A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə51/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

can  atıldıqda  Q.Lebonun  fikrincə:  "Beləliklə,  dini  ruh  milli 
ruhun  əmələ  gəlməsi  üçün  zəruri  olan,  tədriclə  baş  verən 
irsi  nailiyyətləri  o  saat  əvəz  edir.  Hər  hansı  bir  etiqada 
uyan  xalq,  əlbəttə  ki,  ruhunu  dəyişmir,  lakin  onun  bütün 
bacarığı  bir  məqsədinin  təntənəsinə  yönəlir,  elə  buna  gö­
rə  onun  qüdrəti  çox  böyük olur".
Mən  xırdalanmağı  xoşlamıram,  o  mənada  romanda 
Sabirə  ianə  toplayanların  adlı-sanlı  simalar olduğu  verilən 
siyahıdan  bəllidir.  Lakin  paradoks  bucaqlar,  kəsişməyən 
paralellər  yox  deyildi.  Müəllifin  şəhadətinə  görə,  ailəsinə 
göndərilən  maddi  yardım  dərmanlara  belə  çatmırdı,  üstə­
gəl  geniş  tərkibli  ailənin  dolanması  da  nəzərə  alınmırdı, 
tək  işləyənsə  şair  idi...Bakıda  onlarla  milyarderlər yaşadı­
ğı  halda,  olmazdımı  şairi  müalicə  üçün  xaricə  göndərsin­
lər?  Bakı  nefti,  milli  sərvətlər bir şairi  yaşadardı!
Təbii  ki,  Allahın  ömür  payına  qarışmaq  istəməzdim. 
Allah  da  istəyir  müalicə səmərə  versin.  Mir Cəlal  ürək  ağ­
rısı  ilə  bu  nüansı  diqqət  mərkəzinə gətirir:  "Şairin  vətənin­
dən  hər yana,  dünyanın  hər yerinə axan  sərvət aşıb-daşır­
dı.  Bakının, Azərbaycanın sərvəti  Parisdən,  Berlindən,  Pe­
terburqdan  belə  qazanc  hərislərini  çəkib  gətirmişdi.  Bu 
torpağın  üstü  ilə  çox  yerlərdə  kaşənələr,  saraylar  tikilirdi. 
Dəmir yollar,  fabriklər salınırdı,  restoranlarda,  barlarda ax­
şamdan  səhərə,  səhərdən  axşama qədər uzanan  kef məc­
lislərinin,  "milyonlar  səltənəti"nin  səsi,  sədası  səhnələr­
dən,  təntənəli  musiqidən,  kino  ekranlarından,  roman  səhi­
fələrindən  gəlirdi".
Mən  bu  sətirləri  oxuyanda  Mir  Cəlalın  ruhuna  bir daha 
rəhmət  dilədim,  bir  də  onun  üçün  ki,  50  il  öncə  soydaşla­
rını  və  elə  bu  illərdə  Azərbaycanda  doğulan  indiki  məmur 
elitanı,  biznesmenləri  - bu təbəqələri  - bir daha milli  sərvə- 
______________________
- 2 0 0
---------------------------------------
tə qayğıya,  xaricilərin ayaqları  altına səpələməməyə və bu 
sərvətlə  xarici  banklara  gizli  pul  yatırtmamağa  çağırdığı 
üçün.
Bu  gün  yazıçı  uzaqgörənliyi  onun  nəsr  poetikasının 
daha bir qatını  üzə çıxarmağa bizə imkan yaradır.  Azad ol­
duq,  Müstəqillik  qazandıq,  məhz  əllinci  illərdə  doğulanlar 
milli  sərvətlərimizi,  xüsusilə,  neftimizi,  balığımızı,  kürümü­
zü  talan  edir,  xaricə  valyutaya  dəyişir,  tör-töküntüləri  belə 
xalqdan  gizlədirlər.  Mərhum  böyük  insan,  şəxsiyyət,  alim, 
yazıçı  Mir  Cəlal,  o  restoranlar  da,  barlar  da  cəh-cəlalta 
işindədir,  xeyli  modernləşdirilmiş və daha cəlbedicidir!  İn- 
dii  neçə-neçə  ziyalılarımız,  alimlərimiz,  elə  barənizdə  qə­
ləm çalan  mənə də  bir parça çörəyi  əsirgəyirlər.  Heç səsi­
mi  də  eşitmirlər.  Mən  Sizin,  ey böyük ədib,  bu  cəsarət  na­
minə  yaradıcılığınızın  məhz  poetikasını  araşdırdım  və 
zəhmətimi  Sizin saf ruhunuza bağışlayıram -  halal edirəm. 
Sabah  xəstələnərəmsə əgər -  bir kimsə  mənə yardım  əlini 
belə  uzatmayacaq,  hökümətdəki  məxsusi  məmurlar  isə 
üzünü  yana  çevirəcəklər!  Necə  ki...Aşağıdakı  real  təsviri 
yazıya köçürmək  istəyi yarandı  məndə:  "Səhərin gözü açı­
landa,  çıraq  kimi  sönən  şairin  evindən fəryad,  vaveylə  sə­
si  qopdu.  Həyəti  dolduran  adamlar,  əmərhumun  uşaqları, 
dost-qohumları,  qonşuları  səs-səsə  verib  ağlayırdı­
lar...Dörd  adam  heç  bir  vəchlə  ovunmurdu.  Şairin  böyük 
qızı  atasını  qucaqlayıb  hönkürtü  vurur,  nalə  çəkirdi.  Məs- 
mə  isə yanıqlı  sözlərlə sanki  qardaşını  haraylayır,  köməyə 
çağırırdı"
Seçilmiş  insanları  itirmək dəhşətdir və yaxınlaşan sivi­
lizasiyanın  bünövrəsindən  bir  daşın  düşməsi  deməkdir. 
Mən  böyük  psixoloq  Qustav  Lebonun  sərrast  fikrinə  qayı­
dıram:  "Bütün  xalqlar və  nəsillər  isə  yalnız  və  yalnız  qoca 
_______________________
2 0 1
_______________________


bəşər  ağaclarının  sehirli  çiçəkləri  olan  bu  gözəl  dühaların 
işığında  görünürlər.  Hər hansı  millətin  yeganə  şöhrəti  yal­
nız  onlardır və  cəmiyyətin  ən  aşağı  üzvünə  kimi  hamı  on­
larla  fəxr  edə  bilər.  Lakin  onlar  təsadüfən,  ya  möcüzə  ilə 
meydana  gəlmir,  uzun  keçmişin  tacı,  öz  dövrünün  və  irqi­
nin  bütün  bəşəriyyətin və  tərəqqinin  yüksəlişinə şərait ya­
ratmaq  deməkdir".
Biz  isə tarixən  dahilərimizi  qorumağı  bacarmamışıq!..
Mən  Y.İsmayılovun  qeyd  etdiyi  kimi:  "Məsmə  -  Əntiqə 
-  Bəndalı  xətləri  daha çox  Sabir surətini,  o zamanı  - dövrü 
və  mühiti  səciyyələndirməyə  köməkçi  xətlər  kimi  əsərə 
gətirilmişdir”  -  fikrini  inkişaf  etdirib  deyərdim  ki,  Mir Cəlal 
daha  dərinə  getmiş,  mövcud  quruluşda  ədalətin  həm  hö­
kümət,  həm  də  hakimlər  tərəfindən  pozulduğuna,  insan 
hüquqlarının tapdalanmasına daha həssas və diqqət kəsil­
mişdir.  Bu  xəttə  belə  bir  kontekstdən  yanaşmaq  ədalətli 
olardı.  Həqiqətənmi,  insan,  bəşər  övladı  şəxsi  maraqlar 
müstəvisində  həyatını  qurban  verməlidir?
Biz  bədii  əsərdə  qoyulan  problemlərə  qiymət  verəndə 
onun  keçmişinə və gələcəyinə  biganə qalmamalıyıq.  Əgər 
biz  azəri-türklərdə  mənfi  emosiyalar  kompleksində  mühi­
tin  ədalətsizlik  sindromu  görünürsə,  əksi  keçmişdən  gəl­
miş,  zaman-mühit  onu  kəməndində  sıxmışdır.  Lakin  möv­
cud  ictimai-siyasi  hakimiyyət yeni  nəsli  də bu  ruhda tərbi­
yə  etmişdir.  Və  gəlib  XX  əsrdə  dayanmışdır.  Deməli,  bu 
ədalətsizlik  sindromunun  haqla,  Allah  ruhu  ilə əvəzlənmə­
sinə  fikir  verilməmişdir.  İnsan  özünü  onda  anlayır  -  görür 
acizdir,  ağılı  isə  ona  kömək  edə  bilmir.  Və  o  elə  bir  məx­
luqdur ki,  "absalyut”  həsrətindən darıxmağı  bacarır.  Böyük 
filosof  Yunqa  görə,  insan  yeganə  canlıdır  ki,  öz  şəxsi  hə­
yatı  başdan-başa dəhşətli,  ağır problemlərlə doludur və  is- 
_______________________
202
----------------------------------------
tər-istəməz bu problemlərin  həllinə borcludur, daha doğru­
su,  məhkumdur;  o,  təbiətlə  əvvəlki  harmoniyaya  qayıda 
bilməz. Yeganə çıxış yolu ağlını  inkişaf etdirməkdir.  Psixo­
loq  belə  vəziyyətlərdə  dinə  söykənir.  Mir  Cəlal  hər  iki  ro­
manında  birbaşa,  yaxud  dolayısı  ilə  "ədalət  problemini" 
qoymuşdur.
Bir dəfə  Pifaqordan  soruşurlar:
-  Oğlum  olsa  necə  tərbiyə  edim?
-  Ədalət olan ölkədə  doğulsa  bəsdir.
Doğrudanmı  hələ  antik  zamandan  insanlar  ədalətin
yoxluğundan  narahatçılıq  hissi  keçirmişlər?  Belədir ki,  da­
hi  alimin  fikrini  öyrənmişlər...Ədalət  üçün  bu  gün  də  bur­
numuzun  ucu göynəyir,  həsrətini  çəkirik.  Bu sözün  mahiy­
yətində dayanan  nədir ki?!
"Ədalət"  insanlara  xeyir-bərəkət verməklə  bərabər,  Al­
lahın  yolu  ilə  getməkdir.  İnsanlar  fitrən  ədaləti  sevmişlər. 
Maraqlıdır,  hətta  despotlar,  hökmdarlar,  quldurlar  belə,  bu 
sözə  sığına  bilirlər və  o  məqamda  yadlarına  düşür  ki,  ”Ə- 
dalət"  sözü  var axı!  Deyək  ki,  oğrular  (quldurlar)  xeyli  pul- 
sərvət əldə edəndə və bunları  bölüşdürmək lazım gələndə: 
Mallarımızı  ədalətlə  bölək,  -  deyirlər.  -  Ədalət  elə  bir  məf­
humdur,  dövlətin  bütün  sferalarında  ortaya  çıxır;  istər  qa­
nunların  verilməsində,  istərsə  bu  qanunların  ədalətli  tətbi­
qində.  Bax,  ikinci  proseslərdə  ədalətlilik  prinsipi  özünü 
göstərir.  Cəmiyyətdə  yüksək  pafosla  danışanlar,  vəd  pay­
layanlar  günbəgün  çoxalır;  belələri  bu  sözlərində  prinsip- 
siz mövqe tutarkən, ədalətli  bir iş görməkdə iqtidarsız olur­
lar.  Şəhid  valideynidir,  yaxud  Vətəni  üçün  əlil  olmuşdur. 
Hər  iki  təbəqə  əzilirsə,  haqqı  tapdanır  və  qiymətsiz  əşya 
səviyyəsində  yanaşılırsa...demək,  ədalətdən  söz  açmağa 
dəyməz.  Bu  odur,  rəsmi  dairədə  ədalət  pozulur,  insanlıq 
------------------------------------- 2 0 3 ______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə