A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə41/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   37   38   39   40   41   42   43   44   ...   82

Bacardıqca bunlardan çox tərcümə elə, qoy bizim millət də 
bilsin  dünyada  nə  var,  nə  yox.  Görsün  ki,  dünyada  necə 
qələm  sahibləri  var.  Görsün  ki,  zülm  və  zülmət  təkcə  mü­
səlmanlara  gəlməyib"...
Bir  maraqlı  detal  az  sonra  millət  (imiz)  barədə  kəskin 
və  həqiqət  dolu fikrə  gəlməyə  zəmin  yaradır.  Daha doğru­
su,  yaradıcılıq  söhbəti  olsa da,  məntiqi  yekunludur:
-  Yazı  ürəkdən  gələn  bir  səsdir.  Ürək  isə  müqəddəs 
hisslərin  beşiyidir.
-  Qərbin  ədibləri  öz  xalqlarının  əzizləri  sayılırlar.
-  Bədbəxt müsəlman  ədibləri  necə?
-  Onu  siz  məndən  yaxşı  bilərsiniz?
Tahirzadə güldü.  Cavabını  şeirlə  dedi:
Harda  müsəlman  görürəm,  qorxuram!
Kafir olub vurun,  vurun.
Rişəyi  -  ülfətin  qırın!
Elmə  yanaşdı  qoymayın,
Dərsə bulaşdı  qoymayın!
Millətindən  qorxmaq  böyük  mənəvi-siyasi  cəsarətdir 
və  onu  şair  -  vətəndaş  bəyan  edir.  Bəs  nə  lazımdır?  Bu 
Millət(imiz)  daxilən  təmizlənməlidir,  saflaşmalıdır,  sərvət 
hissi  toplamaq ehtirasından  uzaqlaşmalıdır.  Şamaxı  mühi­
tində  isə  bu,  qeyri-mümkün  arzudur.  Tahirzadə  mənsub 
olduğu Millətin özünə,  milli  mənlik şüuruna qayıtması  üçün 
hər cür dəyərlərə  məlikliyini  də  bilir və  daxilən  buna  sevi­
nir.  Millətin  həm də  istedadlı  övladları  doğulur,  böyüyür və 
çox  keçmir  məhvə  gedir.  Əgər  oxumursa,  savadlanmır- 
sa...Hansı  ümidi  onlardan  ummalıyıq?  Bu  məqamda 
M.Cəlal  romanın  süjetini  bir növ praqmatikləşdirir,  sonrakı 
hadisələrin  inkişafına  və  xarakterlərin  açılmasına  yardım­
_______________________
162
________________________
çı  kimi  daxil  edir.  Məsələn,  Məsmə  -  Əntiqə  -  Bəndalı  üç­
bucağı  kimi.  Yaqub  İsmayılovun  dediyi:  "...Xətləri  daha 
çox  Sabir surətini,  o zamanın  dövrü  və  mühiti  səciyyələn­
dirməyə  köməkçi  xətlərdir  və  "bəzən  əsas  mətləblə  əla­
qələndirilərək  həmən  məqsədə  tabe  tutulur".  Yazıçı  bu 
xətlərdə roman janrına məxsus kompozisiyada  konstruktiv 
sistemi  nəzərə  almışdır.  Lirik,  epik  təsvir,  kənd  mənzərə­
ləri,  ruzi-bərəkət ovqatı  ustalıqla  əsərə  daxil  edilir.  Və  hə­
yat  barədə  xoş  hisslər  oyadır:  "Yaz  hər  yerdə  yaxşı  olur, 
amma bizim  yerlərin yazı  daha  səfalı  olur.  Səhər yerindən 
qalxıb  həyətə  çıxanda  ətir  iyindən  valeh  olursan.  Ərik,  gi­
lənar, şaftalı  ağaclarının çiçəyi, qızılgül qönçələri  rəngdən- 
rəngə  çalıb  bir-birini  çağırır.  Torpaqdan  yenicə  baş  qaldı­
ran,  zərif  yarpaqları  ilə  dil  açıb  "həyat,  həyat"  deyən  bitki­
lər  yerin  sirlərindən  xəbər  verir.  Qarlı-buzlu  yamaclardan 
sızıb  birləşən  soyuq  bahar  suları  axdıqca  qızıb,  qüvvətlə­
nib,  gənclərin  gülüşü  kimi  şaqqıldayır,  ətrafa səs  salır"...
Bu,  Azərbaycan  torpağına,  bütün  əksliklərinə  baxma­
yaraq  öz  nikbin  həyat  tərzini  qoruyan  bir  məmləkətin 
konstruktiv  tələbidir.  Müəllif  bizi  məmnunluqla  çöl-bayırı 
gəzdirir,  gözəlliyə  baxıb  həzz  almağa  çağırır.  Bunlar  hələ 
tam  deyil,  qarşıda  qeyri-adi  səsli  bir qız -  Əntiqə  durur.O, 
oxuyur,  səsi  dağlara  düşəndə  biçinçilər  dinləyib  heyran- 
heyran qulaq  asırlar.  Hətta  müsafirlər ayaq  şaxlar,  bu  səsi 
dərhal tanıyarlar...faytonçu Əhmədin  izahı və restoran mü­
diri  Hacı  Rəsulun  marağı  süjetin  axarına  davamlı  şəkildə 
qoşulur.  Və  fərdi  maraq,  qazanmaq  həvəsi  Əntiqəni  ələ 
keçirmək  üçün  yollar  arayır.  "Xanımına  yaylaq  evi  kirayə 
etməyə  gələn  restorançı  Hacı  Rəsul  söhbətin  davamını 
gözləmədən  faytonçuya  bərk  tapşırdı:  -  Əhməd,  onu  mə­
nim  yanıma çağır, sən  Allah!"  Və  Mir Cəlalın  peyzaj eskiz­
lərinin  obrazı,  situasiyanı  tamamlayan,  yaxud  proqnozlaş­
______________________
163
---------------------------------------


dıran  təsvir  ustalığı:  "Yayın  cırcıramasında,  iyul  günorta­
sında  hava  qaynar tin  kimi  dalğa-dalğa  göyə  qalxırdı.  Bir- 
birinə  sığınan  bükülü  bağlarda  ağac  altında  adam  tər  tö­
kürdü.  Günəş günorta yerinə dayanır,  bir az da aşağı  enib, 
sanki  od  tökür,  meyvələri  tez  yetişdirmək  istəyirdi.  Hamı 
kölgələrə çəkilmişdi.  Kollar arasında  istini  alqışlayan cırcı­
ramaların  yeknəsək  və  ətalət  gətirən  nəğməsi  kəsilmirdi. 
İsti  bərkidikcə gözə görünməyən bu həşaratın sevinc səfa­
sı  da  artırdı".
Musiqi  ilə  təbiəti  -  iki  gözəllik  mənbəyini  iki  azərbay­
canlı  imkan  sahibi  duyur,  ləzzət alırlar.  Lakin  iki  dünyagö­
rüşünü  də  unutmayaq:  Məşədi  İsabəy yerli  adamdır,  hara­
dasa  ziyalıdır,  Hacı  Rəsul  Bakıdan  gəlmədir,  ticarətçidir. 
Məşədi  İsabəyə  bu  qızcığaz  tanışdır,  ürəyincədir.  Hacı 
Rəsul  məkrli  niyyətini  elə büruzə verir;  millətini,  onun  iste­
dadlı  balalarını  sevən,  qayğı  göstərən  adamdır.  Zahirən 
sevinc  doğurur  bizdə  və  bu  restorançıya  rəğbətimizi  giz­
lətmirik.  Hacı  Rəsul  Məşədi  İsabəyə  aman  belə  vermir, 
canfəşanlıqla  deyir:  "Ay  kişi,  ay zalım  uşağı,  sizdə  heç  in­
saf,  mürvət  deyilən  şey  yoxmudur?  İslamiyyət  qanı  yox­
durmu?  Vallahi  özgə  millətdə  olsa,  beləsinin  saatına  bir 
ətək qızıl verərdilər. O səsin, o verginin sahibi  Şamaxı  me­
şəsində  çırpı  yığır.  Ayaqlarını  daş  parçalayır,  əllərini  tikan 
aparır,  doyum  qarın  çörək  görmür.  Vallah  deyirəm,  sizdə 
millət  qanı  yoxdur"...
Hacı  Rəsulda  burjua  əxlaqı  əsasən  sərvət  və  şəxsi 
zövq  elementində  birləşmişdir:  Sərvət  meyli,  əxlaqi  qiy­
mətin  ümumi  trafaret  məzmunu,  insan  idealı,  ədalət,  mə­
suliyyət  hissi  və  sair dəyişir;  himayədarlıq  hətta  burjua  fi- 
lantropiyasına  keçir.  Hacı  Rəsul  Əntiqənin  yetimliyindən, 
anası  Məsmənin  himayəsində  yaşadığından  niyyətini  hə­
yata  keçirir.  Məsməni  üç  manatla özünə çəkən  Hacı  Rəsul
_______________________
164
----------------------------------------
riyakar niyyətini Əntiqənin oxuması  ilə həyata keçirir.  Qar­
daşı  Bəndalı  onu  məktəbə  aparır və  ilk  dəfə  Tahirzadə  ilə 
görüşür:  "Tahirzadə sanki  çoxdan  dayanıb onları  gözləyir­
di.  Əlini Əntiqənin başına çəkdi.  Qız başını  qaldıranda ba­
şında  piləkli  araqçın  gördü.  Əlinə aldı.  Zər haşiyəli  qırmızı 
məxmər  üstündə  nəsə  parıldayan  yazılar  var  idi.  Əntiqə 
araqçını  tez  başına  qoydu.  Müəllim  bəyəndi:  -  Əcəbdi!  İn­
di,  qızım  məktəb  şərqisi  oxusun,  biz  də  eşidək!"  Və  oxu­
yur.  Tahirzadə  bu  ailənin  yeganə  pasibanə  adamıdır  və 
görəcəyik  ki,  o,  sonralar Bəndalını  müdafiyə  edəcəkdir 
Hacı  Rəsul tipik tacirdir, təəssüf ki,  ədiblərimiz əsərlə­
rində  bu  əxlaqı  tipikləşdirmiş,  solçuluğa  yol  vermişlər; 
ədəbi  tənqid  də  təsdiqləmişdir və  "burjua  əxlaqı  öz  təbiə­
tinə görə  riyakardır,  ikiüzlüdür,  "pullar iy vermir"  -  bu  əxla­
qın daxili saxtakarlığını  aşkara çıxarar" -  iddiasına ehtiyat­
la  qiymət vermək  lazımdır.  Hacı  Rəsul  restoran  sahibidir,- 
təbii  ki,  öz  mənafeyindən  çıxış  etməyə  borcludur.  Əntiqə- 
yə qalsa  o,  belə  bir  imkanı  əldən  uçurmaq  istəmir.  Bu  işə 
mane olan Tahirzadəni  daha çox Əntiqənin qarşısına çıxa 
biləcək  əxlaqsızlıq  sindromu  narahat  edir.  O,  Bakı  mühiti­
nə  bələddir və  dahi  şairdir,  insanın  fərdi  münasibətlərinin 
məkrli  yönümündən də xəbərdardır. Tahirzadə  bu  məsələ­
ni  aça  bilməz və fəhmi  də onu  aldatmaz.  Ona  görə də  Ən- 
tiqəni yalnız elə Şamaxı  məktəbində oxutmağa çalışır.  Ha­
cı  Rəsulun  bu  məsələdən  xəbər tutması  və  Sabir  haqqın­
da,  ümumən  şair,  söz  adamları  barədə  məxsusi  fikirləri 
təhqiredici  deyil,  peşə yanaşmasıdır:  "Hə, şairmi? Şair de­
yər!  Onlar  söz  pəhləvanıdır.  Deyirlər.  Ancaq  biz  şair-zad 
deyilik.  Biz  tacir  adamıq.  Sözümüzün  qiyməti  var.  Bizim 
sözümüzü  qürbətə  salmaq  olmaz  Mən  söz  yox,  şeirdən 
danışıram”...Əlbəttə,  Hacı  Rəsulun  sözlərində  yalan  yox 
deyil  və  şəxsi  mənafe  gizlənmir.  O,  savaddan  xali  deyil,
______________________
.165
--------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə