A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə42/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   38   39   40   41   42   43   44   45   ...   82

dindən  xəbərdardır,  mollaları  pis  tanımır.  Yazıçı  obyektiv 
mövqedə dayanır və Hacı  Rəsulların üzərindən qələm çək­
mir:  "Yalançı  mollalar  indiyəcən  şəriəti  düz anlatmayıblar. 
Tərsinə  şərh  ediblər.  Onlar  molla  deyil,  mollanümalardır. 
Şəriət  ünas  tayfasına  dərsi  haram  buyurmur.  Xeyr,  əsla! 
Şəriət sahibi  deyir oxu,  elm  kəsb elə,  bəşərtəha  isməti,  ir- 
zi,  namusu mühafisə elə! Bəli, əsl Allah kəlamı budur! Yox­
sa  ki,  avamlıq?  Xaçpərəst  qızları  oxuyub,  baxıb  görürsən 
olub  sənət  sahibi,  bizimkiləri  çadra  altından  buraxmayıb­
lar.  Xaçpərəst  gedib  qabağa,  biz  qalmışıq  dalda’’...Bu  ya­
naşmada  ictimai dünyagörüşünə iki  münasibət qabarıqdır. 
Birincisi,  dinə,  onun  daşıyıcıları  olan  mollalara,  yəni  ideo­
loqlarına  münasibətdir.  Hacı  Rəsul  və  digər  varlılar,  yəni 
maddi  imkanlılarda dinə ehtiyac vardır və o,  bir müsəlman 
olaraq  ibadət etməli,  molla məclisində də  iştirak etməlidir. 
Digər  tərəfdən,  Hacı  Rəsul  dinə  bələddir  ki,  açıq-aşkar 
mollaların ifşasından çəkinmir.  Psixatorlar təsdiqləyirlər ki, 
oriyentasiya  sisteminə  ibadətə  ehtiyac  daxilən  insana 
xasdır  və  maraqlıdır  ki,  "ideallara”  məliklik  barəsində  se­
çim aparmaqda  insan sərbəst deyil.  Buna baxmayaraq,  in­
san varlıq kimi müxtəlif dövlət, yaxud şəxsi qurumlara (təş­
kilatlara)  qulluq  etməkdə,  hətta  fəsadlar  törətməkdə  sər- 
bəstdir.Məşhur  psixoloq  E.Fromm  yazır  ki,  bütün  insanlar 
-  "idealistlər"  fiziki  təminatların  hüdudlarından  kənara çıx­
mağa  can  atırlar  və  onlar  hansı  ideallara  inanmaları  ilə 
fərqlənirlər.  İnsanda  ən  yaxşı  kimi  -  ən  iblisanə təzahürlər 
də  mahiyyətcə  ehtirasın  hərəkəti  deyil,  onun  "idealizmi­
nin",  onun  ruhunun  ifadəsidir.
Hacı  Rəsul  da  istisnalıq  yaratmır və  istədiyi  idealı,  is­
tədiyi  dini  hissi  dəyərli  hesab  etmək  səlahiyyətindədir.  O 
məhz  seçim  qarşısında  dini  qəbul  edib,  ibadətindən  də 
qalmır.  Çünki  E.Fromm  demişkən:  dini  tələbatlar olmayan
_______________________
166
----------------------------------------
insan  yoxdur,  lakin  bu,  onun  təzahürünün  spesifik  komp­
leksi  haqqında  bizə  heç  nə  demir...İkincisi,  maarifçiliyə, 
öz  millətinin  övladlarına  işıqlı  münasibətdir.  Hacı  Rəsulun 
Əntiqəni  şəhərə  aparmasına  gəldikdə  səhv  addımdır  və 
sonra  bu  qızdan  necə  və  hansı  məqsədlə  istifadə  etməsi 
sonrakı  işdir.  Ola  bilsin  ki,  Tahirzadə  sonuncudakı  məkri 
fəhmən  sezmişdir  və  haqlıdır.  Lakin  fitri  istedada  malik 
Əntiqənin  müğənni  kimi  yetişməsi,  ictimaiyyət  arasına çı­
xarılması  baxımından Tahirzadə səhv edə bilər.  Bizim  bö­
yük  müğənnimiz  Şövkət  Məmmədova  İtaliyada  təhsil  al- 
mamışmı?  Hacı  Rəsulun  bizi  xaçpərəstlərlə  müqayisəsin­
də  yazıçı  uzaqgörənliyinin  üstündən  yan  keçməməliyik. 
Sovet  dönəmində  bunun  şahidiyik,  müstəqilliyimiz  vaxtı 
Hacı  Rəsulun  ideyasının  nə  qədər  düzgün  olduğunu  gör­
dük və yoxluğumuzun acısını  çəkdik.  Hacı  Rəsul(lar)  mən­
fi  kontekstdə  götürülməməlidir  və  tənqidin  münasibətinə 
inanmağa  dəyməz.  Onda  sosial  şüur  inkişafdadır,  çünki, 
düşdüyü  ictimai  mühit  onu  savada,  əxlaqi  priyomlara 
(mənfisi  də  var)  yiyələndirmişdir,  hərçənd,  bunlar  gündə­
lik,  adi  müşahidə  və  təcrübə  səviyyəsindədir.  Onun  gün­
dəlik fəaliyyətinə daxildir.  Bu obrazda əxlaqi  qiymətləndir­
mə müəyyən baxımdan dərkedicidir.  Şəxsi  maraqlara söy­
kənəndir, ona görə də dərketmə elementi  tənzimləyici  his­
sə,  əmredici  psixologiyaya tabedir.  Biz deyə  bilərik ki,  Mir 
Cəlal  Hacı  Rəsulu  mənfi obrazların  "ehtiyat skamyasında" 
otuzdurmaq  istəməmişdir. O,  cəmiyyətin  mövcud vəziyyə­
tini,  hətta  irəliyə  inkişafını  da görür,  kimin  nəyə ehtiyacın­
dan  da  halidir.  Müəyyən  mənada  yazıqdır  bir  insan  kimi: 
Övladı  olmur və  bunu  etiraf  edir.  Əntiqənin  anası  Məsmə 
elə  sadəlövh  də təsiri  bağışlamır,  "Manifesf'dəki  Sona ar­
vadın  "bacısıdır".  Hansı  ki,  onun  iki  oğlundan  biri  Gəncə 
şəhərini  seçmişdi,  Bahar  isə  kənddə  idi.  Məsmənin  oğlu
______________________
167
---------------------------------------


və  qızı  var,  oğlu  Bəndalı  Bakı  şəhərinə  üz  tutur.  Lakin 
Məsmədə kəndə qapılmaq, qızını gözünün qabağında gör­
mək  hissi  güclüdür  "Əlbəttə  ki,  Məsmə  bütün  yoxsul  ana­
lar kimi  uşağının  xoş güzəranına,  çörəkli  qapılarda qalma­
sına  razı  idi...Hacı  Rəsul  kimi  mötəbər,  çörəkli  adamın  ix­
tiyarında,  oxumaqda  qalmağı  xoş  idi.  Ancaq  burası  var ki, 
Hacı  Rəsul  Şamaxıda  deyil,  odur  ey,  lap  uzaq  şəhərdə, 
Bakıdadır...Bakı  da  Allah  bilir  necə  şəhərdir"...Məsmə 
həm  də  Hacı  Rəsula  müsbət  yanaşır,  bununla  o,  özünü 
maarifsevər qadın  nəzərində verir.
Məsmə  Tahirzadə  ilə  görüşmək,  onunla  məsləhətləş­
mək  məcburiyyətində  qalır və  onun  dükanına  gəlir,  arala­
rında  dialoq  olur.  Tahirzadə  ilk  istiqaməti  "Molla  Nəsrəd­
d in in  tanışlığına yönəldir.  Bu  epizodda Tahirzadə jurnalın 
təbliğatçısına  daha  çox  oxşayır.  Amma  o,  Hacı  Rəsulu  ta­
nımadığını  deyirsə,  eşitdiyini  də  gizlətmir.  Əslində  o,  elə 
bir  vücuddur  ki,  daha  çox  öz  real  müşahidəsinə  əsaslan­
malıdır.
Qeyd  edək  ki,  Məsmənin  tərəddüdlərinə  sadəlövh  ya­
naşmamalıyıq.  Onun  özünə  xas  həyat,  məişət  düşüncələ­
ri  vardır  və  bu  məqamlarda  Tahirzadəyə  haqq  qazandır­
mır:  "Əntiqə  Hacı  Rəsulun  nəyinə  lazımdır?  Burada  iman, 
güman  çox yerə  gedə  bilər.  Çox söz demək olar.  Ən  ağırı, 
ən  axırı  Məsmənin  fikrincə,  bu  idi  ki,  Hacı  qızı  böyüdüb 
özünə  arvad  edə  bilər.  Yəqin  Mirzə  Ələkbər  dönə-dönə 
"Hacının  məqsədi"  deyə  elə  buna  işarə  edir".  Mən  Məs­
mənin  belə  bir fikri  üzərində  dayanmaq  istərdim.  Şəxsi  fi­
kirlərim  kontekstində.  Əntiqəyə  qarşı  müqavimətdə  pis 
niyyət  görünmür.  Azəri  qızının  namusunu  qorumaq  vacib­
dir və Tahirzadə  belə  bir narahatçılıqdan  çıxış  edir.  Çünki 
cəmiyyətdəki  əxlaq  və  əxlaqi  münasibətlər  insanın  xarak­
terinin  içərisindən  doğur  və  təzahürdə  "əxlaqi  fəaliyyət"
_______________________
168
----------------------------------------
anlamını  şərtləndirir.  Etiklərin  göstərdiyi  kimi:  Bu  fəaliy­
yətdə tarix  -  subyektinin  -  insanın  əxlaqi  fəallığı  obyektlə- 
şir,  onun  əxlaqi  seçimi  həyata  keçir.  Və  fədakarlıq,  xeyir­
xahlıq,  şüurluluq,  intizamlılıq  və  s.  keyfiyyətlər  onun  tərki­
bində çıxış  edir.
Əxlaqi  fəaliyyətin  yadrosu  əməldir,  bir  tərəfi  fəzilət,  o 
biri  tərəfi  qəbahətdir.  Ona  görə  ki,  əxlaqi  məqsədlər,  me- 
yillər təcəssümünü tapır, Tahirzadə öz əməlində əməli-sa- 
leh  şəxsiyyətdir,  vətənpərvərdir  və  dünyanın  gedişinə  bə­
dii  qiymətlə  yanaşmışdır.  Təəssüf  ki,  Sovet  ideologiyası­
nın  qurbanlarına  çevrilən  milli  ədəbiyyatşünaslarımız  Sa­
biri  klassik dinsiz,  ateist  kimi  gənc  nəslin  yaddaşına  ötür­
müşlər.  Bu,  hətta  ədiblərin  yaradıcılığına da  sirayət  etmiş­
dir,  Mir  Cəlalda  da  bu  meyl  sezilir.  Sabir dini  təhrif  edən­
ləri,  ona  şəxsi  mövqe  və  tələbatlardan  qiymət  verənləri 
tənqidə  tutmuşdur.  Hacı  Rəsula  münasibətində  bu,  hiss 
olunur. Tahirzadənin  Hacı  Rəsula və eləcə də digər adam­
lara  münasibətinin  bədii  həllində  (mənfi  mənada)  günah­
kar dövrün  ideologiyasının  təsiridir.  Onun  münasibətlərin­
də  həm  obyektiv,  həm  də  subyektivlik  özünü  göstərir,  gö­
rünür, yazıçı çətinlik qarşısına çıxmışdır.  Məlumdur ki, mü­
nasibətlər mövcud  sosial  birliyin  obyektiv  vəziyyətinin  ifa­
dəsidir,  insanın  həyati  fəaliyyətinə  haqq qazandırır.  Tahir­
zadə  artıq  püxtələşmiş,  tanınmış  ziyalıdır,  şairdir,  Molla 
Nəsrəddinçidir -  bu  isə  Mir Cəlalı  ehtiyatla yazmağa təhrik 
etməyə  bilməzdi.  Obyektivlik  meyarından  yanaşsaq,  Ta­
hirzadənin  fərdlərə,  lap  mühitə  əxlaqi  münasibətində  bu 
iki:  obyektiv və subyektivlik yox deyil.  Obyektivlik -  başqa­
larının  mənafeyinə toxunacaq  real,  maddi  hərəkətlərə çev­
rilir,  cəmiyyətdə  adamların  sabit  əlaqələrinin  nöqteyi-nə­
zəri  olub  ayrıca,  fərdin  iradəsindən  asılı  olmayaraq  təşək­
kül  tapır.  Belələri  eyni  zamanda  subyektivdir  -  niyyətləri,
_______________________
169
---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə