A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə57/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

ləb  etdikləri  bilikləri  öyrətsin,  hesabı,  həndəsəni,  elmi-hik­
məti  öyrətsinlər.  Texnika  özü  yaxşı  şeydir,  amma  gərək 
idarə eləyəni  olsun,  belə adamları  isə bizim  məktəblər ye­
tirməlidir.  Mirzə Cəlil  dostu  Sabirin  "Oxutmuram,  əl çəkin" 
şeirini  xatırladır.
Bu  çıxışlar  ilə  belə  praqnoz  vermək  olar  ki,  Mir  Cəlal 
Sabirlə  bağlı  Şamaxıdakı  ictimai-dini  mühit,  habelə  zalda 
oturmuş,  gözəl  səsli,  indi  müəllim  diplomu  almış  Əntiqə 
barədə  səmimi  söz  salardı.  Halbuki  Əntiqəni  müəllif  baş­
qa bir ovqatda oxuculara təqdim edir:  "Əntiqə natiqləri eşi­
dirdi.  Ancaq  fikri  ayrı  yerdə  idi.  Fikri  məktəbdə,  pedaqoji 
dərsdə  idi.  O,  heç  vaxt  bunu  bilməzdi.  Bilməzdi  ki,  qəza­
ya,  kəndə  gedən  bir  müəllimin  çiynində  bu  qədər  vəzifə 
ola,  dalısınca  da  bu  qədər  göz  baxa.  Pedaqoji  dərsində 
uşaqlara ancaq  savad öyrətmək,  sinifdə  rəftarı, sinif jurna­
lını  doldurmağı,  necə  qiymət  verməyi  öyrədirdilər...Sən 
demə,  kənddə  müəllimə  göz  dikən,  ümid  bəsləyən  təkcə 
uşaqlar,  oxuyanlar,  valideynlər deyil,  əkin,  idarə,  hökümət, 
camaat  işlərinin  hamısı  müəllimin  adı  ilə  bağlı  imiş".  Bu 
xəyali  dialoq  -  monoloji  təəssürat  bir daha  göstərir  ki,  Ən- 
tiqənin  Şamaxı,  Sabir,  Məsmə  anası  və  s.  olaylarla,  söh­
bətlərlə  heç  bir  bağlılığı  yoxdur.  Mir  Cəlalı  maarifin,  onun 
hərəkətverici  qüvvəsi,  yadrosu  olan  müəllim-şagird  müna­
sibətləri  və  bu  aparıcı  subyektlərə  sosial-siyasi  baxış  ma­
raqlandırır.  Həqiqətdir ki,  xüsusilə,  30-cu  illərdən  başlaya­
raq  Sovet  höküməti  müəllimlik  peşəsinə,  müəllim  nüfuzu­
na  son  dərəcə  diqqətli  idi  və  M.Cəlal  bunun  bilavasitə  şa­
hidi  olmuşdur.  Tarixi faktlar, dövlət qərarları  bir daha sübut 
edir  ki,  maarif  işçilərinin  maddi  və  mənəvi  vəziyyəti  digər 
sənət,  peşə  işçilərindən  çox-çox  yüksəkdə  götürülmüş, 
onların  cəmiyyətdə  şəxsi  nüfuzları  sayılmışdır. 
______________________ 2 2 4 --------------------------------------
Təhsilini  başa  vuran  məzunların  elə  yerindəcə  təyina­
tı  müəyyənləşirdi,  bu  hələ  müstəqilliyimizin  ilk  illərində də 
özünü  doğrultmuşdu.  Lakin  "Yeni  Mktəb  İslahatı"  adından 
istifadə  edən Təhsil  Nazirliyi  pedaqoji  fəaliyyətdə subyek­
tiv səbəblər ucbatından  labirint,  xaos yaratmağa  müvəffəq 
olmuşdur.  Hökümətə lazımi,  inandırıcı  informasiya vermə­
dən  hətta  saysız  pedaqoji  texnikumların,  kolleclərin  yara­
dılması,  elə  həmin  məkanda  müəllim  kadrları  hazırlayan 
institutların,  institut filiallarının  açılması  bunun  əyani  görü­
müdür.  Bunu  unudan  təhsil  funksionerləri  (elita  təbəqəsi) 
Azərbaycanda  müəllim  kadrların  çoxluğundan  danışır  və 
müəllim-pedaqoqları  maddi  repressiyaya  saldıqlarını  döv­
lət  qarşısında  pərdələməyə  çalışırlar.  Böyük  ədibimiz  Mir 
Cəlalın  nəsr poetikasından danışarkən,  mən yazıçının cid­
di  proqnozlarını  önə çəkib  qürur  hissi  keçirirəm.  Sənətka­
rın  dahiliyi  bir də ondadır ki,  gələcək  nəslə,  idarəetmə  eli­
tasına messajını  ifadə edir, cəmiyyətin  mövcud təbəqəsin­
dən  qorxmamağa  çağırır  ki,  ədalətli  olun;  xüsusilə  sizləri 
də  yetişdirən  pedaqoqlara,  alimlərə,  müəllimlərə  hörmətlə 
yanaşın  və  onların  misilsiz  əməyini  qiymətləndirin.
Bu  gün  uzaq  kənd  məktəblərində  müəllim  çatışmazlı­
ğından təhsil  nazirliyi  gileylənir və bunu  büruzə verir.  Am­
ma  məsələnin  rasional  köklərini,  maddi  görüntülərini  qa­
barıq  vermir.  Kənddə  məktəb  binaları,  sinif  otaqları  bər- 
baddırsa,  işıq  və  qazdan  məhrumdursa  rayon  mərkəzinə 
getmək qeyri-mümkündürsə,  pedaqoji  ədəbiyyat gəlib çıx­
mırsa,  Mir Cəlalı  oxumaq  imkanından  məhrumdursa...
Mir Cəlalın 60-cı  illərin axırında tarixi  keçmişə,  20-ci  il­
lərə  qayıtmasının  nəsr  poetikasını  dilə  gətirməmək  qeyri- 
mümkündür!  Povestdə oxuyuruq və  müqayisəmizdə yanıl­
madığımıza  haqq  qazandırırıq.  Ədibimiz  yazır:  "Əntiqə
_______________________
2 2 5
----------------------------------------


Köşkünün  mənzərəsini  ilk  dəfə  seyr edəndə  nə  qədər se­
vinmişdisə.  məktəb binasını görəndə də o qədər məyus ol­
muşdu.  Keçmiş  məktəb  müdirinin  qarasına  ürəyində  töh­
mət yağdırmışdı".
Əntiqə  bundan  sonra  bərbad  məktəbin  təchizatı  ilə  ra­
yon  icrakomunun,  rayon  katibinin  qapılarını  döyür.  Və  bir 
sual  təbii  ki,  mərhum  ədibimizin  yoxluğunun  məqamına 
düşür:  XXI  əsrdə  sivili  xarici  təhsilə  inteqrasiya  oluruqsa, 
bəs  bu  vəziyyəti  nə  ilə  əlaqələndirmək  olardı?  Mir  Cəlal 
hökümətin  müəllim  işinə  qarışmasını  məqbul  sayır:  daim 
diqqətində  olmalıdır.  Lakin  yazıçının  xəyalına gəlməzdi  ki, 
indi  yerli  icra strukturları  təhsili  tamamilə öz hegemonluğu 
altına  almışlar,  kadrların  təyinatını  da  öz  iradələrinə  tabe 
etmişlər.Mən  özümə  onu  təsəlli  verərdim  ki,  Mir Cəlal  po­
vestin  davamını  qələmə  alardı...
Əntiqə  Mirzə  Cəlillə son  dəfə  üzbəüz  gəlir:  Zaqafqazi­
ya  ədiblərinin  üç  respublika  səyahətində,  respublika  nü­
mayəndələrinin  ezamiyyətində.  Mirzə  Cəlili  Hüseyn  Ca­
vidlə  birlikdə  görür,  əlbəttə  Şamaxıda  yox:  "Əntiqə  çama­
danı  arabaya  qoydu.  Mirzə  Cəlil  ona  diqqətlə  baxan  qıza 
nəzər salıb,  ixtiyarsız  dilləndi:
-  Əntiqə  xanım,  siz  də  buradasınız,  xoş  gördük!
Onlar  əl-ələ  verib  görüşdülər.  Əntiqə  qızlara  məxsus
utancaqlıqla  müəllimin  yanına  gəldi.
-  Mirzə,  -  dedi, -  məktəbi qurtardım,  işə təyin olunmu­
şam.
-   Mübarək  olsun.  Buradamı  çalışırsan?
-  Yox,  Köşküyə,  Yasamal  rayonuna  gedirəm.
-   Nə  işə?
-   Müəllimliyə.
...Mirzə Cəlil yoldaşlarına tərəf döndü,  Süleyman Sani­
ni  səslədi:
_______________________
226
----------------------------------------
-   Müəllim  yoldaşlar,  -   dedi,  -  təğbrik  eləyin,  semina- 
rist  Əntiqə  kəndə  qızları  oxutmağa  gedir.  Sizin  pyeslərə 
belə  qəhrəmanlar  lazımdır.  Kitablarda,  qəzetlərdə  axtar­
mayın,  tanış olun".  Və povestə sevimli  ədibimiz və drama­
turqumuz Süleyman Sani Axundov gəlir və Əntiqəyə  "Qor­
xulu  nağıllar"  kitabnı  bağışlayır.
Povestdə  Mirzə  Cəlil  tamam  başqa  bir  ampulada,  pe- 
daqoq-müəllim  nəzərində təqdim olunur.  Mirzə Cəlil vaxti- 
lə  Uluxanlı  məktəbində  dərs  demişdi.  Sonralar  Tiflis  və 
Bakıda  ədəbi,  jurnalist  fəaliyyətinə  başlamışdı.  Əsərdə 
Əntiqəni  müəllim  kimi  qarşılayır.  O  isə  gənc  müəlliməyə 
öyüd-nəsihət,  pedaqoji  məsləhət  verir:  "Kənddə  indi  ayrı 
cür dərs demək,  günün vacib məsələlərini  uşaqlara çatdır­
maq  lazımdır.  Köhnə  müsəlman  ailələrində qadınlara vəh­
şi  münasibət  hələ var.  Orada qızlar sənin  kimi  müəlliməni 
görüb  məktəbə  artıq  meyl  edəcəklər.  Körpə  balaları  hələ 
məktəbdən  ayıranlar var".  Bu  sözlər və  özünün  bu  peşəyə 
həvəsi,  üstəgəl dağlar,  dərələr,  gül-çiçəklər - bütün bu  şai­
ranə  mənzərə  ruhən  onu  qanadlandırır.  Axı,  daxili  stimul­
da  təbiətin  təsiri  güclüdür  və  Mir  Cəlal  yaradıcılığında  bu 
vasitədən  istifadəni  unutmamışdır.  Əntiqə  xəyalına,  ro­
mantik  dünyasına  qapılır:  "Əntiqə  bu  fikir və  təsəvvürlərlə 
ətrafa gül-çiçək,  lalə,  xətmi,  kəklikotu  ətri  saçan  yaşıllıqla­
rı,  addımbaşı  quşlar,  uçan,  oynayan  kolluqları  seyr edərək 
dağlara  doğru  gedir.  Ona  elə  gəlirdi  ki,  kəndə,  işə,  dərs 
deməyə  yox,  səmanın  qucağına,  günəşə  doğru  qalxır. 
Vaxt gələcək ki,  dağlara əmud vuran qızıl şüaların birindən 
yapışıb qalxacaq,  qanadlanacaq,  bütün aləmə,  Yaxın  Şərq 
ölkələrinə,  birinci  növbədə  çadra  altında  inləyən  məzlum 
qadınlara görünəcək,  oradan qızıl  şüalarla səslənəcəkdir” .
Xəyaldan  ayrılır:  arabaçı  malakan  Vasilinin  mehriban 
______________________ 2 2 7 — ----------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə