A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə58/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   54   55   56   57   58   59   60   61   ...   82

səsinə.  Xüsusilə,  onun  azərbaycanca  danışması  Əntiqəni 
sevindirir,  heyran  kəsilir.  Bu  malakan  kəndlisi  həssas 
adamdır  və  Əntiqənin  ürəyindən  keçənləri  fəhmən  duyur 
və  atları  mahmızlayır ki,  dağ  kəndinə tez  çatsın.
Oxşar motivlər xalqımızın  maariflənməsi  yolunda ziya­
lıların  fədakarlığı  məsələsi  nəsrimizdə  təzə  mövzu  olma­
mışdır.  "Yolumuz  hayanadır”  romanında  dövr,  ictimai-si­
yasi  durum  tamam  başqa  idi,  xüsusilə  də  Bakının  burjua­
ziya  tələblərinə  cavab  verməsi,  fəhlə  sinfinin  oyanışı,  Sa­
birin  Bakıya  gəlməsi,  Balaxanıda  dərs  deməsi  və  "Molla 
Nəsrəddin”çi  olması  və  sairlə  məhdudlaşır.  "Dağlar dillən- 
di"də  isə kəndə  maarif  işığının  sızması,  Almazların  bir nü­
mayəndəsi  Əntiqələrin  işi  qabarıq  təsvir olunmuşdur.
Dünya  nasirləri  öz  qəhrəmanlarına  qarşı  "vəfalı"  ol­
muşlar (xatırlatdığım  kimi).  Məsələn,  O.Balzakda,  V.Hüqo- 
da  və  Azərbaycan  yazıçısı  Mehdi  Hüseyndə.  Digərlərində 
də.  Mir Cəlal  da  istisnalıq  yaratmadı.  Əntiqə tarixi  şəxsiy­
yət  deyil  və  ondan  iddia  etməyə  dəyməz  ki,  "Yolumuz  ha- 
yanadır"dan  "Dağlar  dil!əndi”yə  köç  elədi.  Bizi  sonuncu 
Əntiqə  obrazı  maraqlandırır:  O,  xaraktercə  bütöv,  püxtə­
ləşmiş  surətdir.  Adama  elə  gəlir,  "başı  daşdan  daşa  dəy­
mişdir".  Gəldiyi,  ilk aylardan vəzifəli  adamlarla "kəllələşir", 
Şəfiyev və Şəfizadə  ilə.  O,  özünü hazırlamışdımı  dialoqa - 
sərt  mübahisəyə?  Xeyr,  çünki,  yüksək  həvəslə  ayaq  bas­
mışdı  Köşküyə,  adamlarından  istiqanlıq  görürsə,  deməli, 
balalara  dərs  vermək  çətinlik  yaratmayacaqdır.  Mir  Cəlal 
da belə bir arzudadır.Başqa cür qeyri-inandırıcıdır.  Məktəb 
hər  bir  sakinin,  səlahiyyətlinin  müqəddəs  ocağıdır.  Təəs­
süf ki,  Əntiqənin  düşündüyünün  əksinədir:  "Əntiqə onu da 
güman  edirdi  ki,  ayrı-ayrı  şəxslər  bu  səliqə  sahmanda  ev 
tikirsə,  məktəb binası  daha abad və yaraşıqlı  olur.  O,  birin­
---------------------------------------
228
----------------------------------------
ci  gün  binaya  ayaq  basdığı,  müəllimlər,  xadimlər  ilə  tanış 
olduğu  zaman  yanıldığını  təyin  etdi,  məktəb  binası  nəinki 
güman  edilən  səviyyədə  deyildi,  hətta  çox  cəhətdən  qü­
surlu  və  baxımsız  idi.  Bu  otaqlar  özü  də  darısqal  və  qis­
mən  qaranlıq  idi.  Eyvanın  pilləkaniarı  köhnə,  məhəccərlə­
ri dağınıq, yaraşıqsız  idi.  Hətta aşağı  sinif uşaqlarını  eyva­
na  buraxmaq  təhlükəli  idi,  onlar  yuxarı  mərtəbədən  yıxıla 
bilərdilər;  bədbəxt  hadisə  baş verə  bilərdi".
Zahirən sadə səslənir, 20-30-cu  illərdir, o dövrün  mira­
sıdır,  ucqar  kənd  məktəbidir  və  sair  təsəllilərdən  doğan 
təmkinliyi,  əxlaqi  naqisliyi,  laqeydliyi  ört-basdır etmək psi­
xologiyasını  işıqlandırır.  Amma  mən  Mir  Cəlalın  nəsr,  söz 
demək,  yazmaq,  proqnozlaşdırmaq  poetikasından  çıxış 
etmk  istərdim  və  bir  qədər  məsələnin  dərininə,  davranış 
ətalətinə qayıdıram.  Çünki, yuxarıda qeydim kimi:  80  ildən 
təxminən  bir əsrə yaxın vaxtdan,  zamandan bu  günümüzə 
gələn yol.  İbrətlidir, yaxud əksinədir?!  Bir vaxt,  lap XIX əsr­
dən  başlayaraq  az-çox  oxumuşlar,  yaxud  varlılar  dinə  da­
ha çox üstünlük verirmişlər,  əslində xurafata az  meyilliydi- 
lər.  İslamdakı  işığı,  oxumağı,  savadlanmağı  açıqca  görür­
dülər.  Lakin  həm rus xristianlığı,  həm də Sovet ideologiya­
sı  bu  hissə  böhtanlar püskürdü,  hətta  söz  insanlarında  "a- 
teizm"  motivlərini  axtarmğa başladılar və tapdılar.  Bir şeyi 
isə  ortaya  qoymadılar;  əslində  bu,  bizim  öhdəmizə  düşür­
dü:  Nə üçün,  nə səbəbə varlılarımız, təbəqələşmişlərimiz - 
keçmişimizdə yaşayanlar məktəbdən qaçmışlar? Bir kənd­
də  bir  neçə  məscid  tikdirmişlər,  özləri  üçün  kəşanə  evlər, 
saraylar qurmuşlar, olsun,  amma balalarının oxuması  üçün 
bir qəpik belə xərcləməmişlər.  Mir Cəlal:  "ayrı-ayrı  şəxslər 
bu  səliqə-sahmanda  ev  tikirsə"  -  ifadəsini  obrazının  dilin­
dən qoparır - bəs təhsilə  niyə soyuq  münasibət bəsləyirlər 
________ _______________
2 2 9
---------------------------------------


-  sualı  ortaya  çıxır.  Bunun  əlbəttə,  sosial-genetik səbəblə­
ri  var.  İnsan  xarakterində:  dədə-babalarımızda  davranışın 
axtarışı  problemi  ortaya çıxmış və səy göstərmiş ki,  yaxşı­
lığa  səy  göstərmək  iradəsini  obyektiv  şəraiti  nəzərə  al­
maqla calaşdırsın,  birləşdirsin.  Bu  situasiyanın  inkarı  olan 
fəallıq  forması  ədəbiyyata  istinadən  "donkixotçuluq"  ad­
lanmışdır (bu gün də). Tarixi obrazın arxasında seçmə,  nü­
munəvi  tipi  durmalıdır  -  o  şəxsdə  borc,  ideallıq  naminə 
edilən  fəallıq  fəzilət  səviyyəsinə  çatsın.  O  dövrdə:  XIX 
əsrdə  də,  XX  əsrdə  də  (heyif  XXI  əsrdə  də)  uşaqlarının 
məktəbə  getməsini  reallaşdıran  bir  məkanın  unudulması, 
bir bina,  nəsə bir şeyin  inşaası və onları əvəz edəcək gənc 
nəslə  təlim-tərbiyə  vermək  hissinin  yoxluğunda  təbii  ki, 
onlar  Servantesin  qəmli  Don  Kixotu  ilə  tanış  deyildilər. 
Amma  bu  gün  o dövrə  baxanda  Don  Kixot davranışını  öz­
lərində  görəndə  düşünür  və  müqayisə  aparırıq  ki,  onların 
psixologiyasında,  hərəkətlərində,  qənaətlərində  iki  tip  əx­
laq:  donkixotluq  və  hamletizm  davranışları  mövcud  idi. 
Yaxşı  yaşayırdılar,  yeyib  gəzir,  bir  neçə  arvad  alır,  saysız 
mal-qara sürülərinə sahib çıxır,  at  ilxıları  şahə qalxır,  daha 
doğrsu,  fəzilət  dərəcəsinə  qədər  yüksəlmiş  passivlik:  o 
əsasa  görə  ki,  passivlik  insanın  salamat və  sağlam  olma­
sını  təmin edir və hamletizm davranışı  -  rasional düşüncə­
yə  meyilliklə  səhvə  yol  verir,  əxlaqi  məqsədi  ləkələməyə 
risk,  cəhd  etmək  reaksiyasını  üzə  çıxarırlar.  Hər  ikisi  bir 
xarakterdə yola getmir (axı,  bizim  bəylərimiz  haçan  bir-bi­
rilə  yola  getmişdir?).  Heyif  ki,  onlar  Şekspirdən  ibrətli  kə­
lamı  eşitməmişlər:  -  Bizim cəmiyyətimiz əqli çatışmazlığın 
səmərəsizliyində çiçək  kimi  solur.
Bizdən  heç  bir zaman  neytralizm  (birtərəflik)  əhvalı  əl 
çəkməmişdir,  bir  növ  hamletizm  motivlərinə  meyilliliklə
_______________________
2 3 0
----------------------------------------
barışmışıq:  "qarışmamaq",  "nə  işimizə",  "hökümətin  bor­
cudur" və sair ifratçı  ətalətin təntənəsi.  Bu məqsədin,  əgər 
varsa,  praktik  həlli  obyektiv  şəraitdə  sosial  yanaşması, 
təhlili  birmənalı  olmur.  Belə  ki,  məsələyə  etika  mövqeyin­
dən qiymət verməliyik (axı,  bu  neytralizm haçanacan arxa- 
mızca  sürünəcəkdir?)  və  onun  mütləqləşdirilməsi  nəinki 
burjuaziyanın,  hətta sosializmin əsas nümayəndələri  üçün 
tipik vərdişdir.  Paradoks ola  bilər bizlərə ki,  məşhur yazıçı 
Sartrın  bir  obrazı  bu  fikri  haqlı  söyləmişdir:  "Əgər  cəhən­
nəm  qazanmaq  istəyirsənsə,  öz  çarpayından  düşməmək 
kifayətdir.  Dünya  ədalətsizdir:  sən  onu  qəbul  edirsənsə, 
deməli,  cinayətə şərik çıxırsan,  əgər üz döndərsən  isə  əc­
laf olursan".  Mahiyyətinə gələndə ədib fikrini  bu cür forma­
laşdıra  bilər  ki:  bu  mühakimədən  sosial  və əxlaqi  soyuma 
şəraitində  davranış  situasiyasının  əsil  cəhəti  nəzərə  çar­
pır, yəni  ifadəsini tapmır.  Sosial və əxlaqi  soyuqluq təmiz, 
humanist  adamların  bitərəfliyi  konkret  situasiyalarda  (elə 
təhsilə münasibətdə) o şəxsin üstünlüklərinə baxmayaraq, 
nəticədə  -  son  qərarında  mövcud  cəmiyyətin  öz  vətənda­
şına,  sakininə ya könüllü, ya da zorən sırıyıcı  "şər"in seçil­
məsidir.  Davranışımızdakı  bu  neytralizm  mövqeyimizdə 
şərlə,  pis  hadisələrlə  fəal  mübarizə  şəraitində  acizləşirik. 
Bunun  bir əsas zəifliyi  də ondadır,  sosial zərurətə yiyələn­
məkdə,  mövcud  (indi  daha  geniş)  şəraiti  dəyişdirməkdə 
acizdir.  Bu  isə  reqressiv  (inkişafa  zidd)  səciyyəlidir.
"Bədbəxt  hadisə”  əsərə  dialoq  xətrinə  gəlməmişdir; 
əgər  bu  gün  (Əntiqə  dövrü  üçün)  məktəbin  qiyməti  hətta 
vəzifəlilər (indiki  dövr üçün) tərəfindən  arxa plana  keçmiş­
sə,  bəs  nə  etməli?
Əntiqə  daha  Almazın  Mirzə  Səməndəri,  Hacı  Əhmədi 
və  başqaları  ilə  mübarizəyə  girişmir,  yox  o,  Sovet  hökü- 
______________________ 2 3 1 --------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə