A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə18/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

bunun  əsas  mənbəyini  mənafedə  görmüşdür.  İngilisi 
Azərbaycana,  onun sərvətlərini  şəxsi  mənafeləri  üçün  isti­
fadə etməyə  kim  istiqamətləndirmişdir.  Misterin  böyür-ba­
şında hərlənən tacirlər,  bəylər,  pristavlar,  yasavullar və on­
lardan yuxarıda dayanan dövlət məmurları.  Mister haradan 
bilərdi  ceyran  tutublar,  bazarda  "Yusif-Züleyxa"  xalçası 
satılır  və  bunları  almaq  lazımdır.  Sonanın  misterləri  içəri­
mizə  buraxanlara  lənət oxuması  tamamilə yerinə düşür.
Zaman  aşırımında  məmurlardakı  "mənafe"  fenomeni 
başqa  biçimdə - formatda Azərbaycana üz tutmuşdur.  Mə­
nafedə,  şübhəsiz,  xoşbəxtliyə aparan yol vardır; təmin olu­
nanda  problem  qalmır.  Məşhur  fransız  filosofu  Holbax 
(XVIII  əsr)  insanlardakı  bu  meyli  mənafedə axtarmışdı,  ey­
ni zamanda  mənafenin  ümumiyə xidmətini  də unutmamış­
dı.  göstərmişdi  ki,  insanın  şəxsi  mənafeyi  tələb edir-o,  ey­
ni  zamanda ümumi  mənafe üçün çalışmalı,  başqa  insanla­
ra  xeyirxah  münasibət  bəsləməlidir30 3
1
.  Mənafe  özlüyündə 
mənfi  statusunda  mütləqləşmir,  bir şərtlə,  həmvətəndaşla- 
rının  rahatlığına  yönəldilsin,  onların  əməyini  yüngülləşdir­
məyə  xidmət  etsin.  Sonanın  ceyranını,  xalçasını  satın  al­
maq  həvəsinə  düşən  Misterləri  içərimizə  doldurduğumuz 
xaricilər  arasındakı  mənafe  antoqanizmi  yoxdur.  Genetik 
birləşmə  daha  güclü  və  sərtdir.  Holbaxa  qayıdaq,  o  yazır­
dı  ki,  cəmiyyətdə  vətəndaşlar  insan  əməyini  yüngülləşdi­
rir,  onun  nəşə  və  sevincini  artırır,  insan  həmvətəndaşları- 
nın  istehsal  etdikləri  şeylərdən,  onların  bilik  və  bacarıqla­
rından  istifadə  edir,  sevinc və  əyləncələrinə  şərik  olur.  Bir 
sözlə,  ömrünün  hər  anında  insan  cəmiyyətdə  öz  həmvə- 
təndaşlarından  asılıdır3'.
30. Holbax.  Seçilmiş əsərləri (rusca).  II cild, M.,  1963, səh. 27.
31.  Holbax.  Seçilmiş əsərləri (rusca).  II cild,  səh. 27.
--------------------------------------- 
7 0
_______________________
Bu  sonuncu  fikir bizim  sevincimizə çevrilməlidir!
Mir Cəlal  Sona  arvadın  bir sıra  mühüm  xarakter-cizgi­
lərini  iri  planda  təsvir  edir;  o,  əzablı  həqiqət  axtarışlarını 
büruzə verir.  Fəlakətdən saralmış fədakar bir qadın-qəhrə­
mana  çevrilir.  Oğlu  həbsə  məhkum  tənhalığın  mücəssə­
məsi  və  daha  bəzi  epitetlərə  layiq  azəri-  türk  qadınında 
nəzərimizdə  ucalır.
Mən  tələsmək  istəməzdim.  Romandakı  "Yusif-Züley­
xa"  obrazı-predmeti  üzərində  dayanardım.  Mir Cəlal  intel­
lektual  ədib  idi  və  o,  Füzuli  kimi  dünyəvi  fikirlərlə,  obraz­
larla  zəngin  poeziyanı  araşdırmışdır.  Biz  adətən,  bədii 
əsər  haqqında  danışarkən  insanlara  üz  tuturuq,  bəlkə  də 
qeyri  nəyəsə,  əşyayasa ehtiyac  duymuruq.  Elə deyil;  əgər 
müəllif  əsərinə  hansısa  bir  predmeti  daxil  etmiş  və  ötəri 
üzərindən  keçməmişsə-bu,  təsadüfi  ideya-fikir  olmamalı­
dır.  Məhz bu müəllif yanaşmasının mahiyyətinə varmaq  la­
zım  gəlmir.  Xalçanın  toxunuşunda.  saxlanışında  üç  amili 
xaUrlatmalıyıq:  Tələbat,  maraq  və  bir də  onlardan  irəli  gə­
lən  xoşbəxtlik.  Xüsusilə,  "birincilər"  (maraq və tələbat)  elə 
bir  sistemdir  ki,  insanın  hərəkət  və  davranışlarına  stimul 
verir,  onun  arzu  və  istəklərinə  -xoşbəxtliyinə  yol  açır.  Gə­
ləcək  səadətini,  torpağını,  xalqını  nəzərdə  tutur.  Şəxsi 
səadət  miqyasını  genişləndirir,  hətta  mövcud  milli  sərhəd- 
dini  adlayır.  Bəlkə  də  ən  qədim  dövrə  gedib  çıxan  insan 
əlinin qidalandığı  düşüncə,  idrak, fantaziya möcüzələri ya­
radır.  Ona  görə  də  insanın  özü  təbii  -tarixi  bir  sistemin 
məhsuludur.  Konkret  "Yusif-Züleyxa"  xalçası  da  istisna 
olunmur,  vaxtilə  tələbat  və  maraqdan  yaranmışdır.  Daha 
doğrusu,  bu  anlamdan  doğan  insanın  məişəti,  strukturu, 
inkişaf qanunauyğunluqları  öz  növbəsində  iqtisadi,  siyasi, 
mənəvi-əxlaqi  seçimi və təsiri  məsələlərindən yan  keçmə­
məliyik.  Sonanın  sanki  vidalaşmaq  ərəfəsində  ikən  ürə­
71
  --------------------------------------


yində  dolandırdığı  fikirlərə diqqət yetirək:  "Sanki  onun  da­
nışmağa  dili  gəlmirdi.  Qəzəbdən,  həsrətdən,  peşimançı- 
lıqdanmı  qızaran  sifətində  mənalı  bir  sükut  cilvələndi. 
Sanki  o,  ağzından  söz  çıxan  kimi  gözəl  xalçanı,  o  gözəl 
”Yusif-Züleyxa"nın  həmişəlik  olaraq  əlindən  çıxacağını, 
özünün  yeganə  təsəllisini  itirəcəyini,  xalçaya  bağlı  bütün 
şirin,  müqəddəs  arzularını  selə-suya  verəcəyini  duyurdu. 
Sanki  o,  əbədi  və  təmiz  olan  bir  məhəbbəti  satmaq  kimi 
ağır və çətin bir zərurət qarşısında  idi. Ona görə də qiymət 
demək  müşkül  idi.  Azəri-turk  qadının  bu  kədərli  və  kövrək 
hissləri  insan  xislətinin  mürəkkəb,  möcüzəli,  sentimental 
və  realist təbiətindən xəbər verir.  Sosial-əxlaqi  prizmadan 
yanaşanda  daha  bir ciddi  dövrə  alınır:  insanın  arzu  və  is­
təkləri,  maraq  və  tələbatları  arasında  duran  bir  sıra  hərə­
kətverici  qüvvələr  məhsuldar qüvvələrin,  istehsal  münasi­
bətlərinin  inkişafı  ilə  bağlıdır.  Kustarçılığın  -  bir  dəzgahın 
məhsulu  olan  qiymətli  milli  əşya,  predmet  maraq  və  tələ­
batdan  düşünülməsini,  onun  insan  idrakında  inikasnı, 
müəyyən şüur aktı  kimi  təzahürünü  inkar etməməliyik.  Ya­
zıçı  da onu  nəzərdə tutur; bir tərəfdən maraq və tələbat nə­
ticə  etibarilə  istehsalın və mədəniyyətin  ümumi  səviyyəsi­
lə  ölçülür  və  bunlar  insan  şüurunda  (fantaziyasında)  ideal 
obraz, fikir predmeti  şəklində təzahür edir.  Filosofların  şə­
hadəti  kimi:  tələbat  bilavasitə  hiss və  duyğuların  məhsulu 
olaraq,  bioloji  ehtiyac şəklində  meydana çıxdığı  kimi,  həm 
də  ruhun,  xəyalın  törəməsidir.  Belə  bir  tarixi  mərhələlər­
dən  keçən  "Yusif-Züleyxa"  xalçası  Sona  arvadı  dərindən 
düşündürməyə bilməzdi;  onun  psixikasına,  xarakterinə tə­
sir  göstərməyə  bilməzdi.  Xalça  milli  əmtəəliyindən  çıxıb, 
bəşəri  əmtəəyə  çevrilmişdir.  Gəlin,  fikrimizi  əsaslandır­
maq  üçün  arxivə  atılmış  K.  Marksın  dahiyanə  sözlərini 
xatırlayaq:  "Əmtəə,  hər  şeydən  əvvəl,  zahiri  bir  predmet-
--------------------------------------- 
7 2
_______________________
dir, öz xassələri  sayəsində müəyyən  insan  tələbatını  ödə­
yən  bir  şeydir.  Bu  tələbatın  təbiəti,  bu  tələbatı,  məsələn, 
mədə və ya  xəyalınmı  doğurması-  məsələni  əsla  dəyişdir­
mir.  İş  həmçinin  bunda  da  deyildir ki,  həmin  şey  insan  tə­
ləbatını  məhz  necə: yaşayış vasitəsi,  yəni  istehlak şeyi  ki­
mi  bilavasitə  ödəyir,  yoxsa  istehsal  vasitəsi  kimi  dolayı 
yolla ödəyir”32.
Sonanın  xalçası  bir  tələbat  predmeti  kimi  maddi  və 
mənəvi  ehtiyacın cəmidir.  Sona üçün  bu  xalça maddi  tələ­
batını  ödəmək üçün  qorunmamışdı;  onun  mənəvi  -ruhi  hə­
yatı  üçün  idi,  illərlə  bir  ana  məhəbbətində  arzu-istəyinin 
ödənici  idi.  Bu  isə onun  xoşbəxtliyinin  mənbəyidir,  bir va­
sitə  olaraq  saxlanılırdı..  "Yusif-Züleyxa"  xalçası  istehsal 
predmetində  antikvar  əşyadır,  milli  sənətkarlığı  və  sənəti 
özündə  ehtiva  edir.  İngilis  kimi  dünyagörmüş,  intellektual, 
ənənələrə  və  dövlətçiliyə  malik  bir  ölkənin  vətəndaşı  xal­
çanı  görcək  valehliyini  gizlətmir,  çünki  yeganə  sənət  nü­
munəsidir,  ölkəsinə  yalnız  gözəllik  gətirər.  Bu  ingilis  eyni 
zamanda onu da qərara alır ki,  gələcək nəsillərin  əlinə  ke­
çəcək və tarixi  muzeylərinin  eksponatına çevriləcəkdir.  İn­
gilis-  misterin  və tələbat  dairəsi:
-  "Mister həyəcan  içində  idi.  Dözə bilmirdi.  Çılpaq  qır­
mızı  qılçalarını  qatlayıb  diz  çökdü  (fərqləndirmə  bizimdir). 
Xalçanın  haşiyələrinə,  ilmələrinə  bir  də  diqqətlə  baxdı, 
ayağa  qalxdı.  Xalçanı  qaldırıb  öz  sinəsində  tutdu.  Sonra 
tacirə verib  divardan  asılı  kimi  saxlatdı.
Tacir quldurlara təslim olan qorxaq yolçular kimi,  qolla­
rını  geniş açdı.  Xalçanı  qabağına  tutdu.  İngilis  baxdı,  bax­
dı,  yanına  yeridi,  baxdı,  kənara  çəkildi,  baxdı.  Yandan, 
aşağıdan,  yuxarıdan  baxdı,  arxayınlıq  hesab edir,  sevinci-
32.  Bax: K.Marks  və F.Engels.  Seçilmiş əsərləri, III c.  B.1953.
_______________________ 
73
  ----------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə