A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə59/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

mətinin  vəzifəyə  qoyduğu  Şəfiyevlə,  Şərifzadə  ilə  "döyü­
şə"  girişir.  Bəzi  detallara qayıdaq:  Şəfiyev gənc müəllimə­
ni  əvvəlcə  çox  isti  qəbul  edir;  bu  isə  Sovet  etikasının  for­
mal vasitəsiydi  və  indi  daha  önəmli  yer tutmaqdadır.  Oxu­
yuruq:  "Şəfiyev  Əntiqəni  öz  kabinetində  hörmətlə  qarşıla­
dı.  Maarif  şöbə  müdiri  Şəfizadə  ancaq  keçən  il  yeddiliyə 
çevrilən  Köşkü  kənd  məktəbi  haqqında  ağızdolusu  danış­
mağa  başladı  və  yeni  müdiri  Səfiyə təqdim  etdi” .
Şəfiyev  Sovet  dövrü  çinoviklərinə  xas  zahiri  etikasını 
unutmur:  "...mən  bu  müəlliməni çoxdan tanıyıram və bizim 
rayona gəlməyini də bilirəm, ondan şəxsi  xahişim olub.  İn­
di  səni  çağırmışam  ki,  Köşkü  məktəbi  haqqında  məlu­
mat  eşidəsən,  bir  var  sənin,  mənim  məlumatın,  bir  də 
var  dünən  şəhərdən  gələn  yeni  kadrların,  seminarist 
müəllimlərin  məlumatı...Əlbəttə,  bunlarda  fərq olacaq” 
(kursiv  mənimdir  -  A.E.).  Xeyli  dərəcədə  verdiyimiz  bu 
faktları  Mir  Cəlal  sadəcə  əsərə  salmamışdır.  Və  həm  20- 
30,  həm  də  elə  yazıçının  yaşadığı  son  dövrlər  (eyni  za­
manda  bizim  günlərimiz)  üçün  səciyyəvidir.  Şəfiyev  vəzi­
fəli  adamdır,  özü  də  doğma  yerlərini  hamıdan  yaxşı  tanı­
yır,  nəinki  təzəcə  gəlmiş  Əntiqədən  "məktəb  haqqında 
məlumat eşitməyi"  lazım bilir.  Sual çıxır:  Rayon  İcrakomun 
sədri  məgər  məktəb  haqqında  məlumatsızdır?  Bəlkə  də! 
Yazıçı  nə  üçün  bu  "inandırıcı"  olmayan  informasiyanı  rəs­
miləşdirir?  Axı,  Sovet  qanunçuluğu  var.  Yox,  Mir  Cəlal  ta­
mamilə  haqlıdır  ki,  rəhbər  vəzifələrə  təyin  olunanları  o 
"prinsipcə"  kresloda  otuzdururdu  -  həmən  rayonu,  kəndi, 
məktəbi  tanımırdılar.  Bu o  ideologiyanın  məharətli  metodu 
idi  ki,  ziyalılar  xüsusilə,  qaynayıb-qarışmasınlar,  ünsiyyət 
qurmasınlar  və  vahid  ideologiyaya  xidmətlərində  ruhdan 
düşməsinlər.  Sonralar  da  bu  ideya  daha  yüksək  temp  və 
_______________________
232
----------------------------------------
gizli  məkrlə  inkişaf  etdi.  İş  o  yerə çatdı  ki,  rayona,  şəhərə 
təyin  olunan  rəhbər  şəxslərin  əsla  məlumatları  olmurdu. 
Əgər  bir  məmur  o  rayonun,  şəhərin  mühüm  sferalarında 
yaşayırsa,  yerli  ziyalıların  orta  səviyyə  dərəcəsindən  aşa­
ğıdırsa... Şəfiyev daha hansı formal fikir müəllifi olmalıydı?
★  
*  
*
Şəfiyevlər  bir  növ  ”yezuit"lərdir5',  onların  ideyaları  ilə 
səsləşirlər.
...Şəfiyev  Sovet  məmurlarına  məxsus  aldadıcı,  zahiri 
əda  ilə Əntiqəyə  müraciət edir:  "Əntiqə xanım,  ayağa dur­
madan  da  danışa  bilərsiniz,  burada  özgə  adam,  xüsusi 
rəsmiyyət yoxdur.  Əyləşin,  arxayın  danışın.
Əntiqə xanım  etiraz  etdi:
-   Mən,  -   dedi,  -   öyrənmişəm,  oturanda  yaxşı  danışa 
bilmirəm.  Ayaq  üstə  dayanmaq  mənə  xoşdur,  icazənizlə 
belə  danışmaq  istəyirəm".  Və  gənc  müəllimə  ilə  ispalko- 
mun  sədri  arasında ciddi  söhbət  uzanır. Əntiqə  kəskin  da­
nışır,  bilmir ki,  bunlardan  hər ikisinin xəbəri vardır.  Şəfiza­
də  ispalkomun yanında özünə və ona haqq  qazandırmağa 
çalışır, özünü şirin göstərir, kəndə gələn yeni müəllimlərin qa- 
çarağını  bəhanə  gətirir və  Əntiqəyə  eyham  vuranda,  müəlli­
mə Almaz sayağı cavabından qalmır:" -  Yoldaş Şəfizadə bil­
məlidir ki, -  dedi, -  mən  bu  rayona,  Köşküyə öz xahişim  ilə 5
1
51. 
Yezuitlərin  fəaliyyəti  XV I  əsrə  təsadüf  edir  və 
məqsədlərinə  nail  olmaq  üçün  vasitələr,  intriqalar,  qətllər,  sözə 
xəanətlərə  vasitələr seçməkdə  aciz  olmuşlar.
_______________________
2 3 3
_______________________


gəlmişəm.  Beş-altı  aydan  sonra  qaçmaq  üçün  yox,  lap 
beş-altı  il,  bəlkə  də  daha  çox  müddətdə  burada  işləməyə, 
ürəklə,  səylə  işləməyə  gəlmişəm.  Sonrası  da  maarif şöbə­
si  bu  məktəbi  nümunəvi  məktəb  adlandırmaq  fikrindədir. 
Nümunəvi  deyirəm,  məktəbi  hələ  adi  məktəb  səviyyəsinə 
çatdırmaq  lazımdır!”
Əntiqə  məktəbin  təchizatına  çalışır  və  meydana  girir. 
Bu  qızın  dilavər  tənqidini  görəndən  sonra  ondan  üz  dön­
dərir,  hətta  bir  pianonun  məktəbə  alınması  üçün  hökümə­
tin  imkansızlığını  üzə  gətirir:  "Ay  rəhmətliyin  qızı,  şəhərdə 
qadınlar  klubuna  pianino  vermirlər.  Elə  böyük  tələblər qo- 
yursuz  ki...Gücümüz  çatan  məsələdən  danışın.
Əntiqə  sözünü  kəsdi:
-   Yoldaş  ispalkom,  -   dedi,  -   Şura  hökümətinin  gücü 
çatmayan  məsələ  yoxdur"  -   həqiqətdir,  amma  ki,  tarixən 
dövlət-hökümət yaxasını  xeyirxah  işlərdən  kənara çəkmiş­
dir.  Mir  Cəlal  çox  cəsarətlə,  istehza  ilə  hökümətin  "acizli­
yini”  ortaya  qoyur.  Və  elə  Şəfiyevin  ürəyində  etiraf  etdiyi 
həqiqəti  dilə  gətirir:  "Beş  ildir  mən  burdayam,  hər  gələn 
müəllim  bir  tələblə,  iddia  ilə  danışır,  görmədim  bir  müdir, 
ya müəllim gələ deyə ki,  "ay yoldaş ispalkom, öz gücüm  ilə 
məktəbin  damına  qır  salmışam,  ya  poluna  taxta  vurmu­
şam...” .  Mətndəki  xeyirxah-kənar  adamların  məktəbə  kö­
mək  göstərməməsi  yuxarıdakı  donkixotluq  və  hamletizm 
istiqamətinə  haqq  qazandırır.
Əntiqənin  xarakterində əsil, fanatik pedaqoqluq davra­
nışı  mövcuddur və  müəllifə  bəlliydi  ki,  nəsrdə  belə  bir qa­
dın  obrazı  yoxdur;  digər tərəfdən  Sovet  Rusiyasının  aşıla- 
dığı  o  mifi  -  türk  -  azəri  qadınları  maarifə  meyilli  deyillər; 
bu  baxımdan  Ədalətin  nişanlısından  imtina  edib  oxuması 
təsadüfi  deyildi.  Əntiqədəki  "davranış  xətti"  sosial-ictimai 
_______________________
234
----------------------------------------
əxlaqda  dəyişikliklərlə  müqayisədə  qavranılır  və  qiymət­
ləndirilir.  Unutmayaq ki, Əntiqənin bütün "davranış x ə ttin ­
də  həlledici  əməllər  mövcuddur və onun  balaların  oxuma­
sı  yolunda  fədakarlığı  ömür yolunda  qazandığı  əxlaqi  təc­
rübə  əməlində əksini  tapır.  Az  keçmir Əntiqənin  qarşısına 
başqa  bir problem  çıxır və yenə  Şəfiyevlə  qarşılaşır:
-  Təmirə  görə  yox,  indi  ayrı  şey  üçün  gəlmişəm.
-  Ayrı  nə  iş?
Rayon  İcraiyyə  Komitəsinin plenumunda. Əhvallaşırlar: 
Nə  əcəb gəlmisiniz?
-  Məktəb  işi  üçün.
-   Maarif şöbəsi  təmirə  kömək  eləmir?
-   Qızların  işi,  azyaşlı  qızları  ərə  verirlər.  Yoldaş  Şəfi­
yev!  Ərə  verirlər,  ispalkom  da  bunlardan  deyəsən  xəbər 
tutmur,  ya tutmaq  istəmir.  Bilmirəm  necə  olan  işdir.
Şəfiyev heç bunu gözləməzdi.  Müəllimin sözündən ke­
fi  pozuldu.
-   İclasdan  sonra  gəlin  danışaq!  İndi  torpaq  şöbəsinin 
müdirini  çağırmışıq,  məruzə olacaq.  Maşın  barədə  də  gə­
lərsiniz  danışarıq,  müəllimə  xanım.  Danışıb  həll  edərik, 
görək  ərə gedən  kimdir,  arvad  alan  kimdir.  Sonra  həll  elə­
yərik!"
Dialoqda  hər  iki  subyektin  əməli  məlum  olur və  əxlaqi 
qiyməti  onların  "davranış xətti"  kimi  reallaşır.  Və bu  məna­
da Hegelin bir fikri yerinə düşür ki,  subyektin  bir sıra əməl­
ləri  elə  onun  sözüdür və  ədalətli  səslənir.  Fərqinə varsaq, 
bu  xəttin  özü  də  bəzi  əməllərin,  təşəbbüslərin  ifadəsidir, 
daha  doğrusu,  Əntiqəni  keçmişdə,  müəllimliyə  başlamaz­
dan əvvəl yalnız dərs deməklə vəzifəsini  tamama yetirmək 
düşündürürdü, sonrakı  seçimdə layiqli, tələblərə cavab ve­
rəcək  məktəb  fikrinə  gəldi  və  üçüncü  seçimdə  kiçik  mək- 
_______________________
2 3 5
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə