A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə31/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

üstündə  qabaq-qabağa  gül  iyləyən  Yusifin  və  Züleyxanın 
üstündə  sanki  çoxdankı  bir  həsrətlə  rahatca  uzandı.  Elə 
arxayın,  elə şirin  uzandı  ki,  deyirdin  bütün ömrü  boyu çək­
diyi  əziyyətlərin  hamısını  bir  anda  canından  çıxarmaq  is­
təyir.  Anası  həyətin  kənar  tərəfini  sulayıb  süpürmüşdü. 
Köhnə  bir  palaz  salıb  balış  qoymuşdu".  Bu  epizodda  həm 
əməkdən sonra bir rahatlığa can  atmaq ovqatı, digər tərəf­
dən, evdə ən əziz bir şeyin qonağa saxlamaq səxavəti,  nə­
hayət də yadigar nəyəsə toxunmamaq adəti təsvir edilmiş­
dir.  Mərdan  anasına  deyir ki,  bu  xalçanı  kimə saxlayırsan, 
ay  ana?  Anası  cavablandırır ki,  dur,  az  danış,  kimə  saxla­
yacağam.  Mərdan  bilirdi  ki,  bu  xalça  anası  üçün  müqəd­
dəsdir,  öz  əliylə  toxumuşdur  və  onu  da  kəsdirir  ki,  belə 
şeylər o  qədər də  vacib  deyil.  Ona görə  də  deyir:  -  Müsəl­
manın  işi  belədir,  xalça-palazı  yük  yerində  çürüdür,  özü­
nün  də  canı  çul  üstində  çıxır!
Sona  bu  sözləri  qulaqardına  vurur:
-Uşaqsan  hələ,  -dedi,  -bala.  -Ev yiyəsi  olmamısan,  da­
banla  qapı  açmamısan,  nə  bilirsən  səliqə-sahman  nədir. 
İyirmi  ildən  çoxdur onu  üfürə-üfürə saxlamışam,  bir niyyə­
tim  var  ki,  saxlamışam  da!  Əcəldən  aman  olar,  görərsən 
niyə  saxlamışam.  Yox,  ölərəmsə,  onda  heç!
Bu  dialoqda  M.Cəlal  məişət  səviyyəsindən  söhbəti  çı­
xarır,  eyni  zamanda  azərbaycanlı  ailəsində  etik  normala­
rın  gözlənilməsini  verir.
Biz  kiçik  bir söhbətdə  dilin  passivliyini  görmürük,  qəfil 
atmacaları  da  həmçinin.  Əksinə,  ananın  müdrikliyi  özünü 
büruzə  verir:  xalqının  əzizlənməsi  səbəbsiz deyil
Sübuta  ehtiyac  duyulmur  ki,  yazıçının  dil  poetikası 
onun  geniş  və  dərin  həyat  müşahidəsindən  irəli  gəlir,  in­
sanların  dil  mühitinə bələdliyindən  nəşət edir:  Epitetlər,  dil 
vahidləri,  atmacalar,  məsəllər və  sairi  nəzərdə  tuturuq.
_______________________
122_______________________
Dilin poetikasına gəldikdə,  Mərdanın və Sonanın danı­
şığında  müəllifin  "müdaxiləsi"  yoxdur.  Obrazlar  öz  daxili 
nitqlərində  səsləndirir  fikirlərini.  Professor  Ağamusa 
Axundov40 4
1
  bu  məsələni  obyektiv  qiymətləndirib  yazır  ki, 
söhbətdə  (dialoqda)  yazıçının  heç  bir  müdaxiləsi  olmur, 
belə  halları  realizmlə izah etmək olmaz,  rəsm əsəri fotoşə­
kildən  fərqlənən  kimi,  surət dili  də  ayrı-ayrı  fərdlərin  danı­
şığından  gərək fərqləndirilsin!
A.  Axundaov  öz  fikrinin  təsdiqinə  möhür vurmaq  üçün 
məşhur  rus  yazıçısı  A.  Fadeyevdən  sitat  gətirir:  "Çoxları 
unudur  ki,  bədii  əsərdə  hətta  danışıq  dialoq  frazasında 
məişət  danışığında  deyilən  frazalar  kimi  sadəcə  olaraq 
öz-özünə adamın  ağlına  gələn  fraza deyil;  bu  fraza  da ya­
radılır.  Onun yaradılması  prosesi  mürəkkəbdir,  ancaq  me­
xaniki  deyil4’.
Mir  Cəlalın  orijinallığı  ondadır  ki,  dialoq,  söhbət  təsvi­
rin  fonunda verilir;  təbiət  mikro və  yaxud  makro  mühiti  ta­
mamlayır.
Romanda  dil  poetikası  Bahar-kəndistan,  Sona  -mühit, 
Mərdan-  şəhər xəttiylə  cərəyan  edir.  Bu  ikiliklərdə  əlbəttə 
təsvirdə  ritmilik,  daxili  qəzəb,  xarakterin  açılması  və  sairə 
əyaniləşir.  Mir Cəlal  zəngin dil  ehtiyatına arxayınlıqla  nəs­
rin  şeiriyyətinə  imkan  yaradır.  Məsələn,  Mərdan  Mövlam 
kişiylə  xudahafizləşib çıxır.  Onun  əhval-  ruhiyyəsi  yerində 
deyil;  bu  isə  hadisənin  sosial  vəziyyətindən  xəbər  verir: 
"Mərdan  yorğun  olsa  da,  gün  qalxanacan  özünü  Yaqubun 
məskəninə yetirməyə çalışırdı. Ancaq bacara bilmədi. O,  bat­
man-batman  batdaq  götürən  ayaqları  ilə çimli  meşəyə dik­
40.  Axundov Ağamusa.  Dilin  estetikası,  B.  1985,  səh.  44.
41.  Yenə  orada,  səh.  44.
123
I


lənəndə  hava  lap  işıqlaşmışdı.  Şəfəqlə  dağları  seçmək 
olurdu.  Ağaclardan  daman  yağış  xəzələ  düşüb  səs  eləyir­
di.  Başqa  heç  bir  səs-səmir yox  idi.  Yol  yeriməkdən  Mər­
danın  ayaqları  lap  keyimişdi,  qılçaları  qoltuq  ağacları  kimi 
hissiz olmuşdu  ’’
Mərdan  mühim tapşırığı  yerinə yetirməlidir, amma fizi­
ki  yorğunluq  onu  xatırlatdığımız  kimi  əldən  salmışsa,  ruhi 
ovqat,  daxili  güc  qalıb  çıxır,  yazıçı  təsvirin  motivlərini  də­
yişir:  "Mərdan...ox  kimi  havanı  yararaq,  qulaqlarında  səs­
lənən  soyuq  küləklərdə  üzərək Tatılı  kövşənlərinə yaxınla­
şırdı.  Ceyran düzündə sanki  hər şey  kənara çəkilib tək at­
lıya  yol  verirdi.  Bu  gün  artıq
hökumət  qoşunları  geri  çəkilmişdi,  atışma  kəsilmişdi. 
Ağaclar  arasından  qalxan  rütubət  qoxulu  tüstü  kədər  kimi 
dağlara  və  meşələrə  çökürdü.  Kövşən  dolusu  mal-qaranı, 
üstü  açıq  və  örtülü  arabaları,  dalına  körpəsini  şələləmiş 
qadınları  görəndə  Mərdan  vəziyyəti  lap  aydın  başa  düşür­
dü."  Bir-birinə  zidd  əhval-təfərrüatın  lakonikliyində  canlı 
təsir bağışlayır.
Romanda  yuxarıda  vurğuladığım  motivlərə  qayıdıram. 
Bahar ilk  növbədə kənd  uşağıdır,  kəndin özəl  koloriti: dağ- 
dərəsi,  otu-çəməni,  quşu-heyvanı,  yağışı-quraqlığı  və  s. 
onun xarakterinə də təsirlidir.  Saf təbiətin qoynunda doğu­
lub  boya-başa  çatan  adam  şəhərlidən  seçilir.
Mir Cəlal  xəlqi  yazıçıdır,  kənd  havasını  yaşamışdı,  ca­
van  qələm  sahibidi  və  bu  amillər  əsərin  poetikasının  bir 
mühüm  atributu  kimi  tərənnüm-təsvirdə  özünü  göstərir. 
Kənd  uşağı  adətən  quşlara  həsəd  aparır,  onları  ovlamaq 
istəyir,  lakin  bu,  mümkünsüzdür,  yəni  əlində  bir  vasitə 
yoxdur  istədiyinə  nail  olsun.  Baharda  da  bu  həsrət  vardır.
Bahar  obrazı  ilk  səhifələrdən  ona  görə  sevilir  -  kənd
_______________________
124
----------------------------------------
əxlaqının  əlamətləri  onda  mövcuddur:  Davakarlıq,  söz  gö­
türməmək,  heyvanat  aləmini  sevmək,  gəzib-dolanmaq  və 
ilaxır.  Yazıçı  Baharı  iki  məqamda  verir:  Kəklik  və  ceyran 
tutmaqda.  Sonradan  ikinci  əhvalat  daha  ictimai  səciyyə 
daşıyır.  Baharın  sərbəstliyi:  "Qoruqçu  kövşəndə  olanda 
qorxulu  idi.  Bahar aşıqlarını  gizlədib quzunun dalınca düş­
dü.  Ağacı  çiyninə qoyub fit verə-verə yeriyir,  hərdən  dərə­
yə daş atır,  kol-kosu  eşələyir,  quş axtarırdı.  Çünki  çöl-  ba­
yıra  bələddi,  ümidi  də var  ki,  yanılmamışdı,  otların  arasın­
da çil-çil bir şey gözünə dəyir;  quş qanadına oxşadır.  Kək- 
likdi,  tərpənmirdi.  Onu  tutmaq  üçün  kənd  uşaqlarının  bir 
üsulu  daha  münasibdi:  "Bahar  yavaş  yeridi.  Papağını  tez 
yuvanın ağzına basdı.  Kəklik bərk çırpındı, qanad çaldı. Az 
qaldı  əldən  çıxsın.  Bahar onun  quyruğundan  yapışdı.  Quş 
dartınıb  uçmaq  istəyirdi.  Bahar onu  sevincək,  ikiəlli  quca­
ğına  basmışdı.  Kəkliyin  bala çıxardığını  zənn edib yuvası­
na baxanda boz və balaca yumrtalar gördü.  İsti  göyçək yu­
murtaları  aşıq  kimi  ovuclayıb  cibinə  doldurdu.  Dünyaları 
fəth  etmiş  kimi  yeyin,  sevincək  yeridi."
Bu epizodda  uşaqlıq dünyasının  həm daxili,  həm də fi­
ziki  ovqatı  necə də canlıdır.  Kəklik quşlar sırasında sevilir, 
daşdan-daşa,  qayadan  qayaya  səkir,  otların  arasına  sinir. 
Hər  bir  uşaqda  bu  quşu  tutmaq  həvəsi  oyanır.  Bahar  pa­
pağı  ilə quşu tutur.  Bu məqamda onun yumurtalarını görür. 
Bu  məqamda yazıçı  isti detal yaradır və uşaqların çox sev­
diyi  aşıq-aşıq  oyununu  xatırladır.  Mən  bu  yeri  oxuyanda 
uşaqlığıma-əllinci  illərə  qayıtdım.  Mənə  elə  gəldi  Baharın 
yanındayam və o,  məndən cəld tərpəndi,  kəkliyi tutdu, ona 
qibtə  elədim.  Bəli,  yumurtaların  istisi  isə  kəkliyin  qırt  yat­
dığını  göstərir.
Baharın  uşaqlığını  yaşamaq  iqtidarından  məhrumluğu 
quru,  soyuq sözlərlə müşayət olunmur, təbiətlə təmasında,
_______________________
125
---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə