A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə36/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   32   33   34   35   36   37   38   39   ...   82

Şübhəsiz, janr xüsusiyyətləri  polifonikdir. gənc olması­
na  baxmayaraq  ədəbi  iddialıdır.  Yeni  cəmiyyət  isə  hələ 
formalaşmamışdır,  ziddiyyətlər  çoxdur.  Hər  bir  yazıçı  bu 
kimi  ciddi  nöqsanları  görməyə  bilməzdi.  Və  kəskin  yazır­
dılar,  o cümlədən  Mir Cəlal  da.  Təəssüf olunanı  odur,  tən­
qid  o  illərdə  də,  lap  60-70-ci  illərdə  də  standart yanaşma­
dan, sosiolizm  realizmi  prinsiplərinin tələblərindən dördəl­
li  yapışmaqda  idi.  Əgər  bir  tip  yanaşmadan:  "Burada 
(M.Cəlalın  hekayələri  nəzərdə  tutulur.-A.E.)  həyatın  müx­
təlif sahələrindən götürülmüş maraqlı  mövzular, əxlaqi-tər- 
biyəvi  məsələlər,  ailə-məişət  motivləri,  adi  görünən  əhva­
latlar,  dərin  mənalı  mətləblər...ifadəsini  tapmışdır",  qiymə­
ti  verilirdisə,  digər tip yanaşmada:  "Sosialist  realizmi  var­
lığı  mürəkkəbliyi,  müxtəlifliyi,  zənginliyi  ilə,  müvəffəqiyyət 
və  nöqsanları  ilə  birlikdə dialektik  inkişaf və  həqiqi  müba­
rizə  prosesində  hərtərəfli  göstərməyi,  canlandırmanı  tələb 
edir"  hökmünü  müdafiyə edirdilər.  Ortada qalan  isə yazıçı 
olurdu.  Məncə, bu günün ədəbi  tənqidi  belə bir qəlib  ideo­
loji  yanaşmanın  qurbanları  olmuş  sənətkarları  xilas  etmə­
lidir!
M.Cəlalın  "Həkim  hekayələri"  (1938-1939)-dörd  heka­
yədə  qaldırılan  məsələlərin  bədii  həllində  şübhəsiz,  bədii 
üslübun fərdiliyi,  dilin  şirinliyi  və s.  mövzunun açılmasına- 
poetikasına  xidmətlidir,  lakin  sosioloji  bər-bəzəyilə.  Aka­
demik  M.C.Cəfərov  daha  irəli  gedərək  yazır  ki,  burada 
azad,  xoşbəxt  Sovet  adamlarının,  öz vətəndaşlarının  qay­
ğısına  qalan  Sovet  yazıçısının  qəlb  çırpıntısı  çox  aydın 
hiss  edilməkdədir"45.
45.  Məmməd Cəfər . M ir C ə la l.  B.  1966.
____________________
142
_______
Bu  hekayələr 30-cu  illərdə Azərbaycan  həyatının  ger­
çəkliyindən doğan yeni sosial-psixoloji hadisələri təsvir et­
mişdi və satira janrında bədii  kəşf idi və bu ölçüdə qiymət­
ləndirmək  lazım  gəlirdi.  Hekayələrin  (sonrakı  illəri  də  nə­
zərə  alıram)  mahiyyətində-poetikasında  ictimai  həyat  və 
onun  iyrənc  hadisələrinin  doğurduğu  qəzəb  ifşaedici  pa­
fosla,  gülüşlə  qamçılamaq  məharəti  bariz  görünür.  Bu 
əsərlərdə bir çox hallarda janr strukturundan  uzaqlaşır:  sa­
tiramı, yumormu? Mahiyyətcə birincidir, ahəngcə ikincidir, 
haradasa  qayğısızdır.  Özündən  zaman  etibarilə  qabaqda 
Mirzə Cəlil və Ə.B.Haqverdiyev dayanırdı, amma fərqli ba­
xışlarda.  Onların  qəhrəmanlarından  bir  azəri-türkü  kimi 
xəcalət çəkmirsən:  "bunlar mənimdir?"  sualından yan  keç­
mirsən.  Mir Cəlalda  isə oxumuşlardır, vəzifə daşıyanlardır: 
"sosial  əxlaq  bunları  niyə  bu  kökə  çeviribdir?"  sualına  çe­
virmirsən.  Bəlkə  də  belə  yanaşmanın  mümküsüzlüyü  idi, 
Mir  Cəlalın  müasirləri,  obyektiv  qiymətləndirməkdə  çətin­
lik çəkmişlər.  "Sara",  "Dəzgah  qızı",  "Gözün  aydın"  heka­
yələrində sosialist realizmində ştampını  poetikaya varma­
maq və s.  özünü  göstərir.  Bu,  bədii  əsərdir,  tənqidçi,  oxu­
cu  müxtəlif  istiqamətlərə yoza  bilər,  lakin yeni  sovet quru­
luşunun  nailiyyətləri,  inqilabın  qeyri-adi  xoşbəxtlik  gətir­
məsi əsərlərin təhlilində əsas dayaqlar rolunu oynayır.  Mə­
sələn,  Yaqub İsmayılovun tənqidi təfsiri bir yandan maraq­
lı  yanaşmadır:  "İctimai  mühitin,  obyektiv  şəraitin,  həyati 
amillərin  yaratdığı  və  qüvvətləndirdiyi  yeniliyi  Mir  Cəlal 
maddi-mənəvi  varlıqda,  xüsusən  müxtəlif  səciyyəli  və  sə­
ciyyəvi  adamların  ruhi-fikri  təkamülündə  diqqətlə  müşahi­
də  edib”  öyrənir,  maraqlı  əsərlər  yaradır,  "Gözün  aydın” 
hekayəsi  də...Az  sonra  müəllifin  yazdığı  "Ananın  canlı
_______________________
143
----------------------------------------


duyğuları,  həyat haqqındakı  aydın təsəvvürləri,  sadə danı­
şıq  tərzi  və  mühakimələri  göstərir  ki,  vaxtilə  başı  çadralı, 
"ağzı  dualı”  köhnə  fikirli  bir  qadın  indi,  Sovet  hakimiyyəti 
dövründə  nə  qədər  dəyişmiş,  fikri-mənəvi  təkamül  keçir­
mişdir"  yanaşması  süni  pafos  kimi  səslənir.
Belə  çıxır  ki,  Sovet  hakimiyyətinin  təsiri  insanın,  o 
cümlədən,  qadının fizioloji  xüsusiyyətlərinə də dərhal təsir 
göstərirmiş,  səsini,  dilini  açırmış!  Bu  məsələdə  insaf  na­
minə,  o  və  hətta  çağdaş  illərin  ədəbi  tənqidini,  ədəbi  mü­
hitini  qınamaq  da  isətəməzdim.  Elə Sovet dövründə yaşa­
mış  sənətkarları  nəzərdə  tuturam-yeni  çıxmış  əsərə,  ilk 
ədəbi  uğurlarına  imza  atan  yazara  nə  məktub  göndərəni­
miz,  nə  mətbuatda  söz  deyənimiz,  nə  də  xatirələrində 
bəhs  edənimiz  olmuşdur.  Hətta  ölümlərindən  sonra  əsər­
ləri  tam  halda  nəşr  edilir,  belə  bir  yazılara,  memuar  tipli 
nəyəsə  rast  gəlmirik.  Bioqraflardan  danışmağa,  ümumiy­
yətlə,  dəyməz.  Yeganə  o  olub,  həmən  əsər,  müəllif  haq­
qında bir, yaxud  iki tənqidçi, yazıçı, şair fikir deyib, bunun­
la  da  məhdudlaşdırılıb.  Ona  görə  ki,  Şərq  mütəfəkkirlərin­
də də, sənət adamlarında da belə bir psixologiya olmamış­
dır.  Gəlin,  heyfslənək  ki,  görkəmli  sənətkarlarımız  özlərilə 
necə-necə  sirli  yaradıcılıq  dünyasını  aparmışlar...Amma 
rus və Qərb,  Avropa sənətkarlarının yaşadıqları  ədəbi  mü­
hit  haqqında  yüzlərlə  orijinal  tapıntılar,  araşdırmalar aşka­
ra  çıxarılmış,  davam  etməkdədir.  Mir Cəlalın  Anton  Çexo- 
va  yaxın  səsləşən  satirik  yaradıcılığından  irəli  gələrək  Ko- 
rolenko,  Usplenski,  Çexov  münasibətlərindən  nümunə gə­
tirməyi  məqsədəuyğun  hesab  edirəm:  Qleb  Usplenski  və 
Korolenko  Çexov  yaradıcılığının  dərk  olunması  məsələsi­
nə  üstünlük  vermişlər.  Belə  ki,  Korolenko  xatirələrində
_______________________
144
----------------------------------------
yazmışdır  ki:  "Rəngbərəng  hekayələr"  kitabı  nəsə  gənclik 
qayğısızlığı,  hətta  ədəbiyyata  bir qədər yüngül  münasibət 
bəsləməklə  doludur,  yumor  şənlik  saçır,  çox  vaxt  səmimi, 
incə  hazırcavablığı,  qeyri-adi  yığcamlılığı,  təsvir  gücüylə 
fərqlənir
Məgər  Mir  Cəlalın  mühitində  vurğuladığım  kimi,  azmı 
istedadlı  sənətkarlar,  tənqidçilər,  alimlər  yaşayırdı,  birgə 
işləyirdilər,  uğurlarını  izləyirdilər.  S.Vurğun,  M.Hüseyn, 
M.Rəfili,  Cahanbaxış  Cavadzadə,  Əbülhəsən  və  başqala­
rı.  Gəncə-Bakı  ədəbi  mühiti  sonralar Azərbaycan  ədəbiy­
yatının  taleyində  böyük  rol  oynadı!
Mir Cəlalın 30-cu  illər yaradıcılığında öz potensial qüv­
vəsinə  inamsızlığı,  əsassız  təfərrüata  rəvac  verməsi,  dia­
loqların çoxluğu,  bədii  ifadə vasitələrindən  qeyri-qənaətçil 
istifadə  və  s.  hallar  özünü  göstərirdi.  Lakin  o,  bu  haldan 
tez  uzaqlaşa  bildi  və  nəhayət,  "Bir  gəncin  manifesti"  ro­
manına  gəlib  çıxdı:  1938.
Mir Cəlalda gəncliyindən  satirik ovqat,  şən  ritm-ahəng 
vardı;  eyni  zamanda  o,  idrakın  gücünə  arxalanırdı,  zəka­
nın  yenilməzliyinə  inanırdı.  O,  milli  və  rus  maarifçiliyini 
mənimsəmişdi,  ideyalarının  mahiyyətini  düzgün  qiymət­
ləndirmişdi.  Və  onun  dünyagörüşündə  maarifçiliyin  tarixi- 
sosial  nikbilliyi  hiss  olunurdu.  Mir  Cəlalın  yaradıcılığının 
ümumi  kontekstində  maarifçilik  ideyaları  bədii  təbliğatçı 
kimi  də  missiyaya  malikdi  və  mövcud  sosial  quruluşun 
qeyri-təbii,  daha  doğrusu,  insan  təbiətinin  özünə  zidd  kə­
silən  bir  ideologiya  kimi  nəzərdən  keçirirdi  və  bu  ənənə 
A.A.Bakıxanovdan,  M.F.  Axundovdan,  Q.B.  Zakirdən, 
M.Ə.  Sabirdən,  C.  Məmmədquluzadədən,  Ə.B.Haqverdi­
yevdən,  N.B.  Vəzirovdan  qaynaqlanırdı.  Bundan  faydala-
_______________________
145
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə