33
Azərbaycan partiya təĢkilatlarının bu nailiyyətləri təsadüfü deyil. Ona görə
ki, bütün bunlar Zaqafqaziya diyar partiya komitəsinin iradəli və onların dahi
bolĢevik rəhbəri L.P.Beriya, Azərbaycan KP MK-nın rəhbəri dəyanətli bolĢevik
M.C.Bağırov tərəfindən təĢkil olunmuĢdur.»
Bu vaxt L.P.Beriya Vasilkinin çıxıĢını yarımçıq kəsir və deyir:
«Siz Burda bizi tərifləmək üçün çıxıĢ edirsiniz, yaxĢı olar ki, söyləyin Siz
nə etmisiniz?»
Yenidən Vasilkin deyir:
«Biz hər gün əkin zamanı diyar partiya komitəsinin və AKP MK-nın
rəhbərlərinin diqqətini hiss etmiĢik.»
Onu də qeyd etmək istəyirəm ki, plenumda yekun çıxıĢı edən L.P.Beriya
M.C.Bağırovun adını çəkmədən Azərbaycan kommunistlərinin iĢinə müsbət
qiymət verərək Gürcüstan və Ermənistan kommunistlərinə onlardan nümunə
götürməyi məsləhət gördü.
Bununlada
M.C.Bağırovun
hakimiyyətdə
möhkəmlənməsində
L.P.Beriyanın növbəti dəstəyinin bu plenumda bir daha Ģahidi oluruq.
Bu dövrdə isə Stalin öz siyasi rəqiblərinin neytrallaĢdırılmasının ikinci
mərhələsinə keçir.
Rıkov Aleksey Ġvanoviç 1899-cu ildən RSDP üzvü və ilk bolĢeviklərdən
idi. 1917-ci ildən Mossovetin və sentyabr ayından Petrosovetin icra Ģurasının sədri
olur. 26.10.1917-ci ildən isə ilk Sovet hökumətinin daxili iĢlər komissarı olur.
1922-ci ildən MK-nın siyasi bürosunun üzvü olur. V.Ġ.Leninin ölümündən sonra
02.2.1924-cü ildə Xalq Komissarları Ģurasının sədri seçilir (buna qədər o, Lenin
icra etdiyi bu vəzifədə müavin idi). Bu vəzifəni icra etməklə bərabər Rıkov
RSFSR-in Xalq Komissarları sovetinin sədri vəzifəsini icra edir. Leninin
ölümündən sonra əvvəlcə Trotskiyə sonra isə Kamenev və Zinovyevə qarĢı siyasi
mübarizədə o, Stalinə böyük köməklik edir. ÜĠK(b)P XV qurultayında Rıkov çıxıĢ
edərək qeyd edir: «Mən «süpürgəni» yoldaĢ Stalinə verdim ki, o da bu süpürgə ilə
bizim düĢmənlərimizi süpürsün». Lakin 1928-29-cu illərdə kollektivləĢmə ilə
əlaqədar onunla Stalin arasında fikir ayrılığı formalaĢır və bu andan Rıkovun
mövqeyi Buxarin və Kamenevin mövqeyi ilə üst-üstə düĢür. Buxarin Nikolay
Ġvanoviç isə o dövrdə MK-nın Siyasi bürosunun üzvü idi. Lakin 1928-ci ildə
Buxarin ölkədə aparılan kollektivləĢmənin əleyhinə çıxıĢ edir və aqrar sahədə fərdi
təsərrüfatları inkiĢaf etdirməyi məsləhət görürdü. 1928-ci ilin 30 sentyabrında dərc
olunan «Ġqtisadçının qeydləri» məqaləsində o, aqrar sahəyə digər yanaĢmaları
«avantürist yanaĢma» adlandırırdı. Hətta bir həftə sonra siyasi büronun iclasında
Buxarin Stalini «ġərq despotizminin tozcuğu» adlandırır.
ÜĠK(b)P Mərkəzi Komitəsinin 1928-ci ilin noyabr pleniumunda
A.Ġ.Rıkovu, M.P.Tomskini və N.Ġ.Buxarini «sağ təmayülçülər» adlandırırlar.
Plenium bu dəstəni ifĢa edir. Buxarin isə öz səhvini boynuna almır, Rıkov isə
səhvini baĢa düĢdüyünü və partiya xəttində heç bir əyrintiyə imkan verməməyi
34
bəyan edir. 1929-cu ilin 17 noyabrında Buxarin MK-nın siyasi bürosundan
kənarlaĢdırılır, hadisələrin bu cür cərəyan etməsi Buxarini öz səhvini etiraf etməyə
məcbur edir. Lakin bu etiraf da onu xilas etmir. M.P.Tomskini də ölkənin ali siyasi
rəhbərliyindən uzaqlaĢdırırlar. 1930-cu ilin 9 dekabrında A.Ġ.Rıkov əvvəlcə Xalq
komissarları Ģurasının sədri vəzifəsindən azad olur, sonra isə 21.12.1930-cu ildə
MK-nın siyasi bürosundan kənarlaĢdırılır. 1931-ci ilin 30 yanvarında SSRĠ poçt və
teleqraf xalq komissarı təyin edilir. Buxarin isə ağır sənaye komissarlığının
kollegiya üzvü təyin edilir. Bu təyinatlarla Stalin iki məqsəd güdürdü. Birincisi
artıq Trotskidən sonra Kamenev-Zinovyev qruplaĢmalarının sonuna çatmaq lazım
idi. Ona görə də Stalin Buxarin-Rıkov-Tomski birliyini və onların tərəfdarlarını
Kamenev-Zinovyev mövqeyinə yaxınlaĢmağına Ģərait yaratmaq istəmirdi. Ġkincisi,
o, bu qruplaĢmaları parçalayaraq tədricən ardıcıl olaraq neytrallaĢdırmaq istəyirdi.
Rıkov-Buxarin-Tomski birliyi isə artıq bu dövrdən Stalinin siyasətini tərifləməyə
baĢlayırlar. Hətta Buxarini Stalin «Ġzvestiya» qəzetinin baĢ redaktoru təyin edir.
Rıkovda isə belə bir stereotip formalaĢmıĢdı ki, onu yenidən siyasi büronun üzvü
seçəcəklər. Ona görə ki, hələ 1917-ci ilin 4 noyabrında o, Xalq komissarları
Ģurasından və Mərkəzi Komitədən çıxması barədə ərizə ilə müraciət etmiĢdi.
Sonradan Leninlə razılığa gələrək öz ərizəsini geri götürmüĢdü. Təəssüf ki, Rıkov
baĢa düĢmürdü ki, Stalin Lenin deyil!
1934-cü ildə Kamenev və Zinovyev həbs edildikdən sonra 1936-cı ildə
onlara qarĢı açıq məhkəmə prosesi qurulur. Məhkəmədə Kamenev, Zinovyev və
digər həbs olunanlar Buxarinin və Rıkovun əleyhinə ifadələr verdilər. Onlar hərbi
çevriliĢ hazırlanması planından və onlarla bu çevriliĢdə Buxarin və Rıkovu eyni
zamanda onların tərəfdarlarının həmfikir olduqlarını bəyan etdilər. Həqiqətəndə
belə bir çevriliĢin hazırlandığı barədə 1990-cı il «Oqonek» jurnalının 28-ci sayında
oxuyuruq:
Harvard universitetində saxlanılan L.Trotskinin arxivində L.B.Kamenevin
öz əli ilə yazdığı qeydlərdə baĢa düĢülür ki, həqiqətən də o dövrdə ölkənin siyasi
sistemini dəyiĢməklə siyasi hakimiyyəti ələ alaraq Stalini devirmək istəyirdilər.
Burada 1928-ci il 4 iyulda Kamenevin Buxarinlə danıĢığının Stenoqrammasında
göstərilir.
«Kamenev: Sizin qüvvələriniz nə yerdədir?
Buxarin: Rıkov üstəgəl Tomski üstəgəl Uqlanov (dəqiq) üstəgəl mən.
Petroqradlıların hamısı bizimlədir. Ancaq onlar Stalinin siyasi hakimiyyətdən
uzaqlaĢdırılacağından ehtiyyat edirlər».
Kamenev və Zinovyevin həbsindən sonra Buxarin və Rıkov 1934-cü ildə
ÜĠK(b)P-nin MK-nın üzvlüyündən namizədə çevrilərək, bununla da onların ölkə
rəhbərliyindən kənarlaĢdırılması prosesi davam etdirilir.
Stalinə qarĢı bir neçə dəfə yaradılmıĢ müxalif qrupların ardından artıq 1934-
cü ildə «Klubok» deyilən məxfi bir təĢkilat formalaĢdı. Hakimiyyəti Stalinin
əlindən almaq istəyən bu təĢkilat yaradıcıları ordunun rəhbərlərindən bir neçəsini
Dostları ilə paylaş: |