A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə21/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   17   18   19   20   21   22   23   24   ...   82

asanlaşdırır.  Şəhərdə qapıbir qonşular belə,  tanımırlar bir- 
birini  və  sakitcə  ötüb  keçirlər.  Eləcə  də  küçədə,  dalanda 
kimisə xilas etmək,  əlindən tutmaq  lazım gələrsə,  laqeyd- 
cəsinə  ötüb  uzaqlaşırlar.  Davranışın  sosial-əxlaqi  nəzarə­
tin  "dağınıqlığında’’  insanların,  ailələrin,  sahibkarların  və 
ilaxır  fərd  və  təbəqələrin  xarakteri  mənfiyə  doğru  dəyişir, 
hətta  ailə  tərbiyəsinə  daxil  olur.  Və  sosial  nəzarət  mənəvi 
mədəniyyəti  yüksəldə  bilmir.  Müxtəliflik yaranır,  cəmiyyət­
dəki  ziddiyyətlər təzahür edir.  Bahar qəssab,  çayxana  dü­
kanlarını  görür.  Məşədi  Abbasa  arxayın  idi,  ciyəri  it  apar­
dıqdan  sonra  vəziyyət  xüsusilə  pisləşir.  Şəhərin  Məşədi 
Abbaslarını  yalnız  pul  qazanmaq  maraqlandırır.  Bir  insan- 
fərd kimi  heç bir mənəvi dəyəri yoxdur, bir növ robotlaşmış 
tacirdir.  Şəhərdə  hərəkət  var,  faytonlar  gedib-gəlir,  toy 
məclisləri çal-çağırındadır.  Gecələr pəncərələrdən zəif işıq 
küçələrə  süzülür.  Şaxta  öz sərtliyini  itirmir:  Bəli,  həyat var 
və  Bahar  bunu  görür! 
"Aşpazxanaların  qapısından  çölə 
axan  isti  havadan,  varlı  evlərinin  bacalarından  qalxan  tüs­
tüdən,  kukrəyərək  bəyləri  toy  məclislərinə  aparan  fayton 
atlarının  gövdəsindən  qopan  buğdanmı,  nədənsə  küçələr­
də  hava bir az mülayim hiss olunurdu.  Yerin donu  isə açıl­
mırdı.  Bu  mənzərə  özlüyündə  xoşdur,  təbiətin  təmizlənən 
çağıdır.  "Amma  Bəlkə  Mir  Cəlal  uzaqgörənliyini  unutma- 
yır?  Baharın  arzuladığı,  Mərdanın  etdiyi  inqilabdan  sonra 
elə  Bakı  şəhəri,  Gəncə  və digərləri  həmən  dövrü  yaşama- 
mışmı?  Düz,  70  il  hər  qışda,  şaxta-  qarda  problemlər  ya- 
şanmışmı?  Bəs  bu  gün  necə?  Bəli,  Bahar  yoxdur,  amma 
onun gördüyü problemlər sanki dəyişməmiş qalır, yağışda, 
qarda  hərəkət  dayanır.  Bəlkə  fayton-nəqliyyata  qayıtmaq 
lazımdır?  Bircə qədim  tramvaylar qışa  təslim  olmurdu,  şə­
hərin  müasir Meri  onun  da  axırına çıxdı
Bahar,  bir  cocuq  şəhəri  ələk-vələk  edir,  isti  bir  ocaq
--------------------------------------- 
8 2
_______________________
ona  sığınacaq  vermir.  Bir yoldan  ötən  insan  bir tikə  çörək 
uzatmır.  Biz  həqiqətənmi  bu  dərəcədə  laqeyd  olmuşuq, 
məhv  olmağa  məhkum  cocuqların  xilasını  düşünməmi­
şik?  İnsan  fəzilətlə  yaşamağa adət  etməyə  borcludur.  Şə­
hərin  istehsalçı  və  istehlakçı  mühiti  onun  əxlaqını  pozma­
malıdır.  Şəhər  həyatı  aktiv  fəaliyyətdə  olur və  şəxsiyyətin 
ünsiyyətinin  həcmini  artırır,  nəticə  etibarilə  əlaqələrin  sə­
mimiyyətinə,  dərinliyinə  mənfi  təsir  göstərir  və  insanlar 
arasında  əxlaqi  münasibətlərin  fəsadlıq  nöqtəsinə  gətirir. 
Beləliklə,  eqosentrik  niyyətlərin  mövcudluğu  darıxdırıcılı- 
ğa,  tənhalaşmaya,  laqeydliyə  və  s.  səbəb  olur.  Bahar  bu 
prosesin  içərisindədir,  çıxmağa yeri  yoxdur.  Kənd  uzaqda 
qalmışdır, yeganə  ümidi  qardaşını  tapmaqdır və buna  ina­
nır. Lakin o, yaşamalıdır, əməyi hesabına barı, bu qışı sağ- 
salamat  çıxmalıdır.  Utancaq,  həyalı,  bir  az  əvvəl  Ağamə- 
cidlə  dirəşən,  hüququnu  müdafiyə  edən  Bahar  enerjisini 
itirməkdədir.  Qapıdan  qovurlar  onu,  başqasını  döyür,  qə­
zəbli  baxışlardan geri çəkilir.  Bu nədir, XX əsrin əvvəllərin­
də,  kapitilizm irəliləyəndə biz azəri-türkləri  əzazilləşmişik? 
Bizim  varlığımız  belə  olmamışdır  və  irsiyyətmizdə  fəzilət 
güclü  idi.  Dəyişdirən  mühitmi,  yoxsa  genimizdir?  Yoxsa 
üçüncü  qüvvə  (fərqləndirmə  bizimdir)  mövcuddur?  Bahar 
obrazında  bu  məsələyə  aydınlıq  gətirmək  lazımdır.  Onun 
məhvi  heç  də  yazıçının  əsərini  oxunaqlı  etməsi  üçün  de­
yil, başqa mətləblərə gedib çıxır.  Böyük psixoloq və filosov 
Qustav  Lebon  xalqın  ruhi  varlığının  3  mühüm  xüsusiyyətə 
məlikliyini  qeyd  edir,  a)  ümumi  hiss;  b)  ümumi  maraq;  v) 
ümumi  inam.
Xalq  bu  birliyə  naildirsə.  O  zaman  o  xalqın  bütün  üzv­
ləri  arasında  mühüm  məsələlərdə  (cəhətlərdə)  instiktiv  fi­
kir  birliyi  yaranır.  Bu  üç  xüsusiyyət  əcdadlardan  irsən  ke­
çərək,  xalqın  psixi  xüsusiyyətlərinə  ümumi  oxşarlıq  ver­
_______________________  
8 3
--------------------------------------


məklə onu  nəhəng qüvvəyə çevirir34.  Q.Lebon  xeyli  dərinə 
gedərək,  bütün  xalqların  psixoloji  xüsusiyyətlərinin  iki  mü­
hüm  əlamətini  göstərir:  xalqın  xarakteri  və  ağılı.  Xarakter 
ikincidən  fərqli  olaraq  dəyişmir,  sabit  qalır.  Əqli,  idrakı 
keyfiyyətlər  tərbiyə  ilə  dəyişir,  xarakterlər  buna  tam  tabe 
olmur.  Ona  görə  də  hər  bir  xalqın  tarixini  və  inkişafını 
onun  xarakteri  müəyyənləşdirir.  Əlbəttə,  Q.  Lebonun  fikir­
lərində ziddiyyətlər vardır.  Əgər məsələyə,  bədii  materiala 
bu yöndən yanaşırıqsa,  Bahara  münasibət təbii  səslənər. 
Bir  manat  üçün  Məşədi  Abbas  şəxsiyyətini  alçaldır,  oğlu 
İsfəndiyar acizlik göstərir.  Bir cocuğun təbiətlə mübarizəsi 
başlayır.  İnsan  təbiətin  övladıdır,-  deyilirsə,  bəs  niyə  Ba­
hara  köməklik  etmir,  yaxud  öz  varlı  övladlarını  tərbiyələn­
dirmir?  Q.  Lebon  haqlıdırmı:  deyəndə  ki  tərbiyə  xarakteri 
dəyişdirmir.  Xeyli  dərəcə  xeyr;  tərbiyədən  güclü  silah  is­
tehsalın  doğurduğu  psixologiyadır.  Bu,  hətta  təbiətin  özü­
nə  qarşı  çevrilir,  məhvərindən  çıxarır.  Məşədi  Abbaslar 
hər  halda  istehsalla  məşğuldurlar,  peşəkarlar  da  vardır. 
Onlar  pəncərədən  də  görürlər  ki,  azəri-türk  balası  nimdaş 
paltarda soyuğa dözmür,  ora-bura dürtülmək istəyirsə, onu 
qovurlar.  İnsana  estetik  zövq  verən  təbiət  oxucuda  ikrah 
doğurur və  canlı  varlığa  çevrilir.  O,  cani  rolundadır  ki  pak, 
qardaşının  sorağında  şəhərə  gələn  bir cocuğu  soyuq  diş­
ləri  arasında  parçalayıb  udur:  "Bahar  isti  otaqdan  qalxan 
buğun  içindən  buz  döşəməyə  düşəndə,  başından  bir ved­
rə  su  töküldüyünü  güman  etdi.  Soyuğun  şiddətindən  özü­
nü  itirdi,  bilmədi  nə etsin.  Küçədə iki addım yeridi  (fərqlən­
dirmə  bizimdir).  Ayağının  yerə yapışdığını  görüb  yüyürdü. 
Ayaqları  gəlmədi.  Dişləri  bərk-bərk  şıqqıldadı.  Balaca,  na­
34. 
Bax:  Əliyev Ramiz.  Şəxsiyyət  və  onun  formalaş-masının 
etno-psixoloji  əsasları,  B., 2000.
--------------------------------------- 
84
  ______________________ _
zik əlləri,  göyərib qurumuş barmaqları  ağzında,  bükük diz­
ləri  bir-birinə  dəyirdi.  Bel  sümüyünün  əzildiyini,  kürəkləri­
nə  iynə  sancıldığını  zənn  edirdi.  Şaxta  elə  bil  iliyinə  işlə­
yirdi.  Bahar özünü  hamamın  dəhlizinə saldı".
Bu yer ona  həyan olardı,  oxucu  belə gümanlayır.  Lakin 
hamamçı  onu  burdan da qovur, təhqirlə.  Bu gəliş  hamama 
gələnlərin diqqətindən yayınmır. Yenə təhqir:  "Dadanıblar. 
Hər  axşam  künc-bucağa  soxulub  gizlənirlər,  gecə  durub 
pal-paltarı yığışdırırlar. A kişilər, fitə almaqdan, çəlvəyə pul 
verməkdən  çapılmışam  ."  Daha  bir təhqir:  harın  bir  kişi­
nin sözləri:  "Eləsini  möhkəmcə kötəkləmək lazımdır ki,  qə­
lət eləsin,  tövbə  desin
-  Adə,  sən  nə  üzlüsən,  ay  sırtıq  maça!
-   Bir şey  çırpmamış  itilib  getmək  istəmirsən?"
Bahar dilə gəlir,  ya!varır:-Vallah.  yerim yoxdur.  Soyuq­
dan  ölürəm,  qoy  burda durum,  əmi,  sən  Həzrət Abbas.
Kəblə  Qurban  Baharı  itələyib çölə  saldı:
-  Rədd  ol  burdan,  həzrət Abbas  qənimin  olsun."
'  Baharı  üz  tutduğu,  sığındığı  şəhər  kənara  tullayır. 
Onun  ümüd  bəslədiyi  bu  insanlar  üçün  Bahar  oğru,  üzlü, 
ziyanlı  bir adamdır,  hətta belə  qənaətə  gəlmək  üçün  onlar 
düşünmürlər  ki,  axı,  kənddən  gəlmiş  bu  yeniyetmə  necə 
bəd  əməllərə  əl  ata  bilər?  Onun  taqəti  də  qalmayıb  ki,  nə­
yisə  sürüyüb  harayasa atsın  bu  qış  günündə.
Yazıçı  obrazını  mərhəmətli  bir insanla belə qarşılaşdır­
mır  ki,  ona  isti  sığınacaq  versin  gecələməyə.  Halbuki  Ba­
har xoşbəxtlik sorağında  üz  tutmuşdu  qardaşı  gələn  şəhə­
rə.  Çünki  onun  dünya  görüşü  o  səviyyədə  deyil  ki,  ictimai 
məsələləri  fikirləşsin,  hərəkata qoşulsun.  Və  sairə...lüzum 
yoxdur buna.  O,  yaşına və  psixologiyasına  müvaliq  olaraq 
kəndi  tərk  etmiş,  Mərdanı  tapmaq  ümudini  kövrək  qəlbin­
də gətirmişdir,  lakin xoşbəxtliyi  insanlar verir,  xalqına,  mil­
_________________________  
8 5
---------------------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə