A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə56/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

dən  münasibəti,  XX  əsrin  ilk  onilliyində  kənddəki  oyanışı, 
maarifçi  ziyalılarımızın  fəaliyyətidir.  Sabir  Tahirzadə  ilə 
Mirzə  Cəlilin  dünyagörüşündə  fərqli  cəhətlər-ayırmalar 
vardı,  lakin  bu  iki  simanı  ədəbi  istedad  və  bədii  zövq  bir­
ləşdirirdi.  Sabiri  Şamaxı  -  əyalət  ab-havası  sıxırdı,  daha 
doğrusu,  şair  bu  mühitə  sığmırdı.  Dini  zehniyyət  -  xurafat 
alovu,  kənddə  hökm  sürən  patriarxal  təsir  dairəsi  və  sairi 
canlı,  inandırıcı əsərə gətirmək əsas idi.  Əllinci  illərdə Sta­
lin  rejimi  devrilmişdi,  şəxsiyyətə  pərəstiş  aradan  qaldırılır­
dı  və  bu  siyasi-mənəvi  yanaşmalar  yazıçının  üslubundan 
yan keçə bilməzdi. Azərbaycanda artıq maarifçilik ideyala­
rı  genişlçnmişdi,  yeni  dərsliklər yaranmışdı,  yeni  milli  təh­
sil ocaqları fəaliyyətə başlamışdı.  Mətbu orqanların sayı və 
mövqeyi  diqqətdə  dururdu.  O  cümlədən,  "Molla  Nəsrəd­
din" jurnalı  Yaxın  Şərqdə  əks-səda  doğurmuşdu.  Dərginin 
isə  ilk  öncə  Sabirə  böyük  ehtiyacı  vardı.  Mirzə  Cəlil  bu 
missiyanı öz üzərinə götürdü. Təbii  ki,  Mir Cəlal baxmaya­
raq  keçmiş  dövrün  siyasi-ictimai  ovqatını  romanının  əsas 
mövzusuna  gətirmişdi,  lakin  başının  üstündən  mövcud 
Sovet  ideologiyası  asılmışdı.  Digər  tərəfdən,  ədəbi  tənqid 
30-cu  illərin  bəsit  ədəbi  təfəkkürü  də  deyildi.  M.Hüseyn, 
M.Arif,  H.Əfəndiyev,  Abbas  Zamanov,  Məsud  Əlioğlu, 
Əhəd  Hüseynov,  Qulu  Xəlilov  simasında  az-çox  yaş  fərqli 
tənqidçilər  qələmlərini  itiləmişdilər.  Onların  da  tənqidi  tə­
fəkkürlərində  məhdudiyyət,  mühafizəkarlıq  psixologiyası 
sözünü  deyirdi.  Və  roman  haqqında  haqlı  iradlarla  bəra­
bər,  subyektiv  yanaşmalar  mətbuata  yol  tapırdı.  Biz  bu 
haqda  irəlidə  danışmışıq.
Mir  Cəlal  əsər  üzərində  beş  il  işləmişdir.  İlk  romanını 
isə təxminən  13-15  il arasında qələmə almışdı.  Yaradıcılıq 
psixologiyası  prizmasından  baxsaq  və  şərti  desək:  iki  Mir 
Cəlal  nəzərə  çarpır;  özü  də  fərqli  üslubda. 
_______________________
220
________________________
"Yolumuz  hayanadır"  romanında  fərdi  xarakterli  əsas 
və qeyri-əsas personajlar qalereyası  mövcuddur.  ”Bir gən­
cin  manifesti"ndə  də  bunu  görürük.  Hərçənd,  mövzu  ya­
xınlığı  buna  mane olmamışdır.
Mir  Cəlal  50-ci  illərin  "pusquda"n  boylandığını  nəzərə 
almışdır.  Xüsusilə,  realizm  məsələsində.  Mən  professor 
Gülrux  Əlibəyovanın  maraqlı  bir  fikrini  xatırlamalı  olaca­
ğam:  "Həyatın,  onun  keçmişi  və  indiki  ziddiyyətinin  bədii 
həllini  düşünmək,  cəmiyyətimizin  keçdiyi  inkişaf  mərhələ­
lərinə  nəzər  salmaq,  bu  yolu  bütün  reallığı,  mürəkkəbliyi 
və  ziddiyyətlərilə  bu  günki  təsəvvürlər,  düşüncələr  baxı­
mından  işıqlandırmaq,  müasir həyatın  irəli  sürdüyü  bir çox 
kəskin  məsələlərə  cavab  axtarmaq  cəhdi"50  bədii  nəsrimi­
zə  xas  xüsusiyyət  idi.  Belə  bir  ədəbi  məqsəd  Mir  Cəlalın 
romanda  irəli  sürdüyü  ikinci  tezisə  zəmin  yaradır.  Müəllif 
yaradıcılığına  yaxından  bələd  olan,  Şamaxıda  fəaliyyətə 
başlayan,  camaatla  sıx  bağlı,  sonra  Bakıda, Tiflisdə  nəşrə 
çıxan  "Molla  Nəsrəddin"lə  əməkdaşlıq  edən  -  Sabirdən 
bəhs  edən  "Yolumuz  hayanadır"  romanını  qələmə  alır. 
Əsərin  qəhrəmanı  epizodik təsiri  bağışlayan  Əntiqə  obra­
zı  "Dağlar  dilləndi"  povestinin  qəhrəmanına  çevrilir.  Bu 
qızcığaz seminariynı  bitirmiş,  müəllim  kimi  fəaliyyətə baş­
layacaqdır.  "Buraxalış  konsertinə"  gələnlər  sırasında  mö­
təbər  qonaqlarla  yanaşı  bizim  tanıdığımız  Mirzə  Cəlil  də 
vardır.  Digərləri  içərisində  daha  ikisi  Rəcəb  Əfəndi(yev) 
və  Pənah Qasımov tarixi  şəxsiyyətlərdir.  Onlar vaxtilə  Qo- 
ri  Müəllimlər Seminariyasının  məzunlarıdır.  Zala toplaşan­
ların da,  rəyasətdə oturanların da diqqəti  Mirzə Cəlilədir. Ya-
50.  M üasirlik  və bədii axtarışlar,  "Azərbaycan” j.  1968,  Ns5, 
s əh .186.
_______________________
2 2 1
----------------------------------------


zıçı  təsvir edir:  "Bu təşvişi  dəqiqələr bir də ona görə  uzan­
dı  ki,  Mirzə  Cəlil  qabaq  sıraların  birində  əyləşdi,  yuxarıya 
getmək  istəmədi.  Müdir  və  Katibli  isə  rəyasət  heyətində 
dayanıb,  təkidlə  onu  çağırır,  əyləşmirdilər.  Tələbələr bunu 
görüb  ayağa  qalxdılar,  üzlərini  ədibə  tutub,  onu  alqışladı­
lar.  Nəhayət,  Mirzə Cəlil məcbur olub yerindən durdu,  əsa­
sına  söykənə-söykənə  yuxarı  qalxdı.  Zaldakılara  baş  əyib 
rəyasət  heyətində  əyləşdi..."  Bu  mənzərəni  seyr  edənlər­
dən  biri  də  Əntinqədir.  Bu  məzunu  hələlik  tələbəlik  illəri 
kövrək  günlərə  aparır,  lakin  ən  məsul  dövr  maarif  cəbhə­
sindəki  gələcək  fəaliyyətidir.  Tribunadan  danışan  isə  ray­
komun  katibi  Katiblidir.  Və burada  Sovet  ideologiyası  özü­
nü  qabarıq  verir,  halbuki  maarif  komissarı,  yaxud  semina­
riyanın  (pedaqoji) direktorunun çıxışı  daha məqsədəuyğun 
təsiri  bağışlayardı.  O,  bilavasitə  müəllim  peşəsindən, 
müəllimin  kənddə  nüfuzlu  sima  olmasından  söz  açır:  "Ca­
van  yoldaşlar  qoy  bilsinlər  ki,  müəllim  kənddə  uşaqlara 
yalnız  dərs  verməklə  kifayətlənməməlidir.  Axı,  bizim  kən­
din  işığa,  maarifə ehtiyacı  çoxdur.  Ona görə də bizim kənd 
komsomolçu  müəllimlərimiz  həm  də  kəndin  həkimidir,  aq- 
ranomudur,  vəkilidir,  mühəndisidir.  Bir sözlə,  kəndinin eti­
barlı  məsləhətçisidir.  Müəllim  kənddə  hörmət,  etibar sahi­
bi  olmalıdır".
Katiblinin  proqram  çıxışı  ilə  Mir  Cəlal  belə  bir  nüansa 
əl  yeri  qoyur  ki,  kommunist  ideologiyası  bütün  ictimai  və 
mənəvi  proseslərə  birbaşa  müdaxilə  edir,  öz  nəzarətinə 
götürür  və  "biz  indi  inqilabımızın  böyük  bayramına,  okt­
yabrın  on  illiyinə  hazırlaşırıq.  Gözəl Vətənimiz Azərbayca­
nı,  Leninin  dediyi  kimi,  Şərqin  qapısında  nümunəvi  res­
publikaya çevirməyə çalışırıq.  Bu mətləbləri  kəndlilərə,  sa­
vad  məntəqəsinə  təzəcə  ayaq  basan  muzdur,  rəncbər, 
_______________________
222
----------------------------------------
yoxsul  kəndlilərə  anlatmalıyıq”  -  fikrinin  aşılanmasından 
narahatçılıq  keçirir.
Mir  Cəlal  povestdə  məhz  pedaqoji  işi,  20-ci  illərdə 
əyalətlərimizə  yenicə  ayaq  açan  maarifçi  ziyalılarımızın 
əməyini  əyaniləşdirmişdir.  Məlumdur ki,  Qori  Seminariya­
sından  Ü.Hacıbəyov,  M.Maqomayev,  Mirzə  Cəlil,  Terequ- 
lov  qardaşları,  Yusif  Qasımov,  S.Sani  Axundov,  Əhməd 
Seyidov və  başqa  görkəmli  simaların  özü  Firudin  bəy  Kö­
çərlidən,  A.O.Çernyayevskidən  dərs  almışdılar,  Azərbay­
canın  bütün  ərazisində  çalışırdılar.  Sonra  isə  (1918)  məş­
hur Seminariya  F.B.Köçərlinin səyilə Qazaxa köçürüldü və 
pedaqoji  yarıminstitut,  texnikum  kimi  uzun  müddət  müəl­
lim  kadrları  hazırladı.  Povestdə  tarixi  adını  verməsə  də 
müəllif  -  hiss  olunur  Əntiqə  buranın  məzunudur.  Oxucu 
Məkanın  ünvanının  Bakı  olduğuna şübhə etmir.  Yazıçı  pe­
şəkar pedaqoq  idi  və təhsil  (maarif)  məsələlərini  yaxşı  bi­
lirdi; Tomas  Morun,  Feyerbaxın,  Plexanovun adlarını  təsa­
düfi  çəkmir;  bu  məsələlər  maarifin,  pedaqoji  elmlərin  eyni 
zamanda  nəzəri  məsələlərinə  də  toxunmuşlar,  əsərlər 
yazmışlar.  Amma  siyasi  ideologiyanın  hakim  mövqeyi, 
maarifin  bu  istiqamətdə  əsas  üstqrum  olması  katibin  çıxı­
şında özünü  bariz şəkildə göstərir.  "Sosializm - toxluq,  so­
sializm  -  bolluq,  sosializm  -  maarif”  çağırışları  fikrimizə 
əsas verir.  Deməli,  kəndlərə gedən  müəllimin  diqqətini  bu 
mühüm  ideoloji  elementlər cəlb  etməlidir.
Pedaqoji  işlərin  təltifi  maraqlı  detaldır.  Eyni  zamanda 
gənc  müəllimlərə  uğurlar dilənir.  Və  Mirzə  Cəlilə  söz veri­
lir,  o  danışır,  eyhamlı  yumoru  ilə.  Əsas  məğzi  kənd  həya­
tına,  müəllim  işinə  yönəldir  və  bu  dəfə  ciddi  deyir  ki,  biz 
kənd  əhalisinin  təsərrüfatını  gücləndirmək  istəyirik.  Gərək 
cavan  müəllimlərimiz  uşaqlara texnikanı,  maşını,  əsrin  tə- 
_______________________
2 2 3
----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə