N
əriman Nərimanov – 140
h
ətta «Bahadır və Sona» povesti barədə o, «onun (yəni N.Nərimanovun)
ağıllı nitqləri, xeyirxahlığın əhəmiyyəti haqda doğru fikirləri, mülahizələrin-
d
ə ardıcıllığı, dilin sadə və düzgünlüyü çox yaxşı təsir bağışlayır» deyirsə
d
ə, guya burada da onun ilk pyeslərindəki kimi «ideya və istiqamətverici bir
başlanğıcın» olmadığını vurğulayır. Bu fikirlə, əlbəttə, qətiyyən razılaşmaq
olmaz.
1
N.N
ərimanov bədii yaradıcılığı kütlələrin şüuruna təsir etməyin güclü
v
ə daha anlaşıqlı vasitələrindən biri hesab edərək, ona mövcud gerçəkliyin
eyibl
ərini göstərmək, xalqı maarifləndirmək, elmi bilikləri yaymaq, ictimai
şüuru oyatmaq məqsədilə müraciət etmişdi. Məhz həmin səbəbdən onun
n
əsrinə və pyeslərinə bəzi hallarda bədii əsər üçün münasib sayılmayan, bə-
zi m
əqamlarda əsərin bədiiliyinə xələl gətirən bir üslub – mürəkkəb mətləb-
l
əri elm gözü ilə şərh edib aydınlaşdırmaq üslubu xasdır (2, 23). Lakin bu
heç d
ə onun ilk bədii əsərlərində «ideyanın yoxluğundan», və yaxud hətta
«ide
yalılığın çatışmaması»ndan deyil, əksinə təbliğ etdiyi, aşıladığı ideyanı
daha
qabarıq nəzərə çarpdırmaq istəyindən irəli gəlirdi və bu xüsusiyyəti
başqalarında da görüb qiymətləndirməyi bacarırdı. O, İbsen haqqında yazır:
«
Yazdığı inşalara artıq diqqət edib bir kəlmə, ya istehza və ya bir mətləb
əbəs yerə işlətməyibdir. Henrix İbsen zamana müəllimi olub, qarelərini
(
oxucularını) həməvaxt (həmişə) doğru yola dəvət edirdi». Əslində bu
sözl
ərdə N.Nərimanovun öz yazıçılıq təcrübəsindən gəldiyi qənaət və,
ümumiyy
ətlə, bədii yaradıcılığın tələb-məqsədi öz əksini tapmışdır.
yasi hadis
ələrə liberal münasibətindən irəli gəlirdi». (Teymur Əhmədov. Nəriman Nərima-
nov. Bakı, 1982, s.77).
1
Mirz
ə İbrahimov «Nadanlıq» pyesinin təhlili Firidunbəy Köçərlinin fikirlərinə tama-
mil
ə zidd olması ilə diqqəti cəlb edir: O yazır: «Əsər («Nadanlıq») öz mövzu dairəsində
feodal k
əndinin səciyyəvi səhnələrini göstərir. Hadisələr
və adamlar doğru, inandırıcı, yığ-
cam t
əsvir olunur. Əsərin süjeti vahid bir xətt üzrə inkişaf edir, son dərəcə lakonikdir.
Ümumiyy
ətlə, o dövr dramaturgiyamız əlavə süjet xətlərindən, paralel talelərdən, dramatik
konfliktin şaxələnməsindən qaçırdı. Vahid bədii fikrə, vahid dramatik konfliktə meyil edir
v
ə buna müvafiq hadisələr, surətlər seçirdi. Nərimanovun komediyası tamamilə bu
üsulla
ya
zılmışdır. Lakonik təsvir yazıçıya imkan verir ki, o öz qayəsini, əsas bədii fikri ağıllı-
başlı qabartsın, oxucu və tamaşaçının diqqətini o fikirdən yayınmağa qoymasın.
«Nadanlıq» komediyasının əsas qayəsi cəhaləti, nadanlığı atəşə tutmaqdır. ... Nərima-
nov süni, qeyri-t
əbii priyomlara əl atmır. Əsərdə hər şey adi həyatda olduğu kimi cərəyan
edir. Tipl
ərin dili
və düşüncə tərzi sadədir, onları hərəkətə sövq edən amillər
təbii və həyati-
dir» (Mirz
ə İbrahimov. Böyük inqilabçı yazıçı. s.3-17. // Nəriman Nərimanov. Seçilmiş
əsərləri. Bakı, Elm, 1973, s.9).
- 47 -