A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə63/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

Iın  bütün  digər  əsərlərilə  bir  cərgədə  durur və  bu  mənada 
camaatın  ən vacib tələblərini  təmin  edən  və ömrü  uzun ol­
mayan  belletristika əsərlərindən ciddi  bir surətdə seçilmə­
lidir52.
Mir Cəlal  romanının  poetikasında  xarakterlərin təmizli­
yi,  istək  və  arzuların  ümidi,  gəncliyin  canatması,  hisslərin 
aldadıcı  və qalibliyi,  yeni  həyata səy və  ilaxır sosial-mənə­
vi  məsələlər  dayanır.  Xüsusilə,  müharibədən  sonra  ölkə­
mizdə  (Azərbaycanı  nəzərdə  tuturam)  gedən  yeni  həyat 
yollarında fəaliyyət  psixologiyası  "Təzə  şəhər"də  inikasını 
tapmışdır.  Mən  böyük  tənqidçimiz  Məmməd  Arifin  Cəfər 
Cabbarlının  yaradıcılığı  haqqında  dediyi  fikri  gətirməli 
sandım:  İnsanın  xarakterindəki  gözəl  xüsusiyyətlər  ancaq 
o  zaman  qüvvətli  şəkildə  meydana  çıxır  ki,  o,  daxilən  bö­
yük  bir  məsləklə,  böyük  bir ehtirasla  yaşamış  olsun.  İnsa­
nın  mənəvi  aləmi,  hissləri və fikri  belə bir mərkəzə tabe ol­
malıdır.  Ancaq belə bir fikir və  hiss, şüur və duyğu,  qəlb və 
beyin  vəhdəti  olduğu  zaman  və  bu  vəhdət  insanın  sürətlə 
məqsədə  doğru  getməsinə  kömək  etdiyi  zaman  onun  bü­
töv  xarakteri  meydana  çıxır.  Bu  fikir  və  hiss  vəhdəti  insa­
nın  mənəvi  simasını,  onun  xarakterinin  tamlığını,  həyatın 
əsas  ruhunu,  gözəlliyini  təyin  edir53.
Və  mən  bu  məqamda  alim-ədəbiyyatşünas  Yaqub  İs­
mayılovun  konkret  roman  haqqında  obyektiv  sözlərini  nü­
munə  gətirməyə  bilməzdim:  "Təzə  şəhər"  həyəcanlandırı­
cı,  sevindirici,  diqqətləndirici  bir  hadisənin  -  müharibədə 
qalib  çıxan  sovet  adamlarının  öz  evlərinə  qayıtması  hadi­
səsinin  təsviri  ilə  başlanır.  Bu  hissə,  şüura  təsir  etmək, 
diqqəti  mühüm  hadisə  və  mətləblərə  doğru  yönəltmək 
üçün  uğurlu  bir  başlanğıcdır54.
52.  Belinski  V.Q.  Seçilmiş məqalələri,  Bakı,  1948,  s.52.
53. Məmməd Arif. Cəfər Cabbarlının yaradıcılıq yolu, B.,  1956, s257.
54. İsmayılov  Yaqub. Mir Cəlalın yaradıcılığı, B.,  1975, s.151.
_______________________
248
-----------------------------------------
Mir  Cəlalın  "Bir  gəncin  manifesti"  və  "Yolumuz  haya­
nadır"  romanlarından  danışmışıq  və  yazıçının  poetikasını 
realist  istiqamətə  yozan  tənqidçi  münasibətimizi  əlbəttə, 
dissertasiya  tələblərindən  yox,  ümumi  fantomda  təhlil  et­
mişik.  Təəssüflüdür,  dövrün  sosialist  realizmi,  müsbət 
qəhrəman  problemləri  ədəbi  tənqidimizi  də  çaşdırmışdır, 
özü  də  şüurlu  şəkildə.  İnqilabdan  əvvəlki  dövrün  realist 
təsvirində  "milyonlarla  insanların  ehtiyac  içərisində  yaşa­
ması,  aclıq  və  hüquqsuzluq,  sinfi  çarpışmalar,  müharibə­
lər, tökülən  qanlar" və sairə tənqidçi  hökmləri  başdan-aya­
ğa  uydurmadır;  hərçənd,  yazıçılar  belə  bir  hadisələri  yet­
kin  şüurla  görməmişlər  (əsasən,  əgər  inqilab,  çarpışma 
Azərbaycanda  baş  vermişsə  müəlliflər  heç  birinci  sinfə 
getməmişlər,  yaxud  bəzisinin  10-15  yaşı  olmuşdur)  və  bu 
gün  mərhumlardan  açıqlama  istəmək bizə və onlara  nəsib 
olsa  idi  -  səmimi  etiraf  edərdilər.  Amma  həmən  romanlar­
da,  povestlərdə  insan  mənəviyyatı,  etnogen  yaddaşından 
gələn  fəzilətlər  və  qəbahətlər  təsvirini  tapmışdır.  Mən 
mərhum  tənqidçilərə  heç vəchlə haqq qazandırmaq  istə­
məzdim ki: ədalətsiz və ictimai  quruluşda faciəviliyi  roman 
janrının  bir  ünsürü  kimi  fağır,  kasıb,  köməksiz  insanların 
qəlb  aləminin  bir  əlaməti  olaraq  bədii  əsərə  gətirmək  bö­
yük  humanizm  və  həyata  sadiqlik  idi  -  yarlığını  qoparma­
ğın  vaxtı  çatmamışmı?  Təəssüf  ki,  yeni  nəsil  tənqidçilər 
asan  yola  daha  çox  üstünlük  vermişlər  -  çağdaş  nəsrdən 
(eləcə  də  poeziyadan)  əsərlər,  məqalələr yazmaq  həvəsi­
nə!
Mir  Cəlalın  yaradıcılığında  da  belə  bir  yanaşma  ten­
densiyası:  bu faciəvilik  inqilabdan  əvvəl yazmış yazıçıları­
mıza  (N.Nərimanov,  Mirzə  Cəlil,  M.S.Ordubadi,  A.Şaiq  və 
başqaları)  şamil  edilməklə  yanaşı:  Mir  Cəlalın  "Yolumuz
_______________________
2 4 9
_______________________


hayanadır",  "Dirilən  adam”  və  "Bir  gəncin  manifesti"  kimi 
romanlarında özünü göstərirdi55.
Yeri  gəlmişkən  mərhum  tənqidçi  Qulu  Xəlilov  Mir  Cə­
lal  yaradıcılığına  özəl  münasibətini  ifadə  edir  və  yüksək 
qiymətləndirir.  Xüsusilə,  Belinskidən  gəlmə "romandakı  li­
rik  poeziya"  müqayisəsinə  qayıdır  və  yazır  ki,  dünya  ro­
manlarına  xas  olan  bir  xüsusiyyəti  Mir  Cəlalın  da  bir  sıra 
romanlarında görmək mümkündür;  bu da həmən  romanlar­
da  lirik poeziyanın qüvvətli  olmasıdır..,  lirik təsvir romanda 
epik təhkiyə  ilə qaynayıb-qarışır ki,  bunlardan birinin hara­
dan  başlayıb,  birinin  harada qurtarmasını qəti  müəyyən et­
mək  çətindir.  Maraqlı  cəhət  odur,  əllinci  illərdə  yazılan 
"Təzə  şəhər"  romanı  haqqında  ədəbi  fikir  xəsislik  göstər­
mişdir.  Belə  ki,  o  illərdə qələmi  tənqidi  söz axtaran  M.Arif, 
M.C.Cəfərov,  C.Xəndan,  O.Həsənov,  Ə.Hüseynov  kimi 
nüfuzlu  simalar  samballı  fikir  söyləməmişlər.  Mehdi  Hü­
seyn  və  Yuri  Karasyov56  bəzi  mülahizələr demişlər.
Mir  Cəlal  nəsrinə  daima  diqqətli  olmuş  Mehdi  Hüseyn 
dəfələrlə  məntiqli-analitik  məqalələrində,  çıxışlarında  qə­
ləm  dostunun  "Bir gəncin  manifesti",  "Təzə şəhər"  roman­
larına  subyektiv  yanaşmalara  obyektiv  cavab  vermişdir. 
"Təzə  şəhər"  haqqında  yazır  ki,  həmən  roman  ("Təzə  şə­
hər"  -  A.E.)  Azərbaycanda  yeni  bir  sahə  olan  poladəritmə 
sənayesi  fəhlələrindən  bəhs  edir.
Mir  Cəlalın  "Təzə  şəhər"i  də  ədəbi  tənqiddən  kənarda 
qalmadı  və o vaxt dəbdə olan  "istehsalat romam"  kimi  qiy­
mətləndirildi.  Qoy  olsun,  lakin  yazıçı  diqqətdən  kənar  he­
kayə də, roman da qələmə alır və ədəbiyyat tarixi istənilən say­
55. Xəlilov Qutu. Həyat yaradıcılıq çeşməsidir. B.,  1974, s.127.
56.  Mehdi Hüseyn.  Azərbaycan  romam haqqında,  Əsərləri, X 
c.  B.,  1979;  Karasyov  Yuri,  Cavabsız  qalan  suallar,  ”Ədəbiyyat 
qəzeti”,  16.01.52.
_______________________
-2 5 0
---------------------------------------
da  belə  əsərləri  tanıyır.  Əgər  o,  mövzuya  girişirsə,  məz­
munu  ədəbi-bədii  modelə  salırsa,  obrazlarını  yaxından ta­
nıyırsa  -  artıq  daxili  iztirabına  gəlib  çatmışdır,  hissləriylə 
üzbəüz  dayanmışdır və  bu  proseslərdə  uduza  da  bilir,  bir 
şərtlə,  əsərinə  məhəbbətini  qorumağı  bacarır.  Xoşbəxtliyi 
ondadır,  əsəbləriylə  bacarmır,  bax,  əsil  sənətkar  bu  şəxs­
dir.  Mən  ötəri  xatırlamışdım  ki,  Mir  Cəlalla  Anton  Çexov 
arasında  ruhi  yaxınlıq  var  və  bu,  hekayələrindəki  satira- 
yumorla  bağlıdır.  Məsələ  ondadır,  Çexov  yaradıcı  aləmin 
iztirabına  sosioloji  və  mənəvi  prizmalardan  qiymət  verir; 
özü  də  olduğu  görümdə.  Budur,  böyük  sənətkar  yazır  ki, 
yazıçı  mələk deyil,  o,  hər şeyi  özündə təcəssüm etdirməli­
dir.  Ruhdan  düşə,  iztirab  çəkə,  şən  və  kədər  kimi  təbii 
hisslər  keçirə,  kin  və  məhəbbət  göstərə,  yalqızlıq  hissin­
dən əzab çəkə bilər.  Lakin onun  bu ovqata və hisslərə alu­
də  olmağa  hüququ  yoxdur.  Həyat  və  insanlar  haqqında 
mülahizələrində  o,  belə  ani  həyəcan  və  ovqatlardan  yük­
səkdə  dayanmalı,  ali  düşüncələrin,  məsələlərin  obyektiv 
baxışların  təsirilə  deyil,  əsəblərin,  əsəblərin  və  yenə  də 
əsəblərin  təsirilə  mühakimə  yürütməyə  yol  verməməlidir.
Mir  Cəlalın  nəsr  poetikası  "istehsalat  romanlarr'nı  ta­
mamilə  inkar  etmirsə,  hər  şey  hərəkətdədir,  qəhrəmanlar 
narahatdır  və  məqsədin  ilkin  özülləri  təşəkkül  sərhəddini 
keçir.  Sırf  məişət  situasiyaları  hakim  deyil,  ictimai  səciy­
yəlidir.  Sumqayıtda  gedən  istehsalatdan  doğan  mənəvi 
prosesləri  əvvəlcədən  proqnozlaşdırmışdı.  Əsərdə  qoyu­
lan  ictimai-əxlaqi  ideal  saxta  təsiri  bağışlamır.
Mir  Cəlal  fəhlələrin  quruculuq  əzmkarlığını  nikbin  gö­
rürdü  və buna  inanırdı;  insanların  fədakarlığını  təsvir  edir­
di.  Romanda  sosial  mühakimə  kriminal  səciyyə  daşımır, 
əksinə,  işin  gedişində  ədalətli  səslənirdi.  Əgər  biz  Sovet 
fəhlə sinfinin  əmək  mübarizəsinə  müsbət yanaşırıqsa,  be- 
____________________
— 2 5 1
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə