A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə47/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   43   44   45   46   47   48   49   50   ...   82

nə  ictimaiyyətin  geniş  marağını  obyektiv  təsvir  etməklə, 
onun  nüfuzunu  təsdiq  etmiş  olur:  "Şəhərin  Çəmbərəkənd 
tərəfində,  küləktutan  birdikdirdə yerləşən  mədrəsənin  qa­
bağında  dəstə-dəstə  qonaqların  gəldiyini,  görüşüb  danış­
dığını,  şənliyi  andıran  bir  izdihamı  görmək  olardı.  Bu  gün 
cümə günü  idi.  Dərs yox  idisə,  mədrəsənin  qabağında ca­
maatın  görünməyi,  əlbəttə  ki,  bir mərasimi,  ya bir fövqəla­
də  hadisəni  andırırdı.  Məktəbin  sinif  otaqları  açılıb  birləş­
dirilmiş,  bəzənmişdi".
Əli  bəyin  şərəfinə  hazırlanmış  ziyafət  əsərə  təsadüfi 
daxil edilməmişdir:  Burada ziyalılarımızın  xarakterlərindən 
irəli gələn  naqislik, şöhrətpərəstlik,  mənafeçilik, qısqanclıq 
kimi  xüsusiyyətlərin  sanki  baxışıdır.  Bu  ziyalılar  müxtəlif 
bir sahəni  təmsil  edirlər,  dünyagörüşləri  müxtəlifdir.  Onlar 
bir  konkret  qərara  gələ  bilərlər  və  xalqın  yolunu  bələdləş- 
dirməyə  gücləri  çatır.  Lakin  biz  bunu  görmürük.  Halbuki 
onlar  borclu  idilər:  "Ancaq  bugünki  ziyafətin  əsil  məziyyə­
ti  başqa şey  idi.  Hüseynzadə cənablarının  İstambul  səfəri­
nə Bakı  əyaniləri və şəriət məddahları çox böyük məna ve­
rirdilər,  heç bir Hacını  heç bir zaman Bakıdan  Məkkəyə, ya 
heç  bir vəkili  dumaya  belə yola  salmamışdılar".
Mir Cəlal  öz  təhkiyəsində  ehtiyatlı  tərpənirsə,  obrazla­
rın  nitqində Əli  bəy  Hüseynzadənin şəxsiyyətini,  intellekti­
ni  nəzərdən  qaçırmır.  İran  hökümətinin  konsulu  Mir  Hü- 
seynxan  Sənddövlənin  sözlərindən:  "Hüseynzadə  cənab­
ları  müsəlmanların  tarixinə,  məişətinə,  dini-islamın  ehka­
mına  kamilən  vaqif  bir  alim  və  ədibdir.  Onun  dar-ül-ülum 
olan  İstambuldakı  gələcək  məsaisi  və  fəaliyyəti  də səadət 
və  tərəqqi  istiqamətində  olacaqdır".
Tahirzadənin  nitqi  isə  tamam  başqa  bir  planda,  bu 
günlə  yanaşanda  fərdi  mövqedəndir.  Tarixi  faktlar  əlimdə 
olmadığından,  çətinlik  çəkirəm  deym  ki:  Sabirlə  Əli  bəyin
_______________________
184
----------------------------------------
şəxsi  münasibətləri  olmuşmu  və  hansı  mənəvi  mövqe­
dən?  O,  bu  böyük simanı  inkar edir və çox  kəskin  ifadələr 
işlədir.  Lakin  bu  yanaşma  şairin  vətəndaşlığından,  vətəni­
ni  sevməsindən  irəli  gəlir.  Və  bu  məsələdə  onun  arqu­
mentləri  inandırıcıdır.  Bu  sima  Osman  ləhcəsini  ədəbi  - 
mətbu  dilinə gətirmiş,  təmiz  ana dilimizə alternativ olmuş­
dur.  Mən  təsəvvürə  gətirirəm:  Böyük  Hüseyn  Cavidin  də­
rin  fəlsəfi-bədii  düşüncələri  Azərbaycan  dilində,  şeiriyyət 
ləhcəsində  yazılsaydı...bədii  kəşflərlə  qürurlanırdıq!
Tahirzadə  haqlıdır:  "  Onun  xidmətləri  "Fyüzat"da, 
"Kaspi"də  və  nəhayət  "Səadət"  mədrəsəsində  olmuşdur. 
Təəssüf  ki,  bu  xidmətlərdə  bəziləri  maarifdən  kasıb  olan 
qafqazlıları  hərəkətə  gətirə,  irəli  apara  bilmədi.  Çünki  Əli 
bəy  cənablarını  çoxlarımız  başa  düşmədik,  indi  də  başa 
düşmürük  və  ədəbiyyatının  beş  yüz  illik  təcrübəyə  malik 
olduğunu  dəfələrlə eşitmişik.  Bəs  biz  necə? Tarix  yollarını 
addımlayaraq  iyirminci  əsrə ayaqyalın,  əliboş gəlməmişik, 
yoxsa  bizim  də  mədəniyyət  dünyasında  az-çox  haqqımız 
var.  Bizim  iztirablar  çəkmiş  xalqımızın  mübarizə  qüdrəti, 
dil  və  ədəbiyyatımızın  təcrübəsi  məgər  azdırmı?  Güman 
edirəm  ki,  bunu  heç  kəs  inkar etməz.  Bəs  nə  üçün  öz  ana 
dilimizdə,  azərbaycanlıların  şirin,  sadə,  aydın  dilində  da­
nışmırıq?"  Ritorik və pafoslu səslənsə də,  həqiqətdir və bu 
məsələdə  Əli  bəy  Hüseynzadə  itirmişdir!
Mir Cəlal  Əli  bəydən  fərqli  olaraq  Nəriman  Nərimanov 
obrazını  sərrast  mizanlarla  yaratmışdır.  Bu  böyük  siyasi 
xadim,  ədib,  həkim  inqilabı  alqışlamış,  təbliğ  etmiş  və  az 
sonra  səhvlərinin  qurbanına  çevrilmişdir.  Stalindən  qat- 
qat  intellektli,  uzaqgörən,  əqidəli  olan  Nərimanovun  gəlişi 
təmtəraqlı  deyilsə,  bəzi  qrup  insanların  diqqətindədir.
Maraqlı  bir  detaldır:  Əli  bəy  Hüseynzadəni  Bakı  icti­
maiyyəti  yola  salır,  Nərimanı  bir  qrup  inqilabçılar  qarşıla­
_______________________
185
________________________


yır.  Ona  görə  ki,  Nərimanov Çarın düşməni,  Leninin  silah­
daşıdır.  Bu  gün  necə  də  paradoks  görünür!  Nərimanov 
mövcud quruluşu  dağıtmaqda düzgün  yol seçmişdi  və Çar 
Rusiyasının  millətinin  başına  gətirəcəyini  belə  təsəvvür 
etmirdi.  Ona  görə  də  qəlbən  inanırdı  və  dediyi:  "Bu  yolun 
hamar olmadığını  mən  bilirəm.  Azadlıq  heç  vaxt,  heç  yer­
də  verilməz,  o,  ancaq  alınar!"  -  devizi  həqiqətin  açarıdır. 
Onu  görənlər  içərisində  Bəndalı  da  var  və  görcək:  "Nəri­
man bu  imiş?" sualı dilindən qopur.  Yazıçı  Nərimanın  port­
retini  çəkir:  "  Kraxmallı  köynəkdə,  qalstukda,  səliqə  ilə 
düymələnmiş,  jilet  üstündən  sanki  bu  saat  ütüdən  çıxmış 
boz kostyumu var idi. Saçını yana daramışdı.  Alın tərəfdən 
başının  tükü  seyrəklənmişdi.  Toplu  bığları,  çənəsinin 
ucunda  saqqalı  var  idi.  Sifətində  gərginlik,  gözlərində  isə 
həyəcan,  intizar  duyulurdu  "  Bu  dəfə  mən  sual  etdim: 
Bəndalı  kimi  bir  kəndli,  savadsız,  yolu  bilinməyən  fəhlə  - 
kəndlinin  Nərimanovla  görüşməsi  bu  qədər  zəruri  imiş?! 
Nərimana  ünvanlanan  şüarlar  da  bu  dərəcədə  gərəkli 
imiş?
Mir Cəlal Əli  bəylə "xüdahafizləşmək"  fikrinə elə də tə­
ləsmir.  Nə  üçün?  Artıq  o,  Bakını  tərk  etmişdir,  yolu  İstam­
buldadır,  sonrası  hələlik özünə də bəlli  deyil.  Lakin Əli  bəy 
Tiflisə  gedərkən  Mirzə  Cəlillə  görüşür.  Söhbətin  əsası  be­
lə  bir sual  doğurur:  "İki  ziyalı,  ədib,  mühərrir -  çalxalanan, 
demokratik  qüvvələrin  yetişdiyi  zəmanədə  hansı  haqlıdır: 
Hüseynzadə,  yoxsa  Mirzə  Cəlil?  Hansı  söz  beşiyi  "Fyü- 
zat",  yoxsa  "Molla  Nəsrəddin"  önəmlidir?”  Sual  qəfil  doğ­
du  və  özüm  üçün  də cavabı  sadə  keçməyəcəkdir:
Oktyabr  İnqilabı  yavaş-yavaş  gəlir  öz  ideoloqları  ilə. 
Nəriman  doktor da  irəlidədir.  Yazıçılar,  qəzetçilər,  maarif­
çilər və  ilaxır təbəqələr qeydiyyatda olduqları  hökümətin  iç 
simasını  açır.  Hüseynzadə  ciddi  elmi-publisist  məqalələr
_______________________
186
----------------------------------------
yazır,  mədəniyyətə,  dilə,  əxlaqa  toxunur  -  intellektual  sə­
viyyədə.  İctimai  fəaliyyəti  yerində.  Mirzə Cəlil  də sakit da­
yanmır,  jurnal  buraxır,  hekayələr,  pyeslər  yazır  və  xırda 
azəriləri  yükün  altına  hey  çəkir,  "miskinliyini"  göstərir,  is­
lam  dinindən  sui-istifadə  edənləri  soyundurur,  kəfənsiz 
qəbiristanlığa  göndərir.  Bir  narazılıq  da  yaranır  ki,  milli 
bəylərimiz təhqirə gətirilir,  hətta  eləsi  olur axurda  gizlənir! 
Mirzə  Cəlil  belə  hekayələri  nə  yaxşı  ömrünün  sonlarında 
yazmamışdır?  Mirzə  Cəlil  istədiyini  jurnalda  çap  etdirirdi, 
şirin, dadlı dilimizdə,  Sabiri, Əli  Nəzmini, Qəmküsarı yığır­
dı  başına.  Əli  bəy  "Fyüzatı"  idrakda  götürürdü,  dilinin  da­
dını  qaçırırdı,  təlqin  edirdi...Sualımı  xatırladım:  Hansı  haq­
lıdır?
Əli  bəy  Hüseynzdənin  Mirzə  Cəlillə  Tiflisdə  görüşü 
oxucuda  belə  bir  qənaət  doğurur  ki,  yazıçı  risqə  getməsə 
də,  böyük şəxsiyyəti  "açmaq"  istəyir və  "zamanın  iki  məş­
hur  qələm  sahibi"  -  deyir.  Gəliş  gözlənilməz  olsa  da,  fikir 
prulyalizmi  əqidə  baxımından  maraq  doğurur.  Müəllif  nis­
bətən  onların  amallarına  işarə  vurur:  "Əli  bəy  türklük,  is­
lamlıq  deyib  bağırırdı  (son  sözü  yumşaq  da  demək  müm­
kündü  -  A.E.).  Molla  Nəsrəddin  xalq,  vətən,  zəhmət  deyib 
camaatı  oyadırdı".  Mirzə Cəlil də, Əli  bəy də xalqımızın  in­
kişafı  yolunda tarix yazmışlar.  Lakin  Çar  höküməti  hər  iki­
sinə  arxa  çevirmişdi.  İmkan  vermirdi  azəri  türkləri  türkçü­
lüyü,  islamçılığı  inkişaf  etdirsinlər  və  birləşsinlər.  Əli  bəy 
Hüseynzadə  bu  yolda  ən  böyük  əngəldi.  Sovet  imperiyası 
da  bu  siyasi  yolu  davam etdirdi,  əgər Əlibəy  37-ci  ildə  və­
tənində  olsa  idi.  Güllənəcəkdi.  Mizə  Cəlil  jurnalıyla  və  bə­
dii  əsərləriylə  millətini  oyatmağa  çalışırdı  və  həmvətənin­
dən fərqli  olaraq, türkçülüyə  rəğbəti  yoxuydu,  yeri  gələndə 
qamçılayırdı.  Mirzə  Cəlil  həm  də  inqilaba  inanırdı  və  Sa­
biri  söz  silahı  kimi  irəli  buraxmışdı.  Əlibəy  isə  Çara  da,
_______________________
187
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə