A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə62/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   58   59   60   61   62   63   64   65   ...   82

də  öz  taleyini  görür.  Toya  hazırlaşan  məqamda  özündə 
cəsarət  tapır:  "Ədalət  toy  məqamında,  mərasimə  hazırlıq 
vaxtı  həyətə  doluşan  çadralı  qadınlara,  yaxın,  uzaq  qo­
humlara,  ailəsinə  dost  və  yaxud  düşmən  olan  adamlara 
qarşı  qəti,  sərt bir cavab  verdi:  -  Yox!  Yox!”
Yazıçı  bir  məqamı  -  detalı  verməklə  bu  etirazın  səsin­
dəki  rəngi  oxuculara  göstərir:  "Ədalətin  səsi  o  qədər sərt 
və  kədərli  idi  ki,  bu  sözlər  camaatın  qulağında  mis  kimi 
cingildədi.  Hamı  ona diqqət  kəsildi.  Ancaq ətrafa  baxanla­
rın  heç  biri  bu  sözün  kim  tərəfindən  və  kim  üçün,  nə  üçün 
deyildiyini  dərk  edə  bilmədi".  Həqiqətənmi,  Ədalət  yaşla­
rında zorla,  instiktiv ovqatla ərə gedən, verilən bu qadınlar 
anlamaq  iqtidarına,  zövqünə malikdirlərmi? Suala ən lako­
nik  cavabı  Mir  Cəlal  verir:  "Ədalətin  bütün  qanunlardan 
güclü  olan  bu  hökmü  sanki  məzlum  qızların  gözlərini  aç­
dı".
Artıq  Əntiqənin  təsiri  kənddə  siyasi-əxlaqi  müstəviyə 
çıxır və Ədalət bütün  "qalıqlara"  üsyana qalxır.  Rayon  İcra 
Komitəsinin  sədri  Şəfiyevin  yumşaq  "jesti"  Ədaləti  böyük­
lər qarşısında  düşünməyə çağırır.  Kəndçi  məktəblisi  cəsa­
rətlə deyir  ki.  siz  hökümətsiniz,  amma  mənim  ixtiyarım  öz 
əlimdədir,  daha  köhnə zaman  deyil ki, qızları qolundan ya­
pışıb  satsınlar.  Mən  Rüstəmə  görə dərsimi  atmayacağam. 
Dünya dağılsa da atmayacağam.  Xahiş edirəm  mənim sö­
zümü  iclaslara  salmayın.  Mənim  dərsimə  heç  kəs  mane 
ola bilməz.  Ədalətin  Şəfiyevə sərt etirazı  məktəbli  çərçivə­
sini  ötür.
Ədalətin  Rüstəmə  ərə  getməməsinə  hətta  atası  Ca­
hangir  kişi  də  narazı  qalır,  hökümətin  gücünə  və  Əntiqə­
nin  nüfuzuna  ehtiyatla  yanaşır.  Rüstəmə  deyir:  "Bala,  əq- 
lin  keçmişə  getməsin,  zəmanə  pis  olub,  igidlik,  qoçuluq 
vaxtı  deyil.  Sən  görən  ağacların  kökü  kəsilib.  Mənim  atım
_______________________
2 4 4
----------------------------------------
gedən cığırdan fayton yolu çəkilib  O vaxt kəhər kişnəyən­
də  naxır yoldan qaçırdı.  İndi  zəmanə dəyişib,  oğul,  şəhər­
dən  fərman  alıb  gələn  saçıburuq  arvadlar  rayonda  ağalıq 
edirlər".  Yaxud:  "A  bala,  sən  indi  elə  bir qıza  tilov atmısan 
ki,  o  da  Əntiqə  xanımın  yaxınıdır,  məktəb  qızıdır,  səni  də 
saya salan deyil".  Ədalət yaşına uyğun olmayan cəsarətlə 
oğurluq,  faytonla  rayon  mərkəzinə,  oradan da  "Molla  Nəs­
rəddin'^,  Mirzə Cəlilə  pənah gətirir.  Onların  arasında  ata- 
bala  söhbəti  olur.  Mirzə  Cəlil  gəlişinin  səbəbini  soruşur, 
Ədalət  isə  utanır,  yeganə  arzusu  onu  məktəbdən  ayırma­
sınlar,  zorla  edirlər bu  işi.  Mirzə Cəlil eşidəndə  ki,  o.  Köş­
kü  kənd  məktəbində  Əntiqənin  şagirdidir  -  qürurlanır.  An­
caq qızların  məktəbdən yayınmasının  ümumi  bəla olduğu­
nu  da  gizlətmir:  "Ədalət,  qızım,  bir  sən  deyilsən,  bizim 
kəndlərdə qızlarını  dərsə  buraxmayanlar çoxdur.  Şura  hö­
küməti  bu  köhnəpərstlərlə  mübarizə  aparır.  Köhnə dünya­
nı  geri  qaytarmaq  olmaz".  Və  Əcialəti  Ruhullanın  yanına 
aparır. Ədalətin  hansı  məktəbdə oxuyacağını  müəyyənləş­
dirirlər.
Bu məqamlar Ədalətin anası  Səltənətin intizarına,  "qa­
ra  günlərinə"  səbəb  olur  O,  qızım  kim  gəldi  soraqlayır. 
Daha xəbəri  yoxuydu  ki.  Ədalət Bakı  Darül müəlliminə qə­
bul  edilmişdir.  Daha doğrusu, seminariya  məktəbinin ehti­
yat sinfinə,  pansionata,  dövlət  hesabına.
Ədalət kəndə qayıdır, sakit nəfəs alır,  ürəyi  atlanır.  Bə­
li,  indi  yollar  geri  qayıdır.  Yazıçı  bu  hissi  şırın  təsvir  edir: 
"İndi  onun  qarşısında  heç  bir  maneə  yox  idi.  Komissarın 
əmrilə  aldığı  kağız  daşdan  keçərdi.  İndi  onun  səadət  yolu 
müəyyən  olmuşdu.  Anası  da.  atası  da  yəqin  ki,  Komissa­
rın  əmrindən  məmnun  qalacaq,  uşaqlarının  seminariyada 
təhsil  almasına  sevincəkdilər...O.  uzaq  və  çətin  döyüşlər­
dən  qalib  çıxan,  qan-qadalardan  keçən,  odlar,  alovlar  gö-
_______________________
245
---------------------------------------


rən  bir  əsgər  kimi  təmkinini  saxlayır,  az  dinir,  az  danışır, 
gəlib-gedəni  yaşına yaraşmayan  bir ağırlıqla  qarşılayırdı".
"Dağlar  dilləndi”  povesti  Mir Cəlalın  müstəqil  əsəridir; 
onun  pedaqoji  fəaliyyətindən  irəli  gələn  yaradıcı  müşahi­
dəsinin  məhsuludur,  hadisələr  daha  dinamik  inkişaf  edir, 
talelər  mürəkkəbləşir  və  qarşıda  konfliktlərin  səsi  eşidilir. 
Belə düşünməyə əsas yaranır ki,  Mir Cəlal  əsərinin sonra- 
sını  davam  etdirmək üçün xeyli  açılmamış  hadisələrin,  xa­
rakterlərin  psixologiyasını  tamamlamamışdır.  Təbiəti  saf 
insanların taleyi  təbiətlə ahəng  yaratmaq  ehtiyacı  duyurdu 
və  aşağıdakı  təsvirlə  povestin  qurtarması  da  təsadüfi  de­
yildi:  "Buludları  əmən  uca və qarlı  dağların şiş zirvəsindən 
qopan  səmavi  bir  Alov  kimi  coşub  gələn,  bütün  ətrafı  bü­
rüyən  bahar sularının  həzin,  riqqətli  səsi  isə get-gedə güc­
lənir,  gücləndikcə  məntiqli  bir ahəng  alır,  hüdudları  ötərək 
aləmi  bürüyürdü..."
246
III  HİSSƏ
”TƏ ZƏ  ŞƏ H Ə R ”  ROMANI
Mən  ədəbiyyatda,  xüsusilə,  nəsrdə  əsərlərin  yazılma 
ardıcıllığını  nəzərə  almağı  qəbul  etmirəm  və  bunu  ədəbiy­
yatşünaslığın tədqiqi  mövzusu  kimi  də götürmürəm.  Öncə, 
yazıçını  -  onun  ədəbi  düşüncəsini  (təxəyyülünü)  maraq­
landıran  mövzular  daha  çox  narahat  edir.  Təsadüfi  sayıl­
mır  ki,  dahi  Lev Tolstoy  ədəbiyyat  haqqında  yazarkən  fik­
rində  birinci  məzmunu  götürürdü;  bu  isə  mövzudan  irəli 
gəlir,  mövzudan  asılı  olaraq  məzmun  və  forma  seçilir, 
L.Tolstoy  belə  ümumiləşdirir  ki,  əvvəlcə  məzmuna  diqqət 
kəsilirəm, çünki  sənətkarın yeni  tərəfdən  işıqlandırdığı  hə­
mən  məzmun  hansı  dərəcədə  zəruridir,  oxucular  üçün  də 
həmçinin;  hər  bir  incəsənət  əsəri  yalnız  həyatın  yeni  bir 
cəhətini  işıqlandırdığı  təqdirdə  əsil  sənət əsəri  olur.
Məsələyə bu  kontekstdən yanaşanda yazıçının yaradı­
cılığında  azadlığı,  sərbəstliyi,  mövzuya  lap  dolanbac,  fər­
di-zövq  həvəsli  yanaşmanı  və  sairi  arxa  plana  keçirməyə 
dəyməz.  Bu  kimi  komponentlər əsərin  istənilən vaxtda qə­
ləmə alınmasını  şərtləndirir.  Ona görə də yazıçının yaradı­
cılığından  danışarkən  əksi  ənənədən,  mütləq yanaşmalar­
dan  uzaqlaşmaq  lazım  gəlir.  Əgər  dahi  tənqidçi  V.Q.Be- 
linskinin  roman  nəzəriyyəsi  barədə  dəqiq  mülahizələrini 
xatırlatsaq,  söz-söhbətə  əlyeri  qalmır;  Bir  bədii  əsər  kimi 
vəzifəsi  gündəlik  həyatdan  və tarixi  hadisələrdən  təsadüfi 
hallarda  ayırmaq,  onların  mahiyyətinin  dərinliyinə,  məğzi­
nə  -  yaradıcı  ideyasına  vaqif  olmaq,  zahiri  və  dağınıq  ha­
disələri  ruhun  və  şüurun  qan  damarına  çevirməkdir...Ro­
man  öz  vəzifəsini  yerinə  yetirmək  cəhətindən  azad  xəya-
_______________________
2 4 7
_______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə