A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə44/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   40   41   42   43   44   45   46   47   ...   82

dır,  Hacı  isə  tarixi  şəxsiyyətdir.
Xeyriyyə  cəmiyyətinin  iclasını  müəllif  dinamik,  hərə­
kətli  verir  və  bir  növ  Zeynalabdin  Tağıyevin  iclasa  gəlişi 
dərhal  səs-küyə  səbəb  olur.  Yazıçı  ədalət  hissini  və  tarixi 
həqiqəti  unutmur:  "Hamının  nəzəri  qarşıya  tərəf  döndü. 
Dərhal  məlum  oldu  ki,  Hacı  Zeynalabdinin  faytonu  küçədə 
dayanmışdır.  Hacı  Zeynalabdinin  qırmızı  xətti,  geniş,  ya­
raşıqlı  üzü  camaat  arasında  seçildi.  Məclis sağa-sola  par­
çalandı.  Adamlar  ayağa  qalxıb  ona  yol  verdilər.  Çoxları 
işarə  ilə  salam  vermək  istədisə  də,  o  baxmadı.  Başı  aşa­
ğı,  sanki  ayaqlarının  altına  baxa-baxa,  yaşına  və  adi  yeri­
şinin  xilafına  olaraq  yeyin  adamları  ilə  məclisin  yuxarı  tə­
rəfinə keçdi.  Sədr cəld geri çəkilib,  heyətdə ona yer verdi”.
Hacının  Nəriman  Nərimanov  haqqında  mənfi  emosiya 
ilə  danışması  heç  cürə  inandırıcı  görünmür  və  yuxarıda 
dediyimiz  kimi,  ideologiyanın  diqtəsidir.  Mir Cəlal  N.Nəri­
manov  və  H.Z.Tağıyev  haqqında  o  məlumata  malikdir  ki, 
bu görkəmli  şəxsiyyəti  xaricdə  Hacı  öz hesabına oxutmuş, 
Sovet  hakimiyyətinin  qələbəsindən  sonra  bu  xeyirxah  in­
sanı  bolşeviklərin  əlindən  məhz  Nərimanov xilas etmişdir! 
Və  sair.  Lakin  mən  başqa  bir  məsələyə  toxunuram:  Hacı 
Zeynalabdinin:  "Tiflis  müsəlmanlarının  içində  fitnələr çox­
dan  var.  Gah  əlifbamızı  dəyişirlər,  gah  dinimizi  məsxərə- 
yə qoyur,  gah vərəqə-mərəqə çıxardıb yayırlar.  Ayıq adam 
gərək  bu  fitnələri  bilə”  -  ittihamı  nə dərəcədə  haqsızdır,  if­
tiradır!  Əvvəla,  M.Cəlal  o  mühiti  gözəl  bilirdi,  vaxtilə  Gən­
cədə  yaşamışdı.  İkincisi,  əlifbamızı  dəfələrlə  dəyişməklə 
mənəvi  mədəniyyətimizə  sarsıdıcı  zərbələr vurmuşlar,  bu 
ənənəni  Sovet  dövləti  davam  etdirmişdir.  Deməli,  yazıçı 
yenə  mövcud  bolşevik  rejimindən  Hacı  Zeynalabdini  xilas 
etmişdir...O,  çıxışında  "sosial  -  demokratlara"  da  nifrətini 
gizlətmir  və  Nərimanovun  simasında  ifadə  edir.  Tarix  sü­
______________ _________
174
----------------------------------------
buta yetirdi  ki,  Nərimanov kimi  böyük şəxsiyyətimiz  vaxti­
lə  Sovet  ideologiyasına,  Leninə  inanmış  və  böyük  səhvlər 
etmişdir.  Özü  də  bu  "xeyirxahlığın"  qurbanı  olmuşdur.  Be­
lə  məclisdə  xeyirxah  insan  kimi  oxuculara  təqdim  olunan 
Məşədi  Hüseyn  hətta  Qurandan  mənfi  emosiya  oyadan 
məqamları  diqqətə  çatdırmaqla,  oxucuda  mənfi  imic  for­
malaşdırır.  Romanda  yazıçının  ən  süni  yanaşma  yerlərin­
dən  biridir.
Quran  bəşəri  kitabdır və  onu  ayrı-ayrı  adamların  rəyi­
nə  tuşlamağa  ehtiyac  yox  idi...Bu  səhnədə  Tahirzadənin 
çıxışı yersiz və qeyri-inandırıcıdır;  "Molla Nəsrəddi"ni  san­
ki  Qurandan üstün tutur.  Lakin Tahirzadə bu  kəlamı  da de­
yir:  "Nə səbəbə  Quran  adına  belə  hərzə-hədyani  çap edib 
müsəlman  cavanlarının  üzünün  suyunu  tökməyə  cəhd 
edirlər  "
Mir Cəlal  romanda qarşısına qoyduğu  "mövcudluq” fe­
nomeninin  üstünə gəlir.  Elmi  anlamda  desək:  ekzistensia- 
lizmə.  Bir  millətin  xarakter mahiyyətinə:
Biz qoca  qafqazlı  igid  ərlərik,
İş  görəcək yerdə  söz  əzbərlərik.
Kim  nə deyər bizdə  olan  qeyrətə?!
Qeyrətimiz  bəllidir  hər millətə!..
"Yolumuz  hayanadır"  romanında  "tarixi  faktların"  izini 
axtaran tənqidçiləri  mən yuxarıda dediyim kimi,  haqsız sa­
yıram.  Müəllif  əgər  Azərbaycanı  artıq  bürüyən  haqsızlıq, 
ədalətsizlik  sindromunu  düşünürsə  və  görkəmli  ziyalıların 
bir fikrə,  bir araya gələ bilmədiyini  verirsə -  bir qədər ədə­
bi  tənqidin  ənənəsindən  kənarlaşmaq  yaxşı  olmazdımı? 
Əvvəlcə  "Cəmiyyəti  xeyriyyə"nin yığıncağına qayıtmaq  is­
tərdim  və  əsərdə  xeyli  düşündürücü,  hətta  bu  günün  siya­
_______________________
175
_______________________


si-mənəvi  durumunda  da  izlərini  axtarmalıyıq:  Axund  Mir 
Məhəmməd  dinin,  özü  də  xurafatın  təbliği  məsələsini  irəli 
sürür, Təbrizi  əlində bayraq  edir.  Onun çıxışını, qəliz nitqi­
ni  dinləyək:  "Camaat,  həzarat!  Vaxt  xeyli  giran  və  namü- 
nasibdir.  Şəhri  məhərrəmil  -  həram!  Soydüşşühəlamn  şə­
hadətə etdiyi  müsibətimiz günlər.  Cəmi  - Aləmi  -  islam  sə­
rasər matəm  içində.  Daşlar da,  dağlar da qan ağlayır.  Kər­
bəla  müsibəti  bizim  hamımızın  qəlbini  zərihədər  edibdir. 
Belə  bir  əyyamda  əlbəttə,  Təbriz  həvay-isatı  çox  cüzi  bir 
mənzildə  qalır,  Bəndə  bunlar  mənzurum  deyil.  Bəqeyri  ki, 
məsələnin  daha  məsul  cəhəti,  Biz  Qafqaz  müsəlmanları 
ki,  İmperator  əzəmlərə  müti,  sadiq  rəiyyətlərin  və  xudə- 
vəndi  -  aləm  adil  padşahımızı  yerin-göyün  bəliyyatından 
(bəlalarından  -  A.E.)  məhruz  buyursun  inşallah!.."  Gəlin, 
yazıçının  vurğuladığı  "rəiyyət",  "müti"  anlayışlarına  dini 
kontkestdə yanaşaq.  Və  mənsub olduğu  milləti  İmperatora 
itaətə  çağırır.  Sual  olunur:  Məhz  rusa  -  çara  -  komandana 
-  imperatora  niyə?  Müsəlmanların  xristian  dininin  qanun­
ları  ilə  oturub-duran  imperatorla  nə  alqı-satqısı?  Və  dahi 
Z.Freydə  qayıdaq:  Kütləni  təşkil  edən  fərdlər  "libido”  xət- 
tiylə  başçıya:  komandana,  sərkərdəyə  və  yaxud  bir-birinə 
bağlı  olur.  Əgər fərdlər bu  iki  istiqamətdə güclü  emosional 
bağlılıq  hiss  edərsə,  deməli,  fərdin  dünyagörüşünün,  intel­
lektinin  nə  dərəcədə  az  olduğunu  etiraf  etməyə  dəyər.
Bəllidir  ki,  kütlə  içərisində  ixtişaş,  qarmaqarışıq  onda 
yaranır  -  kütlədə,  qara  camaatda  daxilən  pozulma  prosesi 
baş  verir.  Z.Freyd  yazır  ki,  belə  hallarda  kütlə  içərisində 
baş verən  ixtişaşın  mahiyyətindəki  mühüm cəhətlərdən bi­
ri  də  odur  ki,  kütləni  təşkil  edənlər,  başçının  əmrinə  itaət­
karlıqdan  daha  çox,  başqalarına  fikir  vermədən  özü  haq­
qında,  özünü  qorumaq  barədə  düşünməyə  başlayırlar...Və 
mənzərə  dəyişir,  kütlənin  içərisində  olan  yaxşı  hissləri 
qorxu,  vahimə  əvəzlyir.
_______________________
176
----------------------------------------
Mir Cəlal xəyal aləmində


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə