36
komissiyanın protokolunda N.Ġ.Buxarin və A.Ġ.Rıkovla əlaqədar deyilir:
(Baxmayaraq ki, Stalin onların partiyadan çıxarılması və məhkəməyə verilməsini
plenumda təklif etmiĢdi). Komissiyanın 20 üzvündən Yejov, Budyonı, Manuilski,
ġuvernik, Kosarev, Buxarin və Rıkovu ən yüksək cəzaya, Buxarin və Rıkovun
güllələnmələrinə səs verdilər. Komissiyanın yerdə qalan hissəsi isə - Buxarin-
Rıkovun ÜĠK(b)P MK-dan çıxarılması və məhkəməyə verilməsi təklifinə səs
verdilər.
Maraqlı detal odur ki, yenə də siyasi intriqaların tam mərkəzində olan
Mikoyanın öz dəsti xətti ilə protokolda qeyd olunur: Buxarin - Rıkovun iĢi NKVD-
yə göndərilsin.
Yəni məhkəməyə deyil, birbaĢa güllələnməyə.
Ancaq Stalinin məsələyə bir-baĢa müdaxiləsindən sonra A.Ġ.Rıkov və
N.Ġ.Buxarin və onların tərəfdaĢları üzərində açıq məhkəmə prosesləri qurulur.
Məhkəmə prosesində Rıkov da, Buxarin də sağ təmayülçü antisovet blokunun
mövcud olmasını etiraf edirlər. Hətta Rıkov son sözündə müraciət edərək söyləyir:
«Kim ki hələ ifĢa olunmayıb dövlətə kömək edərək mövqelərini dəyiĢsinlər.
Hakimiyyət əleyhinə olan qüvvələr hələki istifadə etmədikləri silahları buraxaraq
dövlətə tabe olsunlar» (Ġmperiə Stalina st.396). Buxarin isə son sözündə: «Mənim
dəhĢətli cinayətlərimin həddi-hüdudu yoxdur» deyir (Ġmperiə Stalina st.78).
Lakin onu da qeyd etmək istəyirəm ki, sözsüz ki, istintaq zamanı
müstəntiqlər Rıkovdan onun əlaqələri haqqında maraqlanırdılar. Rıkov isə yaxın
münasibətdə olduqları adamların siyahısını təqdim edirdi. Məsələn o, qeyd edir ki,
mənim Zaqafqaziyada Qəzənfər Musabəyov və sairələri ilə əlaqələrim var.
Bununla da növbəti istintaqa yeni vəzifəli Ģəxslər və insanlar cəlb olunurdu.
Qəzənfər Musabəyovun istintaqı zamanı isə o, Ruhulla Axundovla yaxın
münasibətlərini bildirir və bununla da dairə geniĢlənirdi. (Nəzərə alsaq ki, Ruhulla
Axundov da öz Ģəxsi anketində «Esser» olduğunu göstərmiĢdi - A.M.). Ona görə
də represiyaların miqyası geniĢlənirdi. Stalin onun əleyhinə yönəlmiĢ bu qüvvələri
neytrallaĢdırdıqdan sonra artıq növbə S.Orcanikidzeyə və onun tərəfdarlarına
çatmıĢdı. Artıq bu dövrdə Moskvadan Xalq Daxili iĢlər komissarının əmrinə əsasən
Sovet Ġttifaqında represiyaların həcmi görünməmiĢ səviyyəyə çatdı.
1937-ci ilin dəhĢətli repressiyası MKVD-nin SSR Ġttifaqı Xalq Daxili
Komissarı N.ġ.Yejovun operativ əmri əsasında həyata keçirilirdi («Yeni zaman»
qəzeti, 7-9 sentyabr 2002-ci il). Əmrdə deyilirdi: «1937-ci ilin avqust ayının 5-dən
bütün respublikalarda, diyar və vilayətlərdə keçmiĢ qolçomaqların, fəal antisovet
ünsürlərin və cinayətkarların repressiya olunması üzrə əməliyyat baĢlanılsın.
1. Cəzasını çəkib qurtarsa da, antisovet fəaliyyətini davam etdirən keçmiĢ
qolçomaqlar.
2.
DüĢərgə və əmək qəsəbələrindən qaçmıĢ, antisovet fəaliyyəti göstərən
keçmiĢ qolçomaqlar.
3.
Üsyançı, faĢist, terrorçu və bandit dəstələrində olmuĢ, cəza çəkmiĢ.
Respresiyadan qaçıb gizlənmiĢ, antisovet fəaliyyəti göstərən keçmiĢ qolçomaqlar.