A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə37/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

nan  M.Cəlal  dövrünün  sosial-ictimai  əxlaqının,  adət-ənə­
nələrinin satirik komediyasını yaratdı.  Onun böyüklüyü on­
da  idi,  Sovet gerçəkliyinin  mühüm  ziddiyətlərini,  problem­
lərini  görürdü,  gülürdü  və  təqdim  edirdi.  O,  hakim  əxlaqın 
diqtə  etdiyi  hadisələrdən,  insanlardan  sadəliklə  danışırdı. 
Amma  səsini  gur  çıxara  bilməzdi,  tənqidində  "yuxarr’nı 
aşağı  endirə  bilməzdisə,  əsəri  üçün  səciyyəvi  olan  bədii 
təəssüratından qaçmırdı.  Obrazlarını  qabarıq  təsvir edirdi, 
oxucu  diqqətini  yayındırmırdı,  hətta  xırda  detallara  yönəl­
dirdi.  Gülməli, düşünməli  məqamlara diqqət edirdi və bun­
ları  lirik yumoruna  bükürdü:
-   "Necə  olub  ki,  siz  indii  başlayırsınız.
-   Şair görünür başa düşməmişdir.
-  Çoxdan yazırsınız?
-  Xeyr,  olar-bir-iki  il.
-   Nə  əcəb  belə  gecikmisiniz?
-  Xeyr,  gecikməmişəm,  işdən  çıxmışam.  İstəyirəm  si­
nəmi  boşaldam.  Heyifdir,  əsərlərim  xalqa  məlum  olsun, 
ancaq  ki,  mane  olurlar.
-   Kim  mane olur?
-   Paxıllar,  gözü  götürməyənlər"
Bu epizod  "Gənc şairin  ərizəsi"  hekayəsindən  götürül­
müşdür və istedadsız bir şairin içərisini  açır. Öz aramızdır, 
hekayə  bu  gün  daha  aktual  səslənir.
Mir  Cəlal  qeyri-real  ideallarla  nəfəs  alan  xırda,  miskin 
obrazlarına  ümumi  diqqəti  yönəldirdi  və  belə  bir  inama 
əsaslanırdı  ki,  təsvir  etdiyi  o  gerçəklik  cəmiyyətə  bəllidir 
və ona görə də bu quruluşun  hər bir sakini-oxucusu həmin 
əsərləri  oxuyacaqdır.  Belə  bir bədii-ədəbi  qanun  yazıçının 
öz  dünyasının  əxlaqını  qiymətləndirməsini  müəyyənləşdi­
_______________________
146
----------------------------------------
rirdi  və  Mir  Cəlal  yaradıcılığının  bədii  strukturunun  qno- 
seoloji  əsası  idi.
Hələ  1960-cı  ildə  qələmə  aldığı  "Xarici  naxoşluq"  he­
kayəsi  maraqlı  ideyanın  açılması  üzərində  qurulmuşdur. 
İmkanlı  ailənin çəlimsiz qızı  özünü o qədər arıqladır,  küçə­
də  halsız  halda  yıxılır və  xəstəxanaya  gətirirlər.  "Müalicə" 
prosesində  maraqlı  surət  olan  doktor  yeməyən,  bütün  fik­
rini  xarici  filmlərə  yönəldən,  yalnız  "Ekran”  jurnalını  oxu­
yan  bu  qızını  adətindən  anası  belə yayındıra  bilmir.  Ümid 
isə  doktora  qalır.  Zərif  yumor  dilinə  malik  yazıçı  doktorla 
qızın  anasının  dialoqunu verir:  "Maşında gələn  ana elə  bi­
lir doktora  lazımdır,  sevinir də.  Lakin:  "Qadın  şoferi  səslə­
yib dayandırdı.  Güman elədi  ki,  mən  maşina oturmaq  istə­
yirəm.
-   Buyurun,  doktor!
-  Mən  yox,  Ofelya  gəzmək  istəyir.
-   Nə  gəzmək?
-   Kinoya  getmək  istəyir.
Ofelya  bu  sözü  eşidib özünü  həyətə  atdı,  anasını  səs­
lədi.
-  Ana,  mənim  paltarımı  gətir, tez ol.  "Nizami”də  "Yevo 
Lyubov"  gedir,  baxmasam  ölərəm.
Ofeliyanı  anasına  qoşub  göndərdim  və  xahiş  elədim 
ki,  buraya  qaytarmasın.
-  Onun  azarı  ancaq  klubda  müalicə  oluna  bilər".
Maraqlı və  ibrətli odur,  Mir Cəlal bu  gün də artıq sənət­
çilərin  və  ümumən  qadın-qızların  məişətinə  daxil  olan 
arıqlamaq  xəstəliyini  50  il əvvəl yazmışdır.  Yazıçı  uzaqgö­
rənliyidir bu!  Mir Cəlalın  bədii  proqnozudur bu!..
Mövzu  özü  doğulur  və  qələmə  düşür.  Sadəcə,  yazıçı
_______________________
147
_______________________


təxəyyülü və həyati  müşahidə mövzunu əsərə çevirir.  Mən 
A.P.Çexovun  adını  çəkmişdim,  ötəri  müqayisə  hər  halda 
M.Cəlal yaradıcılığının  üfüqü  üçün də yerinə düşür.  Məsə­
lən,  rus yazıçısının  "Çinovnikin ölümü"  hekayəsi  adi  süjet­
dən-əhvalatdan  ibarətdir.  Məmur  Çervyakov,  İvan  Dmitri- 
yeviçlə general  arasındakı  xoşa gəlməz  əhvalat.
Oxucuya elə gəlir məzlumdur, acizdir, qorxaqdır, teatr­
da  qəfil  asqırması  əhvalata  dərin  psixoloji  rəng  vermişdir. 
Və  hekayə  rus  ictimai  mühitində  vəlvələ  doğurmuşdur. 
Ona görə ki,  generalın təpinməsi  bir rus  kişisinin,  çinovni­
kin  ölümünə  səbəb  olmuşdur.  M.Cəlalın  hekayəsi  də  adi 
əhvalat-sujet üzərində qurulmuşdur.  Zahirən  bizim  mühiti­
miz  üçün  diqqətimizdir.  Lakin  hekayəni  dərinə  "çəkəndə" 
elə  deyil;  bütün  ictimai-sosial  hadisələr,  xalqı,  cəmiyyəti 
aldatmalar  dilin  yalan  söyləməsindən  başlayır.  "Dil  və 
əməl"də  iki qadın-rəfiqənin-Hərzə və  Məsmənin opponen- 
ti  Hərzənin  qızıdır.  Dildən  yalançı,  arxadan  ayama  qoşan 
Hərzə xanım  elə öz qızı  tərəfindən  ifşa  olunur.  Xalılı  Məs- 
mə  ağılagəlməz  üsulla  -  Hərzə  xanım  mətbəxdə  ikən  uşa­
ğı  dilə tutur.
Qızım, anan nə deyir, nə danışır,  sənə nağıl-zad öy­
rədirmi?
-Öyrədir,  çox  öyrədir.  Anam  dünən  deyirdi  ki,  xallı 
Məsmə deyil,  nallı  Məsmədir,  ya da  ballı  Məsmədir".
Hərzə  xanım  (yazıçı  obrazının  adını  da  xasiyyətindən 
götürmüşdür)  eşidir,  qızına təpinir.  Uşaq  isə  həqiqəti  söy­
ləyir.
Hərzə xanım da  həqiqəti  ürəyində  pıçıldayır:
"Mən  külbaşa  deyən  gərək,  bir  tikə  uşağın  yanında 
adam  söz  danışar,  o da  ki,  belə  uşağın!  Ağbirçək  arvadın
_______________________
148
----------------------------------------
üzünə  gör  nələr  deyir",.  Bu  sözlərdə  yazıçı  hər  üç  surətin 
xarakterini  təsvir  edir:  "Külbaş,  uşağın  yanında  söz  danı­
şılmaz"  və ağbirçək arvad 60-cı  illər üçün də,  bu gün  üçün 
də  son  dərəcə  səciyyəvidir.  Böyüklər,  yuxarı  qalxan  vəzi­
fəli  məmurlar  dilinə yalan  söz  gətirməməli,  xalqı,  camaatı 
aldatmamalıdırlar.  Yalan  məişətdən,  ailədən  başlayır, 
uşaqların  psixologiyasına  daxil  olur.  Onlar  böyüyür,  cə­
miyyətdə  mövqe  tutur və cəmiyyəti  də aldada  bilir.  Çinov­
nikdən  Mir  Cəlalın  qəhrəmanları  fərqli  şəkildə  hərəkət 
edirlər.  Çinovnik  generalı  tanıyır  və  dəfələrlə  yanında  ol­
muşdur.  Əslində  Çinovnik  prinsipial  mülahizəyə  görə  ge­
neraldan  üzr  istəyir.  Çünki  ona  elə  gəlir,  böyük  adamlara 
hörmət göstərmək ictimai  varlığın  bir mühüm əsasıdır;  də­
rindən  sarsılır  ki,  nə  üçün  onun  üzr  istəməsi  qəbul  olun­
mur?  Rus ədəbiyyatşünası  K.Berdnikov Çervyakov-Çinov- 
nik obrazı haqqında maraqlı  fikir deyir və yazır ki,  Çervya­
kov heç də qorxudan ölməmişdir;  demə,  bu  elə  insan  dra­
mının  finalıdır  ki,  onun  üçün  müqəddəs  olan  prinsiplərin 
tapdalanmasına,  həm  də  hər  hansı  adam  tərəfindən  yox, 
cənab ali,  general tərəfindən tapdalanmasına dözmür,  axı, 
bundan sonra necə yaşamaq olardı? Bu sualı  Hərzə xanım 
özünə  verməmişdir  heç  vaxt.  Yalan  Çervyakovun  "prinsi­
pial  mülahizəsindən  də  güclüdür.  Cəmiyyət  əgər  bunu 
qəbul  edirsə,  kənar  şəxs  -Xallı  Məcmə  ona  qarşı  çıxmır­
sa...ictimai  mühitdə  demorfasiya,  erroziya  mövcuddur. 
Hərzə  xanımın  və  Xallı  Məcmənin  bu  hərəktləri  gülüş  do­
ğurursa oxucunu eyni  zamanda düşündürür. Çexov qəhrə­
manını  öldürür,  Mir Cəlal  isə  bu  yolu  seçmir və Çexovdan 
fərqli  olaraq  mövcud  Sovet  cəmiyyətində  belə  ciddi  pro­
seslərin  davam  edəcəyi  labüdlüyünü  əyaniləşdirir.


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə