A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə49/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

türlər, sual doğur: Soydaşını öldürənlər kim idi, yaxud Bən­
dəlinin öldürdüyü kim  idi?  Yazıçı  bu təzadlı  hadisə  ilə azə- 
rilərin tabeçilik,  kütlə psixologiyasını  vermişdir.  Məsələnin 
kökü  dərinə  çıxır:  İnsanın  ruhi  orqanizmlər  kompleksi  fər­
din psixologiyasını  necə dəyişdirir və bu prosesdə din yar­
dıma  çatırmı?  Məşhur  fransız  psixoloqu  Qustav  Lebon 
(1841-1931)  bu  məsələləri  araşdırıb  belə qənaətə  gəlmiş­
dir ki,  ruhi  orqanizmlər də  növlərin  anatomik əlamətləri  ki­
mi  dəyişməz  əsas  xüsusiyyətlərə  malikdir.  Bununla  belə, 
onun  asanlıqla  dəyişən  ikinci  dərəcəli  xüsusiyyətləri  də 
var  ki,  elə  bu  sonuncular  da  asanlıqla  bu  ətraf  mühiti,  şə­
raiti,  tərbiyəni  və  müxtəlif amilləri  dəyişdirə  bilər.  Bəndəli­
ni  tutmaq  bu  qədər  problemdir?  Yox,  məsələ  ondadır  biz­
lər yuxarının  əmrini  (rəsmi),  yaxud  tapşırığını  (şifahi)  dər­
hal  yerinə  yetirməyi  özümüzə  borc,  şərəf  hissi  kimi  qəbul 
edirik.
Kəblə  İsrafilin  qorxa-qorxa  dediyi:  "Adam  da  elə  igidə 
güllə  atarmı  ə!  Allah  kəssin  divan  qulluğunu,  müsəlman 
deyilikmi?..  Nə  isə dünyadı  da!"  -  sözləri  təsdiqləyir ki,  ci­
nayətə  əl  atmaqda  bizlərə  dinimiz  də  acizdir.  "Dünyadır 
da"  ifadəsi  ilə  hökümətin,  rəhbər  şəxslərin  qarşısında 
müstəqilliyimizi  bir daha  əyaniləşdiririk!
Mühitin  təsiridir  bu  cılız  xüsusiyyətlər,  biz  belə  doğu­
lub, tərbiyə almamışıq.  Yeri  gəlib,  ayağa qalxmışıq,  kəskin 
etirazımızı  ifadə  etmişik.  Nikolay  hakimiyyəti  sanki  sadə­
lövh  hökümətmiş,  lakin  müsəlmanları  müti  ruhda  tərbiyə 
etməkdə fəndkir dövlətmiş.  Maraqlıdır,  o dövrü əks etdirən 
nəsr əsərlərində  bu  keyfiyyət verilmişdir.  Ona görə də Çar 
mühiti  müsəlman  əyalətlərini,  icmalarını  həmişə  nəzarət­
də  saxlamış  və  effemer  siyasəti  yaratmışdır.  Mən  yenə 
Qustav  Lebondan  iqtibas  gətirəcəyəm,  o,  göstərir  ki,  əgər 
mühitin  insana  təsiri  böyükdürsə,  deməli,  o,  əlavə  və  mü­
_______________________
192
----------------------------------------
vəqqəti  xüsusiyyətlərə,  yaxud  xarakterin  gizli  qalmış  key­
fiyyətlərinə təsir edir.  Əsl  həqiqətdə dəyişikliklər (effemer) 
bir  o  qədər  əhəmiyyət  daşımır;  ən  əməlisaleh  adam  belə 
aclıq  hissinin  təsirilə  vəhşilik  dərəcəsinə  çata  bilər;  bu 
hiss  də  onu  cürbəcür  xəyanətlərə,  bəzən  də  öz  əzizlərini 
belə  yeməyə  sövq  edir.  Belə  olan  təqdirdə  demək  olarmı 
ki,  adət və xarakter tamamilə dəyişmişdir?  -  Bu tezis -  əs­
lində  mülahizə  son  dərəcə  bir sıra  mətləblərə  aydınlıq  gə­
tirə bilər.
"Yolumuz  hayanadır"  romanında  müsbət  və  mənfi  ob­
razlar  xaraktercə  müxtəlif  olduğu  dərəcədə  amal,  məqsəd 
yolunda  bir  o  qədər  də  ayrılırlar.  Birincisi,  insan  xislətin­
dən,  gen xüsusiyyətlərindən  irəli  gəlir.  Biz  müsəlmanlarda 
bu  xarakter  sabitdir.  Məsələn,  valideyn:  ana  və  bala  mə­
həbbəti  -  Bəndalı  və  Məsmə  arvadın  hərəkət stixiyas  kifa­
yətdir.  Kəblə  İsrafilə  nifrətlə  dediyi:  "Mən  səni  igid  adam 
eşitmişdim.  Sən demə,  hədər söz  imiş.  O söz  igidə yaraş­
maz  ki,  sən  deyirsən!"  -  sözlər  ana  dilindən  qopmuşdur. 
Tahirzadə,  Mirzə Cəlil,  Əlibəy Hüseynzadə - bu  ziyalı  qay- 
maqlarımız mühiti  başa düşürlər,  lakin fərqli  şəkildə.  Onlar 
sistemlə  barışmırlar və  öz  idrakları  ilə  düşünür və  mübari­
zə aparırlar.  Təəssüf,  bir araya  şüurlu  olaraq  gəlmirlər.
Şübhəsiz,  bu  məsələdə  yazıçı  göstərməsə  də  etnik, 
gen  xüsusiyyətlərimizdən  gəlmə  cəhətlər  də  az  deyil.  Ta­
hirzadə Bakıya gəlsə də,  siyasi dünyagörüşü, zamanın  hə­
rəkət  dinamikasını  həzm  etmək  gücündə  deyil.  Kənd  mü­
hiti  onun  qanına  işləmişdir.  O,  kəskin,  güclü  şeirləri  İlahi 
vergi,  təblə  yazmışdır.  Mirzə  Cəlil  savadlıdır,  oxumuşdur, 
Qori  Müəllimlər  Seminariyasını  qurtarmışdır  və  mənsub 
olduğu  xalqın  milli  xüsusiyyətlərinə yaxşı  bələddir və  inqi­
labın  bəhrəsinə  inanır.  İstəyir  milləti  avamlıqdan,  ətalət­
dən qurtula,  daha  kəsdirmir ki,  bədii  əsərlə yüz  illərlə  zeh- 
______________________ 1 9 3 _______________________


niyyətə,  şüura  işləmiş  mənfi  emosiyaları  aradan  qaldır­
maq  qeyri-mümkündür  və  azı  50-100  il  lazımdır!  Əlibəy 
Hüseynzadə  soydaşlarından  tamamilə  fərqli  adamdır. 
Onun səviyyəsi  ətrafındakılardan çox üstündür və bu, fakt­
dır,  amma  türkpərəstdir,  zahirən  yaxşıdır  və  türkük.  Unu­
dur ki,  bu  mənsubluq  hələ bir millət kimi  bizim dilimizi,  in­
tellektimizi,  mədəniyyətimizi,  hətta  əxlaqımızı  təsiri  altına 
almamaldır və  mümkün  arzu deyil.
Bu  üç şəxsiyyətdən  Sabir istisna olmaqla  ikisi  Çar ha­
kimiyyətinin  devrildiyinin  şahidinə  çevrildilər:  İnqilab  Ça­
rın  kiçik  "övladr’nı  doğdu,  hətta qeyri-demokratiklikdə Çar 
Rusiyasının  başçısı  Romanova  rəhmət  oxudular!  Mirzə 
Cəlil  səsini  çıxara  bilməzdi;  iş  işdən  keçmişdi.  Əlibəy Hü­
seynzadə isə Azərbaycana alim-dilçi statusunda qonaq ki­
mi  gəldi.  Əlibəyin  osman  ləhcəsinə  meylinin  bəzi  tarixi 
köklərinə varmaq  maraqlı  olardı  və  bu  pərəstişkarlıq  bəlkə 
də  haqq  qazandırardı:  1897-ci  ildə  Kipr  adası  uğrunda 
Türkiyə-Yunanıstan  müharibəsi  başladı və adada yaşayan 
yunanlar Osmanlı  imperiyasından muxtariyət hüququ tələb 
etdilər.  Əlibəy  müharibəyə  münasibətində  osmanlılara 
rəğbətini  gizlətmirdi,  qələbə  arzulayırdı.  Müharibə  Doma- 
kos  yaxınlığında  türklərin  qələbəsilə  nəticələndi.  Və  bu, 
Türkiyənin  beynəlxalq  nüfuzuna  müsbət  təsir  etdi.  Əlibəy 
bu  qələbədən  sonra  Osmanlı  imperiyasına  daha  çox  rəğ­
bət bəslədi və düşünürdü ki, daha Avropa dövlətləri də Os­
manlı  imperiyasının  qarşısında  acizdilər.  Deməli,  "Turan” 
dövlətinin  yaranması  üçün  real  imkanlar  var.  O,  ümidliydi 
ki,  türklər  Yer  kürəsindəki  torpaqların  yarısına  belə  sahib 
ola  biləcəklər.  Böyük  dövlət  qurumu  olan  Osmanlı  imperi­
yası  öz  tərəqqisinin  ən  yüksək  pilləsindədir.  Hegemonluq 
onun  əlində  birləşəcəkdir.  Lakin  Əlibəy  Hüseynzadə səhv 
______________________ 194--------------------------------------
edirdi.  Sultan  Əbdülhəmid  höküməti  çürüməyə  doğru  ge­
dirdi.  Siyasi  ab-hava,  daxili  çarpışmalara  hissiyatı  ilə Əli­
bəy  1897-ci  ildə  pantürkçü  kimi  İtaliyaya  üz  tutdu...Gəlin 
baxaq,  Əlibəyin  bu  daxili  hisslərini  və  siyasi  məlumatlığı- 
nı  Mirzə Cəlildə,  Tahirzadədə  axtarmağa  dəyərmi?
Tahirzadə  ilə əlaqəli  iki  olay  -  epizod  üzərində  dayan­
maq  Mir Cəlalın  poetikasına  xas mətləb üçün dəyər.  Birisi 
Tahirzadənin  xəstəliyi  ilə,  digəri  onun  Tiflisə  səfəridir. 
Bunlar nə hökümət,  nə də ziyalılar səviyyəsində bizim  küt­
lə  psixologiyasında,  laqeydlik,  əfəllik  hissində  yaşamağı­
mıza  tam  əsas  verir.  Mən  ikinci  məsələdən  başlamaq  is­
tərdim.  Tahirzadə  Tiflisə  gələrkən  Mirzə  Cəlilin  qonağı 
olur.  Və  onun  xahişi  ilə  Nəbatat  bağına  M.F.Axundovun 
qəbrini ziyarət eləmək xahişinə əməl olunur.  Söhbəti təfər­
rüata  qurban  vermək  istəməzdim.  Məsələ  dahi  Mirzə  Fə­
təlinin  qəbrinə,  görkəmli  şəxsiyyətimizə  münasibətə  ya- 
naşmpdır və  Mir  Cəlal  "Qızıl  Hacıda"  fəslini  əbəs  romana 
daxil etməmişdirV  "  Dağın döşündə ot-ələfin  əhatə etdiyi 
bir qəbir  üzərində  uzun  və  enli,  yazılı  qaradaş  yüksəlmiş­
di.  Qəbrin  üstünə  məktəblilərin,  artistlərin  gətirdiyi  gül 
dəstələri qoyulmuşdu.  Güllər solsa də,  lentdəki yazılar bəl­
li  idi.  Tahirzadə yenicə  bağlanmış gül dəstəsini  qəbrin  üs­
tünə  qoydu  və  bir xeyli  sakit  dayanıb  baxdı.  Daşın  yazıla­
rını  qar-yağış döyüb qaraltmışdı.  Yaxından diqqət yetirmə­
sən  oxuya  bilməzdin".
Artıq  bu  təsvir  bizim  təsəvvürümüzə  aydınlıq  gətirir. 
Gürcüstan torpağına tapşırılan  azərbaycanlı  dahiyə  müna­
sibət - şagirdlər və artistlərdir - gül dəstələri qoyanlar.  Hər­
çənd,  məlum olmur azərbaycanlı  uşaqlarıdır, yaxud aktyor­
larıdır?  Sabirin  xəyala dalması  bəlkə də dahi  şairi  özü  ba­
rədə,  ölümündən sonra onun abidəsinə bəslənəcək sayqı- 
_______________________
195
________________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə