A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə26/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   22   23   24   25   26   27   28   29   ...   82

dar  idi,  şah  rejimi  də  sərhəddini  adlamışdı.  Bir  vətəndaş 
kimi  onu  ağrıdırdı;  ona  görə  də  romanda  belə  bir  mühüm 
məsələni  nəzərdən  qaçırmamışdır.  İrandakılar  da  bizim 
soydaşlarımızdır və olaraq  qalırlar.
Sosial  münasibətlərə:38  "İranda  xanın,  ərbabın  əlindən 
baş götürüb bura qaçmışıq" - etirazı diqqətsiz keçinməmə­
lidir və  əxlaqın  az  qala  mənfi  mənada  mütləqliyini  maddi­
ləşdirsin.  Karl  Marks  məhz  dünya  tarixində  sosial-iqtisadi 
və  mənəvi  münasibətlərin  dörd  böyük  tipini39  fərqləndir­
mişdir.  Bizi  ikinci  tip  maraqlandırır  ki,  bu  məsələdə  şəxsi 
asılılıq,  birbaşa  hakimliklə  məhkumluq  münasibətləridir. 
Bu  asılılıq  daha  sadə  və  amansız  formada  bir  fərdin  baş­
qa  fərdin,  yaxud  digər fərdlərin  mülkiyyəti  olduğu  şəraitdə 
təzahür edir.  Quldarlıqdan  keçidin müstəvisində feodalizm 
formasiyasında  şəxsi  asılılıq  münasibətləri  ilk  öncə  təh- 
kimçilikdə  möhkəmləndi...Əsərə  gəldikdə,  belə  bir  mürtə­
ce  rejim o halda və o vaxt devrilə bilər-xalq bir yumruq  ha­
lında  birləşməli,  öz  hüquqlarını  bərpa  etməlidir.  Bu günki 
İran  rejimi  əyani  sübutdur  ki,  yazıçının  toxunduğu  məsələ 
həllini  tapmamışdır.  Mərdanın  mübarizəsi  yaşadığı  Azər­
baycanda  mövcud  rejimin  inqilab  yolu  ilə  əvəzlənməsidir. 
Mərdanın:  "Əncamı  gərək camaat özü çəksin" - deməsi  tə­
sadüfi  səslənmir.  Və  onun  fikri  keçəpapağının  etirazı  ilə 
üst-üstə  düşür.  Deməli,  iranlılar  da  artıq  şah  rejimindən 
bezmişlər;  onun:  "Necə  nə  deyəcək,  şahlar  rəiyyətin  halı­
na qalsın.  Bir-iki  yüz  tümən fağır-füqəraya  kömək verə bil­
məz?  Başbilən  pulunu  paylaya  bilməz?"  sözləri  romana 
təsadüfi  gətirilməmişdir.  Mərdan  söhbətə  daha  radikal-si­
38.  Marks  K.  və  Engels  F.  Əsərləri ( rusca),  ııı  cild.
39.  Marks  K.  və  Engels  F.  Əsərləri  (rusca),  I  cild  və  XX  III 
cild,  səh.  99-108.
102
yasi  baxımdan qoşulur:  "Elə sizi xana tapşırıb ki, eviniz yı­
xılıb  da!  İş  sizin  özünüzdədir,  qardaş!  El  gücü,  sel  gücü. 
Siz  istəsəniz  xanın  da,  konsulun  da  öhdəsindən  gələrsi­
niz".
"Bir gəncin  manifesti"  romanının poetikasında idarəet­
mədə  fərd-  kütlə  -qanun  üçlüyünün  bir-birinə  münasibəti 
qırmızı  xətlə keçir.  Mir Cəlal  müdrik yaşında bu  əsəri  yaz­
mışdı,  əqli  müdriklik vardı  onda.  Sovet hökuməti  təxminən 
iyirmi  liə  yaxın  stajında olsa  da,  dövlətin  idarəetmə  rejimi, 
rəhbər məmurların  xalqa,  ziyalılara  münasibətində  ədalət­
sizlik  çox  idi  və  repressiya  maşını  işləməkdə  idi.  Söhbət 
isə  müsavat  dövrünü,  iyirminci  illəri  əks  etdirirdi.  Daha 
doğrusu,  atalar sözündəki  kimi:  "Qızım  sənə  deyirəm,  gə­
linim  eşitsin".
Yazıçı  Mərdan  obrazında  rejimi  sökmək  üçün  çalışan 
bir  fəhləni  təsvir  edir və  feodal-burjua  əxlaqının  hökmran­
lığının başqa forma və məzmunda davam etdiyini  göstərir­
di.  Və  bir  mühüm  sualı  qoymamışdır  (qoymaq  da  absurd- 
du):  biz  azərbaycanlıların  içərisindən  çıxan  məmurlar,  hö­
kumət  nümayəndələri  bəşəri-  humanist  əxlaqla  idarə  et­
mək prinsipinə yiyələnəcəklərmi?"  Bu  sual-teziz  Mir Cəla­
lın  nəsrindən Qırmızı  xətlə keçmişdir.  Sanki  mərhum yazı­
çı-vətəndaş  gələcəkdə  doğulacaq  və  formalaşacaq  belə 
tiplərdən narahat idi!  Mərdanın, çağdaş məmur-tiplərin va­
risinin  sözləri:  "Hökumət  məmurlarının  hərəsi  bir oturuma 
bir  quzu  şişə  çəkir,  nə  sahibini,  nə  də  qiymətini  soruşur­
lar.  Xırmandan  döyülməmiş  dərz  aparırlar.  Bostandan  ye­
tişməmiş  məhsulu  yığışdırırlar.  Evlərə  hücum  çəkib  talan 
edirlər.  Hökumət adamları  məmurdan çox əlinə fürsət  keç­
miş  quldurları  andırır  "
Cəmiyyətin  siyasi-əxlaqi  iflasının  başlıca səbəbi  təhsil 
kontekstində şəxsiyyət  naqisliyi, fərdiyyətçilik,  hökmranlıq
_______ _______________
103
---------------------------------------


hissi  və  sair  amillərdir.  O  siyasi-  -dövlət  sistemində  bu 
məsələlər  diqqət  mərkəzindədir-  sivil  prosesləri  tez  mə­
nimsəyir.  Romanda  Mərdanın  timsalında  hökm  sürən  sa­
vadsızlığa  etiraz,  əhalinin  oxumasına  şəraitin  yaradılması 
qoyulmuşdur.  Çar üsul-idarəsi  bunları  nəzərə almırsa,  bəl­
kə  də  bilərəkdən  əhalinin,  xüsusilə,  azərbaycanlıların  sa­
vadsızlığına  naildirsə  -  hakimiyyət  özünü  qorumağı  baca­
rır.
Məlumdur  ki,  əxlaq  ictimai  inkişafın  gedişini  sürətlən­
dirmək  və  ləngitmək  imkanına  malikdir.  Ona  görə  də  elə 
etmək lazım gəlir ki, qabaqcıl,  ədalətli  mənəviyyat yeni  nə­
sildə  aşılansın,  elə  sosal  qüvvələr  formalaşsın-cəmiyyəti 
irəli  aparmaq qabiliyyətni  büruzə versin.  Və belə bir əhval- 
ruhiyyəni təhsilin  mahiyyətinə hopdursun.  Belə olanda əx­
laqın  daha  faydalı  bir  cəhəti  -şəxsiyyətin  tarixi  fəallığının, 
sosial  potensialının  bərqərarlığı  mümkünləşir.  Yazıçı  döv­
rün,  XX  əsrin  başlanğıcını,  ictimai-mənəvi  mühitində  so­
sialist  inqilabının  qələbəsinə  hazırlığın təsvirində  məqsə­
di  heç də onda axtarmamalıyıq  ki,  hər şey  ideal olacaqdır. 
Təəssüf  ki,  belə  bir  mövzulu  romanlarımızı  ədəbiyyatşü­
naslarımız  "sovet gerçəkliyinin"  iflasına  bağlamaqdadırlar. 
Ona  görə  də  o  əsərləri  arxivə  yola  salmaq  iddiasındadır­
lar.  "Bir gəncin manifesti"indən konkret olaraq danışırıqsa, 
məqsəd  maarifçilik  kontekstində  şəxsiyyət  yetişdirməklə 
onun  əxlaqi  həyatının  mündəricəsi,  cəmiyyətin  taleyindən 
ayrılmazlığı,  xalqın  içindən  çıxan  məmurların  idarəetmə 
obyektivliyi,  talançılıqdan  uzaqlığı  və  qeyri-fərdiyyətçiliyi 
məsələlərinə  münasibətdir.
M.  Cəlala  Marksın  bir tezisi  bəlli  olmaya  bilməzdi:  "İn­
sanlar şəraiti  nə  dərəcədə  yaradırlarsa,  şərait  də  adamla­
rı  o  dərəcədə  yaradır".  Romanda  müəllifi  inqilabi  əhvalda 
hallandırmaq  səhv-nəticədir  və  əxlaq  daxili  səbəblərdən
_______________________
104
________________________
törəyən  inkişafın  bir  mühüm  xüsusiyyətidir;  bu  isə  o  de­
məkdir:  insan  istər  inqilabçı,  istərsə  təkamülçü  olsun- 
onun  amalı,  fəaliyyəti  yenilməz  sövqedici  təkanı  özündə 
əks  etdirir.  Mərdanlar,  digər  təkamülçülər  və  sair  təbəqə­
lərin  nümayəndələri  böyük  siyasi-əxlaqi  məktəbi  keçmə­
dikləri  üçün on  illərlə Azərbaycan dövlətçiliyində büdrəmə­
ləri:  ideoloji  sapmalar,  amiranəlik,  taktiki  icralar,  məmur 
özbaşınalıqları  varislik  prinsiplərinə  tabe  olmuşdur.  Mir 
Cəlal  bir  vətəndaş  qeyrətiylə  romanında  sətiraltı  şəklində 
olsa  da  demişdir.  Əgər  bu  gün  yazıçının  uzaqgörənliyi 
özünü  diqtə  edirsə  -  nəsrin  poetikasına  belə  bir  nəzərdən 
qiymət  verməliyik.  Əgər  oxuyuruqsa;  "Gimnaziyadan  qa­
yıdan  tacir  uşaqlarını  oğurlayırlar.  Atasından  filən  qədər 
pul  almamış  qaytarmırlar.  Ev  yarmaq,  yol  kəsmək  adət  ol­
muşdur...Oğurluq  şeylər  həftə  -bazarında  açıq-aşkar  satı­
lır.  Malının  başını  tuta  bilərsən,  amma kimə nə söz demək 
olar?  Ancaq canından  keçənlər dillənə  bilər.  Bu  hansı  icti- 
maHmənəvi-sosial  əxlaqdır.  Davranışda  subyektiv  -  şəxsi 
cəhətin  şəksiz  azadılması  onun  aciz  rəsmiyyətə çevrilmə­
sidir.  Bu  gün  bu  fəsadlı,  mənfi  əxlaq  yenidən  baş  qaldır­
mışdır.  Roman,  bədii  əsər öncə,  tərbiyəedici  mənbədir və 
dünya  ədəbiyyatının  ölməz  nümunələri  bu  cəhətiylə  fəxr 
etməkdədir.  Məmurlarımız  sərbəst,  qorxusuz  cəmiyyətdə 
özlərinin  davranışını  stimullaşdırmış,  dövlətin,  xalqın  sər­
vətini talamaqdadırlar və "yeni  inhisarçı" anlayışını dövriy­
yəyə  buraxmışlar.  Xalq  belə  bir fakt qarşısında  qalmaqda­
dır.  Sosial  münasibət-hərdən  irəli  gələn  sərvət  toplamaq 
hissi  məmurlar tərəfindən şəxsi  əmlakı  kimi qavranılır. Tə­
bəqələşməni  onlar  yaradırlar  və  belə  bir  qeyri-qanuni  ya­
naşmanın  nisbi  reallığı  cəmiyyətin  bütövlükdə  siyasi  əxla­
qına  mənfi  təsir  göstərir.  Romanda  oxuyuruq:  "Hökumət 
adamları  illərdən bəri  acımış, quduzlaşmış canavarlar kimi
105
--------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə