A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə46/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   42   43   44   45   46   47   48   49   ...   82

şündürür.  Sabir  indii  yalnız  körpə  balalara,  ana  qucağın­
dan yenicə ayrılmış  uşaqlara yox,  həm  də səhərdən  axşa­
madək  mədənlərdə  çalışan  fəhlələrə  dərs  verir...Mir  Cəlal 
bu  məqamları  üslubuna  xas  təsvirə  gətirir:  "Yolayrıcı  isə 
çox  get-gəlli  bir  yer  idi,  xüsusən,  gecə  vaxtı  mədənlərdən 
qayıdan fəhlələr ikibir-üçbir iri  addımlarla yeriyərək qayım­
dan danışır,  sanki yolları  örtən qatı  qaranlığı  səs  ilə parça­
lamaq  istəyirdilər.  Məktəb  yanına  çatanda  qaravul  kimi 
tək,  dimdik  dayanan  adama  yaxınlaşanda  səslərini  dəyi­
şir, təmkinlə salam verib ötürdülər.  Onlar Tahirzadəni tanı­
masalar  da,  məktəb  binasını  tanıyırdılar.  Buraya  Bakıdan 
yenicə  gəlmiş  adamın  ehtiramını  gözləməyi  vacib  bilirdi­
lər.  Tahirzadə  bunların  övladını  oxudurdu,  gələcək  üçün 
oxudurdu".  Lakin  bu  məsələdə  konflikt  meydana  çıxır  və 
mentalitetimizi  əyaniləşdirir.  Bu  şəxs  türk  Əhməd  Kamal­
dır.  Əhməd  Kamalın  məqsədi  maarifçiliyin,  təhsilin  azəri- 
lərdən kənarlaşdırılmasıdır.  Ona görə də yersiz mübahisə­
lər ortaya atılır.  Bunun  bir səbəbi  itaətkarlığa  meyilli  olma­
sında,  pedaqoqluqdan  kənarda dayanmasıdır.  Digər səbə­
bi  siyasi  səciyyə  daşıyır.  Xüsusilə,  yaşlılar  oxuyub  dövra­
nın  gedişi-gəlişindən  bixəbər  olaraq  işləsinlər.  Maraqlı 
dialoqda  bunu  görürük:
”-  Mirzə  Ələkbər,  siz  məktəb  təsisini  qolay  bir əməlmi 
zənn ediyorsunuz? Əfəndim, belə təsisat üçün para lazım­
dır,  para!..  Mü
Əhməd  Kamal  müdirlər demək  istəyirdi.  Sözün  özünə 
qayıtdığını  düşünüb,  sanki  sözünün  hecasını  dəyişdi:
-  Para  lazımdır!..  Müəllimlər,  xadimlər,  nəzarətçi­
lər...həpsi  para  istər!  Axşam  yanan  hər bir fənər  üçün  pa­
ra  lazımdır.  Səndən  qələm,  dəftər,  kitab  tələb  edəcəklər, 
hər  addımda  para,  yenə  də  para!  Nərədən  bulacaqsan!
_______________________
.180
---------------------------------------
-  Cəmiyyəti  - xeyriyyədən!
-  Cəmiyyəti  - xeyriyyə  iflas ərəfəsində  ikən  böylə  təkli­
fi  nahaq  irəli  sürmək olurmuya?
-  Fəhlələrin  oxumağa  böyük  ehtiyacı  var,  onların  zeh­
nini  işıqlandırmaq  lazımdır.  Heç  olmazsa  qəzet oxuya  bil­
sinlər.
-  Fəhlələrin mədəsi dolsun, zehnində heç bir şey lazım 
olmaz!.."
Əhməd  Kamalın  şəriətlə,  islamla  bağlı  söhbəti,  müba­
hisəsi,  əlbəttə -  Məşədi  Hüseynlədir.  O,  əvvəlcə mütərəq­
qi danışır, bütövlükdə müsbət obrazdır,  Bəndalıya münasi­
bəti  xatırlamaq kifayətdir.  Məşədi  Hüseyn  burada  haqlıdır: 
"Dədəmizin  15-20  il  bundan  qabaqkı  məişəti  köhnə  idi, 
qəribə  gəlirsə,  bundan  əvvəlki  qaydaları,  özü  də  Azərbay­
can  yox,  ərəb qaydalarını  indii  dördəlli  tutmaq  əqilli  adam 
işi  deyil.  İndi  bizə əsri-hazirin tələbləri  lazımdır.  Yoxsa qo- 
dim  əyyamın  gülməli-gülməli  nağılları  yox!  Mən  belə qanı­
ram,  belə də ola gərək".  Məşədi  Hüseyn burada haqsızdır: 
"Məsələn,  siz  Həzrət Ömərin  Afrikanı  tutmağından elə da- 
nışırsız ki,  bilmək olmur,  hədisdir,  ya tarixdir.  Mən ayrı  cür
eşitmişəm.  Həzrət Ömər orada  minlərlə  kitab yandırıb!"
Tarixi  mənbələrə əsaslansaq, Ərəb dövlətlərində ilk ki­
tabxana  yaradan  məhz  Həzrət  Ömər  olmuşdur.  Və  bu  tə­
şəbbüs az sonra yaxın Şərq ölkələrinə yayılmışdır.  Mir Cə­
lalın  Həzrət Ömərə  münasibəti  birtərəflidir,  bu  da  ya yazı­
çının  islam  tarixinə  lazımınca  az  bələdliyi,  ya  da  ideologi­
yanın  tələblərilə  əlaqədardır.  Romanın  poetikasından  da­
nışırıqsa,  hər  şeyi  ideal  nəzərdə  görmək  bitərəflidir.  Əh­
məd  Kamal:  "Əqilli  adamlar o  zaman  da  Ömərin  səhvləri­
nə  qarşı  çıxıblar,  kitabları  yandırmamaq  üçün  dəstə  ilə 
onun  yanına  məsləhətə  gəliblər:  "Bu  ki,  kitablardakı  mət­
ləblər  məhz  Qurandakı  vacib  mətləblərdir"  -  deyiblər.
______________________
181
---------------------------------------


Omər isə:  "Madam ki,  o mətləblər Quranda var,  ayrı  kitab­
lar  nəyə  lazım”  demiş,  yandırmağında  davam  etmiş"
Tahirzadənin  Əhməd  Kamalla  söhbəti  uzun  mətləbdir 
və  öz  millətinin  tərəqqi  naminə  düşüncələridir.
Mir Cəlal  romanda  bu  motivə daha yetərli  üstünlük ve­
rirsə,  ehtiyac  varmıdır o,  inqilabçı  kimi  nəzərə  çatdırılsın, 
daha  doğrusu,  siyasi  nöqtələrdə  görünsün.  Belə  bir tələbi 
yazıçıdan ummaq əsassızdır.  Cəmiyyətə təpədən dırnağa­
can  rəzalət,  haqsızlıq,  aldanış və s.  mənfi  əxlaq  hakimdir- 
sə,  Sabir  obraz  olaraq  öz  mənəvi-sosial  vəzifəsini  nüma­
yiş  etdirir.  Əsərin  poetikasında biz bu  işığı  görmək istəmi­
şik.  Sabir  kənddən  şəhərə  gələnləri  alqışlayır  ki,  onların 
özlərinin  biliyi,  savadı  artır,  az-çox  bu  keyfiyyətlər  varsa, 
dərs deyir və yenidən  kəndə qayıtmaqla  bu  işığı  gətirirlər. 
Şamaxı  mühitinə diqqət yetirək: Azərbaycanda ilk məktəb­
lər  orda  da  açılmış,  böyük  maarifpərvərlər  (A.Səhhət,  Se­
yid  Əzim,  S.M.Qənizadə,  Sabir,  Çemyayevski  və  b.)  ora­
da yetişmiş  və  Bakı,  Gəncə, Tiflis şəhərləriylə sıx əlaqədə 
bulunmuşlar.  Sabir Bakıya gəlib  "Molla Nəsrəddində özü­
nü  tapmasaydı  o,  dahilik  zirvəsinə  çata  bilməzdi.  Səhhət 
də,  Şirvani  də  eləcə.  Mir  Cəlal  bu  mühüm  məsələni  Sabi­
rin  diliylə  verir:  "Elm  və  maarif  kəsb  edənlərimizin  ümdə 
arzusu  özlərini  şəhərə  salıb  isticə,  mənfəətli  qulluq  yap­
maqdır.  Kəndlərimizdə  əcəlsiz,  dərmansız,  müalicəsiz 
ölənlərin həddi-hesabı  yoxdur...Çox böyük kəndlərimiz var 
ki,  içində  məktəbi  yoxdur...müsəlman  balaları  tərbiyəsiz 
və elmsiz qalıb avam ataları  və babaları  kimi dünyadan bi­
xəbər  zülmət,  zəlalət  içində  zindənkarlıq  edirlər"...Qəzet­
də verilən  bu  mətn cəmiyyətin  oyanışa  böyük ehtiyac duy­
duğuna  işarədir.  Əhməd  Kamalı  bu  məqalə  tutur  və  onun 
müəllifi  ilə  maraqlanır və eşidəndə  ki,  Firudin  bəy  Köçərli­
dir,  dərhal fikrini  dəyişir:  "Elə  məqalələr ilə  məşğul olmaq­
_______________________
182
----------------------------------------
dansa,  kəndisini  müsəlman  edən  bəzi  müdavimlərin  qəti 
tədbirini  qılmaq  lazımdır"  - deyir.
Tənqidi  fikrin  Əli  bəy  Hüseynzadəyə  münasibətində 
bəzi  maraqlı,  qeyri-standart  məqamlar  var  ki,  romanın 
poetikasında  "açılması"  zəruridir.  Məsələnin  tarixinə  eks- 
kur  edək  -  əks  təqdirdə  yazıçının  Əli  bəy  Hüseynzadənin 
tarixi  obrazını  müəmmalar içərisində axtarmış olarıq.
Əli  bəy  Hüseynzadə  xalqımızın  nadir  şəxsiyyətlərin­
dən  ən  danılmazıdır.  O,  öz  ana  dilini,  ədəbiyyatını,  milli 
mətbuatını  dərindən  sevmiş  və  iki  dövlət,  bir  qardaş  sim­
volunu  hələ  inqilabdan  əvvəl  vurğulamışdır.  "Fyüzat"  jur­
nalının  naşiriydi,  dövrünün  intellektual  adamı  kimi,  hətta 
Qərbi  Avropa,  Türk  dünyası  onu  yaxşı  tanıyırdı.  XX  əsrin 
ilk  on  illiyində  o,  yaxınlaşmaqda  olan  irticanı  sezmiş  və 
Türkiyəyə  üz tutmuşdur.  Məhz  Əli  bəyin  türkpərəstliyi  So­
vet  hökümətinin  Azərbaycandakı  siyasətilə  üst-üstə  düş­
məmişdir.  Hətta  bəzi  ədiblərimiz,  ziyalılarımız  ona  qarşı 
çıxmışlar.  Mir  Cəlal  ictimai  mühitdəki  durumu,  ziyalılar  - 
ictimai  xadimlər  arasındakı  qütbləşmələrin  bir-birlərinə 
zidd  mövqelərini  təsvir  etmişdir.  İnkar  edilməz  bədii  fakt­
dır  ki,  romanda  Əli  bəy  Hüseynzadə  fenomeni  ideoloji  as­
pektin  təsirindən  müsbət  obraz  kimi  yerini  almır.  Yazıçı 
onu torpağına, xalqına qarşı soyuq, Türkiyəyə can atan, öz 
şəxsi  planlarını  həyata  keçirən  bir  xadim  kimi  təqdim  et­
mişdir.  Və bunu  müəllif hətta sistemləşdirmişdir.  Birincisi, 
o,  İstambuldan  qaçaq  düşmüş  bir  jurnalist,  mühərrir  kimi 
yenə  oraya  üz  tutur.  İkincisi,  vaxtilə  Əli  bəyə  etibar  edən, 
fəaliyyətinə  şərait yaradan  Hacı  Zeynalabdin  Tağıyev  on­
dan  üz  çevirir.  Üçüncüsü,  Əli  bəyin  Bakıdan  getməsində 
müxtəlif  maraqların  rolu  vardır və  islampərəstlikdə  də  gü­
nahlandırılır.  Dördüncüsü,  hər kəs fərdi  fəaliyyətilə  ictimai 
arenada  görünmək  istəyir.  Mir  Cəlal  Əli  bəyin  şəxsiyyəti­
______________________
183
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə