A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə29/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   25   26   27   28   29   30   31   32   ...   82

güc,  haqsızlığın  aradan  qaldırılması  daha çox  maraqlandı­
rır.  Onlar  ədalətli  işə  qol  qoyurlar  və  ədalətli  də  cəmiyyət 
qurmağa  əmindirlər.  Hər  halda  yıxılan  quruluş  bu  məğlu­
biyyətə  layiqdir;  keçmiş  burjua  əxlaqi  inqilabın  yetirəcəyi 
cəmiyyəti  təmin  etmir:
"-Yaşasın qırmızı Azərbaycan,  Sovet Azərbaycanı!  Şə­
hər  zəhmətkeşləri,  inqilab  bayraqları  olan  rus  oğlunun 
muştuluq səsinə bitmək bilməyən alqışlarla cavab verdilər
-Yoldaşlar!
Bu  səs  bütün  qüdrəti,  dərin  və cahanşümül  mənası  ilə 
hər tərəfə yayıldı,  eşidilənlərin zehninə ayıqlıq və işıq verdi.
-  Yoldaşlar!!!"
Qələbənin  səsidir  bu.  Mərdan  daha  çox  sevinir,  məb- 
husları  azad  edir.  Bu,  bəlkə  də  inqilabçıların  ilk  qələbəsi­
dir.  M.  Cəlal  romanda  inqilabın  dalğasını  musiqinin  fonun­
da təsadüfən verməmişdir:  "Bir səs  Mərdanı  öz xəyalların­
dan  ayırdı.  Sənət  texnikumu  tələbələrinin  musiqi  dəstəsi 
qalib  qızıl  əsgərləri  təbrikə  gəlirdilər...Orkestrin  gur  və 
şadlıq  səsi  yalnız  əsgərləri  yox,  silahla  alınmış,  çox  qur­
banlar bahasına  fəth  olunmuş  böyük və  müqəddəs  azadlı­
ğı  alqışlayırdı."  A.Lunaçarski  yazırdı  ki,  hər  bir  inqilab  nə­
həng  bir simfonyadır.  Eşidilən musiqi  bir tərəfdən,  ayrı-ay­
rı  adamları-  inqilabçıları  ruhlandırır,  digər tərəfdən,  ictimai 
hadisənin  təntənəsini"  bədii  obraza çevirir,  mücərrədçilik- 
dən çıxarır.  Üzeyir bəyin  "Uvertüra"sı,  Bethovenin  "Qəhrə­
manlıq  simfoniyası”  bütövlükdə obrazlardır.  Müsiqi  bu  mə­
qamlarda  ictimai  səciyyə daşıyır və  M.Cəlal  bununla  hadi­
sənin  poetikasını  açır.  Romanda  inqilabi  hərəkatın  vüsət 
alması  musiqinin  müşayətilə  baş verir.  İnqilab  gözəldir və 
bunu dərk etmək lazımdır, ona görə ki,  inqilab səadət, xoş­
bəxtlik,  azadlıq  gətirir və  A.Lunaçarski  demişkən:  -  İnqila­
bı  təkcə  ona  az  və  çox  dərəcədə  öz  əqlilə  nüfuz  edə  bilən
---------------------------------------
114
----------------------------------------
adamlar  deyil,  həmçinin  onun  gözəlliyini  duyan  adamlar 
başa  düşür və  qəbul  edirlər.
"Bir  gəncin  manifesti"  romanına  qiymət  vermək  lazım 
gəlirsə,  yenə təkrar edirəm: empirik təhlildən yan  keçməli­
yik  və  əsərin  məzmunundakı  əxlaqilik  meyarını  əsas  gö­
türməliyik.  İnqilab  vasitədir,  maraqlısı  bu  vasitənin  icraçı­
larının  hansı  əxlaqa,  əqidəyə  məlikliyidir.  İnqilab  qələbə 
çaldı,  hakimiyyətdə şübhəsiz, fəhlələr,  kəndlilər oturmaya­
caqlar.  Mərdanlar,  Yəhyalar,  Talıblar  və  b.  oturmayacaq­
lar.  Hələlik  isə  müəllif  üçün  önəmlisi  məhz  baş  qəhrəma­
nın  inqilab yolunda əxlaqi dəyərləridir.  Milyonlarla xalqı  ar­
xasınca  aparan  və  qələbə  əldə  edən  yeni  inqilabçı  nəslin 
hiss  və  düşüncələri  necədir?  Mərdanı  biz  o  qiyafədə  təs­
vir  edirik  ki,  yenilik-cəmiyyətin,  insanın  əxlaqi  təzələnmə­
si  xaricində  başa  düşülməməlidir;  əxlaq  inqilabdan  ayrıl­
mazdır.  Mərdan  və  onun  həmkarları  niyətlərinə,  ideyaları­
na obyektiv şəraiti  yaratmaqda  israrlıdırlır və  onları  fərəhli 
həyat,  ədalətlilik,  ahəngdar  münasibətlər  düşündürür,  bu­
na səy göstərirlər.  Cəmiyyət və şəxsiyyətin  əxlaqi  tərəqqi­
sinə  şərait  yaradılsın.  Mərdan  xüsusilə,  inqilabı  işə  inanır 
və əmindir ki, özü də olmaqla insanlarda mərdlik,  mübariz­
lik,  təşəbbüskarlıq  və  sairə  əxlaqi-  iradi  keyfiyyətləri  inki­
şaf  etdirəcəkdir
Mərdan  əksi  cəmiyyətlə  xudafizləşirsə,  "inqilabi  xa­
rakteri"  onun  insaniliyini.  qardaş məhəbbətini,  ağır niskin- 
liyini  üstələməkdə  acizdir.  Baharın  ölümü  onu  indi  başı 
ayılandan  sonra  düşündürür,  maraqlandırır.  Daha  doğru­
su,  fərdi  hissləriylə  əsla  maraqlanmır.  Lakin  vaxt  çatmış­
dır.  Rəssam Arazdan on yaşlı  Baharın portretini  çəkdirmə­
yi  xahiş  edir,  əlbəttə,  rəmzi  olsa  da  lazımdır,  bütün  azəri 
cocuqlarının  ümumiləşdirilmiş surətidir:  "Yoldaş Araz,  mə­
nim  qardaşım  həqiqətən  gözəl  bir  insan  idi.  Ceyran  balası
______________________
-
115
-
-------------------------------------


kimi  qara,  iri  gözləri,  daraq  kimi  kirpikləri  vardı.  Ağlayan­
da bir-birinə dolaşırdı.  Günahsızlığının  ifadəsini  baxışında 
çəkin!  O  baxış  mənim  sinəmə  sancılıb  qalmışdır.  Onun 
qəlb aynasında zərrə qədər pas yox  idi. Yəqin ki,  böyüyən­
də  də  olmazdı.”
Roman  Baharın  lirik macərası  ilə başlayır. Tale onu fə­
lakətlərə  doğru  səsləyir,  lakin  hələlik  özünü  qayğısız  hiss 
edir,  anası  və  qardaşının  himayəsindədir.
Romanın sonunda biz Baharın faciyəsini  Mərdanın xə­
bərdarlığından  sonra  bir  daha  hiss  edirik.  Qara  buludlar 
arxada  qalmış,  Mərdan  sərbəstləşmişdir.  İndi  Baharın  ye­
ri aydın görünür.  Lakin  Mərdanın ricəti təsirli səslənir:  "Ba­
har,  sən  haradasan,  bir  qalx,  qalx,  kəndimizdə  yoxsul 
uşaqları  üçün  düzələn  məktəbin  bağlara,  bağçalara açılan 
pəncərələrinə  bax!  Quşlar  kimi  səs-səsə  verən  yoldaşları­
nın  şirin  nəğməsini  eşit!  Bu  xoşbəxt  uşaqların  üzünə  do­
ğan  ağ  günlər  sənin  də  haqqın,  payın  idi.  Həsrətilə  öldü­
yün  məktəb,  dərs yoldaşları,  yeni  mahnılar sənə  ana  südü 
kimi  halal  idi
Bahar,  yetim  qardaşım,  sən  hardasan,  qalx.  Anana tə­
səlli  ver..."
116
IV
Mir Cəlalın bədii  üslubunda epik və lirik təsvirin qovuş­
ması  xüsusi  haldır.  Bəzi  dilçilər,  xüsusilə,  ədəbiyyata bağ­
lı  tənqidçilər bu  iki  məfhumi  ayırır,  başqa qütbdən yanaşır­
lar.  Bu,  səhvdir,  çünki  xüsusilə,  nəsrin  poetikasından  da­
nışanda yazıçı obrazın daxili aləmini, mühitin sosial psixo­
logiyasını,  habelə  təbiəti  təsvir  edərkən  dilin  məzmunun- 
dakı  epik-lirik  ovqatı  ayırmaq  niyyətini  güdmür.  Öncə,  öz 
ana  dilində  yazır,  öz  soy-kökündə  düşünür  və  ifadə  edir. 
Ümumiyyətlə,  yazılı  ədəbiyyatda,  təbii  ki  nəsrdə  dilin  im­
kanlarının  yazıçı  tərəfindən  verilməsinin  siyasi,  sosial, 
milli,  mənəvi  əhəmiyyəti  misilsizdir,  yeri  gələndə qaranlıq 
qalan ciddi  məsələlərə  məhz bədii  əsərlərdə cavab tapılır. 
Azərbaycan yazıçıları  M.F.  Axundovdan  başlayaraq  xarici, 
o cümlədən  ərəb,  fars sözlərindən,  tərkiblərindən  xilas ola 
bilməmişlərsə,  ədəbi  dilimizin  saflığını  qorumuş,  daha  da 
inkişaf etdirmişlər.
Professor,  görkəmli  dilçi  Fəxrəddin  Veysəllinin  sözləri 
çox yeninə düşür:  "Xalqın dili onun öz tairix hüdudlarından 
çox-sox  əvvəl  başlanan,  bütün  mənəvi  həyatı  boyu  heç 
vaxt  solmayan,  həmişə  yenidən  pardaqlanan  ən  yaxşı  çi­
çəkdir.  Dildə  bütün  xalq, onun  soykökü canlanır,  onda xal­
qın  ruhu  yaradıcı  qüvvə  ilə  fikirdə  əriyir,  vətənin  siması 
olur  onun  havası,  fiziki  hadisələri,  iqlimi,  çölləri,  dağları, 
dərələri,  meşələri, çayları, qasırğa və tufanları  şəklə və sə­
sə  çevrilir"39.
39. 
Fəxrəddin  Yadigar.  Dilimiz,  qeyrətimiz,  qayğıları-mız.  B. 
1997,  səh.  156-157.


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə