A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə55/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   51   52   53   54   55   56   57   58   ...   82

pikləri  qurğuşun  kimi  düşər,  bir də səhər sərin  nəşimi  bur­
nuna dəyəndə oyanar,  üşüyən qıçlarını  qarnına yığıb bürü­
şər,  sübh  açılmamış  cəld  ayağa  qalxardı".
Mir  Cəlalın  yaradıcılıq  məziyyəti  yalnız  ideyaya  məq­
sədli  sədaqətin  orijinallığı  ilə  kifayətlənmir  və  yeni  bədii 
vasitələr  tapmaqla  süjetin  axarını  rəvanlaşdırır.  Yazıçı  lo­
kal  məişət epizodlarını  vermir və  bədii  konstruksiyanı  yeri 
gələndə  mürəkkəbləşdirir.  Romanda  yuxarıda  Mehdi  Hü­
seynə  irad  tutduğumuzda  israrlı  olaraq,  roman  konstruksi­
yasına  xidmət  göstərən  süjet  anlayışı  mənasında  mahiy­
yət etibarilə ənənəni  pozur.  Obrazların amalı,  ədalətin  ifla­
sı,  yolların  ayrılması,  məişət  səhnələri,  habelə  fəlsəfi  dü­
şüncələr  öz  yerini  tutur.  Mir  Cəlal  öz  üslubuna  sadiqliklə 
sərbəst  təhkiyə  qurur,  obrazların  ruhi  ovqatının  enişi  və 
yüksəlişi  ardıcıl  surətdə  açılır.  Əsərin  strukturu  əllinci  illər 
üçün  yeni  olaraq,  qarşıya  dramatik  problem  qoyulur,  ayrı- 
ayrı  fəsillərdə,  habelə  həmən  problemlərin  mahiyyəti  şərh 
edilir və  dialoji  məntiqlə fikir açılır.
Yekun olaraq deyərdim ki,  Mir Cəlal  "Yolumuz hayana­
dır"  romanında  müasirlərilə  bədii  yaradıcılıq  rəqabətində 
uğur  qazanır,  ənənəvi  roman  janrına  itaət  göstərmir,  for­
maca  orijinal,  bədii  cəhətdən  güclü  və  dərin  əsər  yaradır. 
Mir  Cəlal  romanı  ruhən  sakit  də  qələmə  almamışdır.  Döv­
rün  məcrasını  tez-tez dəyişməsi,  sosialist  realizminin  par­
laq  qələbəsi  (!),  mövzu  axtarışında  son  qənaət  -  bütün  bu 
faktorlar  yazıçının  yaşadığı  ruhi  iztirablar  bahasına  başa 
gəldi;  təbii  ki,  bu  iztirablar  bir yaradıcılıq  psixologiyası  ki­
mi  yazıçını  tərk  etmədi.  Və  nəhayət,  ədalətlilik  ideyasında 
qaldı...
216
Bir  mübahisəli  məsələ  haqqında
' Yolumuz  hayanadır"  romanının  poetikasına  əslində 
nöqtə qoyduq və arxayınlaşdıq.  Böyük ədibimizin tariximi­
zin  müəyyən  dövrünün  epik  təsvirini  fərdi  üslubu  ilə təsvir 
etdiyinin  şahidinə çevrildik.  Lakin  tədqiqatçı  Yaqub  İsma­
yılovun  bir  qeydi  məni  istər-istəməz  düşündürdü.  Oxuyu­
ruq:  "Yolumuz  hayanadır"  romanından  tanıdığımız  və  rəğ­
bət bəslədiyimiz Əntiqənin  taleyi  və fəaliyyəti  ədibi  sonra- 
lar da düşündürmüş və o,  1967-ci  ildə "Dağlar dilləndi" ad­
lı  kiçik  bir  povest yazmışdır.  Əsərin  mövzusu təzə deyil"48. 
Konkret  qənaətdir.  Mən  xeyli  götür-qoydan  sonra  bir  fər­
ziyyə (əgər demək mümkünsə)  irəli  sürmək qənaətinə gəl­
dim:  "Dağlar dilləndi"  povesti  "Yolumuz  hayanadır"  roma­
nının  davamı  ola  bilməz.  Birinci  arqument:  Romanla  po­
vestin  yazılma  tarixini  10  il  ayırır:  1957-1967.  Bu  az fasilə 
deyil  və  aralıqda  ictimai-siyasi  mühitdə  xeyli  dəyişikliklər 
olmuşdur.  İkinci  arqument:  Romandakı  təsvir  olunan  mə­
kan  tamamilə  fərqlidir;  Şamaxı-Bakı  şəhərlərində  baş  ve­
rir  və  əsərin  qəhrəmanları  Mirzə  Cəlil,  Mirzə  Ələkbər  Sa­
bir,  Məsmə  və  başqalarıdır.  Povestdə  yalnız  seminarist 
məzunlarla  görüşdə  Mirzə  Cəlili  görürük  və  bir  də  Əntiqə 
təsadüfən  rastlaşır və  Ədalət onun  yanına  gəlir.  Əntiqənin 
anası  Məsmə arvaddan  əsər-əlamət yoxdur.  Eləcə də qar­
daşından.  Üçüncü  arqument:  Povestdə qoyulan  məsələni 
Y.İsmayılovun  özü  düzgün  təyin  edir:  "Kənd  müəlliminin 
işi,  arzu və əməlləri  bir çox  bədii  əsərlərdə:  C.Cabbarlının 
dramaturgiyasında,  bəzi  kino-filmlərdə  müxtəlif  cəhətlər­
dən  öz  ifadəsini  tapmışdır.  Müəyyən  oxşar motivlərə,  səs­
48.  İsm ayılov  Yaqub.  M ir  Cəlalın  y arad ıcılığ ı,  B.1975, 
səh.119.
_______________________
21 7
_______________________


ləşən,  uyğun  gələn  cəhətlərə  baxmayaraq,  Mir  Cəlal  da 
mövzunu  özünə  məxsus  tərzdə  işləməyə  çalışmışdır".  Bu 
qeydlər  aydın  göstərir  ki,  yazıçı,  bəli,  "oxşar  motivlər"dən 
istifadə  etmiş,  tamamilə  ürəyinə  yatan  məsələyə -  kənddə 
maarifçiliyin  ayaq  açmasına  toxunmuşdur.  Dördüncü  ar­
qument:  Ədiblər  müxtəlif  iri  həcmli  əsərlərində  əvvəlki 
qəhrəmanlarını  unutmur,  yaş  artımında,  vəzifə  başında  və 
sair situasiyalarda təsvir edirlər.  Beşinci  arqument: Əntiqə 
'Yolumuz  hayanadır"da  məlahətli,  qeyri-adi  səsə  malik 
yeniyetmə  qız  timsalındadır.  Povestdə  isə  o,  elə  bir  ciddi 
yaşa  dolmamışdır,  halbuki  o vaxtdan  10  il  keçmişdir.  Belə 
çıxır,  Əntiqənin  yaşı  25-i  ötmüş  olmalıdır!  Altıncı  arqu­
ment:  Əntiqə  həmən  qızdırsa,  güman  ki,  Mir  Cəlal  onu 
oxumuş incəsənət xadimi  kimi verməyi  üstün tutardı, nəin­
ki  kənd  müəllimi.  Məgər  bizim  İnqilabdan  əvvəl  Şövkət 
Məmmədovamız  olmamışmı?  O,  İtaliyada  təhsil  almamış- 
mı?  Yeddinci  arqument:  Povest  müstəqil  əsər  olaraq  ta­
mamlanmışdır,  yazıçı  artıq  təfərrüata  varmaq  niyyətinə 
düşməmişdir.
Belə düşünmək  olar ki,  Y.İsmayılov  Rəhimlə  naməlum 
bir adamın  sorğusundan  çıxış  edir.  Aralarında  belə  bir su­
al-cavab  baş  verir:
" -   Bakıdan  gəlib,  deyirlər Şamaxılıdır.
-   Soruşmamışam.
-   Eşitməmisən?
-   Nəyi  deyirsən?
- Atasını.
-  Axı,  deyirlər Sabirin  qızıdır.
Rəhimin  gözləri  bərəldi:
-  Elə  şey  olmaz.
-  Arada  danışırlar.
--------------------------------------
218
_______________________
-  Mirzə  Ələkbər Sabirin?
-  Sabir onu  bu  mərtəbəyə çatdırıb...
-  Bəli,  onu  Mirzə Ələkbər öz  məktəbində  oxudub,  son­
ra  da  yoldaş  Nəriman  ona  mandat  verib,  dağlara,  bizim 
kəndə  salıb".
Bu versiya göründüyü kimi, həqiqətdən kənardır.  Birin­
cisi.  ucqar bir kənddə yaşayan  kimsə  haradan  bilir,  nədən 
oxuyub  ki,  Əntiqə  Şamaxılıdır,  Sabirin  qızıdır.  Romanda 
isə  Əntiqə  başqa  bir  şəxsin  qızıdır,  anasının  adı  Məsmə- 
dir.  Sabirin  arvadının  adı  Məsmə  deyil.  İkincisi,  Nəriman­
la  bağlı  məlumat  da  fantaziyadır:  N.Nərimanov  Əntiqəni 
Bakıda, öz məktəbində oxuda bilməzdi, çünki  romanda bir 
işarə  vurardı  yazıçı.  N.Nərimanov  1925-ci  ildə  vəfat  edib. 
Hadisə  Oktyabr  İnqilabından  sonra  baş  verib:  1927-ci  il. 
Əntiqə isə 4  il oxuyub,  Bakıda  Pedaqoji  Seminariyanı  qur­
tarıb.  Digər  tərəfdən,  N.Nərimanov  Moskvada  yaşayıb, 
Bakıda  olmayıb son vaxt  (yəni  1924,  Əntiqənin  daxil  oldu­
ğu  il  nəzərdə tutulur).  Əntiqəni  də  heç  cürə oxuda  bilməz­
di, fiziki,  maddi yardım etmək imkanı  baş tutmazdı.  Demə­
li,  "Dağlar dilləndi"  birmənalı  ayrıca  bir əsərdir...
Bu  yeddi  arqumenti  tezisləşdirməli  oluruqsa,  povestin 
mətnindən  çıxış  etmək  və  müəyyən  paralellər  aparmaq 
məqsədəuyğundur.  Birincidə  diqqəti  hər  iki  əsərin  yaran­
ma tarixini  nəzəri  baxımdan  arqumentləşdirmək  lazım  gə­
lir.  "Yolumuz  hayanadır"ın  yazılması  prosesində  Mir Cəla­
lın  ədəbi  niyyəti  görkəmli  satirik şairimiz  M.Ə.Sabir Tahir- 
zadənin  şəxsiyyəti,  onun  yaşadığı  və  sonralar  Bakıda fəa­
liyyət göstərdiyi  ictimai  mühit.  "Molla Nəsrəddin" jurnalı və 
onun  redaktoru  Mirzə  Cəlillə  yaradıcılıq  əlaqələrinin  bədii 
inikasıdır.  Mövzu  isə  mürəkkəb  dövrə  baş  vurur.  Burada 
yazıçının yaradıcılıq  üslubu,  hadisələrə dövrün  kontekstin­
______________ ________
2 1 9
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə