A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə39/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   35   36   37   38   39   40   41   42   ...   82

zıçı  barəsində  xoş  sözlərini  bildirmişdir:  Roman  Balzakın 
əlində  dövrün  hər  şeyi  əhatə  edən  ideyalarını,  hisslərini, 
vərdişlərini,  qanunlarını,  incəsənətini,  peşələrini  və  s. 
müxtəlif  sahələrini,  bir  sözlə,  müasirlərinin  həyatının  hər­
tərəfli  tədqiqini  aparmaq  üçün  bir bəhanə  idi...
"Yolumuz  hayanadır"  romanı  50-ci  illərin  ədəbi  məh­
sulu  kimi  diqqətdən  yayınmamışdır.  Nüfuzlu  ədəbiyyatşü­
naslardan  Abbas  Zamanov,  Mehdi  Hüseyn,  Əhəd  Hüsey­
nov,  Yusif  Seyidov,  Bəkir  Nəbiyev,  Cəfər  Xəndan,  Məm­
məd  Cəfər  məqalələrində,  münasibətlərində  fikirlərini  de­
mişlər.  Hətta  Yazıçılar  İttifaqının  İdarə  heyətinin  mart  ple­
numunda  (1958)  M.Hüseyn  məruzəsində qısa,  lakin yetər­
li  rəyini  bildirmişdir.
Mərhum  professor Abbas Zamanov  romana  sırf Sabir- 
şünas  nöqteyi-nəzərindən  yanaşmışdır.  Ümumiyyətlə,  bi­
zim  tənqidçilərimizin  çoxu  bədii  əsər  yazmaq  istedadın­
dan  məhrum  olmaqla,  yazıçıya  elmin  psixologiyasından 
qiymət verirlər.  Kəsdirmirlər ki,  romanın,  yaxud  poemanın 
tarixi  faktlara,  hadisələrə  baxışı  bədii  janrın  tələblərindən- 
dir və  o,  qarşısına  tarixi  şəxsiyyətlərin  realist portretini  ya­
ratmağı  qoymamalıdır.  A.Zamanov  təbiətcə  kinsiz,  iddia- 
sız,  lakin  elmdə  inadkar  idi.  Roman  haqqında  məqaləsin­
də tamam başqa mənzərə vurğulanır: bir roman kimi struk­
turundan tutmuş  hadisələrə,  Sabirə,  onun  mühitinə və sai­
rə  ciddi  iradlarını  ifadə  etmişdir.  Mən  elə  Yaqub  İsmayılo­
vun  da  xarakterik  saydığı  iki  iqtibası  xatırlatmağı  məqsə­
dəuyğun  saydım.  Abbas  Zamanov  yazır:  "Romanda  Sabi­
ri  bədii  xarakter kimi  canlandırmaq  üçün  verilən  hadisələ­
rin  bəziləri  son  dərəcə  sönük,  bəziləri  qondarma,  bəziləri 
isə heç bir təsir qüvvəsi  olmayan adi  əhvalatlardır. Əsərdə 
Sabir obrazı  yoxdur
Müəllifin  bu  xətti  (Əntiqə  obrazı,  onunla  bağlı  əhvalat- 
---------------------------------------
154
________________________
lari  nəzərdə tutur -  A.E.)  əsər boyu  davam  etdirməsinə  və 
əsaslandırmasına can  atmasına baxmayaraq,  Əntiqə  xətti 
qondarma  olduğu  üçün  son  dərəcə  sxematik  çıxmışdır. 
Buna  görədir  ki,  adam  Əntiqə  obrazının  reallığına,  onun 
başına  gələn  hadisələrin  həyatiliyinə  qətiyyən  inana  bil­
mir...".
Alternativ  olaraq  müqtədir  yazıçı  və  tənqidçi  Mehdi 
Hüseyndən  iqtibas gətiririk:  "Romanın  bədii  tamlığına  xə­
ləl  gətirən  qüsurlardan  biri  və  bəlkə  də  ən  başlıcası  budur 
ki, surətlər bəzən uzun bir müddət süjet xəttindən çıxır,  elə 
bil  müəllif  onları  unudur,  bir  sıra  epizodlar  isə  bilavasitə 
Sabirin həyat və mübarizəsi  ilə üzvi  bağlanmır. Məcazi ve­
rilən  süjet  xətləri  təbii  surətdə  bir-birilə  əlaqələndirilmir"'7. 
Hərçənd,  Mehdi  Hüseyn  Mir Cəlal yaradıcılığına, onun  üs­
lubuna məhəbbətini gizlətmir.  Ümumiyyətlə, mübahisə do­
ğuran  romana  bu  günün  bədii  roman  janrı  ilə  yanaşmaq 
daha zəruridir.  A.Zamanov,  M.Hüseyn,  Q.Xəlilov və başqa 
tənqidçilərin  mülahizələri  ola  bilsin  50-80-90-cı  illərin  bə­
dii  mühiti  üçün  səciyyəvidir,  yazıçının  əl-qolunu  bağla­
maq,  süjetində  azad  hərəkət,obrazlarda  realizmdən  uzaq­
laşma və  s.  elementlər  əslində qadağan  idi.  Lakin  səmimi 
olaq:  Bədii  əsər  lap tarixi  hadisələrdən və şəxsiyyətlərdən 
bəhs edirsə  belə,  sərbəst  bədii  düşüncə,  təxəyyül,  məkan 
və zaman  müstəvisindən çıxma və  ilaxır Mir Cəlalın  roma­
nında  "tapılıbsa",  düşünüb  belə  həqiqətlərdən  boyun  qa­
çırmağı  məsləhət  görüblərsə...yazıçı  zamanı  qabaqlamış-
dlf  Mən  Mehdi  Hüseynin  sonralar  yazdığı  bu  problemlə 
bağlı  fikrini  gətirəcəyəm:  "Çox  ola  bilər  ki,  tarixi  mövzuda 
yazılmış bədii əsərin süjeti  başdan-başa unutdurulsun,  bu­
na baxmayaraq əsərdə təsvir olunan hadisə və konkretlik şüb-
47Mehdi Hüseyn. Ədəbiyyat və müasirlik, ”Azər-baycan" İ.1950. N1.S.18
____________
155
--------------- ------------------------


hə doğurmasın.  Burada tələb olunan  əsas şey yenə də hə­
min  dövrün  ümumi  səciyyəsini  dürüst anlatmaq və göstər­
məkdir".
Məşhur  rus ədəbiyyatşünası  A.Dneprov cəsarətlə  köh­
nə  mövqelərə  tənqidi  sözünü  deməkdən  çəkinməmişdir. 
Ədəbiyyatın  üç  növə  bölünməsinə  etiraz  edir,  V.Q.Belins- 
kinin  etika  naminə adını  çəkmirsə də:  "Ədəbiyyatın  üç nö­
və:  epik,  lirik və  dramaya  bölünməsi  o  qədər də dəqiq  de­
yil,  köhnə,  sərt,  doğmatik  anlayışlar,  klassifikasiya  canlı 
inkişafda olan  mürəkkəb formalı  romanı  əhatə  etməyə  qa­
dir  deyil  və  onun  bədii  strukturasının  təhlilinə  tez-tez  ma­
ne  olur”  -  deyir.
Mir Cəlalı  romanı  yazmağa  hansı  psixoloji  amil  -  təka­
mül  vadar etmişdir?  Sualın  doğurduğu  hiss  sırf yaradıcılıq 
psixologiyası  ilə  daha  çox  bağlıdır:  Birincisi,  onu  təxmin 
edirik  ki,  M.Cəlal  akademik  B.Nəbiyevin  dediyi  kimi:  Hələ 
1947-ci  ildə  "XX  əsrdə  ədəbi  məktəblər"  (1905-1907-ci  il­
lər) adlı  elmi-tədqiqat əsərini  bitirən  Mir Cəlal Sabir dövrü­
nün,  həyatının  və  poeziyasının  ən  yaxşı  bilicilərindən  biri­
dir...Sabirin  şəxsiyyəti,  onun  bədii  obrazını  yaratmaq  ar­
zusu  bir yazıçı  kimi  Mir Cəlalı  lap  çoxdan  düşündürmüşü- 
dür.  İkincisi,  yazıçını  mövzuya təhrik edən  daxili  təkandır, 
bu,  ola  bilsin  ki  bədbinlik,  yaxud  nikbinlik  notları  ilə  bağlı­
dır.  Necə  ki,  A.P.Çexovun  bir  qeydi  yerinə  düşür:  "Yazıçı 
mələk deyil,  o,  hər şeyi özündə təcəssüm etdirməlidir,  ruh­
dan  düşə,  iztirab  çəkə,  şən  və  kədər  kimi  təbii  hisslər  ke­
çirə.  kin  və  məhəbbət  göstərə,  yalqızlıq  hissindən  əzab 
çəkə  bilər.  Lakin  onun  bu ovqata və hisslərə aludə olmağa 
hüququ  yoxdur.  Həyat və  insanlar haqqında düşüncələrin­
də  o,  belə  ani  həyəcan  və  ovqatlardan  yüksəkdə  dayan­
mağı,  ali  fikirlərin  və  məsələlərə  obyektiv  baxışların  təsiri­
lə deyil,  əsəblərin və yenə əsəblərin təsirilə mühakimə yü­
_______________________
156
----------------------------------------
rütməyə  yol  verməməlidir".  Hər  bir yazıçı  üçün  bu  yaradı­
cılıq  impulsları  mövcuddur və  ona  təslimdir.
"Yolumuz hayanadır"  romanının doğurduğu  mübahisə­
lərin bir ucu da onun janrı  ilə əlaqəlidir.  Ümumiyyətlə, ədə­
biyyatşünaslarımız bu  məsələdə dəqiq  mövqedən çıxış et­
mişlər,  hətta  poeziyanın  da  "payını"  vermişlər.  Bu  roman 
baxmayaraq  ki,  görkəmli  şairimiz  Mirzə Ələkbər Sabir Ta- 
hirzadədən,  onun  ömrünün  qısa  -  iki  ilindən  danışır.  Ətra­
fındakı  obrazlarda tarixi  şəxsiyyətlərdir:  Hacı  Zeynalabdin 
Tağıyev,  Nəriman  Nərimanov,  Ə.Hüseynzadə,  Məmməd 
Tağı  Sidqi,  Mirzə  Cəlil  və  digərləri.  Lakin  mənim  mülahi­
zəmə görə,  romanı  sırf tarixi  əsər hesab  etmək düzgün  ol­
mazdı.  Biz,  elə  yazıçı  da  "Qılınc  və  qələm",  "Qan  içində", 
"Səttarxan”  və  sairi  oxumuşdur.  Və  tarixi  materiallar:  sə­
nədlər,  faktlar,  çıxışlar və  ilaxırla  zəngindirlər.  Lakin  tarixi 
mövzuya  qayıtmaq  hələ  tarixiliyi  əks  etdirmək  demək  de­
yil.  Müəllif dövrün  hadisələrini  görür,  duyur,  oxucunu  illərə 
aparırsa...epik,  azad,  sərbəst  məzmun  daxilində  bədii 
məqsədini  təsvir  edir.  Mirzə  Ələkbərə  aid  hətta  məişət 
faktları  da sadalanır, ölümü də,  "Mola  Nəsrəddin"dəki  şeir­
ləri  də.  Bu,  haqq  vermir  romana  tarixi  faktlar  kontekstində 
qiymət  verək.  Mehdi  Hüseynin  irad  tutduğu  "süjet  xəttin­
dən  çıxma"  da  buradan  irəli  gəlir.
"Yolumuz  hayanadır"  romanı  haqqında  tənqidi  məqa­
lələri  saf-çürük edəndə  bir nəticəyə daha  çox  üstünlük  ve­
rirsən:  Romana  bir  fərdi  dünya  görüşündə  yanaşılmışdır 
və bütün tənqid hədəfi Sabirin üzərində mərkəzləşir.  Lakin 
mən  belə  düşünməzdim.  M.Cəlal  yalnız  Sabirin  həyat  və 
fəaliyyətini  əsərə  gətirmək  məqsədini  qarşıya  qoymamış­
dır.  Əgər  belə  olardısa  -  yazıçıya  elə  Sabirşünas  da  deyə 
bilərik.  O,  cəmiyyətdə,  konkret  Azərbaycanın  XX  əsrin  ilk 
onilliklərində  ictimai-siyasi  hadisələrin  kökünün onun əya­
______________________
.1 5 7
--------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə