A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə40/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

lətlərindən  başlayaraq  yetişdiyini,  kənd  həyatının  ağır və­
ziyyətini  və  bəzi  ziyalılarımızın  heç  də  kənarda qalmadıq­
larını,  habelə  bu  boşluğu görən  həmin  demokrat ziyalıların 
Bakıya üz tutmasını,  haradasa  nicat yolunun  bu  neft şəhə­
rindən  qaynaqlandığını  təsvir etmişdi.
Məlumdur  ki,  Şamaxı  maarifçiləri,  o  cümlədən,  Seyid 
Əzim  Şirvani,  Abbas  Səhhət,  Mirzə  Ələkbər Sabir,  Sultan 
Məcid  Qənizadə və  digərləri  müxtəlif  illərdə  Bakı  ilə əlaqə 
saxlamış,  hətta  məktəblərdə  dərs  demiş,  dərsliklər  yaz­
mışlar.
Mir Cəlal  Sabiri  istisna  etmir və  romanın  süjetini  onun 
üzərində qurur.  Bu,  yaradıcılıq  üslubudur,  yazıçının  maraq 
dairəsidir.  Romanın  ilk  səhifələrində  "Molla  Nəsrəddin" 
jurnalının adının hallanması əlbəttə,  Sabirlə bağlı olmalı  idi 
və  Şamaxıda  yeganə şair  idi,  jurnalda  müntəzəm  çap edi­
lirdi.  Şair  kiminlə  rastlaşmalı  idi?  Yazıçı  istəsəydi  Abbas 
Səhhəti  xüsusi  planda  önə  gətirərdi,  halbuki  sona  qədər 
onu görmürük.  Müəllif oxucunu  Hacı  Axundla qarşılaşdırır. 
Bu  sima  Şamaxı  bölgəsində  nüfuzlu  din  xadimidir.  Gəlin, 
bu  günün  zehniyyətiylə  yanaşaq.  Sovet  ideologiyası  din 
xadimlərini  gözdən salmaqda  idi.  Hərçənd,  yazıçı  bu  müs­
təvidən çıxmamışdır.  Lakin dinə  xurafat abı-havası  gətirən 
Hacı  Axundlar  məhz  Tahirzadələrlə  qarşı-qarşıya  gəlmə- 
liydilər.
Hacı  Axund  elə-belə  şəxsiyyət  deyil  və  o,  Mirzə  Ələk­
bər  Tahirzadə  ilə  mübahisəyə  qoşula  bilər  və  elə  də  var. 
Amma o,  tək deyil,  Mirzə Abbasqulu  kimi  həmfikrilə oxucu 
qarşısına  çıxar.  Oxuyuruq:  "Mirzə  Abbasqulu  isə  Büllürni- 
sə  xanımın  xilafına  olaraq  şair  dostunun  düşüncələrinə 
çox  həssas  idi.  Onun  "öz  aləminə”  getdiyini  duyan  kimi 
səsini  kəsir,  heç  nə  demir,  hətta  bir  hərəkət  də  etmirdi. 
Münasib  bir  vaxt  düşən  kimi  çəkilib  gedir,  dostuna  mane
______________________
158
----------------------------------------
olmamağa  çalışırdı".  Deməli,  Sabir  məhz  tarixi  simalarla 
deyil,  bədii  surətlə  bir yerdədir.
"Yolumuz  hayanadır"  romanının  ilk  səhifələrində  artıq 
yazıçının  mühüm  ideyası:  Azərbaycanı  başdan-ayağa  bü­
rüyən  ədalətsizlik,  haqsızlıq  sindromunda  nə  gözləyir? 
Milli  ziyalılarımız nicat yolunu tapa biləcəkmi? Obrazlar bu 
mühiti  dioloji tərzdə qavramaqda haqlıdırlarmı?  Bax,  bu  üç 
sual  romanın  poetikasının  bir xəttini  təşkil  edir.  Biz  təhlili­
mizdə  bu  "üç  sual  -  tezisə"  cavab  axtarmağa  çalışacağıq. 
Əgər  məqsəd,  qayə  belədirsə,  Mirzə  Ələkbər  Tahirzadə- 
nin  tezliklə  Bakıya  müəllim  sifətilə  işləməyə  getməsində 
yazıçı  düzgün  hərəkət  etmişmi?  -   Sualının  təfərrüatına 
varmadan  müsbət  cavablandırıram.  O,  ictimai  proseslərin 
içərisinə getməklə,  bütün bədii  yükü  "tək özü daşımadığı"- 
nı  göstərmək  istəmişdir.  Mir  Cəlalın  bu  niyyətini  görünür, 
müasirləri  tənqidçilər anlamaq  həvəsinə düşməmişlər.  Mir 
Cəlal  sakit,  özünəməxsusluqla pıçıldamışdır ki,  mən  Sabir 
haqqında  roman  yazmıram,  o  əsərimin  əsas  qəhrəmanı­
dır,  çünki,  odur  satirası  ilə  yaxın  Şərq  despotizmini,  əda­
lətsizliyi,  insan  hüquqlarının  tapdanması  əleyhinə  söz  sa­
vaşına  çıxan!  Və  "ədalət  deyilən  böyük  bir  aləmə  qovuş­
maq,  bu aləmin feyziylə bəxtiyar olmaq üçün çırpınmışdır".
Mir Cəlal  elə  bir iddiada da  olmamışdır ki,  Mirzə  Ələk­
bər Bakıya məşhurlaşmaq  üçün  getməlidir.  Zahirən  bu fik­
rə  meyl  yox  deyil,  lakin  Bakıda  mətbuat  bolluğu,  maarifçi­
lik - xeyriyyəçilik cəmiyyətləri  və  daha vacibi  ziyalılarla tə­
masda  onun  yaradıcılığı  yeni  vüsət  alacaqdır.  Xüsusilə. 
"Molla  Nəsrəddin"ə  Mirzə  Cəlil  tərəfindən  cəlb  olunması 
optimal  ümid  doğurur.
Mirzə  Ələkbər  hərçənd,  Bakıya  gəlməzdən  əvvəl  də 
dövrün  işıqlı  və kölgəli cəhətlərini yaxşı  idrak edirdi  və tək­
cə  şeirlərilə  deyil,  düşüncələrilə  də  təhlil  edirdi  və  yolları
_______________________
159
---------------------------------------


görməyə  çalışırdı,  M.Cəlal  yazırdı:  "Tahirzadə  tarixin  bu 
dönüş  məqamında  üz-üzə  duran  iki  dünyanı  aşkar  görür­
dü.  Görürdü  ki.  yerin  dərinliyindən  kükrəyib  qalxan  bir 
qüvvə ağırlıqları  aşırmaq, alt-üst etmək istəyir.  Görürdü ki, 
dəzgahlardan fabriklərə, fabriklərdən küçələrə,  küçələrdən 
şəhərlərə,  şəhərlərdən  ölkələrə  keçən,  getdikcə  Aləmi 
çuğlayan  hərəkat  zülmət  aləmini  ağır  bir  məzar daşı  kimi 
itələyib  keçmişin  girdabına  salmaq,  dünyanı  yaz  göyləri
kimi  aydın və şəffaf görmək  istəyir".
Təbii  ki,  Sabir dini  xurafatın  əhatəsində  hələlik  öz  ni­
cat  yolunu  dəqiqləşdirməkdə  acizdir.  Digər tərəfdən:  azə- 
ri-türk  müsəlmanları  bu  yolu  tapıb  reallaşdırmaq  üçün  bir­
gə dilə - fikrə gəlmək iqtidarına malikdirmi?  Məncə, yazıçı 
irəli  sürdüyümüz tezisdə suala cavab axtarmağa çalışır və 
təəccüblüdür  ki,  niyə  məhz  romanın  adının  sonunda  ”?" 
işarəsi  yazmamışdır?  Çünki,  suallı  fikir  açılmır,  əslində 
təhrif olunur. Əgər biz roman janrının nəzəriyyəsi  baxımın­
dan  əsərə  yanaşırıqsa,  məşhur  rus  ədəbiyyatşünası 
M.Baxtinin  bir  fikrini  xatırlatmaq  lazım  gəlir:  "Ənənəvi  - 
monoloji  (homofonik)  roman"  və  "dialoji  (polifonik)  ro­
man".  Homofonik (təksəsli)  romanların  əsas  xüsusiyyətlə­
rini  M.Baxtin  bu  tipli  əsərlərdə  tək bir hakim  səsin,  hakim 
mövqenin  mövcudluğunda  axtarır.  M.Baxtin  fikrinin  şər­
hində  göstərir  ki,  romanların  qəhrəmanları  öz  səsləri,  öz 
ideyaları  və  mövqelərinə  birlikdə  -  bu  müəllif  mövqeyinə 
daxildir və ondan asılıdır.  Belə bir mövqedən əsərə yanaş­
malı  olsaq,  tezislərimizə  "açar"ın  əlverişliyi  monolojimi, 
yoxsa dialojimi  növə aidiyyatını  dəqiqləşdirməliyik.  Müba­
hisəyə  (məqsədimiz  bu  deyil)  əlyeri  qoymadan  deyərdim: 
"Yolumuz  hayanadır"  romanı  dialoji,  çoxsəsli  əsərdir.
Mir  Cəlal  ilk  romanında  olduğu  qədər  də  bu  əsərdə 
ideya irəli sürür: İnsan - onun Məsmə kimi sadəlövh adam-
_______________________
160
----------------------------------------
lari  da  var  -  Tahirzadə  və  Hüseynzadə,  Mirzə  Cəlil  və 
Məmməd Tağı  dünyagörüşündə ziyalıları  da  həmçinin.  Bu 
şəxslərin  maraqlıdır  ki,  səsləri  -  fikirləri  -  qənaətləri  çox 
məsələlərdə üst-üstə düşmür.  Yazıçı bu  insanları  öz  iş ba­
şında,  dialoqda,  yaradıcılıqda və sairdə təsvir edir və  ide­
ya  birliyində ayrılırlar.  Bir  üstün  cəhət  olaraq  M.Cəlal  ide­
yasının  bir yazıçı  kimi  həllində  subyektivlikdən  qaçır,  ona 
görə  ki,  bədii  məsələyə (ideyaya) kateqorial tərzdə yanaş­
mır.  Müəllif çətinlik qarşısındadır:  Bir-birini  rədd  edən,  bu 
dərəcədə  də  laqeyd  qalan,  yalnız  məişət  problemlərini  fi­
kirləşən  bu  millətin  taleyini  nə  gözləyir?  Əgər  doğulduğu 
Şamaxı  mühitində  Tahirzadə  başa  düşülmürsə,  dükanda 
şey-şüy satmağa məhkumdursa - Məmləkətin nicat yolunu 
nə  gözləyir?  Mir  Cəlalın  böyüklüyünə  bax  ki,  XXI  əsrdə 
onun  səxavətlə  yaratdığı  Tahirzadə  obrazının  xələfləri  ey­
ni  cür həyatı  yaşamaqdadılar!  Tahirzadə  nicat  üçün  Bakı­
ya gəldi,  biz  müasirlər  isə daha  Bakıdan  bezikib  xarici  öl­
kələrə:  İstanbulu,  Türkiyəni  bəyənməyən  bəzi  obrazlarsa- 
yağı  məhz  həmin  diyara  üz  tuturlar.  Bu  məsələdə  Mir  Cə­
lalın  romanında  təmizlənə  bilən  "ləkə”  görünür.  Bu  məsə­
lədə Tahirzadə qəlbən millətinə yanan olmuşdur və onu  ilk 
narahat  edən  də  iki  yerə  parçalanmış  azərilərin  qaranlıq 
taleyidir.  Hansı  ki,  bu  gün  də  bu  anlaşılmazlıq  davam  et­
məkdədir.  Və  alovu  içində  közərərək  yazmışdı:  İki  qonşu 
bir-birinin  milləti,  hər ikisi  bir peyğəmbər hümməti - təzad­
lı  baxış:  Mirzə  Ələkbər hələlik  bu  məsələlərdə analitik ya­
naşma hissindən  uzaqdır və ilahi  şeirlər hələ dünyagörüş- 
lülük,  filosofluluq,  siyasətçilik  və  s.  deyil  və  bunu  yazıçı 
gizlətmir,  Mirzə Abbasqulu  ilə söhbətində  işarə o  mənada 
vurur və millətin  nicatını  proqnozlaşdırır:  "Mirzə  Abbasqu­
lu,  sən çox xoşbəxtsən ki dil bilirsən,  belə nadir vücudların 
əsarını  çox  mütaliyə  eləyirsən.  Bizlərə  də  yazığın  gəlsin.
_______________________
161
---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə