A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə50/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

dan doğur.  Şairi  hər halda pərişan edir bu  mənzərə.  Mirzə 
Cəlil  də  düşünür,  o  da  təəssüflüdür:  "Mirzə  Cəlil  baş  da­
şında  və  lentlərdə  yazılanları  diqqətlə  oxudu,  ətrafa  göz 
gəzdirdi. Tanımadığı  bir çox qəbirlərdə daha təntənəli  abi­
dələr gördü:  Nə olaydı,  bu  rəhmətliyin qədrini  özgə  millət­
lər bilən  qədər bizim oxumuş camaatımız da  bilə  idi".
Mirzə Cəlil  vətənpərvərlik duyğusu  ilə  unudulmuş  Mir­
zə  Fətəlinin  qəbrinin  bu  vəziyyətinə  acıyır.  Halbuki,  onun 
tanımadığı  başqa  qəbirlər  unudulmamışdır.  Əgər  o,  bu 
rəhmətliklər barədə  məlumatsızdırsa,  deməli  adi  adamlar­
dır.  Deməli,  bu  millət üçün - gürcülər üçün  ölülərinin  şərə­
fini  yaşatmaq  ruhu  vardır.  Bizim  savadlı  ziyalılarımız  isə - 
fərqi  nədir  -  Axundovdur,  Mirzə  Şəfi  Vazehdir,  yaxud  adi 
bir  insandır -  soydaşıdır.  Tahirzadə  söhbətə  qoşulur:
"-  Çoxdan  vaxtı  çatmışdır.  Mirzəyə  yeni  abidə  qoyul­
malıdır. Tək bu rəhmətlikdə olan  hümmətin yarısı  bizim  in­
diki  dirilərdə olardı!
-  Onlara  diri  demə:
Diridirlər əgər ki,  surətdə,
Ölüdürlər,  vəli  həqiqətdə".
Artıq  Əliqulu  da  sakit dayanmır,  bu  mənzərəyə qəlbən 
acıyır:
"-  Mirzə  Ələkbər,  sən  Bakıdasan.  Bu  rəhmətliyə abidə 
bina  eləmək  məsələsindən  söhbət  salsan,  eşidən  olmaz- 
m ı?
-  Abidə söhbəti  orada  var,  çoxdan var!
-  Bəli,  var,  amma  kimə?
-  Bəli,  kimə?  Hərislər çoxdur,  hər kəs  özünə  bir abidə 
düzəltmək  cəhdindədir"
_______________________
196
________________________
"Kimə?" sualı  eyhamlıdır və bizim  ruhumuzun oyanışı­
na  cavab  vermir.  Ona  görə  ki,  şəxsi  şöhrət  naminə,  gələ­
cək nəslə ötürülmək marağı  ilə özümüzü düşünmüşük.  Mir 
Cəlal dahiyanəliklə Mirzə Fətəlinin abidə məsələsinə rəm­
zi  məna verir.  Dünya xalqları  abidə ucaltmaqla həm sənət­
lərini,  incəsənətlərini  ucaldırlar,  həm də yapılmış o şəxsiy­
yəti.  Bu  söhbətlə  inqilabın  qələbəsini  uzağı  on  il  ayırdı  və 
bizim  siyasi  xadimlərimiz,  məmurlarımız  Mirzə  Fətəlilərə, 
Şəfi  Vazehlərə,  Bakıxanovlara...yox,  Leninə,  Stalinə, 
Şaumyana...abidə qoydular və sonralar daha da inkişaf et­
dirdilər.  Unuduldu  ki,  sənət  əsəri  növündən  asılı  olmaya­
raq  o  xalqın,  millətin  ruhi  ifadəsidir.  O  mənsubiyyət  gələ­
cəkdə  o  ölkənin  sivilizasiyasının  bərqərarlığı  deməkdir. 
Bunu başa düşmüşükmü? Qustav Lebon yazır ki,  elə xalq­
lar var, sənət əsərləri  onların  ruhlarının  ən əhəmiyyətli  ifa­
dəçisidir,  lakin  elə  xalqlar  da  var  ki,  onlar  sivilizasiyanın 
çox yüksək pilləsində dayansalar da,  onlarda sənətin  əhə­
miyyəti  yalnız  ikinci  dərəcəlidir...Bir xalq  daha yaxşı  incə­
sənəti,  digərləri  siyasi  və  hərbi  təəssüsatları,  sənayeni  və 
s.  tanıdardı.
Bizim  incəsənətimiz  -  sivilizasiyamız  əsrin  V-VI  yüzil­
liklərinə  çıxır,  o  da  gətirib  XI-XII  əsrin  intibahına  çıxardı. 
Sovet  ideologiyası  hətta  yüksək  sənət  korifeylərimizdə 
kütlə psixologiyasını  aşılamağı  bacardı.  Ona görə ki,  ruhu­
muzun  şöhrətdən,  sərvətdən  və  bunları  itirmək  qorxusun­
dan ölümlüyü bariz şəkildə görünürdü.  Stalinin şərəfinə əl­
linci  illərdə dünyanın ən böyük xalçası toxunuldu və Mosk­
vaya yola  salındı.  Eləcə də  son  dərəcəli  qiymətli  daş-qaş­
la yaradılmış gerbimiz də  Moskvaya  ünvanlandı.  Belə  hal­
da  ruhun  oyanışından  bu  gün  də  çox  çətinliklə  danışmaq 
mümkündür.  Nə  Sovet  dönəmində,  nə  də  müstəqilliyimiz 
_______________________
.1 9 7
_______________________


dövründə  M.F.Axundova  və  M.Ə.Sabirə  (yeganə  heykəli 
istisna  olmaqla),  Mirzə  Cəlilə  abidələr  qoyulmuşmu?  Heç 
Mir Cəlalın  da  abidəsi  yoxdur!
Birinciyə  gəldikdə,  bir  millətin  itirməkdə olan  dahi  şai­
rinə  münasibətidir,  dəqiqləşdirsək,  imkanlı  adamlarımızın 
laqeydliyidir.  Mirzə  Ələkbər Tiflisdə  "Molla  Nəsrəddin"  re­
daksiyasında  xoş  saatlarını  yaşadı.  Gəzdi-dolandı,  lakin 
onun  xəstəliyi  günbəgün  ağırlaşırdı.  Mirzə  Cəlil  əlindən 
gələni  əsirgəmirdi,  ziyalıları  ayağa  qaldırmışdı.  Faydası 
olacaqdımı?  Şair  artıq  Tiflisi  tərk  etmişdi,  üzü  vətənə  idi: 
"Gün  bir  cida  boyu  qalxanda,  küçələrdə  get-gəl  azalanda 
qonşu  həyətdən  alçaq,  möhrə  divarlı  həyətin  yuxarı  tərə­
fində  sallanan  cavan  gavalı,  gilənar  ağaclarının  ətrafında 
cövlən  edib  ətir çəkən  arıların  səsi  bu  sabah  eşidilməz  ol­
du.  Gözlənilmədən  həyətdə  səs-küy  qopdu,  get-gəl  çoxal­
dı.  Fayton Tiflisdən  müalicədən  qayıdan  xəstə şariri  evinə 
gətirmişdi".
Yazıçının  təsvirində  baş  verəcək  hüznün  əks-sədası 
eşidilir.  Şair vaxtsız  harayasa,  hansı  bir dünyayasa  hazır­
laşırdı.  Elliləri  bu  gəlişdən  həyəcanlanır,  onu  yoluxmağa 
tələsirdilər.  Sabir ailəsi  ilə hələlik ümidini  itirmirdi,  yeganə 
oğlu  ilə  əylənir,  onun  xahişinə  cavab verirdi.
Ağrı  çəkən  insanlar arasında  Məsmə  xüsusi  əzab­
la  üz-üzə  idi.  Oğlu  Bəndalının  öldürülməsindən  sonra  bu 
hal  onu  çaşdırmışdı.  Dərdli  Məsmə  arvad  bir  ana  -  qadın 
qüdsiyyətini  nümayiş  etdirirdi:  "Küçələrdə  özünü  güclə 
toxdadan  Məsmə  sanki  dərdini  insanlara  yox,  dağlara- 
daşlara  deməyə  tələsirdi.  Məyus-məyus  nəzərlərini  ətrafa 
gəzdirib,  bir  kəsi  görməyəndə,  dost-tanış  tənəsindən 
uzaq,  üfüqdən-üfüqə  davam  edən  xoş  sükutu  dinləyəndə 
illərdən  bəri  çəkdiyi  dağların  ağırlığından  aşağı  çökən, 
____________________
— 198
---------------------------------------
gündən,  soyuqdan,  küləkdən  qaralmış  sinəsini  açdı,  yum­
ruğunu  sanki  quru  taxtaya vuraraq  hönkür-hönkür ağladı:
Fələk, mən tək b ir dünyada qəmu möhnət çəkən yoxdur 
Cı'yərxun olmuşam yarəb, bu dərdim i bilən yoxdur!..
"Fələk"  məfhumu  "talenin"  ekvivalentidir.  Doğrudan- 
mı,  azəri  anaları  bu  qədər  bəlaya,  dərdə  düçar  olmağa 
borcludur? Səbəbi  və səbəbkarı  mühitdirmi, yoxsa fərdlər- 
dir?  Mir Cəlal  niyə hər iki  romanında bu  müsibəti  ön  plana 
çəkir:  Oxucunu  sarsıtmaq  üçünmü,  yoxsa  ruhumuzun  öl- 
dürülməsiylə  bağlıdır?  Nə  üçün  bu  ana  iki  balasının  faciə­
sini  yaşamağa  məhkumdur?  Yazıçı  bunu  oxucunun  öhdə­
sinə  buraxmaqda  haqlıdırmı?
Tahirzadənin  və  Məsmənin  ruhi  vəziyyəti,  durumu 
xoşbəxtlikdən  uzaqdır.  Burada  Tanrının  da  rolu  vardır. 
Əgər  xalq  öz  ruhunu  əldən  verirsə,  hakimiyyətini  ayaqlar 
altına  alırsa,  ondan  xoşbəxtlik  qaçmalıdır.  İnkişaf  da,  din 
də,  digər təsisatlar da çalışır insan  ruhi  vəziyyət qazansın; 
di  gəl,  bu  ruhi  vəziyyətlər  başdan-başa  xoşbəxtliyə  zəma­
nət  vermir...Mən  israr  etməzdim  ki,  bizim  dədə-babaları­
mızı  torpaqlarımızı,  hökmranlığını  itirə-itirə  gəldikləriylə 
bərabər,  mənsub  olduğu  xalqının  ruhi  halını  da  itirməyə 
məhkum  etmişlər.  Artıq  gen  -  irsi  vəziyyəti  özündə  möh­
kəmləndirmişdir.  Bizi  döyüblər,  başımızı  qaldırmağa cəsa­
rətimiz çatmamışdır!
Deməli,  cəmiyyəti  qorumaq  və  yaşatmaq  üçün  insan 
ruhunu  öldürmək günahdır.  Dini  etiqadların  da  rolu  böyük­
dür  və  bundan  sui-istifadə  hallan  dini  rəhbərlərlə  dövlət 
başçılarının  xalqa  yaxınlığı  fərdi  maraqlara  yönəlir,  hisslə­
ri  və  fikirləri  xoşbəxtliyin  nisbiliyilə  bağlayırlar.  Əksinə 
alındıqda,  kütlə  psixologiyasından  uzaqlaşma  hisslərinə 
_______________________
199
________________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə