A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə60/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   56   57   58   59   60   61   62   63   ...   82

təb  yaşlı  qızların  ərə  verilməsi  maraqlandırdı.  Bu  proses­
lərdə  Əntiqənin  və  Şəfiyevin  (başqa  personajları  da  istis­
na  deyil)  "davranış  xətti"  baxımından  şəxsiyyətin  əməllə- 
rindəki  zəif  və  qüvvətli,  mənfi  və  müsbət  həlqələri  ortaya 
gəldi;  ümid yarandı  ki,  Şəfiyevin davranışındakı  zəif,  mən­
fi  həlqə  dəyişsin.  Povestdə  insanın,  konkret  gənc  müəlli­
mənin  mənəvi  və  sosial  tələbatları  bədii  problem  kimi  qo­
yulmuşdur.  Ona  görə  ki,  bu  insan  da  anadan  gəlmədir, 
əbədidir.  O vaxt  insan  "insanlaşdı”  - bioloji  yetkinlik səviy­
yəsinə çatdı  -  bir sıra  mühüm  tələbatlar:  qarşılıqlı  münasi­
bətlər,  təhsil  alma,  əvvəlki  təcrübənin  mənimsənilməsi, 
mədəniyyətlərə  qovuşmaq  və  ilaxır  ən  mühüm  proseslər 
özünü  diqtə  etdi.  Bunların  idrakı  başqa-başqa  müsbət  də­
yərləri  realizə  etdi,  nəticədə  emosional  ovqat  və  xarakter 
formalaşdı.  Mir Cəlal pedaqoq və gözəl şəxsiyyət,  müşahi­
dəçi  olmaqla,  xüsusilə gənclərin davranışına yaxından  bə­
ləddi,  eyni  zamanda  sabah  müəllim,  pedaqoq  olacaq tələ­
bələrə  də  dərs  deyirdi.  Onun  üçün  aydın  idi,  insan  gənc 
yaşda  -  yetkin  olmayan  sosial  tələbatları  sadə,  əziyyətsiz 
üsullarla,  yollarla  əldə etməklə,  özünün  hazır davranış eta­
lonları  ilə eyniləşdirir,  hətta onları  təqlid edirsə,  tənqidi  ya­
naşmır,  daha doğrusu,  qiymətləndirmir.  Əntiqə tələbə  ikən 
hər  halda  xoş,  kövrək  günlər,  saatlar  yaşamışdır  və  özü­
nün  "etalonlarnı  yaratmışdı.  İntensiv  surətdə,  qızlara 
məxsusi  həvəslə,  maraqla  ideal axtarmış,  insanın  içərisin­
də  olan  mübhəm  sirlər  barədə  tez-tez  düşünmüş  və  yük­
sək  arzularını  məqsədə  çevirmək  iddiasından  yan  keçmə­
mişdir.  Xəyal-romantika  təbiətin  adi  görümünə  gözəllik, 
sehirkarlıq  qatmışdır.  Budur,  belə  bir  mənzərə:  "Yasamal 
yollarının  nadir və  bakir sükutunu  pozan  insanlar buradan 
ötəndə  söhbətlərini  dəyişir,  təbiətin  füsunkar  lövhələrini 
________________ _______
236
----------------------------------------
seyr edir, xəyala dalırlar.  Bir də  görürsən,  koldan  parıltı  ilə 
qalxan  kəkliklər  lap  aşağılara,  düzənliklərə  yol  aldı,  ayaz 
göylərin  dərinliklərində  ağır-ağır  qanad  çalan  qartallar  isə 
heç  nəyə  etina  etmədən  məğrur  uçuşları  ilə  intəhasız 
üfüqlərdə  təyyarə  kimi  süzür,  elə  bil  müsafirləri  müşayət 
edirlər”.
Sonra  Əntiqə  yüksəliş,  qələbə  və  uğursuzluq,  məyus­
luq  hisslərini  yaşayır.  Və  sual  doğur  daxilində:  Niyə  bu 
cürdür,  niyə  insanlar  laqeyddirlər,  uşaqlar  məktəbə  cəlb 
olunmurlar?  İradəcə  zəif  gənclər  sualı  cavabsız  buraxır, 
şəxsi  rahatlığını  üstün tuturlar,  Əntiqə  isə get-gedə həyata 
münasibətdə  xarakterinə  yol  tapmağa  çalışan  mənfi  emo­
siyaların  müəyyən  streotiplərə  çevrilməsinə  imkan  yarat­
mır;  buna  psixologiyada  "hisslərin  məntiqi"  deyilir,  yəni  o, 
hazırlanır  daxili  aləmdə.  Əntiqə  özünün  də  gözləmədiyi 
ehtirasla  hazır (özünəqədərki)  hərəkət  -  etalonların  yaran­
masının  qarşısını  alır;  ona  təzə,  çətin  görünən  ideyaları 
təcrübədə  sınaqdan  keçirir,  əməlini  -  işini  əyaniləşdirir. 
Budur,  sinif  sakitdir,  müəllimələrinin  önündə  müntəzir du­
rublar,  Əntiqə  sözünə  başlayır:  "Birinci  dərsimiz  hərflər­
dən  olacaq.  Şura  höküməti  bizə  lap  asan  əlifba  çıxa­
rıb...Bu  əlifbanın  özü  Şərqdə  bir  inqilabdır,  onun  vasitəsi 
ilə  biz  camaatı  oxudacağıq.  Hər  kəs  öz  ürəyinin  mətləbini 
yazacaq.  Daha  köhnə  zaman  kimi,  illər boyu  hıqqana-hıq­
qana əbcədi  əzbərləməyəcək,  bir-iki  aya  savad  öyrənəcə­
yik,  daha  gözüqapalı  adam  qalmayacaq..."  Bu  təsvir -  sin­
fin aparıcısı,  idarəedicisi  şagirdlərin diqqət mərkəzindədir, 
bu  şəhərli  qızın  geyimi  də,  hərəkətləri  də  sehrləyicidir  : 
"Əntiqə  danışırdı,  hərdən  çiynindən  sürüşən  ağ  haşiyəli, 
abı  rəngli  kəlağayısının  ucunu  qaldırıb  dala  ataraq,  daha 
da dik və  məğrur dayanır,  vacib  mətləblərdən  xəbər verən 
_______________________
2 3 7
_______________________


natiqlər kimi  ucadan danışırdı.  Onun  iri və qara gözləri  sa­
kit  əyləşən  və  dərin  maraqla dinləyənlərin  üzünə  dikilmiş­
di".
Əntiqə gözəlliyin və gerçəkliyin,  arzu  və  imkanın çətn- 
likləri  yaşamağa,  eyni  zamanda  aradan  qaldırmağa  qadir 
olduğunu  başa  düşür,  yəqinləşdirir,  nəhayət,  özünü  tap­
mağı  qətiləşdirir.  "Kim  olmalı?"  sualı  "Necə  olmalı?”  sua­
lına  adlayır!  Artıq  tələbə  rolunu  oynamaq  yox,  müəllim  si­
masını  qazanmaq  niyyətinə  sığınır.
Əntiqə sosial-mənəvi  cəhətdən şəxsiyyət olaraq  peda­
qoji  fəaliyyətini  idarə  edir,  necə  deyərlər,  taleyinin  öhdə­
sindən  gəlməyi  bacarır.  Günlər  keçdikcə  (əsərdə  qısa  za­
man nisbi  götürülmüşdür) o, öz mövqeyində zəruri  ümumi- 
ləşdirmələr  aparır:  biliyə  və  təcrübəyə  yiyələnir,  həyat 
prinsiplərini  seçməyə  başlayır,  "davranış  xətti"ni  müəy­
yənləşdirir.  Daha bir seçim;  ictimai  qayə.  Qadınların  mək­
təbə  ayaq  açması,  oxuması  problemi.  Amma  bu  yol  Ənti- 
qənin  həyatından,  nümunə  olmasından  keçməlidir.  Mir 
Cəlal  bu  məsələni  incəliyilə  verir:  "Bu  kənddə və  mahalda 
qadın  xeylağından  müəllim  təzə  şey  idi.  İndiyəcən  çadra­
dan çıxmış azəri  qadınların  kişilər qabağında  igid  kimi  da­
yanıb nitq dediyini görüb göstərən yox idi.  Bunu tatarlar da 
danışırdılar.  Danışırdılar  ki,  gün  buluddan  çıxan  kimi  Sevil 
çadradan  çıxıb,  böyük  bir  izdihama  üz  tutub  adamları  qa­
ranlıqdan  işığa,  Şərq  qadınlarını  dini  mövhümatdan  uzaq­
laşmağa çağırıb.  O, teatr idi,  Bakı  idi.  Nərimanovların,  Mir­
zə  Cəlillərin,  Üzeyir  bəylərin  yanında  idi.  Bura  isə  dağın 
kəlləsi,  Köşkü  kəndidir,  qara  camaatdır.  Adını  bilmədiyi­
miz,  atasını  belə  tanımadığımız  qaragöz  bir  qızın  hünəri­
dir:  Yox,  sən  öləsən,  bu  qız  kəndçiləri  oxudacaq,  görər­
sən!”  Əntiqə  yetkin  şəxsiyyət  kimi  bəzi  məqsədləri  daha 
vacib,  mühüm  amallara tabe  edir,  strateji  planlarını  qabar­
_________________ ______
238
----------------------------------------
dır,  şəxsi  tələbatları  üstün  tutur.  Kənd  uşaqları  istər-istə­
məz  məktəbə  gələcəklər,  bunun  işartısının  bünövrəsi  qo­
yulmuşdur.  Hərçənd, o şəxsi  istəyini  büruzə vermir, amma 
şagirdi  Rəhimin  ürəyindən  keçənlər çox  şeyi  pıçıldayır və 
gələcəyin  öhdəsinə  buraxır:  "Əntiqəni  eşitdikcə  Rəhimin 
fikri  ayrı  yerlərdə  cövlan  vururdu:  Görəsən  bu  ceyran  qız 
kimə qismət  olacaq,  ilahi?  Görəsən  onun  gözaltısı  varmı? 
Görəsən  ata-anası  onu  dağ  kəndlərinə  necə  ürək  eləyib 
buraxıb?  Adam  soyan  azdımı,  faytona  basıb qaçırtmazlar- 
m ı ? ”
Əntiqə daha  bir cəsarətli,  risqli  addım  atır,  azyaşlı  qız­
ların  oxuması  işinə  əl  qatır və bunun  qorxulu  olduğunu  bi­
lir:  O,  dərsdə  "hazırqayib"  edir:
Murad  Həsənzadə.
-  Zərifə  Əli  qızı.
-  Qurban  Qurbanoğlu.
-Ə d a lə t Teymurlu...
Ədalətin  adı  gələndə  uşaqlar bir ağızdan  dedilər:
-  Onu jurnaldan  poz -  gəlməyəcək!  Nişanlanıb! -  Ana­
sı  buraxmır! -  Atası  qoymur".
Əntiqə Ədalətin  dərsə gəlməməyinin  səbəblərini  öyrə­
nir və  üç gündür nişanlandığını  eşidir.  O,  yollar axtarır,  ru­
hi  həyəcan  keçirir.  Bəs  nə  etməli?  Əntiqənin  hərəkət  tər­
zi.  bir müəllim  kimi  narahatlığı  dəyişkən  sosial  şəraitə  uy­
ğunlaşmalı,  yaxud  sədləri  aradan  qaldırmalıdır.  Öncə,  hə­
yati  ziddiyyətləri  həll  edərkən,  fəaliyyətinin  davamına  va­
rarkən  iradəsini,  psixoloji  ehtiyatlarını  səfərbərliyə  almalı­
dır.  Belə  ki,  məsələnin  povestdə  qoyuluşu  "ictimai  insan" 
məfhumunu doğurur;  Əntiqənin öz  həyatı  amalını  müstəqil 
(o,  təkdir kənddə,  məktəbdə də)  idarə etmək tələbatı  onun 
fərdi  inkişaf - ontogenez prosesində məqsədi  uğrunda mü­
barizəsini təşkil edir.  Belə halda  lazım gəlir ki,  ümumiyyət­
_______________________
239
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə