A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə61/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

lə,  insan  fəaliyyətin  fiziki-əməliyyat  cəhətini  sosial  təşkil 
olunmanın  müxtəlif  sferalarında,  sosial  funksiyaların  icra­
sında  işinin bütövlüyünü təmin etsin.  Bu "əməliyyatın" mə­
nəvi  görümü  oxucuya təqdim  olunur:  "Əntiqə gördü  ki,  bu­
rada yalnız dərs demək,  uşaqlara savad öyrətmək,  şeir əz­
bərlətmək  yox,  daha  dərin,  çətin  və  qarışıq  mətləblər var. 
Aşkar  görürdü  ki,  Ədalət  -  on  dörd  yaşlı  bir  uşaq  köhnə 
adət  -  vərdişlərə  qurban  gedir:  Buna  qarşı  susmaq,  tabe 
olmaq  mənim  üçün  mümkün  olmayacaqdır".  Əntiqə  şagir­
di  Tahirədən  Ədalətgilin  evinin yerini  öyrənir və xəbərdar­
lıq  alır  ki:  anası,  müəllim,  yaman  şeydir.  Əntiqə  isə qapını 
soruşur:  Qapını  mənə  göstər,  işin  olmasın.  Kənd  evinin 
anası  -  Ədalətin  anası  -  qonağı  mehribanlıqla  qarşılayır, 
"xoş  gəlmisən"  eşidir:  "Əntiqəni  kilim  döşənmiş  qonaq 
otağına  gətirdilər.  Yaxası  açıq  oğlan  qolları  çirməli  qadın­
la yanaşı  gəlib dayandı.  Sanki  Əntiqənin gəlişinin mətləbi­
ni  soruşmaq  istəyirdilər.
-   Bağışlayın,  adınızı  da  bilmirəm...
-  Səltənət...
-   Var  olun,  Səltənət  xanım,  tanış  olaq,  mən  müəllimə­
yəm.  Neçə  gündür  Ədalət  məktəbə  gəlmir.  Səbəbini  bil­
mək  istəyirik".  Bayaqkı  "mətləb"  aydın  olur.  Əntiqə  qızın 
özünü  dinləməyi  təkid  edir.  Ürəyinə  dammış  ki,  qızcığaz 
ürək  sözünü  gizlətməyəcək...Ortada  köhnənin  mənfi  adə­
ti,  nişanlı  qızın  ər  evinə  hazırlaşması  durur.  Bəs  Səltənət­
ləri  bu  hökmə  boyun  əyməyə  nə  vadar  etmişdir?  İnsan: 
ana və ata - fərqi yoxdur, zaman-zaman dəyişikliyə məruz­
dur;  onun  şüurunda  vətəndaşlıq,  fəzilətlilik  -  fərdi  və  ümu­
mi  həyati  funksiyaları  arasında  dərin  fərqlər  meydana  gəl­
mişdirmi? O,  anlaya  bilmişmi  icmanın,  sonra dövlətin yad­
laşan adətləri və normaları  heç də həmişə düzgün yol gös­
tərmir.  İlk  növbədə  öz  vəziyyətindən  narazı  salmaq  üçün
_______________________
240
----------------------------------------
obyektiv  əsaslı  siniflərin  və  təbəqələrin  adamları  hiss  et­
mişlərmi?  İnsan  bir şəxsiyyət olmaqla  mənəviyyatca o  sə­
viyyəyəcən  inkişaf  etməlidir  -  universal  bəşəri  birliyin  in­
sani  kimi  mövcud  durumunu  mövcud  qayda-qanunlara 
qarşı sosial etirazını çatdırmalıdır, bir şərtlə özünü anlasın.
Əntiqə  prinsipial  qızdır;  əgər  azərbaycanlıdırsa,  nə 
üçün  azəri  qızları  savada yiyələnməməli,  yalnız  nəsil  artı­
mına  cavabdehlik  daşımalıdır;  yoxsa  oxuduğu  illərdə  rus 
ideologiyasının  türk  qızlarının  bilik,  savad  almaq  həvəsi 
əvvəlcədən olmur - ideyasına baş əyilməlidir.  Prinsipin əx- 
laqi  strukturunda  belə  bir  prinsip  Mir  Cəlal  poetikasında 
get-gedə, əsər boyu aydınlaşır,  durulur. Əntiqə bir kənd ai­
ləsinə daxil olanda müşahidəsindən  qalmır.  Məktəbli  qızın 
məişət  hərəkətləri  onu  maraqlandırır.  Oxuyuruq:  "Əntiqə 
həyətə  girəndə  Ədalət yuduğu  paltarları  yenicə  sərib  ağa­
cın altında oturmuşdu,  kitab oxuyurdu.  Anası onu, xüsusən 
son  aylarda  dəftər-kitabdan  ayırmağa,  ev  işinə,  ailə  həya­
tına  alışdırmağa  çalışırdı.  Əvvəllər  məktəbdən  gələndə 
anası  ona  heç bir iş buyurmazdı.  İndi  "özgə evinə"  getmə­
yə  hazırlaşan  "gəlinə"  nəcib  işlər  üçün  dəqiqədə  bir  buy­
ruq  verirdi,  qız  da  bunu  başa düşür,  anasının  sözlərini  ye­
rinə  yetirməyə  səy  edirdi.  Amma  dərsdən,  sevdiyi  kitab­
dan,  mütaliəsindən  də  qalmırdı”.
Bu  epizodda  Əntiqəni  -  gələcəkdə  olacaq  bir  ana  mü­
şahidəsini  də  görürük.  Evin  səliqə-sahmanı  ailə  haqqında 
da  müəyyən  təsəvvür yaradır.  Ana  eyni  zamanda  öz  qızı­
nı  ailə  həyatına  hazırlamalıdır və bütün  bunlar müəllif sarı­
dan  eyhamla  verilmişdir.  Ədalət  isə  ayrı  cür  hiss  keçirir. 
Qəfil  müəlliməsini  görüb  həya  basır onu:  O,  sevdiyi  müəl­
liməni  görəndə təşvişə düşüb,  özünü  itirdi,  ilk dəqiqələrdə 
bilmədi  neyləsin.  Gözə  görünsün,  qonağa  bələdçilik  elə­
sin,  yoxsa  anasını  hirsləndirməmək  üçün  həndəvərdə  gö-
_______________________
2 4 1
_______________________


rünməsin.  Qəbahət başında  tutulub çaşbaş qalan  adamlar 
kimi,  tərəddüd  keçirdi.  Çardaqda  dizinə  döyüb  oyan,  bu 
yana  qaçdı.  Əlləri  ilə  üzünü  örtdü,  dodağını  dişlədi.  Müəl­
limənin eyvana doğru hərəkətini  izlədi: "Vaxsey,  necə elə­
yim,  hara  qaçım,  ay  aman,  məni  görəcək.  Yox,  gözə  gö­
rünmək  olmaz,  o.  məni  sorğu-suala  tutacaq,  anam  eşidər, 
ay  Allah!  Yox,  gizlənim  gərək!"  Bu  daxili  tərəddüd  və  hə­
yəcan  məktəbli  qızın  nəzakətinə  işarədir.  O.  gizlənsə  də, 
anası  ilə  müəlliməsinin  söhbətinə qulaq  asmaq  istərdi.  Və 
arzusu  baş tutmadı.  Lakin Ədalət anasından öyrənmək tə­
kidindən  dönmür  ki,  nədən,  kimdən  danışdılar,  güman  ki, 
onun  dərsə  gəlməməsi  söhbətin  əsas  mövzusudur.  Anası 
inkar  mövqeyi  tutur  və  yasalayır:  "Nahaq  soruşursan,  qı­
zım,  sənlik  bir  iş  yoxdur,  get  eyvanı  süpür,  toyuqlara  dən 
tök,  yazıqlar  acından  qırılırlar"  -  Ədaləti  yayındırmaq  istə­
yir.  Və  anasının  cavabından  narazı  qalıb  həyətə  düşür. 
Son  sözü  isə  müəlliməsinin  :  "Özü  də  bərk  peşmançılıq 
olacağ"ı  narahatçılıq  yaradır.
Bu  "yalançı"  ana  oxucuda  kin  doğurmur,  baxmayaraq 
qızının  məktəbdən  yayınmasında  onun  günahı  az  deyil. 
Analara  nifrət  bəsləmək  məgər  mümkünmü,  əgər  qədim­
dən  gələn  bu  adət  aradan  qaldırılmayıbsa...Və  əgər  adət­
lərin  ən  real  tarixində  də  müşahidə  olunursa...Maraqlıdır, 
azyaşlı  qızların  təhsili  yarımçıq  qoyub ərə verilməsi  nəinki 
30-cu  illərdə,  hətta  50-60-cı  illərdə də mövcud adət olmuş­
dur.  İnsaf  naminə,  Sovet  qanunçuluğu  buna  qarşı  ardıcıl 
mübarizə  aparmış  və  sonralar  da  olsa  aradan  qaldırılmış­
dır.  Təbii  ki,  bu adətin yaranma səbəbləri  yox deyil.  Məsə­
lən,  bu,  birinci,  dinə  söykənir.  Ərəb  ölkələrində  intişar ta­
pan  İslamda  bu  "azyaşlılıq"  traktovka  olunmuşsa,  bu  da 
Ərəbistanda  hədsiz  istiylə  bağlıdır;  insan  müqayisədə çox 
erkən  yaşlarda yetişir.  Nisbətən soyuq,  normal hava şərai­
_______________________
242
----------------------------------------
tinə malik Şərqdə, Azərbaycan ərazisində bu adəti  reallaş­
dırmağa  ehtiyac  qalmamalıdır.  İkincisi,  ən  qədim  dövrlərə 
gedib  çıxsaq,  məktəbin  yoxluğu  ucbatından  qızlar  ev  şə­
raitindən  zinhara  gəlir  və  istər-istəməz  nikaha  qoşulurdu­
lar.  Üçüncüsü,  kəndlərdə  xüsusilə,  mədəniyyət  elementlə­
rini  olmaması,  əyləncəli  obyektlərin  də  həmçinin  -  qızlar 
yalnız  həyət-bacada  görünürdülər,  toy  şənliklərində  də 
çadrdan  kənarda  seyirçi  roluna girirdilər.  Dördüncüsü,  ai- 
lələrarası  münasibətdə  "dehlilik",  "behləmə"  geniş  yayıl­
mışdı.  Lap  erkən  vaxtı  hansısa  bir  uşağı  oğlana  məsləhət 
görürdülər,  daha  ona  başqa  namizəd  axtarılmırdı,  təşəb­
büsdə  bulunmurdu.  Beşincisi,  valideynlərin  qohumluq 
bağlılığından  irəli  gələrək,  həddi-buluğa çatmamış  istəmə­
dən, sevmədən ərə verilirdi. Və daha digər səbəblər də ax­
tarmaq  mümkündür.  Yazıçıya  bunlar bəlliydi,  xüsusilə,  uc­
qar  dağ  kəndlərində.  Baxmayaraq  məktəblər  açılırdı,  am­
ma  ğızların  oğlanlarla  birgə  oxuması  yasaq  idi.  Təsadüfi 
deyildi,  40-cı  illərdə,  hətta  50-ci  illərin  ilk  əvvəllərində  qız 
və  oğlan  məktəbləri  ayrı-ayrı  fəaliyyət  göstərmişdir.  Po­
vestdə  Əntiqə  müəllimə  belə  bir  mühitə düşmüşdür.  Əda­
lətin  anası  Səltənət,  üstəgəl  ailədə  hakim  mövqedədir,  əri 
Həsən  kişi  zəhmətkeş  kəndli  və  aciz  adamdır.  Güman  ki. 
Səltənətin  özü  də  məktəb  üzü  görməmiş,  erkən  yaşında 
Həsənə  ərə verilmişdi...
Ədalət  maraqlı,  bir  az  da  inandırıcı  təsiri  oyadan  ob­
razdır.  Əntiqə  müəllimənin  təkidli  məsləhətinə  müsbət 
reaksiyasına da səbəb tapmaq pis olmazdı.  Birincisi, onun 
xasiyyətində müstəqillik közərir, gələcəyini görmək istəyir. 
İkincisi,  müəlliməsinin  əsil  pedaqoqluğu,  şagirdlərinə qar­
şı  şəfqəti,  geyimi  onda  qibtə  hissi  doğurur  və  ona  oxşa­
maq  istəyir.  Üçüncüsü,  nişanlısı  Rüstəmə  qarşı  cüzi  bir 
hiss  - qığılcım  belə közərmir,  yoxdur.  Oxuduğu  bədii  əsər­
_______________________
2 4 3
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə