A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə24/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

bəsləmişlər,  uşaqları  məktəbə  getmişdir,  eyni  süfrədə  əy­
ləşmişlər.  Sovet  qondarma  rejiminin  təbliği  və  təşviqiydı. 
Sonralar 30-cu  illərdəki  millətimizin ən seçmə oğulları: söz 
adamları,  alimləri,  sənətkarları,  dövlət  xadimləri  məhz  hə­
mən  "alçaldılmışların’',  "təhqir  olunmuşların"  övladları  de­
yildimi?!  Mir  Cəlalda  belə  bir  incə  seçmə  vardır;  Mərdan, 
hətta  bəy,  xan- varlı  oğlunu  kötəkləyir də.  Mərdanın  şəhə­
rə gəlməsində sadəcə  bundan bir bədii priyom-vasitə kimi 
istifadə  edir,  kəndlərimizdə  dünyanın  gedişini  başa  dü­
şən,  müsbət,  bəşəri  xüsusiyyətlərə  və  keyfiyyətlərə  malik 
Mərdan  sonralar  püxtələşəndə,  ictimai  savada  yiyələnən­
də dövlət quruluşunun,  sisteminin öz  mahiyyətinini  az-çox 
kəsdirirdi.  Mərdanı  inqilabçı  gözündə  qiymətləndirənlərlə 
tamamilə  razılaşmıram  o  mənada:  o,  tək  böyüməmişdir, 
ictimai  əhatədə  olmuşdur,  ailə tərbiyəsi  almışdır,  gedişat- 
dan  xəbərdardır  və  digər  amillər.  Onun  böyüdüyü,  tərbiyə 
aldığı  bütöv  bir dövr  XIX  əsrə-  III  dövrə  (buna  qədər:  isla­
ma qədərki36  I və  islamdan sonrakı  II  dövrə- orta əsrlər) tə­
sadüf edir.  Rusiyanın  Azərbaycanı  istilası.  Bu dövrdən ya­
zanlar  belə  fikri  əsas  götürürlər  ki,  XIX  əsrin  sonralarına 
doğru Azərbaycanda maarif,  mədəniyyət inkişaf edir, ziya­
lılar  nəsli  yetişirdi.  Çar  Rusiyasından  Azərbaycana  sür­
günlər  edilir,  vəzifə  borcu  ilə  bağlı  çinovniklər  gəlir,  digər 
tərəfdən,  Rusiyada  təhsil  alanların,  qulluq  edənlərin  sayı 
artırdı...Xalqın  həyat tərzi,  düşüncə və təfəkküründə,  adət- 
ənənələrində  böyük  dəyişiliklər  baş  verdi.  Məsələyə  düz­
gün  yanaşır  professor  Ramiz  Əliyev.  Bax,  məsələ  də  bö­
yük  dəyişiliklərdən"  ibarətdir.  Təəssüf  ki,  bizim  yox,  rus­
ların  xeyrinə.  İslama  və  islamdan  sonrakı  dövrlərdə  azər  -
36.  Əliyev Ramiz.  Şəxsiyyət  və  onun  formalaşmasının
etno-psixo/oji əsasları, B. 2000. səh. 81-82.
_______________________  
94
  _______________________
baycanlılar  heç  vədə  şaxtada  donana,  acmış  uşağa  və  s. 
laqeydlik  göstərməmişlər.  Bu,  bəzi  səbəblərlə  şərtlənirdi. 
Birincisi, soy-kökümüzdə  istiqanlılıq  əbədiydi,  mərhəmətə 
aşinə  idik.  İkincisi,  sərvətə,  əclatlığa  meylimiz  xalqını,  tor­
pağını  satmaqla  olmamışdır,  Üçüncüsü,  idarəçilik  siste­
mində  funksionerlərimiz  şəxsi  ambisiyalara  cəsarət  gös­
tərməmişdir.  Və  digərləri.  Lakin  rusların  işğalından  sonra 
islamiyyətə  qadağa  da  məhz  siyasi  baxımdan  qoyuldu  ki, 
biz ümumi  bəşəri keyfiyyətlərimizdən uzaqlaşaq:  manqurt- 
laşaq,  nadanlaşaq,  simasızlaşaq,  doğmalarımıza  ümumi- 
xalq,  dövlət  mənafeyini  qurban  verək.  Və  digərləri.  Bizə 
elə bir şərait yaradıldı  ki,  professor Əkbər Bayramovun de­
diyi  kimi:  ” Hər  bir  xalq  və  ya  etnos  özünü  düzgün  dərk 
edib  qiymətləndirmək və  tərəqqiyə  nail  olmaq  üçün  yalnız 
özünün  sosial-iqtisadi  tarixi  keçmişinə  deyil,  həm  də  öz 
psixoloji  keçmişinə  dərindən  bələd  olmalıdır37.
Maraqlıdır, hətta sovet əxlaq nəzəriyyəçiləri  etiraf edir­
lər  ki,  feodal  səxavətliliyi  ifratçılıq,  lovğalıq  kimi  pislənilir, 
qonaqpərvərliyin  sosial-silki  adətə  uyğun  gələn  əxlaqi  tə­
ləbi ailə-qohumluq və dostluq münasibətlərində sıxışdırılır, 
cəmiyyətdə əvvəlki  rolunu  itirir.  Burjua əxlaqının şəhərdən 
kəndə keçidi  tədriciydi,  gəliş-gedişin  artmasıydı,  hətta  xa­
ricilərin  ayaq  açmasıydı.  Ona  görə  də  burjuaziyanın  müt­
ləq tələblərindən  istifadə etməklə,  "atalar-oğullar" əxlaqına 
əl  atıldı,  ikincilər  birinciləri  bəyənmədilər,  üz-üzə  gəldilər, 
heç  nəyi  xoşlamadılar və  ideal  quruluş  sorağında  şəhərlə­
rə  üz  tutdular.  Bunlardan  biri  də  Mərdandır.  O,  gəncliyə 
məxsus  çılğınlıqla  ilk  "cinayətinin"  bünövrəsini  qoymalı 
olur,  zindana  düşür.  Deyir,  insan  hər şeyin  qədrini  çətinli-
37. 
Bayramov Ə.  S.  Etnik  psixologiya  məsələləri.  Bakı. 
1996. səh-205.
95


yə  düşəndə  və  azadlığını  itirəndə  dərk  edir.  Mərdan  da 
müstəsna  deyil:  "Mərdan  fiziki  azadlığını  da  itirəndən, 
dustaq  olandan  sonra  həyatın  acılarını  daha  dərindən  du­
yurdu. O,  uğrunda mübarizə etdiyi  insan  üçün  hətta ən zə­
ruri,  ibtidai  arzular yolunda  nələr çəkməli  olduğunu,  ən adi 
istəklərinin  ən  böyük qiymətə  malik olacağını  indi-indi  an­
lamağa başlayırdı. O,  iztirablar, əzablar çəkən qəlbinin ək­
sini  soyuq  zindanın  daş  divarlarından  görürdü.  O,  meyvə 
kimi  yumşaq  kəndli  qəlbinin  həmin  bu  iztirab  və  çətinlik­
lərdə  bərkiyib  polada  dönmək  üzrə  olduğunu  aşkar görür­
dü, bunun zərurətini də duyurdu".  Belə bir romantik özünə- 
qayıdış  Mərdanın  qarşısında  xeyli  problemlər,  çətinliklər 
qoyacaqdı.  O,  hələlik  məncə,  ruhən  özünü  Çernışevskinin 
Raxmetovu kimi  mübarizəyə hazırlayır.  Şübhəsiz,  mövcud 
gerçəklik  fərdi  çox  zaman  elə  situasiyalarla  üzləşdirir-o 
şəxs  məsuliyyəti,  riski  üzərinə  götürərək,  öz  davranış  xət­
tini  müstəqil  seçir.  Bu,  həm  də  gələcək  uğursuzluğa  uğra­
maq  qorxusudur.  O,  bu  "uğursuz qorxu"dan  xilas edilir.  İlk 
növbədə  "hərki-hərkilik,  zorluqla  iş  aparan,  çox  vaxt  sər­
xoş  olan  idarə  məmurları  ilə”.  Maraqlıdır yazıçı  qənaəti.
Biz  əsərin  "müasirliyindən"  sovet  sosialist  realizmi 
prinsipindən  qiymət  verməyə  alışmışdıq.  Həqiqət  bir  də 
ondadır- bu günümüzlə, ola bilsin 50-100 illə ölçülçün -mü­
qayisələr,  paralellər  görməliyik,  axtarmamalıyıq.  Mir Cəla­
lın  böyüklüyü,  "Bir  gəncin  manifesti”  romanının  ölməzliyi 
üçün  bu  bir cümlə xeyli  əsas verir:  Qarşısının  tezliklə alın­
ması  ümidiylə  deyərdim  ki,  bu  gün  Mərdanı  çağırmağın 
asan  üsuluna  əl  atan  burjua-kapitalist  əxlaqına  malik  o 
məmurların  bəzi  nəvə-nəticələri  azad,  demokratik  cəmiy­
yətimizi  əyməkdədir,  ləkələməkdədir,  çökdürmək  xülya- 
sındadırlar.  Mən  Mir Cəlalın bu  reprikasını  təsadüfən  işlət­
mədiyinə aydınlıq gətirməyə çalışacağam!  Yazıçı  çox son-
---------------------------------------  
9 6
_______________________
ralar  belə  yanaşmada  yanılmadığını  əsərlərində  sübuta 
yetirmişdir.  Belə  ki,  tarixən  formalaşmış  əsas  keyfiyyətlər 
(xüsusiyyətlər)  dəyişmir,  ta  o  vaxta  qədər  hər  nəsil  mənfi 
emosiyalardan  əyani  olaraq,  haqq  -ədaləti  yaşayaraq 
uzaqlaşır;  idarə olunmasında ayrı-seçgiliyi,  bərabərliyi  gö­
rür,  duyur,  hər bir  idarəçilik,  rəhbərlik  prinsipi  fərdi  əhval- 
ruhiyyəyə  əsaslanmamalıdır,  köhnəni  tam  inkar  etməməli 
və  onun  yaxşı  cəhətlərini,  varisliyini  gözləməlidir.  Feodal 
əxlaqını  mütləq qəbul edəndə yalnız geriyə yuvarlanmaqla 
öyünməyə  dəyər.  Sürətin,  sıçrayışın  sosial-siyasi  və  əxla- 
qi-mədəni  faktorlarını  kənara  tullamamalı,  fransız  psixolo­
qu  Lebon  Qustavın  yazdığı  kimi:  ilk  baxışda  elə  görünür, 
xarakter  sabitlikləri  daha  çox  dəyişilikliyilə  nəzərə  çarpır, 
həqiqətən də tarixən  bəzən  belə düşünməyə əsas verir ki, 
xalqların  ürəyi vaxtaşırı çox sürətli, əsaslı  dəyişikliyə uğra­
yır.  Bizə  elə  gəlir  ki,  Kromvel  dövrü  ingilisinin  xarakterilə 
müasir  ingilisin  xarakteri  arasında  böyük  fərq  var­
dır...Əsas  əlamətlər hər yeni  nəsildə  üzə çıxmağa can  atır 
və  psixi  orqanizmlər  də  növün  anatomik  əlamətləri  kimi 
dəyişməz  xüsusiyyətlərə  malikdir.  Amma  o,  asanlıqla  də­
yişən  ikinci  dərəcəli  xüsusiyyətləri  də  istisna  etmir.  Məhz 
bu  xüsusiyyətlər də  asanlıqla  ətraf  mühiti,  şəraiti,  tərbiyə­
ni  və  digər  müxtəlif faktorları  dəyişdirə  bilər.
Mərdanı  xilas edən o  məmurlar əslində xeyirxah  işə əl 
atmışlar;  cəmiyyəti  dəyişdirəcək  hərəkata  qoşulmuş  bir 
gənci  xilas  etmişlər.  Bizim  "hər  kim-hər  kimi"  məmurları­
mız  fəsadlı  işlərə  rəvaç  vermişlər;  onlarda-  müasirlərimiz­
də  seçdiyimiz  yolu-kapitalist  gerçəkliyi  o  məmuru  elə  və­
ziyyətə  salmış  ki,  nə  xalq,  millət,  dövlət  məsuliyyətini  öz 
üzərinə  götürmüş,  nə  də  fəzilətli  davranış  seçiminə  yiyə­
lənmişdir.  Gizlətməyə  hacət  də  görmürəm  ki,  belə  "inteq- 
rasiyalı  əxlaq"  çox  vaxt  riyakarlığa,  ikiüzlülüyə  meyillidir,
9 7
--------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə