, sonrakı nəşrlərdə (Нариман Нариманов. Избранные произведе-
ния. Т.2. Баку, 1989, с.164) bu səhv düzəldilməmişdir.
- 51 -
Dostları ilə paylaş: |