A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə53/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   49   50   51   52   53   54   55   56   ...   82

Məntiqi  nəticədir.  Sual çıxır:  Məgər belə xislətli  hakim­
ləri Analar doğmamışlarmı?  Müəllif də bu suala cavab tap­
maqda  israrlıdır.  Onun gənc qəhrəmanı  bacı  heysiyyətinin 
tapdanmasına  dözməyərək şantaj olunmuşdur.
Bir  epizoda  baxaq:  "Hakim  bu  işləri  elə  sakit,  arxayın 
soyuqqanlı  görürdü  ki,  deyərdin  canlı  adamlara  iş  kəsmir. 
Səliqəli  stolun  üstündə  gördüyü  vecsiz  kağızları  bir-bir cı­
rıb  səbətə  atır  ki,  əl-ayağa dolaşmasın".  Bu  "vecsiz  kağız­
lar"  isə  qurtarmır.  Haralardansa  əsən  küləklərin  gətirdiyi 
ya göydən  tökülən  kimi  hər səhər bir az da çoxalır,  hakim­
lərdən  daha  zirək,  daha  yeyin  tərpənməyi  tələb  edir.  Bu 
məqam  bizi  Lev Tolstoy dünyasına aparır. Aleksandr Alek- 
sandroviç  arvadı  Anna  Kareninəm  məhkəməyə  vermək 
fikrindədir  və  o,  məhkəməni  udmaq  üçün  vəkilin  yanına 
gedir.  Söhbət  əsnasında  bir  gəbədeşən  bir  böcək  -  güvə 
otaqda  uçuşur.  Bu,  vəkilin  bütün  fikrini  özünə çəkir:  Onun 
xalılarını  məhz  bu  böcəklər  deşik-deşik  edə  bilər  və  onu 
vahimə  götürür.  Məsləhətə  gəlmiş  bir  insanı  vəkil  tamam 
unudur...
Mir Cəlalın hakimlərin tipik psixologiyada eyniyyət təş­
kil  etdiklərini  və  yanılmadığını  təsdiq  edərdik:  "Məsmənin 
nə  həsəb-nəsəbi,  nə  də  sudyalara  verməyə  pulu  var  idi. 
Onun  işi əl açıb göylərə yalvarmaq,  nəzir demək idi"  - söz­
ləri  həqiqət qədər diridir.  Bu sətirlərin  müəllifi  dəfələrlə sa­
dəcə  iştirakçı  kimi  məhkəmə  iclaslarında  olmuş,  yaxud 
mətbuatdan külli  miqdarda informasiyalar oxumuşdur. Acı­
nacaqlı  olsa  da  deyərdim  ki,  (qoy  gələcək  nəsillər  xəbər­
dar olsun)  2007-ci  ildə  Bakıda  Bakıdan  qaçmış  bir erməni 
(bəli,  daşnaqların,  torpağımızın  fatehlərinin  əks  cins  nü­
mayəndəsi)  azərbaycanlı  kişinin  ev  iddiasında  azərbay­
canlı  hakim  erməni  haqçığının  xeyrinə qərar çıxarmışdır!.. 
Bu  da  qara  tariximizdir...
_______________________
208
----------------------------------------
Məhkəmələrdə hakim iradəsinə işi  həll etmək üçün ya­
lançı  şahidlərin  ifadələrindən  yararlanırlar.  Bəndalının 
işində belə bir peşəkar şahid Telli  oğlu  Rzadır.  O,  bir dəfə 
hakim  tərəfindən  bu  hərəkəti  üstündə  zaldan  qovulmuş­
dur.  Mövcud  hakim  isə  (o,  rus  millətindəndir,  tərcüməçi­
dən  istifadə  edir)  Tellinin  oğluna  inanır.  Halbuki:  "O  za­
man Telli  oğlunun  məhkəmədən qovulmasına adamlar se­
vinib gülmüşdülər.  Güman etmişdilər ki,  bu  həyasız adam 
bir də məhkəmə qabağına çıxmaz.  Nə edəsən  ki,  indii  ha­
kimin dəyişdiyini  görüb,  Hacı  Rəsulun çağırışı  ilə filan  qə­
dər pul gücünə o,  yenə  Bəndalının  işində  şahidlik edirdi".
Çağdaş  məhkəmələrimizdə  də  XX  əsrin  haqsız  pro­
sesləri  davam  edir  və  bəzi  paralellər  aparanda  indikini 
sözlə  təsvir etməyə  ehtiyac  qalmır.  Bax,  maraqlı  bu  həqi­
qətdir.  Tahirzadə  Bəndalıya  şahid  durur.  Sübutları  ilə  hər 
şeyi  təkzib  edir.  Lakin  müəllif  yazır:  "Bunlar  hamısı  var, 
doğrudur.  Amma  bu  da  var  ki,  mötəbər bir  adam  (fərqlən­
dirmə bizimdir -  A.E.) barmağı  ilə  işarə elədi,  qurtardı  get­
di,  yalan  ya doğru,  fərqi  yoxdur!"
Mir Cəlal məhkəmə prosesinin gedişində ədalət motiv­
lərinə  üstünlük  verir.  Və  cəmiyyətin  iç  üzünə  varır  və  ru- 
hən,  fəhmən  gələcək  soydaşlarının  belə  haqsızlığa  rəvac 
qalmamalarını  təvəqqə edir.  İnsan məfhumu var və hakim­
lər  də  insandılar.  Qeyd  edək  ki,  hakimlərdə  spektik  şüur 
daha güclüdür və  bu,  yalanla  qidalananda  psixoanalitiklə- 
rə  imkan  verir,  onları  daha çox  insanın  dinamik davranışı­
na  laqeyd  yanaşmalarında  günahlandırılsınlar.  Dinamik 
nəzəriyyəyə  görə,  hakim  davranışı  -  əxlaqı  müqəssirin 
suçlu  olduğunu  sübuta  yetirməklə  bağlı  irəli  sürdüyü  ide­
yanı  günahkarın  (sonda)  bir  insan  olaraq  şüurunun  öyrə­
nilməsində  əsas  məlumatları  həm  şifahi  danışıqlara,  həm 
_______________________
2 0 9
----------------------------------------


də  istintaq  materiallarına əsaslanıb nəticəyə gəlsinlər.  Hər 
bir adi  müqəssirdə vicdan  duyğusundan,  azadlığa  səyi  ilə 
istiqamətlənmək ehtirasından,  vətənpərvərlikdən və  ilaxır- 
dan  məhrum  deyildir.  Məşhur  psixoloq  E.Fromm  apardığı 
araşdırmalar  əsasında  yazır  ki,  insanın  bu  dinamik  nəzə­
riyyəsi  ağıl,  təfəkkür və şüurun  əhəmiyyətsizliyi,  onları  nə­
zərə  almamaq  demək  deyil.  Şüurla  mülahizənin  ənənəvi 
olaraq əslində olduğundan çox qiymətləndirilməsinin möv­
cudluğuna  reaksiya  o  oldu  ki,  bəzi  psixoanalitiklər  istəni­
lən  təfəkkür  sisteminə  spektik  yanaşmağa  başladılar,  on­
ları  onların  öz  daxili  qanunauyğunluqlarının  terminlərilə 
yox,  yalnız  stimulun,  istəklərin  rasionallığı  kimi  izah  etdi­
lər.
Bu  mühüm  tezisə  analitik  yanaşanda  həmən  hakimi 
şəxsi  maraqlarından  daha çox özünün  dinamik  inkişafının 
geriliyinə  "müqəssirin”  stixi  davranış  xəttini  anlamaması 
düşündürür.  Şahidin  (Tahirzadənin)  şərhində  "təəccüblü, 
qeyri-qanuni  nə  var  ki?  Hacı  zor  ilə  xanəndə  saxlamaya­
caq  ki!  Imperatorluğun  qanunu  deyir  ki,  hər kəs  ixtiyar sa­
hibidir.  Əntiqə də elə. Təhkimçilik çoxdan  ləğv olunub. Zor 
ilə  nökər,  ya  xanəndə  saxlamağa  qanun  yol  vermir.  Bunu 
iddiaçıya  başa  salmaq  olar"  -  Qərb və  Şərq  qanunçuluğu- 
nun  bəzi  məqamlarını  nəzərə  almaq  imkanı  yaradır.  Azər­
baycan  Çar  Rusiyasının  tərkibində  kölə  dövlətdir,  qanun­
ları  normal  şamil  edilir,  baxmayaraq  hakimə  xəbərdarlıq 
tərqlistikası  ilədir.  Hakim  də  bilir  ki,  qanunlar  əslində  xal­
qın  coğrafi  şəraitinə  müvafiq  müəyyən  olunmalıdır,  onun 
ruhunu  əks etdirməlidir.  Müsəlman  öz adət-  ənənələri  çər­
çivəsində  davranır  və  kənd  qızının  restoranda  oxuması 
günahdır,  nakişilik  əlamətidir  və  qardaşı  bu  istəkdən  hə­
mən  addımı  atmışdır.  Hakimə  bəllidir  ki,  Çaı  Rusiyasının
________________________
210
----------------------------------------
qanunlarını  Şərqin  bir şəhərində tətbiq edirsə,  deməli,  ha­
disələr qanunauyğun hərəkətdədir və Monteşkiyenin dedi­
yi  kimi:  bu qanunlar da bu təbii  gedişə əsaslanmalıdır.  La­
kin  hakim  şərqliyə  məxsus  psixologiyanı  da  tutur;  rüşvət 
vermək həvəsi və  malının qədrini  bilmək  inadı:  "Bəs  Hacı­
nın  tökdüyü  xərci-məsrəfi  hara  getsin?"  iddiasına  söykə­
nir.  Və  üç  il  iş  kəsir.  Amma  hakim  qanunların  boşluğunda 
məqamlar  olduğunu  deyirsə,  bu,  etiraf  təsiri  bağışlamır: 
"Düzdür,  sübut yoxdur, ancaq əlimizə keçən dikiy azartdır, 
indi  dağıtmasa da sabah şəhəri  dağıdanın  biri  olacaq.  Ha­
zır əlimizə  keçmişkən  daha  niyə  bir də  buraxaq..."
Mir  Cəlal  tam  məhkəmə  sisteminin  "psixoloji  stenoq- 
rammasınm"  mərkəzində  Mirzə  Ələkbər  Sabir Tahirzadə- 
ni  qoymuşdur.  Onun  sakit  cəsarəti,  sərbəst  təmkini,  özəl 
mühakiməsi  və s.  maraq doğurur.  Əgər xeyli  əvvəl  xeyriy­
yə  cəmiyyətində  Səttərxan  İnqilabı  ilə  əlaqədar  çıxışını 
eşitdiksə,  bu  dəfə o,  insan  hüquqlarının bərpasından danı­
şır:  "Bizim  zəmanədə  insan  insanın  cəlladıdır.  Kimin  ki, 
əlində  ixtiyar  var,  nə  desə  doğrudur.  Kim  ki,  məzlumdur, 
nə  desə yalandır.
Haqqa nahaq söyləyib  qohum-əqrəba ağlatmışam!
Mən haram Hə haramı bir-birinə  qatmışam!
"Yolumuz  hayanadır"  romanında  tutulan  iradlara  tam 
haqq  qazandırmaq  istəməzdim;  bunun  bir  sıra  səbəbləri 
sırasında  roman  poetikasının  araşdırılmaması  məsələsi­
dir.  Mehdi  Hüseynin  "Romanın  bədii  tamlığına  xələl  gəti­
rən  qüsurlardan  biri  və  bəlkə  də  ən  başlıcası  budur  ki,  su­
rətlər  bəzən  uzun  bir  müddət  süjet  xəttindən  çıxır,  elə  bir 
müəllif onları  unudur..."  iradı  birtərəflidir. 
_______________________
211
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə