A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə43/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   39   40   41   42   43   44   45   46   ...   82

arzuları  üstün  sayılanları,  əxlaqlı  və  əxlaqsız  haqqında tə­
səvvürləri  ifadə  edir;  borc  və  vicdanın  tələbindən  irəli  gə­
lir.  Deməli,  Tahirzadənin,  Hacı  Rəsulun,  Məsmənin əxlaqi 
münasibətləri  subyekt  -  obyekt  əlaqələridir.
Hacı  Rəsul  Tahirzadə  ilə  dialoqdadır.  Yazıçı  bu  söh­
bətdə  "ibarə"  sözünü  eyhamla  işlətmişdir,  vəziyyəti  başa 
düşmüqdür:
"-  Məşədi,  Sizə  agah  olmamış  olmaz  ki,  biz  müsəl­
manlar  hələ  ayılmamışıq.  Yer  üzündə  cəmi  millətlər  ayılıb 
öz  təklifini  qanıblar,  islam  dininin  mübarək  ehkamından 
faydalanıblar.  Amma  biz  bədbəxt  müsəlmanlar  dini-mobi- 
nin,  şəriətin  haqq,  müstəqim  yolundan  ki,  azmışıq,  həmi­
şə cəlalətdəyik.  Bixüsus da ki,  bizlər olaq, yəni  məhz Qaf­
qaz  müsəlmanları!
-  Düz  buyurursunuz,  Hacı!
-  Bunları  o  babətdən deyirəm  ki,  oxumağın,  elmin fəzi­
lətini  Allah-təala  Quranda  bizə  buyuranda,  vacibəl-vacib 
buyuranda  hələ  xaricilər  aləmi  -  vəhşətdə  idilər.  Biz  o  fə- 
zaləti  fəramüş elədik,  onlar dörd əlli  yapışdılar.  İndi  budur, 
bir para,  haşa burdan;  əvvamşünas deyir, yox,  ünas tayfa­
sına,  yəni  zənən  xaylağına  oxumaq,  elm  kəsb etmək guya 
caiz  deyil"
Bu  üzbəüz  söhbətdə  Hacı  Rəsul  əslində  Tahirzadənin 
qadınların  oxuması  barədə  ideyasını  təsdiq  edir,  alqışla­
yır.  Məşhur  "Xanbacı"  şeiriylə  onun  fikri  üst-üstə  düşür. 
Hacı  Rəsul  savadlı,  oxumuş  tacirdir.  Tahirzadəni  də  hər 
halda  tanıyır  və  o,  özünü  diqtə  etməyi  bacarır.  Yaxşı,  da­
ha  nə  lazımdır  ki  ədəbiyyatımızda  Hacıları,  Məşədiləri, 
Mollaları,  Axundları  ifşa  edək,  onları  elə  "xaçpərəstlərin 
dindarları  qarşısında  xəcalətli  qoyaq".  Bu,  bizim  ədəbi  ta­
leyimizə  qismətdir?  Mir  Cəlalın  poetikasına  bu  baxımdan 
yanaşmaq  daha  ədalətlidir.  Və  Hacı  Rəsulu  (və  bu  tipləri)
_______________________
170
----------------------------------------
bir  obraz  olaraq  təmizləməyin  vaxtı  çatmışdır.  Nə  qədər 
sosial  -  məhdud  çərçivədən  yazıçılarımızın  yaradıcılığına 
qiymət verilməlidir.  Ədəbi obraz təmsil olunduğu cəmiyyə­
tin,  sinfin  əxlaq-davranış  mənbələrindən  ayrı  götürülmə­
məlidir,  onu  müasirləşdirmək  də  yaramaz.  Tahirzadə  və 
Hacı  Rəsul  eyni  dövrün  adamlarıdır,  biri  şairdir,  digəri  ti­
carətçidir.  Əlbəttə,  onların  dünyagörüşündə fərqli  cəhətlər 
olmalıdır.  Onları  qarşı-qarşıya qoyub hansınısa  məğlub et­
məyə  dəyməz.  Hacı  Rəsul  peşəsinə  gəldikdə  onun  fəaliy­
yət  göstərdiyi  burjua  cəmiyyətində  münasibətlər elədir  ki, 
ali  sosial  əxlaqi  sərvət pul  sayılır.  Pula sahib  kəsilmək hə­
yatda  uğurlar  qazanmaqla  yanaşı,  eyni  zamanda  fərdin 
"əxlaqi  uyğunlaşmasrnı,  əxlaqi  meyarını  əyaniləşdirir.  Ali 
əxlaqi  düşüncəyə görə,  sərvət sahibi  nəinki  sosial,  habelə 
əxlaqi  nüfuza  malikdir.  Əgər biz  Hacı  Zeynalabdin Tağıye- 
vi  xatırlasaq,  bu  nüfuz  onun  sərvətinin  tuşlandığı  əxlaqın­
dan  irəli  gəlmişdi və o,  şəxsi - intim- sosial tələbatlarını  in­
kar  etmirdi.  Hacı  Rəsul  elə  də  varlı,  sərvət  sahibi  deyilsə, 
davranışında Əntiqəyə - bu qıza şəhvət meyli reallaşsa idi, 
güman  yazıçı  müəyyən  qənaətini  əsaslandıracaqdı.  Hələ­
lik  Hacı  Rəsulun  davranışı  şaiyələrin  qurbanıdır.  Tahirza­
də  və  Hacı  Rəsulun  davranışlarını  təhlil  etsək,  davranışı 
bütöv  halda  -  obyektivləşdirilmiş  bu  davranış  əxlaqi  siste­
min  bəzi  elementlərini  şüura,  psixikaya  keçirir.  Hacı  Rə- 
suldakı  əxlaqi  təcrübə cəmiyyətdən  verilməlidir,  ötürülmə­
lidir  və  xüsusi  xassəli  informasiyadır.  Bu  informasiya  nə 
barədəsə məlumatı çatdırır,  habelə insanın maariflənməsi­
nə  xidmət  göstərir,  xeyirə  və  şərə  duyğu  hissi  oyadır,  bir 
sözlə,  əxlaqı  tərbiyə  edir.
Tahirzadə  Hacı  Rəsulla  üzbəüz  də  yenə  ciddi  rəqibini 
görür,  Mir  Cəlal  bu  görüşü  təsadüfi  verməmişdir;  baxma­
yaraq o,  sevimli  qəhrəmanı  ilə cəngləşir,  "az aşın  duzu  ol­
______________________
171
---------------------------------------


madığım”  aşkarlayır - Tahirzadə deyir:
Xeyr,  mənim  bəzzaz  malım  Ağsu  yoxuşuna  gəlməz 
ki,  sel  də  apara!  Mən  təklifimi  bilən  adamam,  əmin  olun.
-  Təəssüf  ki,  kəndlinin  malı  hər il  bu eniş-yoxuşa gəlir, 
gəlməyə də  bilməz.  Sel də  basıb onu aparır.  Kəndlinin sö­
zünü  danmaq  isə  küfr yox,  əsil  Allah  rizasi  sözüdür,  Hacı.
Hacı  Rəsul  Tahirzadənin  daha  əsəbi  və  bərkdən  da­
nışdığını  görüb,  oturduğu  yerdən  qurcuxa-qurcuxa  irəliyə 
doğru  süründü.  Gülümsəyərək  təsbehini  əlinə  aldı:
-   Məşədi,  təvəqqe  eləyirəm  başqalarına  ədəb  öyrət­
məyəsiniz.  Sizin  buna  nə  qüvvəniz,  nə  də  səlahiyyətiniz 
çatır”
Hacı  Rəsul  haqlıdır,  kimliyindən  və  vəzifəsindən  asılı 
olmadan  heç  bir  şəxsin  "ədəb  dərsi"  vermək  həvəsinə 
düşməyə  haqqı  çatmır.  Qaldı  ifadə  olunma  məsələsinə, 
bu,  dövlət  başçısının  səlahiyyətidir.  Hacı  Rəsul:  "Dəvəni 
Sarvan  çəkər"  cavabında  haqlıdır.  Əlbəttə,  bu  eyhamda 
dövlətçilik  məsələsi  nəzərdə  tutulur.  Söhbət  xalqın,  kənd­
linin  necə  yaşamasından  gedir...Mir  Cəlal  kontras  düşün­
cəli  adamla  kəskin  şəkildə  qarşılaşdırmaqda,  gələcəyi  qa­
baqlaya  bilmişdir:  Müasir şəraitdə təbii,  xalqın  maddi  rifa­
hı  lazımi  səviyyədə deyil,  hətta aşağıdır.  Lakin  bu,  ona hü­
quqi  haqq vermir ki, şair də,  həkim də,  mühəndis də  döv­
lətin  idarəetmə  işinə  qarışsın,  müdaxilə  etsin.  Müxalif  fik­
rin  də  deyilişində  və  tənqidində  etik  siyasi  normalar  göz­
lənilməlidir.
Mir  Cəlal  romanın  poetikasında  ədəbi  proqnozlaşdır­
ma  aparmış,  o  dövrün  əxlaqi  meyillərinin  bazar  münasi­
bətləri  ölçülərini  düzgün  nəzərə  almışdır.  Belə  ki,  əxlaqi 
seçmə  daxilən  xüdbin  mənafe  qayğısı  ilə  istiqamətləndiri­
lir.  Heç  də  Sovet  etiklərinin  riyakarcasına  yazdığı:  "burjua 
əxlaqının alverçi  mənası xeyli dərəcədə riyakar,  ikiüzlü xa­
_______________________
1 7 2
----------------------------------------
rakterini  əvvəlcədən  müəyyən edir"  -  başdan-başa absurd 
məntiqdir.
Hacı  Rəsulun Əntiqəyə şəhvət hissinin oyanması  ehti­
malına  gəldikdə,  yaş  fərqini  deməkdə  çətinlik  çəkirik  -  bu 
niyyət  baş  tutarsa  -  onu  müdafiə  etmək  fikrindən  uzağam 
-  hansı  qəbahət  var?  Lakin  həyatda  sağlam  qarşılıqlı  mü­
nasibət  zəminində  mümkünləşərsə,  güman  ki,  dünyaya 
sağlam  uşaq  gələr.  Hacı  Rəsul  nə  xalqının  düşmənidir,  nə 
cinayətkardır,  nə  də  riyakardır.  Həyatda,  lap  dövrümüzdə, 
ölkəmizdə qayğısına  qalan,  sənətinin  uğur qazanmasında 
köməklik göstərən biznesmenlər, digər peşə sahibləri  o  is­
tedadlarla  ailə  həyatı  qurmamışlarmı?
Məsələnin  digər  üzünü  unutmaq  lazım  gəlmir:  Hacı 
Rəsulun  Əntiqənin  qardaşı  Bəndalını  şərləməsi  məsələsi­
nə.  Müəllif  heç  də  ideal  müsbət obraz  yaratmamışdır,  Ha­
cı  Rəsulun  əxlaqında  -  davranışında  naqislik  yox  deyil  və 
bununla  haqqın,  ədalətin  bütün  dövrlərdə  və  cəmiyyətlər­
də  fəsadlarının  hüquqi  iflaslarını  tənqid  etməkdir.  Mir  Cə­
lal alim-professor idi,  həyatın  üzünü və astarını  görmüşdü. 
Məhkəmə-hakim  paralelinin  cinayətlərə  enməsinin  şahidi 
olmuşdu  (Bu  barədə  danışmayacağıq).
"Yolumuz  hayanadır"  romanında  belə  bir  motiv  möv­
cuddur və  bu,  digər nəsr əsərlərində də vardır:  Pullular,  ti­
carətlə sərvət qazananlar,  ümumiyyətlə varlılar mənfi  imic­
də  oxuculara  təqdim  olunur.  Bəli,  ən  böyük  yazıçılarımız 
hətta  tarixi  şəxsiyyətləri  də  (məsələn,  H.Z.Tağıyev)  mis­
kin,  xalqın  qanını  çəkən,  əzazil  sifətində  təsvir  etmişlər. 
Amma belə hal rus ədəbiyyatında  ifrat əksini  tapmamışdır. 
Mir  Cəlal  da  istisnalıq  yaratmamışdır.  Hacı  Zeynalabdin 
Tağıyevin  ölümündən  sonra,  təxminən  yarım  əsrdən  çox 
müddətdə bu  işıqlı, xeyirxah,  millətsevər şəxsiyyət top atə­
şinə tutulmuşdur,  Hacı  Rəsul  xırda  ədəbi  sahibkar obrazı­
_______________________
173
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə