A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə33/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

tirmir.  Daha  görmədi,  bu  gün  nəinki  bazarlarımızda  natə- 
miz,  qeyri-qanuni  ət dükanlarının  sayı  baş alıb  gedir,  artıq 
nisbətən  mədəni,  yorğunluğu çıxaran  Bakı  çayxanalarında 
"ilan”lar fəaliyyətə  başlayır.
Romanın  poetikasından  danışırkən,  yazıçı  uzaqgörən­
liyinə mövcud sosial-məişət kontekstində yanaşılmalıdır
Bəs  Baharın  xələfləri  necə?  Yaşayırlarmı?  Romanda 
həzin,  sinirə  təsir  göstərən  bir  görüm:  "Bahar  ayaqların, 
küçələrin soyuq  palçığını  ayaqlaya-ayaqlaya,  sürüşə-sürü­
şə,  özündən  böyük,  ağır  içalat  səbətini  bu  qolundan  o qo­
luna  keçirərək  hıqqana-hıqqana  küçə  qapılarını  gəzib  hə­
zin  və  sadə  uşaq  səsilə  çığırırdı:  -  Ciyər  alan,  ay  ciyər 
alan!
Təəssüf ki,  mənfi  çavab verməyəcəyik.  Bakı  küçələrini 
Baharlar  əlinə  alıb  hamballıqla,  maşın  yumaqla,  oğurluqla 
məşğuldular.  Hərçənd,  Məşədi Abbaslar dükanda oturmur­
lar,  nümayəndəsini  əyləşdirirlər.  Bir  həqiqətdir  ki,  Məşədi 
Abbasların  xələfləri  yenə də ağalıqla,  eyiş-işrətlə günlərini 
keçirirlər,  iri  miqyaslı  inhisarçılıqla  yaşayırlar,  təhsilli  ziya­
lılar  üzərində  "pul"  hökmranlığını  edirlər.  Allah  ruhunu  şad 
eləsin,  Mir Cəlal  müəllim,  Siz  necə  də  dahi  ədibsiniz,  So­
vet  ideologiyasının  tüğyanında  aşağıdakı  təsvirinizlə,  ana 
dilimizlə  XXI  əsrə  messaj  göndərmisiz  ki,  ey  mənim  oxu­
cularım,  bu  gənclik  romanımı  oxuyanda  barı  gəncliyin  gə­
ləcək taleyilə oynamayın,  az harınlaştn.  Bütün  işıqlı dəyər­
ləri  yalnız  övladlarınıza  istiqamətləndirməyin,  axı,  Bahar­
larımız  da  bu  azad  Məmləkətin  soydaşlarıdır.  Oxuyuruq: 
"Aşpazxanaların  (indi  restoranların,  barların,  kafelərin  - 
A.E.)  qapısından  çölə  çıxan  isti  havadan,  varlı  evlərinin 
bacalarından qalxan tüstüdən,  kükrəyərək bəyləri  toy məc­
lislərinə  aparan  fayton  atlarının  gövdəsindən  qopan  buğ- 
_______________________
130
----------------------------------------
danmı,  nədənsə  küçələrdə  hava  bir  az  mülayim  hiss  olu­
nurdu.  Yerin  donu  isə  açılmırdı...Bahar  isə  köhnə  çarıqlı, 
yalın  qat,  gödək  paltarda  qəssab  dükanının  qapısında 
əsim-əsim  əsirdi.  Dişi-dişini  kəsirdi"
Mir Cəlal Baharı belə bir mühitdə ona görə təsvir etmə­
mişdir ki,  onun taleyi  bizi  sızlatsın,  kövrəltsin.  Yox,  Bahar­
ları  bu  yönə,  miskin  hala  salan  cəmiyyəti  məhv etmək gə­
rəkdir. Bədbəxtlik psixologiyası  ilə barışılmamalıdır, bunun 
üçün hər bir insan özündə qüvvə tapmalıdır. A.S.Makaren- 
ko  göstərmişdi  ki,  biz  elə  adam  tərbiyə  etməliyik  o,  xoş­
bəxt olmağa borclu olsun;  bədbəxtə  kömək edilməlidir,  bu, 
vacibdir,  lakin  daha  əsası  budur  ki,  ondan  tələb  edəsən- 
bədbəxt  olmasın.  Xoşbəxt  olmaq  isə  təsadüfi  baş  tutmur, 
xoşbəxt  adam  olmağı  bacarmaq  gərəkdir,  istismarın,  biri­
nin  digərini  əzməsini  aradan  qaldırıldığı,  insanların  hamı­
sı  üçün  bərabər yollar və  imkanlar olduğu  bizim  cəmiyyə­
timizdə  bədbəxtlik olmamalıdır"43.
Bahar  soyuq  havada  soyuq  insanlarla  qarşılaşır  bir 
ümidgah  niyyətiylə.  Yazıçı təbiətlə biganə adamlar arasın­
da doğmalıq  görür,  qış sazağı  xarakterləri tamamlayır.  Ba­
har  ümidini  itirmir,  o,  ölümlə  üzbəüz  dayandığını  duyursa 
da:  "Son  ümidlə  özünü  xozeynin  qapısına  saldı.  Qorxa- 
qorxa  döydü.  Səs-səmir  yox  idi.  Donan  və  qovuşan  bar­
maqları  ilə  qapının  dəmirini  bir də tərpətdi.  Həyətdən  qarı 
ayaqlayan addım səsi eşidiləndə  uşağın sönən  ümidlərinə 
sanki  həyat  eşqi  saçıldı.  Qapı  açılanda  azıb  yorulmuş  pi­
şik balası  kimi  cəld  içəri  girmək  istədi.  Xanım  əlindəki  mi­
tili-  Baharın  köhnə  yorğanını  və  daşqa  sürəndə  gətirdiyi 
ağacını  eşiyə atdı..."
43.  Makarenko A.S. Polnoye sobr. soç.  V cild.  səh. 454.
_______________________
131
---------------------------------------


Mir  Cəlal  təbiətin  bu  çağında-  təbiətin  mütləq  qanunu 
ilə  -  qışdır,  deməli,  soyuqdur-  cəmiyyətin  hökm  sürdüyü 
qanunauyğunluqların  mahiyyətini  insan  psixologiyası  ilə 
ahəng  yaratdığını  verir.  Predmet  və  hadisələr  öz  xassələ­
rini  daşıyırlar:  qışdır,  küçələr  buz  bağlamışdır,  tamamilə 
qanunidir;  insandır-  mənəvi  keyfiyyətlərə,  icimai  münasi­
bətlərə  malikdir  və  özünün  mövqeyini  ifadə  edir.  İnsana 
sevinc,  xoşbəxtlik,  rahatlıq  gətirən  münasibət  məhz  kim­
səsiz  bir  uşağın  həyatına  laqeyd  qalmamalıdır.  Professor 
Y.N.Pavlovski  demişkən,  təbiət  onu  başa  düşən  insanın 
idrakına  nəinki  qida,  həzz verir,  eyni  zamanda onun  bədii 
duyğusunun  təkmilləşməsinə  yardımçı  olur.  Lakin  Baharı 
başa  düşən  tapılmır.  Hətta evin  qadını,  xanımı  ana  hissiy­
yatını  itirməklə qapını  bərk çırpır Baharın  üzünə,  hətta qul­
dura  oxşadır:  "Boş  və  boran  uğuldayan  qaranlıq  küçəyə 
sarı  yönəldi.  O,  tufana  düşən  yarpaq  kimi  əsib  yerdən-ye­
rə  dəyirdi."
Xanımla  Baharın  ünsiyyəti  baş  tutmur,  eləcə  də  soy­
daşları  ilə.  Cəmiyyətin  bədbəxtliyini  təsvir etmək və əsas­
landırmaq  üçün  Mir  Cəlal  geniş  təfərrüata  yol  vermir,  yal­
nız  sadə  və  adi  görünən  "ünsiyyət” in  əxlaqi  mahiyyətini 
ön  plana  çəkir.  Yazıçı  böyük  pedaqoq-etik  idi  və  belə  bir 
ştrixi  təsadüfi  seçməmişdi.
Biz  bədbəxt bir cəmiyyəti  görürük;  psixoloqların da şə­
hadətinə  görə,  insan  üçün  ən  böyük  cəza  onun  başqaları 
ilə  ünsiyyətdən  məhrumluğudur.  Eləcə də  cəmiyyət öz sa­
kinlərindən  ünsiyyətini  itirmiş  olarsa,  süquta  layiqdir.  Ba­
har  ünsiyyət,  ülfət  bağlayan  bir  kimsəyə  rast  gəlmir,  onu 
ağuşunda "qızdıran" yeganə bir buz, qar "yorğanr'dır, can­
sız  əşyadır.  Yazıçı  yazır:  "Sanki  Baharı  iynəli  yorğana  bü­
rüdülər.  Elə  bir yorğana  ki,  tikan  kimi  əzablı,  hamam  kimi
_______________________
132
----------------------------------------
isti.  Bahar  get-gedə  xarici  aləmdən,  qardan,  borandan, 
qorxudan,  qaranlıqdan  aralandığını,  fəlakətin  dərinliyinə 
doğru  endiyini,  qayğıdan  qurtulduğunu,  bu  qəribə  yorğa­
nın  içində  kiçildikcə  bir  növ  rahat  olduğunu  zənn  edirdi. 
Gözünə qəribə  bir yuxu dolurdu:  Yazdır,  sel şaqqıltıyla gə­
lir,  kənd uşaqları cərgə  ilə tamaşaya durmuşdular. Ağamə- 
cid  onu  itələyib  bulanıq,  daşlı  sulara  salır.  Su  topuğuna, 
sonra  dizinə,  daha  sonra  döşünə  qədər qalxır.  Bahar  qış­
qırır...  Oğlunun  əlindən  tutub  qırağa  çəkməyə  çalışır,  əli 
çatmır.  Baharın  ayağı  yerdən  üzülür.  Sel  onu  beşik  kimi 
yırğalayır,  daşdan-daşa  vurur.  Anası  da  özünü  çaya  atır, 
onlar  bulanıq  sularda  üzürlər.  Ağzına  su  dolur,  səsi  çıx­
mır..."
Bu,  mistika deyil,  bir həqiqətdir.  İnsan  ən  ağır dəqiqə­
lərində  bütün  yaşadığı  ömrü  bir  anda  yaşayır;  xəyallarına 
qovuşur.  Bahar isə elə bir gün görməmişdi,  kəndini,  baha­
rı,  çöl-bayırı  və  bir də  ana  ülfətini,  hənirtisini  duymuşdum. 
Yazıçı  bu  iki  "qütbü”  Baharın  kövrək xəyalına  gətirir.
Artıq  real  bir  kabus  onunla  əlbəyaxadadır.  Bir  cocuğu 
arzusunun  əlindən  alıb  aparacaqdır.  Ana  məhəbbətindən, 
qardaş  həsrətindən  məhrum  edəcəkdir.  Mir  Cəlal  bu  dəfə 
də  qələmini  təbiətə  verir;  bu,  amansızdır,  ölüm  gətirəndir; 
bir  uşağın  rahat  isinmək,  qarın  doyunca  yemək  həsrətini 
gözündə qoyan kabusdur.  "Bahar diksindi.  Gözünə  isti  ev­
lər,  qızarmış təndirlər, alovlu buxarılar göründü. Özünü be­
lə bir yerə salmaq meyli ilə çırpındı. Lakin qulağına dedilər4': 
"Onların  yiyəsi  var".  Bahar  bərkimiş  və  ağırlaşmış  kiprik- 
lərini  güclə  aça  bildi.  Damların  bacasından  çıxan  tüstünü 
külək ətrafa səpirdi.  Pəncərələrdən tutqun  işıq gəlirdi.  Bun-
44.  Biz bu  təsvirləri təklarları ilə işlədirik.
_______________________
133
---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə