9
XIX əsrdə 1825-ci ildə Rusiyada Dekabristlər, XX əsrdə menĢeviklər qalib
gəlsəydilər belə, vəziyyət yenə də indiki kimi olacaqdı. Sadəcə olaraq, bizə verilən
ideoloji qabıq «dekabrizm», yaxud «menĢevizm» adlanacaqdı. Rusiya - Qərb,
Rusiya - ABġ münasibətlərinə qiymət verərkən bu faktları nəzərdən qaçırmaq
lazım deyil. Təsadüfi deyil ki, son dövrdə ABġ və Ġngiltərə Rusiyaya stavka edən
dövlətləri tədricən istər diplomatik, istərsə də zor gücünə Moskvaya yönəlmiĢ
oriyentasiyadan uzaqlaĢdırmağa nail olurlar. Bunun bariz nümunəsi Səddam
Hüseyn Ġraqıdır. Qərb, xüsusən də Almaniya üzdə rəsmi olaraq Rusiyanın və onun
siyasətini dəstəkləsələr də, əl altından Rusiyanı zəiflətməyə çalıĢırlar. Bax elə buna
görə də Çeçen xalqının iradəsinə, azadlıqsevərliyinə, rus qoĢunlarına qarĢı
uzunmüddətli partizan müharibəsi apara bilmək qabiliyyətinə yaxĢı bələd olan
Qərb ekspertləri çox məharətlə Kreml rəhbərliyini Çeçenistan avantürasına
Ģirnikləndirə bildilər. Bu gün Almaniya Federativ Respublikası ABġ səviyyəsinə
qalxmağa can atır. Buna görə də onun ən mühüm vəzifəsi Rusiyanın özü üçün
inkiĢafsız xammal bazasına çevirməkdir. Bu sahədə artıq xeyli iĢ də görülüb.
Fransanın da Rusiyada öz strateji maraqları var. Yaponiya üçün isə Rusiya istehlak
və xammal bazarıdır və ona görə də bu ölkənin rəsmi dairələri Rusiyaya aid
siyasətlərində Kuril adalarını Rusiyadan qoparmaq və öz iqtisadi vəziyyətinin
güclənməsinə səbəb ola biləcək siyasi xətt yeridirlər. Vaxtı ilə Çinlə SSRĠ arasında
ərazi iddiaları ənənəvi xarakter almıĢdı. Hal-hazırda Çin Rusiyanın Uzaq ġərq
bölgəsini ələ keçirmək üçün dəridən-qabıqdan çıxır. Ancaq bununla belə ABġ-dan
özünü qorumaq üçün Pekin kommunistləri Moskva ilə yaxınlaĢmağa məcbur
olublar. Göründüyü kimi bugünkü dünyamızda da maraqlar daban-dabana ziddir.
Tarix boyu belə olmuĢdur. Bu ziddiyətlər həmiĢə maraqla əlaqəli olduğundan
BəĢəriyyətdə gedən gerçəkliklər durduqca belə də olacaqdır. Bu baxımdan tarixə
nəzər salsaq, daha ədalətli olarıq. Ġndiyə qədər dövrü mətbuatda M.C.Bağırovla
əlaqədar, XX əsrin birinci yarısını əhatə etmiĢ yazıların böyük əksəriyyəti bir
tərəfli xarakter daĢımıĢdır.
M.C.Bağırovu ittiham edən yazıların müəlliflərinin böyük əksəriyyəti onu
30-cu illərdə Azərbaycanda aparılan repressiyalarda günahlandırırlar. Artıq o
dövrü obyektiv tədqiq etmək və M.C.Bağırovun Ģəxsi keyfiyyətlərini üzə çıxarmaq
zamanı yetiĢmiĢdir!
Yuxarıda apardığımız bu günkü müasir dünyamızın geosiyasi təhlilləri
baxımından tarixə yanaĢsaq daha düzgün addım atmıĢ olarıq. 1920-ci il aprel
ayının 28-də Sovet Rusiyasının XI Qızıl ordusu Azərbaycana daxil olduqdan sonra
ġərqdə ilk demokratik Dövlət Müstəqilliyimizə son qoyuldu. Bu həmin dövrün
geosiyasi reallıqlarının məntiqi nəticəsi idi. Belə ki, 1917-ci ildə xalq üsyanı
nəticəsində Rusiyada çar
rejimi çökdü, hakimiyyəti Knyaz Lvovun baĢçılığı altında
müvəqqəti hökumət ələ keçirdi. I Dünya müharibəsi davam edirdi, Rusiya Antanta
qrupunun müttəfiqi kimi Almaniya və Türkiyəyə qarĢı iki cəbhədə müharibə
edirdi. Ona görə də alman xüsusi-xidmət orqanlarının vəsaiti hesabına müvəqqəti