A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə38/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   34   35   36   37   38   39   40   41   ...   82

Zahirən  M.Cəlalın  nəsrinin  poetikasında  belə  "Xırda 
adamlar"  cəmiyyəti  ifşa edirlər,  sökürlər.  Yazıçı  hakim  so­
sial-siyasi  əxlaqın,  adətlərin  tragikomediyalarını,  hakimlik 
psixologiyasının  insanlara  qul,  kütlə  əhvalı  ilə  yanaşması 
ideyasını  insan  xarakterində  ümumiləşdirərək,  hekayələ­
rində  bu  məsələləri  qabarıq  qaldırır.
Mir  Cəlal  ifşaedici  hekayələr  yazmış,  tipikləşdirmə 
qüvvəsi  baxımından  demək  olar  ki,  simvolik  xarakterlər, 
situasiyalar  yaratmışdır.  Akademik  Bəkir  Nəbiyev  bu  mə­
sələni  obyektiv  qiymətləndirir:  "Mir  Cəlalın  hekayələrində 
mürəkkəb hadisələr və xarakterlər sadə,  bədii  həllini  tapır. 
Yazıçının şirin yumorla yoğurduğu hekayələr bizi  güldürür, 
zahiri  effektlərdən doğmadığı  üçün,  bu  gülüşlə yanaşı  gül­
düyümüz  adamlara  daxilən  acıyırıq".
150
II  HİSSƏ
"YOLUMUZ  HAYANADIR”  ROMANI
"Yolumuz  hayanadır"  romanı  haqqında  fikirlərim  gü­
man ki,  "Bir gəncin manifesti" romanından fərqli olacaqdır. 
Çünki,  birinci  əsərə  "məktəb  təcrübəsi”ndən  başladım  və 
bəlkə də:  "Bunun  poetikaya  nə  dəxli?”  sualı  qoyulacaqdır. 
Qismən  razılaşıram  o  mənada:  əlli,  yetmiş,  səksən  ildir 
ənənəni  pozmamağa  üstünlük  vermişik...Amma  əgər  mə­
sələ  poetikadan  gedirsə,  maraqlı,  orijinal  bir  romanın  mil­
yonlarla bu günün məktəblisi, sabahın gənci tanımırsa, da­
ha  doğrusu,  məhrum  olursa,  "dərsdən  qovulursa"...bəs 
hansı  meyardan  başlamalıyıq?
"Yolumuz hayanadır"  romanının  poetikasını  araşdıran­
da başqa  bir qeyri-tarazlığa  nəzər saldım:  1952-1957-ci  il­
lər  arasında  yazılan  bu  romana  hansı  məkan  və  zaman 
kontekstində  işıq  salmaq  ədalətlidir.  Vaxtilə  mübahisəsiz 
keçməyən  romanda  yenə  stixi  süjet,  obrazlar  qismində 
baş  verilənlər təhlil  olunmuşdur.  Lakin  yazıçının  bədii  qa­
yəsi  -  ideyası  -  dəbdə  olmayan  yanaşma  predmetindən 
uzaqda  dayanmışdır.  Ədəbiyyatşünaslar  dövrün  tənqidi  - 
tədqiqi  məntiqindən  kənarda  dayanmamaqla  "sadə  hərə­
kət  dinamikasfna  üstünlük  vermişlər.  Mir  Cəlalın  "Yolu­
muz  hayanadır"  romanı  XIX əsr rus  inqilabçı  - demokratla­
rın  bədii  nəsrinə  gedib  çıxmır.  Ona  görə  ki,  Mir  Cəlal  pe­
şəkar  yazıçı  idi,  30-40-ci  illərdə  bir  neçə  roman,  povest 
yazmışdı.  Lakin əllinci  illərin siyasi və ədəbi ponorama ha-
_______________________
151
---------------------------------------


zırdı,  yazıçıların  qarşısında  konkret  məqsədlər  qoyulmuş­
du. Qəribədir: Yazıçıların plenumları, qurultayları və s. top­
lantılar  yaradıcılıq  məsələsində  sənətkarları  hətta  günah­
landırırdı,  sanki  cəzalandırırdı!..  Səbəbi  ideologiya  və 
onun  xidmətində dayanan  "Sosializm  realizmi"  ədəbi  me­
toduna  əməl  olunması  idi.
Sənətkar  üçün  daha  önəmlisi  həyat  hadisələrini  xalq 
interesləri  və  fərdi  talelər  zəminində  ümumiləşdirmələr 
aparması,  dolğun  həyat  lövhələri  yaratmasıdır.İnsan  -  hə­
yat  paraleli  bədii  inikasını  tapmasıdır.  Bu  cəhəti  vaxtilə 
klassik  dünya  yazıçılarından  V.Hüqoda,  O.Balzakda, 
V.Skotda,  L.Tolstoyda,  A.Çexovda və digərlərin yaradıcılı­
ğında  görürük.  Bir  fakta  diqqət  kəsilək:  V.Hüqo  Valter 
Skotun  əsərləri  haqqında demişdir ki,  romançının  (V.Skot- 
un -  A.E.) vəzifəsi  həqiqəti, onun  inkişaf perspektivini, hə­
yatın qeyri-adi  dramlarını,  hansı  ki  orada xeyrlə şər,  gözəl­
liklə  çirkinlik,  yüksəlişlə  uçurum  bir-birinə  qarışıb  ümumi 
bir  qanundan  -  bütün  bunları  bədii  yolla  təhlil  etməkdən 
ibarətdir.  V.Hüqo  fikrinin  davamı  kimi  yazır  ki,  əvvəlki  ro­
manlarda  həyatın  bəzən  tamam  işıqlı,  bəzən  də  qaranlıq 
tərəfləri  göstərilirdi,  həqiqət  tam  dolğunluğu  ilə  verilmirdi. 
Halbuki  bu bir-birinə zidd tərəflər həyatda daima vəhdətdə
olmuş və  mübarizə  aparmışlar.
30-cu  illərdən fərqli  olaraq yazıçılarımız  həyatın  nisbə­
tən  dərin  qatlarına  daha  çox  meyil  göstərirdilər.  Artıq  cə­
miyyətdə  silkələnmə,  təmizlənmə getmişdi.  Xüsusilə,  tari­
ximizə  qayıdış,  quruculuq  məsələləri  ilə  eyni  vaxta  düş­
müşdü.  Yazıçılarımızdan  S.Rəhimov,  Mir  Cəlal,  Əbülhə- 
sən  nisbətən  cavan  idilər  və  povestlərində,  romanlarında 
janrın  əsas  tələblərini:  həyatı,  tarixi  faktları  saf-çürük  et­
_______________________
152
----------------------------------------
mək,  ideyaların  dərinliyinə  varmaq,  xarakterlər  yaratmaq 
və sair nəsr vəzifələrinə yaradıcılıq prosesi  kimi yanaşırdı­
lar.  Mən fikrimə bir dürüstlük gətirmək üçün böyük rus tən­
qidçisi  V.Q.Belinskidən  sitat  verəcəyəm:  "Romanın  bədii 
əsər olmaqla  vəzifəsi  gündəlik  həyatdan,  tarixi  hadisələr­
dən  təsadüfi  halları  ayırmaq,  onların  mahiyyətinin  dərinli­
yinə,  məğzinə  -  yaradıcılıq  ideyasına  vaqif  olmaq,  zahiri, 
dağınıq  hadisələri  ruhun  və  şüurun  qan  damarına  çevir­
məkdir.  Romanın  bədiiliyinin  qüvvəti  və  zəifliyi  əsas  ide­
yanın  dərinliyindən,  ayrı-ayrı  xüsusi  hallarda bunun təşkili 
qüvvəsindən  asılıdır.  Roman öz vəzifəsini yerinə yetirmək 
cəhətindən azad xəyalın  bütün digər əsərlərilə bir cərgədə 
durur və  bu  baxımdan camaatın  ən  vacib tələblərini  təmin
edən,  ömrü  uzun olmayan  belletristika ciddi  surətdə seçil­
məlidir"46.
Mir  Cəlal  müasirlik  prizmasında  tarixə  müraciət  etdi. 
Bu,  dahi  şair  M.Ə.Sabir  və  onun  dövrünə  gedib  çıxır. 
M.Cəlalın maraqlı tədqiqatçısı Yaqub İsmayılov göstərir ki, 
qabaqcıl  ideyalı  sənətkar tarixilik  prinsipinə  əsaslanmağı, 
tarixi  həqiqətin  mənasını,  ictimai  inkişafın  qanunauyğun­
luğunu  tərifsiz,  realizmin  üzərində  canlandırmağı  düzgün 
yaradıcılıq  yolu  saymalıdır.  Mir Cəlala  da  yaxşı  məlumdur 
və  o,  özünün  "Yolumuz  hayanadır"  romanında  bu  mühüm 
tələbi  və şərti  nəzərə almağa çalışmışdır'.
Mir Cəlal romanda tariximizin foto-surətini təsvir etmə- 
məkdə  haqlıdır və  roman janrına  riayət etmişdir.  Məsələn, 
O.Balzak  Fransa tarixini  bədii  inikas yolu  ilə vermiş və  is­
təyinə nail olmuşdur. Təsadüfi baxmamalıyıq: Jorj Sand ya-
46.  Belinski  V.Q.  Seçilmiş məqalələri, B.,  1948,  s.51.
_______________________
153
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə