A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə52/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

hüquqları  tapdanılır.  İctimai  ədalətin  adi  əlamətləri  belə, 
nəzərdən  itir,  quru  şüarçılıqla  sonuclanır.
İslam  aləmində  ədalət  prinsipi  müəyyənləşdirilmişdir. 
İslamşünaslar bir  neçəsini  qruplaşdırmışlar;  məsələn:
- Bizi əhatə edən aləm - varlıq Tanrının  nəzarətindədir. 
Hərcmərclik  törətməməlidir.  İnsan  yalnız  özü  barədə  dü­
şünməməlidir.
-  İnsanların  törətdikləri  fəsad  işlər Tanrıya  bəllidir,  be­
lə  halda  hamı  onun  qarşısında  cavabdehlik daşımalıdır.
-  İnsanlar  torpaqdan  yaranmışdır  və  torpağa  da  qovu­
şacaqdır:  varlısı  da,  kasıbı  da,  tiranı  da,  ədalətlisi  də.  Nə­
ticədə  heç  bir  fərd  digərindən  ya  əskik,  ya  da  artıq  olma­
malıdır.
-  Varlığın  bütün  ünsürləri  Tanrının  onlar  üçün  müəy­
yənləşdirdiyi  ədalətli  hədlərdən  və  qanunlardan  kənara 
çıxmamalıdır.
Bu  prinsiplərin  sayı  çoxdur.  Məşhur  islamşünas  Möh­
sün  Qiraəti  maraqlı  tədqiqatları  ilə  ədalətin  ictimai-mənə­
vi  köklərini  araşdırmış  və  yazmışdır:  "Dünyaya  və  insana 
münasibət  ədalətin  qəbulu  üçün  olduqca  əlverişli  bir  zə­
min  yaradır  və  yalnız  mühit,  ictimai  quruluş  və  fərdi  ehti­
raslar  bu  zəmini  aradan  qaldırır” .
Orta  əsrlərdə  ədalət  artıq  əxlaqi  və  sosial  təlim  kimi 
formalaşmışdı; təbii  ki,  Qurani-Kərimə əsaslanmışdır:  Şər­
ti  deyək  ki,  birincisi,  tərifdə,  tənqiddə  ifratı  aşmamaqdır. 
Obyektivlik  hissindən  uzaqlaşmamaqdır.  Hədsiz  tərif,  yer­
siz tənqid  insanların  psixologiyasına və cəmiyyətin  inkişa­
fına  mənfilik  gətirir.  Həzrət Əli  buyurmuşdur ki,  əgər birini 
layiqli  olduğundan  artıq  tərif  etsəniz,  yaltaqlıq  etmiş  olar- 
sız.  Əgər  lazımi  dərəcədə  tərifləməyə  cəsarətiniz  çatma­
sa,  deməli,  ya  aciz,  ya  da  paxılsız. 
_______________________
204
----------------------------------------
İkincisi,  iqtisadi  məsələlərdə ədalətlilik  unudulmamalı­
dır.  Belə ki,  insanın  maddi  və  mənəvi  ehtiyacları  ən  sonra 
dövlət səviyyəsində ödənilməlidir.  Bu  gün  bu təlim barədə 
fikirləşməkdə əzab çəkməmək qeyri-mümkündür.  Əvvəllər 
tarix  dərsliklərində  bir  şəkilli  zərb-məsəl  vardı:  "Yeddisi 
xışla, biri qaşıqla".  Bir həqiqətdir ki, cəmiyyətimizdə bu  iq­
tisadi  məsələnin  həllinə diqqəti  daha çox yönəltmək  lazım 
gəlir.  Ağır fiziki  və  zehni  əməklə  yüklənmiş  insanlar  çətin 
halətdə  yaşamaq  məcburiyyətində  qalır.  Sokratdan  soru­
şurlar:
-  Yemək  üçün  hansı  vaxt  daha  münasibdir?
-  Yeməyin  varsa  acanda,  yoxsa tapanda...
Üçüncüsü,  bölgü  məsələsində  ədalətin  gözlənilməsi­
dir. Ölkə büdcəsindəki vəsait əhali arasında obyektiv, düz­
gün  -  ədalət  prinsipiylə  bölünməlidir.  Təəssüf  ki,  bu  gün 
belə  deyil,  nəticədə  hər  bir  vətəndaş  müxtəlif  bölgülərə 
məruz  qalır.Orta  təhsilli  sıravi  polis  alimdən,  həkimdən, 
mühəndisdən  qibtəedici  qədər  artıq  əmək  haqqı  alır.  Gə­
lin,  ayıraq  məmləkətdəki  zehni  gərginliyini  nəfa  vermək, 
yaşatmaq  ehtirasını  ortaya  qoyanın  aqibətini.  Həzrət  Əli 
buyurmuşdur  ki,  ölkənin  ən  ucqar  nöqtələrinə,  ən  yaxın 
məntəqələrə  ayrılan  miqdarda  vəsait  verilməlidir.  Ədalət 
insanın cövhərində doğulan, formalaşan və genlərlə ötürü­
lən  bir  hissdir,  dəyərdir.  O  zaman  pozulur,  o  fərdin  nəfsi, 
şöhrətpərəstliyi  -  mənəvi  iştahı;  o  adamın öz qohum-əqrə­
basını,  dost-tanışını,  həmyerlilərini  - sosial  naqisliyi  özünə 
diqtə  edir!  Və  bununla  ədalətlilik  aşağıdan  başlayaraq  yu­
xarıya qədər parçalanır, ovulur və itir.  Və bununla da  insan 
vəzifəsindən  asılı  olmadan  Tanrısından  uzaqlaşır.  Allah 
isə  ədalətli  olanları  sevir!
Psixi  analiz göstərir ki,  insan müxtəlif dini aspektlər ar- 
_______________________
2 0 5
_______________________


xasında  gizlənsə  də,  əslində  bu  aspektlərin  nəticələri  ey­
nidir.  Belə  ki,  insan  həyatı,  onun  reallığı  Buddanın,  Xristo- 
sun,  Sokratın  ideyaları  arxasında  gizlənsə  də,  son  nəticə­
də:  məhəbbətə,  ədalətə,  həqiqətə  can  atmaqdır.
Romana  qayıdaq  və  ədalətin  tapdanmasında  nata­
mamlıq  kompleksinin daha  bir diqqəti  cəlb edən  prosesini 
xatırlayaq.  Mir Cəlal bu məqamı  əsərə daxil etməkdə tarix­
lər  boyu  qanunların  şahlar,  tiranlar  tərəfindən  idarə  olun­
masını  xatırladır.  Niyə  belədir?  Qanun  şah  deyil?  Şahdır! 
Bu,  o  vaxt  yaranır,  hakim  dairələr  hakimiyyətlərini  qoru­
maq  üçün  bir sıra əsas dayaqları  əllərinə alırlar,  bunlardan 
biri  məhkəmə sistemidir.  Dövlət (hökümət)  o yerdə çat ve­
rir - ədaləti  müdafiə  etmir;  deməli,  bu  nöqtədə  ehtiyatlı  ol­
maq  lazım  gəlir.  Məşhur fransız  sosioloqu  və  filosofu  Şarl 
Monteskye  (1689-1755)  "İran  məktubları”  əsərində qayda- 
qanunların  hansı  mühitdə  və  məkanda  işlənməsi,  yaxud, 
əksinə  məsələsinə  toxunmuşdur.  İki  şərqli  Qərb  və  Şərq 
ölkələrində  hökm  sürən  qayda-qanunların,  sosial-hərc- 
mərcliyin xaotikliyinə istehza edir.  Hərçənd, filosof belə bir 
pozuntunu  xalqın  xarakteri,  mənəviyyatı,  idarə  üsulu,  iq­
lim,  torpaq  və  sairlə  bağlayır  və  amillər  inkar  olunmazdır. 
Lakin  ən  ədalətli  ölkələrdə  məhkəmələr  qanunları  pozur­
lar.  Mir  Cəlal  romanda  "Ədalət  məhkəməsi"  fəslində  həm 
insanların,  həm  də cəmiyyətin  daxili  aləmini  və puçluğunu 
qabarıq  verir.  Mən  deyərdim,  əsərin  ən  kövrək  dramatik 
yeridir.  Məhkəmədə  hakim  və  prokuror  haqqın  tərəfində 
dayanmaq  iradəsini  iki  məfhuma  hörmətində təcəssüm et­
dirməlidir.  Ana  və  Vətən.  Mühakiməyə  məruz  qalanlar 
anaların  övladlarıdır,  Vətəni  yaşadan  övladlarıdır.  Haqsız 
cəza  "müqəssirdə” ,  xüsusilə  Vətəndən  uzaqlaşmaq,  la- 
qeydləşmək  hissi  oyadır.  Minlərlə  soydaşlarımızın  Vətən­
_______________________
206
----------------------------------------
lərini tərk etməsi fikrimizin təsdiqidir.  Bacısı  üstündə  Hacı 
Rəsul  tərəfindən  şərə-böhtana  düçar  qalan  Bəndalıdan 
öncə,  əzab  çəkən  onun  anası  Məsmə  arvaddır.  Mir  Cəla­
lın  anaya  müraciəti-ricəti  ədalətin  bədii  təsvirində  kədərli 
bir  başlanğıc olmaqla  yanaşı,  başlanacaq  fəlakətin  xəbər­
darlığıdır:  "Heyhat!  Qoca  dünya,  bəzən  öz  gərdişini  sərt 
bir sükut,  daş  bir ürək,  kor məntiq,  daimi  bir amansızlıqda 
keçirən  qoca  dünya  kimsə  ilə  hesablaşmır.  Zaman  vəhşi 
bir  təlatüm  kimi  bütün  sahilləri  aşıb  hər  şeyi  ağzına  alır, 
kükrəyən  dağların  səsindən  göylər  də  fəryadları  eşitməz 
olur.  Ən  müdhiş  fəlakətə  düşəndə  də  ana  qəlbi  böyük­
dür!.."
Məhkəmənin  gedişi  inandırıcıdır,  insan  taleyilə cəmiy­
yətlərin  oynaması  həqiqəti  nəzərə  çarpır.  Mir  Cəlal  ən  xır­
da detallarına qədər təsvir etmişdir və mənə Lev Tolstoyun 
"Anna  Karenina"sındakı  məhkəmə  səhnəsini  xatırlatdı...
Haşiyəyə  çıxardım  ki,  romandakı  detallar  mənə  elə 
XXI  əsrin  müstəqil  dövlətimizdəki  bir  sıra  məhkəmə  haq­
sızlıqlarını  xatırlatdı...Və  böyük  yazıçımızın  uzaqgörənliyi­
nə  heyrət  kəsildim...
Hakimlər  hər bir  məmləkətdə  eyni  zahiri  görkəmdə  və 
xarakterdə  doğulurlar.  Fərqlər  də  ciddi  deyilmiş.  Belə 
"bənzərlikdir -  insan taleyinə biganə yanaşır; əvəzində qa­
nunların  özünü  cəzalandırırlar".  Romanda  oxuyaq  və  dü­
şünək:  "Hamı  boynu  zəncirli,  keşişsifət,  uzun,  çalsaqqal, 
qara paltar kişinin ağzından çıxacaq  hökmün  nə olacağına 
müntəzir  idi.  Hakimin  zahirinə,  quru,  arıqca  sifətinə,  eh­
malca  hərəkətlərinə  baxırsan,  qocalara  məxsus  nazik,  tut­
qun  səsini  eşidirsən,  deyirsən  bunun  başı  gora  titrəyir, 
heç toyuq  başı  kəsməyə,  bəlkə  də  o,  məhz  belə  bir təsəv­
vür yarada  bilməyinə görə  burada  oturmuşdur". 
_______________________
2 0 7
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə