A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə48/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

qarşıdakı  inqilaba  da  bel  bağlamırdı,  ona  görə  də  başını 
götürüb  xaricə  üz  tutdu.  Sovet  qurulanda  Mirzə  Cəlilin  ar­
zuları  alt-üst  oldu,  başı  ağrıdı  və  gizlincə,  daxilində  yeni 
hökümətə  nifrət  bəslədi.
Mir  Cəlal  Mirzə  Cəlilə  rəğbəti  naminə  Əlibəyin  Molla 
Nəsrəddin  idarəsinə  getdiyinin  bir  sıra  səbəblərini  yozur: 
Belə  ki,  birincisi,  Əlibəyin  şəxsən  Mirzə  Cəlillə  görüşmək 
ehtiyacı  idi,  üzbəüz  danışsınlar.  İkincisi,  Əlibəy  fürsət  dü­
şərsə  Mirzə  Cəlilə  məsləhət  şərtiylə  bir  neçə  söz  demək 
istəyirdi,  yəni  Bakı  qəzetlərinin çoxu yığışandan  sonra be­
lə  bir  jurnalın  tirajı,  hörməti  qalxa  bilərdi.  Buna  görə  də 
"Molla  Nəsrəddin"  satirik janrla  bərabər,  ciddi,  fəlsəfi  sə­
ciyyəli  məqalələr  də  versin.  Üçüncüsü,  Əlibəyin  fikrincə, 
Ömər  Faiq  Nemanzadə,  Əliqulu Qəmküsar kimi  qələm  sa­
hiblərini  "ittihad  məskəninə qaçırmaq,  müəyyən  dərəcədə 
olsa  da  Mirzə  Cəlildən  ayırmaq  təşəbbüsü  faydasız  ol­
maz".  Dördüncüsü,  "Molla  Nəsrəddin"  idarəsinə  getməklə 
onun  nüfuzu  artar.  Diqqət  yetirsək,  yazıçının  ehtimal  etdi­
yi  bu  səbəblərdə Əlibəy  Hüseynzadə şəxsiyyətinə və dün­
yagörüşünə  qarşı  iradı  yoxdur.  Əlibəyin  Mirzə  Cəlillə  söh­
bətində  "Çətin  yazılsa,  anlaşılması  oxunmayacaq  e tira fı­
nı  Mir  Cəlalın  xatırlaması  tamamilə  yerinə  düşür.  Bu  gün 
də  biz  böyük  mühərririn və  alimin,  ictimai  xadimin  osman­
lı  ləhcəsi  qarşısında  təslimçiliyilə  barışmırıq:  "o  halda  ya­
zılarını  nə  üçün  ana  dilində  yox,  xalis  osmanca  yazır,  qə­
liz söz və  ibarələrlə doludu" -  iradında  haqlıdır.  "Sadə yaz­
mağın  özü  də  bir  məharətdir"  -  deyən  Əlibəyə  Mirzə  Cəlil: 
"Cənab Əlibəy,  mən sizin  kimi  bir qüdrətli  qələm sahibinin 
bu  sözlərini  tamamilə  ciddi  hesab  edirəm"  cavabında  da 
Hüseynzadəyə  hörmətini  gizlətmir.
Aşağıdakı  dialoqa  diqqə  yetirək:
”-  Mən  səmimi  və  aydın  deyirəm:  "Molla  Nəsrəddin"
_______________________
188
----------------------------------------
məcmuəsinin  dili  bir  məharətdir və  hər  kəsə  hər vaxt  mü- 
yəsssər  olmayan  bir  məharətdir.  Mən  bunu  sizin  hüzuru­
nuzda yox,  hər bir şəraitdə deyə  bilərəm.
Mizə  Cəlil  təşəkkür deyib əlavə  etdi:
-  Belə  bir  meylin  müsəlmanlara  və  xüsusən,  biz  azər­
baycanlılara  faydalı  olduğunu  möhtərəm  mühərririmiz 
ümid edirəm  ki,  gələcəkdə də qələm sahiblərinin  nəzərinə 
çatdırmaqda  səylərini  əsirgəməyəcəklər.
-  Əlbəttə,  əlbəttə!.."
Əlibəy  başını  aşağı  salıb  susurdu.  Bir  xeyli  düşünən­
dən  sonra,  sanki  çətinliklə  müəyyən  etdiyi  bu  cavabı  ver­
di:
"-Müsəlmanın  qələm  sahiblərinə  çox  şərtləri  əlcəmdir! 
Məqalələrin şəklindən  məzmunu,  mətalibin əhəmiyyəti da­
ha  çox  şərtdir.
Mirzə Cəlil  bir  nəzakət  əlaməti  olaraq  müsahibinin  sö­
zünü təsdiq  üçün  onun  bir an  əvvəlki  cavabını  təsdiq  etdi:
-  Əlbəttə,  əlbəttə!"
Əlibəy  Hüseynzadə  ilə  Mirzə  Cəlilin  söhbətlərinin  - 
mübahisələrin  birinci  tərəfi  baxımından  fəlsəfi  məsələlər 
münasibətdir,  zəmanənin dərkində filosofların  əsərləri  çox 
iş görməyə qadirdir və  bir sıra filosofların  adını  çəkir.  İkin­
ci  tərəfin  mövqeyi  isə  əksinədir,  amma  M.F.Axundovu  al­
qışlayır,  nicat  yolunu  xalqda,  ziyalılarda,  maariflənmədə 
axtarır.  Və "Molla Nəsrəddin”i təbliğ edir:  "Məcmuə oxucu­
lara  təzə  mətləblər  deyir,  o  deyir  ki,  nicat  filosofların  əlin­
də deyil.  Camaatın  öz  əlindədir".
Şübhəsiz,  biz  iki  dünyabaxışı  ilə  qarşılaşırıq.  Əlibəy 
Hüseynzadə  dərin  zəka,  intellekt  sahibi,  Yaxın  Şərqdə, 
Türkiyədə və hətta Qərbdə tanınan  alim,  mühərrir,  dilçi,  fi­
losof və  ilaxır sahələri  özündə təcəssüm  etdirir.  Mirzə  Cə­
lil  böyük jurnalist,  yazıçı  və  dramaturqdur,  hər  ikisi  vətən­
_______________________
189
----------------------------------------


lərini  sevirlər.  Mir Cəlal  ona görə də  hər  iki  müdrik yazarı 
açıq,  səmimi  mübahisələr  meydanında  verir.  Və  xoşniy- 
yətlə ayrılırlar.
Maraqlı  məqama diqqət edək:  Romanın ən kuliminasi- 
ya  nöqtəsi  adlandırardım  -  "üz-üzə”  söhbəti.  İki  müxtəlif 
baxışlı,  amma  bir  Vətənli  dahi  şəxsiyyətlər eyni  fikrə  gələ 
bilmirlər,  yollar  həm  siyasi,  həm  də  fiziki  cəhətdən  ayrılır. 
Yazıçı  incəliklə  azərilərin  soy-gen  xüsusiyyətlərinə  işarə 
vurur.  Tarixi  maraqlarımızı  əsrlərlə  itirə-itirə  gəlmişik,  nə­
yin  ucbatından?  Birləşə  bilməməkdən  -  əsas  mahiyyət­
dən.  Bu  gün dünyanın xəritəsinə baxaq.  Müsəlman dövlət­
ləri  səpələnmişlər  və  bir-birlərinə  söykənmişlər.  Lakin 
xristian  fundamentalizmi,  başda  ABŞ  və  Rusiya  dövlətləri 
olmaqla  müsəlmanları  məhv  etməkdədir.  Yadıma  vaxtilə 
ibtidai  sinif  dərsliklərimizdə  oxuduğumuz  "Aslan  və  iki 
öküz"  təmsili  -  hekayəsi  düşdü:  Aslan  hiss  edir ki,  nəhəng 
öküzləri  yeyə  bilməyəcək,  deməli,  bir bəhanə  ilə  bir-birin­
dən  ayırmaq  lazımdır.  Edir  və  ayrılıqda  hər  ikisini  ye­
yir...Biz  nə vaxtacan  bir yumruq  halında  birləşməyəcəyik? 
Qarabağ torpağımız da  mahiyyətcə  belə  bir sevdanın  qur­
banı  olmamışmı?
"Yolumuz  hayanadır"  romanının  poetikasında  belə  bir 
məsələ  də  görünür:  hər bir xalq,  millət  mövcud  irtica,  əda­
lətsizlik  və  sair  qlobal  mənfi  emosiyalarla  barışmamalı­
dır
Bir az  kövrək  hissin  təsirinə düşək və oxucumuzu yor­
mayaq:  Romanda  "Bir gəncin  manifesti”ndəki  Sona -  Mər­
dan  xətti,  bir  növ  adektvat  şəklində  Məsmə  -  Bəndalı  xət­
tini  xatırladır.  Sona -  Mərdan:  ana-bala  məhəbbəti  və oğu­
lun  peşəkar  inqilabçı  səviyyəsinə  yüksəlməsi.  Məsmə  - 
Bəndalı:  ana-bala  (və üstəlik Əntiqə qızı)  məhəbbəti,  lakin 
oğlu peşəkar inqilabçı  ola bilmir.  Bacısı  üstündə qaçıb giz­
_______________________
190
----------------------------------------
lənsə  də  həbs olunur.  Mərdandan  fərqli,  Bəndalı  qüvvətli, 
mərd,  qorxmaz  cavandır,  işləməkdən  yorulmur.  Məşədi 
Hüseynlə  sexdə  işləyəndə  bunu  görürük.  Bəndalı  heç  cü­
rə  bacısı  Əntiqənin  restoranda  oxumasını  qəbul  etmir  və 
tamamilə  haqlıdır.  Baxmayaraq  misilsiz  səslidir.  Maraqlı­
dır, Sona (eləcə Bahar) Mərdanla son olaraq görüşə bilmir, 
Bəndalı  isə  kəndə  gəlib  Məsmə  ilə  görüşür.  Yazıçı  bu  gö­
rüşü  sənətkarlıqla,  qələmin  kövrək  "xasiyyəti"ylə  təsvirə 
gətirir:  "Bəndalı...anasını  yastıq  kimi  qoltuğuna vurub tax­
tın  üstünə gətirdi.  Yanını  qoyanda taxt çoxdan bəri  görmə­
diyi  bir ağırlığa  məruz qaldığından cır-cır cırıldadı.  Bənda- 
lı  yerdə  çömbəldi,  anasını  körpə  uşaq  kimi  dizi  üstündə 
oturtdu:  qaranlıq  olsa  da,  gözlənilməz  olsa  da  Məsmə  bu 
əlləri  dərhal  tanıdı.  Bu  doğma  əllər  quru  umuzlarına  toxu­
nan  kimi  qanı  qaynadı,  qəlbi  tərpəndi,  gözünə  işıq,  bədə­
ninə  deyəsən  gəlinlik qüvvəti,  təravəti  gəldi".
Bu  kiçik  parçada  ana  qüdsiyyətindəki  fəhm  duyğusu, 
məhəbbət  hənirtisi  oxucuda  anaya  qarşı  sevgi  oyadır. 
Nankor övladların  ürəyinə  işıq  süzülür.  Ana da  borclu  qal­
mır:  "Ana bu əlləri nə gördü,  nə yoxladı. Ancaq o,  işlək fəh­
lə  biləklərindən,  uzun  və  iri  barmaqlardan  gələn  doğma, 
isti,  bakir övlad  hissləri  isti  bir cərəyan  kimi  vücuduna  ax­
dı,  onun  bütün  yorğun  müztərib əsəblərini  dindirib dilə gə­
tirdi".
Mir  Cəlalda  nədənsə  analar  oğul  itkisinin  nisgilini  çə­
kirlər.  Bahar,  Bəndalı  analarına  dərd  bağışlayırlar.  Bənda- 
lı  özü  günahkardır və canını  xilas  etməyə çalışır.  Anasıgil- 
də  olarkən  onu  satırlar,  yasavullar  onu  qaranlıqda  evdə 
haqlayırlar.  Bu igid cavan məharətlə vuruşur.  Maraqlı o idi, 
Bəndalı  anasını  döyüş  yerindən  məharətlə  çıxarmışdı. 
Bəndalı  nəhayət öldürülür.  Artıq  bu,  etiraz  idi  üsul-idarəyə 
qarşı.  Bəndəlinin  meyitini  arabaya qoyub,  üstünü ot  ilə ör­
_______________________
191
________________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə