A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə35/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   31   32   33   34   35   36   37   38   ...   82

cə məni  valeh  edib.  Təbiət  necə də  misilsiz təsvir olunub, 
insanlar  nə qədər əyani,  nə  qədər  rəğbətlidir".
Tarixdən  və  xarakterlərdən  qaçmayaq.  Və  bu  iki  anla­
mın  doğurduğu  ab-havada  bir-birini  tamamlayır.  Bizim  sə­
nətkarlarımızın  belə  bir  psixologiyada  yaşadıqları  tarixin 
də rolu mənfidir.  Repressiya,  itaətkarlıq  ideologiyası,  bədii 
söz sahiblərinə yaradılan  məqsədli  rahatlıq, qorxu hissi  və 
ilaxır sanki  açıq fikir meydanından  "hakim"  tərəfindən  qo­
vulmuşlar.  Üstəgəl,  xarakterlərindəki  qısqanclıq,  laqeydlik, 
astagəllik və sair də  işini görmüşdür.  Bu cəhətlər bizim bö­
yük  sənətkarlarımızın  şəxsi  arxivlərinə  süpürgə  çəkmə­
mişmi?  Hanı  müasirlərinin  məktubları?  Olan-qalanını  da 
ya  laqeydlikdən  itirmişlər,  ya  da  qulaqlarına  bir  "səs"  də­
yəndə  cırıb  yandırmışlar!  Bu,  bir  yana,  hətta  maraqlı  bir 
nəsr  əsərinin  üzərində  necə  həvəs  və  təmkinlə  müəllifin 
işləməsi  halları da nadir hadisə olardı.  Bu  mənada Mir Cə­
lalın  arxivinə  müraciyət  etmək  istəmədim.
138
V
Mir  Cəlal  necə  yazırdı?  Biz  təəssüf  ki,  sənətkar  haq­
qında,  xüsusilə,  onun  poetikasından  yazanda  bu  sualı 
qoymuruq.  Ədalət naminə,  obyektiv səbəblər istənilən  qə- 
dərdir  və  başlıcası,  müəllifin  öz  yaradıcılıq  əzabları,  se­
vincləri,  işləmək  prinsipləri  barədə  və  şairələr,  hətta  bir 
hekayəsinin  necə  alınması  barədə  belə  məktubları,  qeyd­
ləri  yoxdur.  Görünür,  şərqliyə  məxsus ədəbi  mentalitet bu­
na  imkan  verməmişdir.  Halbuki  yaradıcılığın  poetikasında 
belə  amillər  misilsiz  rol  oynayır.  Yazıçı  çöl  kənar  müşahi­
dələrindən  bol-bol  yararlanırdı,  buraya  yaxından  gördüyü 
hadisələr,  adamlar  da  daxildir.  Əsərlərində  yaxınlarının, 
doğmalarının  portret-cizgiləri  yoxdur,  əvəzində  dərindən, 
yaxşı  tanıdığı,  duyduğu,  əzabla  qarşılaşdığı,  ürəyini  göy­
nədən  sosial  və  əxlaqi  problemləri  qəbul  edirdi,  digər  bir 
qismi  isə  yazıçı  təxəyyülünün  məhsulu  idi,  kökü  gedib 
gündəlik  təssüratlara,  hissetmələrə çıxırdı.  Mir Cəlalın  ya­
radıcılığında ayrı-ayrı  əsərləri  nəzərdən  keçirsək,  süjet qu­
rarkən  ona  səy  göstərir  ki,  yazıçı  iztirabları,  emosiyaları 
əxlaqi  problemin  qoyuluşunda  əks  etdirsin,  xarakterlər  üz- 
üzə  gəlsin,  konfliktə  qoşulsun.  Yazıçıda  bədii  ümumiləş­
dirmə,  tipikləşdirmə  obrazların  xarakterindəki  fərdilikdən, 
gerçəklikdən,  həyat faktlarından  ayrılmır.  M.Cəlal  sadə  bir 
detalı  tapır və bunun bədii  fonunda,  diqqətdə olan  məsələ­
ni  qoyur,  özü  də  artıq  təfərrüata  yer  ayırmadan:  lakonik. 
"Telefon  dostum"  hekayəsi  iki  səhifəlikdir.  Lakin  mətləb 
mürəkkəbdir,  günümüzdə  telefondan  saatlarla  asılı  qalan 
bəzi  danışanlara  ibrətli  cavabdır.  Telefon xəstəsi  bic,  dila-
_______________________
139
---------------------------------------


vər  adamdır,  danışığını  əsaslandırmağı  bacarır:  "Bilirsən 
yoldaş,  adınızı  da  bilmirəm,  amma dünyada  ünsiyyət yax­
şı  şeydir.  İnsan  gərək  bir-birinin  kefini  soruşa,  halına  qa­
la  Məsələn,bu  saat mən  özüm,  kefim  saz,  damağım çağ! 
Elə bilərəm  heç sizdən  xəbər də tutmayım. Amma yox!  Nə 
üçün? Çünki  biz yeni  insanıq!"  Bu "nağıl", "şərh"  insan xa­
rakterinin  psixologiyasını  açır.  Mir Cəlal nəsr poetikasında 
həyatın  adi  əhvalatları  obrazların daxili  aləmini  açır,  səmi­
mi  sözünü  ünvanlayır.
Oxucuya  elə  gəlir  ki,  hadisə  adi  məişətdən  götürül­
müşdür.  Lakin  daha  yaxına  gələndə,  bizim  özümüzün  də 
gördüyümüz  sadə,  amma  dramatik  şəkildə  təsvir  edilmiş­
dir.  Fabula  sadə  qurulmuşdur:
Mir Cəlalda təhkiyədə  müəllifin  incə  kinayəsi  sezilmir, 
qəhrəmana  ümidi  itirilmir.  Səciyyəvi  cəhətlər dəqiq  seçilir 
ki,  şərhə ehtiyac duyulmur.  Məsələn:  "Ərik ağacı",  "Müda­
fiə  vəkili",  "İmzasız  hekayə",  "Şapalaq"  hekayələrinə  diq­
qətli  olsaq,  görərik  ki,  yazıçı  obrazının  foto  şəklindən 
uzaqdır, çünki  hər bir oxucu qəhrəmanı  özününkiləşdirmə- 
lidir.  Haradasa gördüyünə əmin  olmalıdır.
Mir Cəlalın daha başqa əsərlərində maraq doğuran bə­
dii  situasiyalar orjinalıdır.
Biz  yazıçının obrazlarına yaxınlaşa bilirik,  bir az da ta­
nımaq  istəyirik,  bir  səbəbi  də  ona  həm  acıyırıq,  həm  də 
onu  inkar edirik,  yeri  gələndə  yaxşılığı  pisləyir,  şübhələnir 
və  ilaxır.  Yadımıza  Şeksprin  Hamleti  düşür;  Servantesin 
Don  Kixotu  düşür.  Vaxtilə  rus  yazıçısı  İ.Türkenev  bir  ov­
qatla  "Don  Kixot və  Hamlet"  əsərini  yazmışdır.  Hər  iki  ob­
raz  "görüşmüşdülər".  Yazıçı  onları  bir-birindən  zidd duran 
iki  insan  xarakterinin  mühüm  cəhətlərinin təcəssümü  kimi
_______________________
140
----------------------------------------
vermişdir.  Maraqlıdır,  müəllif  yazmışdır  ki,  bu  təhlil  öncə, 
eyni  zamanda  eqoizmdir,  ona  görə  də  inamsızlıq  yaradır. 
Hamlet daima özünə göz  qoyub,  öz  daxilinə diqqət yetirə­
rək  nəşəylə,  mübaliğəylə  özünü  qınayır;  o,  incə  təfərrüatı­
na  qədər  öz  qüsurlarından  xəbərdardır,  bunlara,  habelə 
özünə  nifrət  bəsləyir  və  bu  nifrətli  də  yaşayır,  qidalanır. 
Özünə  inanmır,  şöhrətpərəstdir,  hətta  nə  istədiyini  də  bil­
mir,  nə  üçün  həyata  bağlıdır.  Türgenevdən  gətirdiyimiz bu 
iqtibasda çox mətləbdən xəbərdar oluruq:  Rus cəmiyyətində.
Bizim  sosialist  sistemimizdə  heç  də  Türgenev  obraz­
larından  geri  qalmayan  mənfi  emosialı  hadisələr  az  deyil 
və yazıçının nəzərindən bu tiplər yayınmağı bacarmamışlar.
Mir Cəlalın  ilk  yaradıcılığında  "xırda  adamlar"  yetərin­
cə  obrazlaşmışlar.  Dünya  ədəbiyyatı  təcrübəsində  böyük 
yazıçılar onlardan  başlayıb  azman  obrazlara  gəlib çıxmış­
lar.  Biz  gəlin  M.F.Dostoyevskini  xatırlayaq.  Bir xeyli  əvvə­
lə  baxaq,  və  A.S.Puşkinin  nəsrini  yada  salaq.  Dostoyevs- 
kinin  "Yoxsul  insanlar"ı,  Puşkinin  "Stansiya  gözətçi"si, 
Qoqolun  "Şinel"  əsərlərində  rus  tənqidinin  yazdığı  kimi: 
insan  şəxsiyyətinin  yeni  tarixi  şəraitdə  daha  amansız  və 
incə  surətdə  boğulması  və  korlanmasına  qarşı  etiraz  idi. 
Mirzə Cəlilin  "Poçt qutusu",  Ə.Haqverdiyevin  "Marallarım” 
və s.  hekayələrdə də  bu  "xırda  adamlar"  əslində  zamanın, 
ictimai  mühitin  bu  kökə  saldığına  səslərini  çıxarmasalar 
da,  içindən  ağlayırdılar.  Yeni  quruluşun  bərqərarlığından 
sonra  sosial-ictimai  əxlaq,  adətləşmiş  ənənələr  əslində 
tragikomediyanın  qəhrəmanlarını  doğmaqda  idi.  Mir Cəlal 
hətta  ilk  əsərlərində  rəngarəng  "xırda  adamlardan  meş­
şan  əxlaqının  tənqidinə  keçmişdi.  "Mirzə"  (1930),  "Həkim 
Cinayətov"  (1930)  və  s..
______________________
.1 4 1
--------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə