A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə34/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   30   31   32   33   34   35   36   37   ...   82

larin  hamısının  "yiyəsi"  vardı  -  sahibsiz  yalnız  bir  məxluq
idi.  Yalnız  boranlı  küçələr sahibsiz və  müftə  idi  ”
Bahar can  üstə, o,  bunu duymur, ağlı  kəsmir, adam be­
ləcə nəfəsiylə vidalaşır və yeganə imdadına çağırdığı Ana­
sı  olur.  Onun  üçün  ki:  "-Ana,  ay  Ana!  -Onun  xəyalı  səsin­
də,  axşamdan  yuxulayıb  gecə  yarısı  ayılan  ana  uşağının 
arxayınlığı  kimi  bir  zəriflik  hiss  olunurdu.  Belə  uşaq  dillə­
nəndə ürəyi  bir tikə olan ana  "can" deyər, cəld qalxıb onun 
yatağına  baxar,  üstünü  örtər,  rahatlardı.  Uşaq ana  məhəb­
bətinin  istiliyində təkrar xumarlanar,  ləzzətli  yuxular görər­
di.  Baharın qisməti  bu deyildi,  o özünü müdhiş bir biyaban 
tənhalığında hiss edəndə yenə çığırmaq  istədi:  - "Ay ana!"
Mir Cəlal dilin  poetikasına  müvafiq  üslubda, tərzdə sə­
si,  intonasiyanı  götürmüşdür.  Bahar  hələ  lazımınca  anla­
madığı  obyektiv  gerçəkliyin,  qəzavü-qədərin  mütləqliyinə 
daxili  münasibətini  ifadə edə bilməyib anasını səsləyir. Öz 
həyəcanlarını  söz  və  səslə,  sarsıdıcı  ahənglə,  titrək  tem- 
birlə  nümayiş etdirir.  Bu  səs tək deyil,  çovğunlu  boran yal- 
quz ac qurd  kimi  quduzcasına  səslənir,  güllə  kimi  Baharın 
qəlbinə  soxulur.  Mir  Cəlal  Baharın  və  çovğunun  səsində 
qorxu,  vahimə  hisslərini  əks etdirir,  ölməkdə olan  bir yeni­
yetmə  uşağın  həyata,  insanlara  münasibətini  təsvir edir. 
Məşhur  filosof  H.Spenser  yazır  ki,  hər  bir  nitq  iki  ele­
mentdən:  sözlərin  tələffüz  olunduğu  kəlmələr  və  hiss-  hə­
yəcan  işarələrindən  ibarətdir.  Bu  sistemdə  müəyyən  kəl­
mələr  fikri  ifadə  edirsə,  onlara  uyğun  səs  ahəngləri  fikir 
sayəsində yaranan  bu  və ya  digər dərəcədə xoşagələn  və 
gəlməyən  duyğuları  ifadə  edirlər.
İnsan  səsinin  bütün  dəyişkənliyini  əhatə  edən  və  sö­
zün  adi  mənasında  işlətdiyimiz  vurğuya,  fikrin  ifadəsinə 
ruhi  həyəcanların  komentariyası  kimi  baxmaq  olar!  Ro­
manda  obrazların  xarakterləri,  daha  doğrusu,  düşüncə tər­
---------------------------------------
134
----------------------------------------
zi, yozumu dialoqlarda aydın  nəzərə çarpır.  Lənglik,  ətalət, 
qondarma  münasibət  yoxdur.  Bu  dialoqlarda  obrazlar  öz 
səviyyələrində danışırlar.  Və bəzən özünü  hazır edənəcən 
bir "məşq” də aparır daxilində.  Məsələn,  Sona xalçanı  sat­
maq  istəyəndə  müdrikləşir;  sanki  şəxsi  malını  yox,  "Vətə­
ninin  hana quran əli  qabiliyyətli  qızları,  məclisləri  bəzəyən 
məğrur  oğlanları  Sonaya  baxır:  "Sona!  Sona!"  səsləri  qu­
laqlarında cingildəyir.  Bu da  hər şeyə  nöqtə qoymur,  Sona 
nəzərlərini  təbiətə,  havacata  tikir:  "Sona  tutqun  üfüqlərdə 
də göylərin  hiddətini,  kainatın  incimiş uşaq  kimi  boğuq si­
masını  gördü.  Qayıdıb ovcuna pul sayan  ingilisə baxdı.  O, 
sinəsini  irəli  verib  məğrur  dayanmışdı.  Müştük  kimi  düz 
barmaqları  ilə  ovcu  dolusu  sarı  qızılları  sayırdı  "  Bu  mə- 
ğamda  Sonanın  içində  milli  heysiyyat  baş qaldırır və  "Sən 
nə  edirsən,  qul  zamanından  min  illər keçib,  bura  Misir de­
yil,  Azərbaycandır.  Sən  Yusif  deyilsən,  sən  Mərdanlar  bö­
yüdən  Sonasan."
Daha dialoqa  girməyə  dəyər,  özü  də  sərt  mövqedən.
...Satmıram!
-   Necə?  Necə yəni?
-   Satmıram,  əfəndi!
Bunu dediyilə ovcundakı  qızılları  yerə səpdiyi  bir oldu. 
Camaatı  maraq  götürdü.  Tacir  irəliyə  yeriyib  əlini  cibinə 
saldı?
-  Azdırsa,  al,  on  beş  olsun!
-   Satmıram!
-   Bu  da  iyirmi!
-  Yorğan  bilib  üstümə sərəcəyəm!
-  Otuz qızıl,  di  sözün  yoxdur  ki!
-   Paltarım  yoxdur bürünəcəyəm!
-  Əlli  qızılını  al,  üstündə  bir dəstə  paltar".
Və  sonra  "İtə  ataram,  yada  satmaram"  cavabı  vətən­
_______________________
135
---------------------------------------


pərvər bir azərbaycanlı  qadının  ürəyindən  çıxan  səsiydi.
Əsərdə  dialoqlar çoxdur,  yazıçı  yeri  gələndə  kompozi­
siya  bitkinliyinə  yönəldir.  Mir  Cəlalın  nəsrində  qəhrəman­
larının  ovqatı,  kövrək  intonasiya,  daxili  nitqin  məntiqi  və 
sairə  süni  səslənmir.  Söz  yaradıcılığı  zəngindir,  bu,  hər 
yazıçıya  nəsib deyil.  Həyatın dərindən  müşahidəsi  nəticə­
sidir ki,  yeni  ifadələr, sözlər işlədir,  dil  mühitini  əlvanlaşdı- 
rır.  Məşhur  rus  dilçisi  N.M.  Şanski  bu  məsələdə  yazır  ki, 
rus  dilinə  daxil  olan  hər  sözü  neologizm  hesab  etmək  ol­
maz.  Daxil  olan sözlər rus dilinin  söz yaralıcılığı,  semantik 
və  qrammatik  sistemlərinə  uyğun  kəlmələridir.  Bəzilərini 
sıralamaq  yerinə  düşərdi:  "topuq  bəndindən  yapışdı;  otu­
rub  dodağını  sarıdı;  çay  üstündə  xəyal  kimi  uçan  qaran­
quşlar;  çiyəri  yanmış  xam  saldı;  ətləri  doldurub  daşqaya 
doldurardılar;  meyvə  kimi  yumşaq  kəndli  qəlbi;  duyğuların 
özünü  xilas  etmək;  dibçək kimi  yupyumru adam; çimli  me­
şələr  diklənəndə;  qılçaları  qoltuq  ağacları  kimi  hissiz  ifa­
dələr,  bülöv  rəngli  incə  dodaqları"  və  ilaxır  ifadələr  məhz 
Mir Cəlala  məxsusdur
"Nəsrin  poeziyası"  anlayışı  işlədilir,  mən  qürurla  de­
yərdim  ki,  Mir Cəlalda bu, fərdi  təsvir ovqatına malikdir, tə­
miz havayla doludur:  "Ağaclardan daman yağış xəzələ dü­
şüb  səs  eləyirdi".  Bu,  açılmaqda  olan  səhərin  ilk  əlaməti­
dir.  Yaxud:  "Ağaclar arasından  qalxan  rütubət  qoxulu  tüs­
tü  kədər  kimi  dağlara  və  meşələrə  çökürdü.”  Bu,  atışma­
dan  sonrakı  sakitliyə  işarədir.  "Kibrit  işığında  onun  sarı 
bığları  çöp  kimi  seçilirdi” .  Kiçik  çayçı  dükanında  çayçı 
adamın  ən  yadda  qalan  cizgisidir.
Yaradıcılıq  texnologiyasında  maraqlı  cəhətlər:  enişlər, 
yoxuşlar,  qalxmalar,  təriflər  və  tənqidlər.  Bunların  hamısı­
nı  qəbul  edən  və  eşitməyən  sənətkarlar  az  deyil,  hətta
_______________________
136
----------------------------------------
müasir nəsil  də  istisnalıq  yaratmır.  Mən  özüm  də  bir yazı­
çı  və  söz  adamı  kimi  bu  yanaşmaları  təbii  sayıram.  Şüb­
həsiz, başa duşulməzlik, qərəzlik, tələskənlik və sailrə hal­
lar da baş verir.  Lakin yazıçı  üçün ən dəyərli  mükafat onun 
öz müasirinin,  salamlaşıb əhval tutduğu həmkarının yazdı­
ğı  sözdür,  çap  etdiyi  rəydir.  Ona  görə  ki,  yazıçını  yazıçı 
daha  düzgün,  yetərli  duyub qiymətləndirir.
Mir  Cəlal  30-cu  illərdən  məhsuldar  nasir  kimi  işləyir, 
romanlar yazırdı.  Necə ki,  "Bir gəncin manifesti"  epik əsə­
ri  meydanda  göründü,  kitab  şəklində  çapdan  çıxdı.  Yenə 
də  "lakin"  ki,  M.Hüseyn,  M.C.Cəfərov,  M.Arif  və  başqaları 
barəsində  yazdılar,  rəsmi  fikir  söylədilər.  Bəzi  mübahisə­
lərə də aydınlıq gətirdilərsə...  qəlbdolu,  səmimi  bır təəssü­
ratı,  sevinci,  müsbət  məziyyəti  demədilər.  Məgər  artıq  ta­
nınmaqda  olan  Mir  Cəlala  üz  tutub  ürəkdən  süzülən  bir 
rəy,  fikir,  yaxud  lap  məktub  yazmaq  olmazdımı?  Niyə  bi­
zim  söz  adamlarımızda  belə  bir müsbət psixologiya  olma­
mışdır?  Qarşımda  A.P.Çexovun,  F.M.Dostoyevskinin, 
M.V.Qoqolun  əsərləri  haqqında  müasirlərinin  səmimi,  ob­
yektiv  sözləri  durur.  Müəllif  reaksiyası  da  həmçinin.  Belə 
yazışmalarda, fərdi fikirdə yaradıcı  əməyə diqqətlilik,  möv­
zuya,  obrazlara  doğmalıq,  oxucu  münasibətinə  yanaşma 
və s. cəhətlər o dövrün ədəbi  mühiti  haqqında təsəvvür ya­
radır.  Yenə  M.  Cəlal  ruhuna  yaxın  Anton  Çexova  üzümü 
tuturam.  Məşhur  (məşhurlaşdıran  da  həmkarları  deyilmi?) 
"Çöl"  povesti  haqqında  şair A.H.Pleşşeyevin,  N.K.  Mixay- 
lovskinin,  S.  Şedrinin  "rəyləri"  yalnız  xoş  münasibətin  ya­
digarlarıdır.  A.N.Pleşşeyev  yazıqdı:  "Əsəri  böyük  həvəslə 
oxudum.  Oxumağa  başlarkən  ondan  ayrıla  bilmədim.  Ko- 
rolenko  da  mənim  kimi...Elə  füsünkar,  elə  ecazkar  poezi­
yadır ki,  bundan  artıq  Sizə  heç  nə deyə və  heç  bir irad  tu­
ta bilmərəm;  bircə bunu söyləyə bilərəm ki,  əsər son dərə-
_______________________
137
---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə