A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə54/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

Bu gün nəsr yaradıcılığının qabaqcıl nümunələri  göstə­
rir ki,  yazıçı  sərbəstdir,  sxematikliyi  qəbul  etmir,  hadisələr 
istənilən məqamlarda dəyişilir, yeni  hadisələr gəlir və oxu­
cunu  daima  intizarda,  maraqda  saxlayır.  Digər  iradlar  da 
təxminən  sosializm  realizm  ədəbi  metodundan  törəmə 
rəylərdir.  Romanın  bir  maraq  doğuran  və  müasirləşdirən 
keyfiyyəti  yalnız  Sabir  Tahirzadənin  ətrafında  hadisələrin 
cərəyan  etməməsidir.  Bakı,  Tiflis,  Şamaxı  ətrafındakı 
olaylar,  obrazların  taleyi,  ədiblərin  fikirlərindəki  qeyri-yek- 
nəsəklik və ilaxır yazıçının xüsusilə,  proqnozlaşdırdığı  ide­
yaları  açır,  hətta  son  nöqtəni  qoymur...Çünki  praqmatik 
süjetdə  təsvir  predmeti  və  psixoloji  metillopik-əlaqəlilik 
başqa formalarda təzahür edir,  obrazlar əşyalaşır.  Roman­
da  ideyanın  (fikrin)  psixoloji-sosioloji  "açılışı”  dialoqlarda 
verilir.  Dialoq  ümumiyyətlə,  Mir  Cəlalın  yaradıcılığında 
əsas  yer  tutan  üslubi  elementdir.  Bunun  vasitəsilə  obraz­
lar həm səciyyələnir, həm də müəllif təhkiyəsini tamamlayır.
Roman janrının  nəzəriyyəsindən danışan ədəbiyyatşü­
naslar,  xüsusilə,  M.Baxtin  F.M.Dostoyeviçidən  bəhs  edər­
kən  "dialoq  -  roman"  anlayışının  adını  çəkir,  "Sokrat dialo­
q u n u   fərqləndirir:  "Sokrat  dialoqu"nun  iki  əsas  üsulu: 
"sinkriza"  və  "anakriza"dır.  M.Baxtin  yazır  ki,  sinkriza  de­
dikdə,  müəyyən  bir predmetə olan  müxtəlif nöqteyi-nəzər­
lərin  müqayisəsi  başa  düşülür.  Bu  dialoqda  söz  və fikirlə­
rin  müqayisəsi  texnikası  əhəmiyyət  daşıyır.  Anakriza  isə 
həmsöhbətdən  söz  almaq,  sözə  qoşulmaq,  fikrini  ifadə  et­
məyə,  yeri  gələrsə  sona  qədər  söyləməyə  təhrikləyir.  Mir 
Cəlal  elə  "Bir  gəncin  manifesti"ni  dialoqla  başlayır.  Və  iki 
uşaq  arasındakı  dialoq  sonralar  konfliktə  "açar"  olur.  "Yo­
lumuz  hayanadır"da  ilk  səhifədə  dialoq  verilir:
-  Nə  xəbər var?
_______________________
212
----------------------------------------
-  Sağlıq  -  səlamətlik!
- Genə,  az-çox?
-  Mətləb uzundur,  nəyin danışım?
-  Necə bəyəm?
-  Eşidərsiz,  Allah qoysa özünüz eşidərsiz.
-  Bir balaca  ucundan-qulağından!!".
Bu,  təsadüfi  səciyyə  daşımır,  romanın  süjeti  boyu  ha­
disələrin  mahiyyətini  açmağa  yönəlir.  Sabirdən  götürül­
müş bu  dialoq  şəhərdəmi,  bölgədəmi  -  harada olursa  -  in­
sanları  sərvaxtlığa,  nəyinsə  baş verməsinə  hazırlayır.
Tahirzadə  ilə  Mirzə  Abbasqulu  arasında  uzun  bir  dia­
loqda  iki  həmfikirin:  Abbas  Səhhətlə  Ələkbər Sabirin  məf­
kurə  birliyi  açılır.  Amma  bu  dialoq  personajların  bir-birin- 
dən söz almasına  xidmət  göstərmir.
Tahirzadənin  Axundla  dialoqunun  mərkəzində  onların 
bir-birlərindən söz almaq  istəyi dayanmışdır. Axundun bic- 
məkirli  sözləri  Tahirzadənin  sərbəst  və  məntiqli  cavabları 
ilə tamamlanır.  Axund Tahirzadənin ərizəsini  Seyidə verir, 
o  isə kağıza  nəsə yazır,  üzünü Axunda tutur, yəni  müsahi­
bin  yaşını,  işini,  təhsilini  öyrənmək  istəyir.  Bu  sükutu  Ta­
hirzadə başa düşür, təmkini pozmur.  Sonra Seyid Tahirza­
dənin  xəttinə  baxır:  -  Bu  çeşidli  xətti  siz  harada  öyrənmi- 
siniz?
-  Bən  də  Xorasanda  iki  dəfə  olmuşam.  Xətlərə  bələ­
dəm.
-  Ziyarət ya ticarətmi?
-  Həm  ziyarət,  həm  ticarət.  Qohumlarımız  var  idi.  Yo­
lum  düşürdü...
Dialoq davam  edir.  Axund da qoşulur.  Axund daha də­
rinə  gedir,  siyasətə,  haqq  yoluna  çıxır.  Tahirzadə  konkret 
sözünü  kəsir.
_______________________
2 1 3
----------------------------------------


Axund  ağa,  bu  sözdür,  haqq  yolunda  heç  bir müza­
yiqə yoxdur.
-  Afərin,  afərin,  haqq  yolunda!
- Xeyr,  haqq yolunda bən də canımdan, canımdan keç­
məyə  hazıram!  Dilim,  qələmim,  qüvvətim,  lazım  olsa  ca­
nım,  qanım  ilə elə haqqa xidmət etməyə and  içmişəm.  Ye­
nə də  içə  bilərəm..."
Romanda dialoqlar əsasən Tahirzadə tərəfindən quru­
lur:  Məsələn,  Əhməd  Kamal çox səciyyəvidir və  iki  dünya­
görüşü,  iki  milli  mənlik şüuru açılır. Əlibəy Hüseynzadə  ilə 
Mirzə Cəlil arasındakı  dialoqda  bu  məsələ daha dərin  ma­
hiyyətlə  sonuclanır.  Biri  "Fyuzat"çı,  digəri  "Molla  Nəsrəd­
din’^ .   Hər  iki  fərd  istər  mətbuat  tariximizdə,  istərsə  icti­
mai  fikrin  inkişafında  misilsiz  rol  oynamışdır.
Mir  Cəlalda  dialoq  hadisələrin  gedişini  ağırlaşdırmır, 
əvəzində  iki,  yaxud  üç  müsahib fikirlərini  sərbəst  söyləyir. 
Bu  üslubi  gediş  romanda  hətta  bir fəsli  əhatə  edir.  Məsə­
lən,  "Sorğu-sual"  -  dialoq  lakonik  və  məqsədin  ritorik  şər­
hinə ağırlıq  gətirmir.
"Yolumuz  hayanadır"  romanında  təsvir  də  geniş  və 
mənaçalarlıdır.  Və  bu  üslubi  keyfiyyət yazıçının  yaradıcılı­
ğı  üçün xasdır.  Xatırlatsaq  ki,  hadisələr təbiətin qoynunda, 
dənizin,  çayın,  dağın  və  s.  ətrafında  baş  verir  -  müəllif 
üçün  təsvir elə  bir çətinlik  törətmir.  Roman  əsasən  şəhər­
də,  divarlar  arasında,  iki  dialoqda  xarakterlərin  səciyyə­
ləndirilməsinə  yönəldilmişdir.  -  Mir  Cəlal  antitezalarda, 
mübahisələrdə  qroteksiliyin  çərçivəsini  gözləyir,  fərdi  təs­
vir  boyalarına  üstünlük verir.  Hacı  Rəsulun  arvadı  Münəv- 
vər xanımdakı  kübarlığa meyletmə,  özünü  kişisinin gözün­
də  əzizləmək  həvəsi;  Əntiqənin  müəmmalı  gəlişi  onun 
özünə diqqətini  əyaniləşdirir.  Oxuyuruq: "Münəvvər xanım 
______________________ 2 1 4 --------------------------------------
qapı-pəncərəni örtüb,  sement döşəmənin sərin yerində qı­
çını qıçının üstünə aşırıb kart falı açırdı.  Niyyəti ondan iba­
rət  idi  ki,  görsün  Hacı  onu  çox  istəyir,  ya  Çərkəz  qızı  Na­
ziləni.  Evin sükutu, sərinliyi, hərdənbir işıq axtaran milçək­
lərin  zəif  səslə  uçub  pəncərədən  getməsi  Münəvvər  xanı­
ma  ləzzət verirdi.  O,  günlərlə cənnət  kimi  yaylaqlara,  bağ­
lara getməkdənsə, şəhərdə qalıb tənha otağında səhər-ax­
şam  ərini  qəbul  etməyi  üstün  tuturdu.  Bəzən  də  gün  qal­
xanda  süpürgə  götürüb  ərini  və  milçəkləri  otaqdan  çıxar­
dandan  sonra  əllərini  yana  açar,  başını  yumşaq  balınca 
qoyar,  türkmən  xalçasının  rahat-farağat  elə  uzanardı,  gö­
rən  deyər  çarmıxa  çəkilib.  İstinin  bu  vaxtında  qapıları  ör­
tüb  gecənin  sərinliyini  evdə  saxlaya  bilməsinə  bir  hünər 
kimi  baxıb  xoşlanar,  ərinin,  ümumən  kişilərin  belə  yaxşı­
lıqları  dərk edib qiymətləndirməməsinə təəssüf  edərdi".
Yazıçının  plastik  təsvir,  obrazın  cinsinin  davranışına 
xas  ədalarını  canlı  verməsi  oxucu  yaddaşı  üçün  kifayətli- 
dir.  Daha  bir təsvirlə  kifayətlənəcəyəm.  Bəndalı  ayrılıqdan 
sonra  anasının  yanına,  dədə  ocağına  gəlir.  Amma  suçu 
ucbatından  narahat  olur,  hissləri  kövrəlir.  Bu  məqamlarda 
obrazı yalnız təbiətin gözəlliyi,  duyğululuğu oyandıra bilər. 
Oxuyuruq:  "Belə sakit, aylı gecələri  Bəndalı özü çox sevər­
di.  O,  bu  gecələrdə  sanki  daha  çox  yaşamış,  çalışmışdı. 
Belə  vaxtlarda  bəzən  mal  itirib  örüşləri  gəzərdi,  bostanda 
dizəcən  çirməkli,  bel  əlində  arxdan-arxa  hoppanır,  bənd 
bərkidər,  su  açardı.  Yayda,  xırmanda  taxıl  oğurlanmasın 
deyə,  küləş  üstündə  uzanıb  isa-musa  quşunun çağırışları­
nı  ləzzətlə  dinlərdi.  Görünməz,  ancaq  səsindən  seçilən 
durna  karvanlarının  "Bağdad  ellərinə"  uçduğunu  həsrətlə 
xatırlayardı.  Özü də  hiss  etmədən  yuxu  gözünə  dollar,  kir-
_______________________
.2 1 5
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə