A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə26/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   22   23   24   25   26   27   28   29   ...   116

72 
 
gəliriksə,  XIII  və  sonrakı  yüzilliklərdə  real  səpkidə  oyulmuş  nəbati  ornamentlər 
arasında gül-çiçək rəsmini andıran bədii nəstəlik xəttini görürük. 
Həndəsi  bəzək  ünsürləri  tətbiq  edilmiş  ən  ilkin  orijinal  abidə  Bakıda, 
İçərişəhərdə  yerləşən  Sınıqqala  minarəsidir.  1078-ci  il  tarixli  bu  minarənin  bizim 
üçün  maraqlı  olan  ən  gözəl  hissəsi  yuxarısında  azançının  gəzməsinə  məxsus  olan 
artırmadır.  Üçmərtəbəli  stalaktitlər    vasitəsilə  saxlanılan  bu  artırma  dördkünc 
daşlarla hörülmüş, üzəri isə müxtəlif-növlü həndəsi naxışlarla oyulmuşdur. Üç, beş, 
altıkünclü  fiqurlar,  səkkizguşəli  ulduz  bu  oyma  ornament  motivlərinin  əsas 
mahiyyətini  təşkil  edir.  Bu  abidənin  oyma  bəzəklərinin  maraqlı cəhəti bir də ondan 
ibarətdir  ki,  burada  onu  inşa  edən  memarın  adı  -  "Əbubəkr  oğlu  Məhəmməd" 
yazılmışdır. 
Daş üzərində həkk edilmiş həndəsi bəzəklərə sonralar, yəni  XIII yüzilliyin 
memarlıq  abidələrində  də  təsadüf  edilir.  Bu  tipli  memarlıq  abidələri  sırasına,  ilk 
növbədə,  Culfa  yaxınlığındakı  Gülüstan  türbəsini  aid  edə  bilərik.  Sənətkar  bu 
onikisəthli  abidədə  böyük  ustalıqla  ardıcıl  təkrar  olunan  üç  həndəsi  ornamentli 
orijinal kompozisiya yaratmışdır. Burada tətbiq olunan həndəsi ornamentlərin əsasını 
çoxuclu  ulduz  və  ondan  gedən  şüalar  təşkil  edir.  Bu  abidədə  beş,  altı,  səkkizuclu 
ulduzlara,  altı  və  səkkizbucaqlı  quruluşlara  təsadüf  edirik.  Bu  həndəsi  oymalar  öz  bədii 
xüsusiyyət  və  məzmununa  görə  kərpicdən  tikilmiş  Naxçıvandakı  Möminə  xatın 
türbəsinin bəzəklərini yada salır. 
Bu  əsrlərdə  yaradılmış  daş  üzərində  oyma  işlərinin  ən  böyük  və  maraqlı 
səhifəsini  nəbati  ornament  və  canlıları  təsvir  edən  rəsmlər  təşkil  edir.  Belə  oyma 
işləri  sırasına,  ilk  növbədə,  Bakıda,  Bayıl  tərəfdə  dənizdən  tapılmış,  elm  aləmində 
"Bayıl daşları" adını almış qabartmaları daxil etmək lazımdır. 
Bu abidələrin 25-30 ildən artıq öyrənilməsinə baxmayaraq, onların Xəzərin 
dibində  olması  elm  aləminə  lap  çoxdan  məlumdur.  Məsələn,  hələ  1782-ci  ildə  rus 
xəritəçiləri  tərəfindən  tərtib  edilmiş  Bakı  limanının  xəritəsində  "Bayıl  daşları"nın 
sudan çıxmağa başladığı qeyd edilmişdir. Bu marağın səbəbi abidədən daha çox, Xəzər 
dənizinin  səviyyəsi  məsələsi  ilə  əlaqədar  olmuşdur.  Bundan  sonra  Bayıl  tərəfdə 
dənizin içərisindəki tikinti qalıqları haqqında 1848-ci ildə Bakıda olmuş görkəmli rus 
şərqşünası  İ.N.Berezin  və  Azərbaycanın  görkəmli  alimi  Abbasqulu  ağa  Bakıxanov 
da maraqlı məlumat vermişdir. 
1939-cu  ildə  Xəzər  dənizinin  səviyyəsinin  yenidən  aşağı  düşməsi 
nəticəsində  "Bayıl  daşları"  quruya  çıxmış  və  onun  əsil  mənada  öyrənilməsi 
mümkün  olmuşdur.  "Bayıl  daşları"nın  ən  maraqlı  hissəsi  su  altından  çıxarılmış 
daşlardır. Arxeoloqlarımız tərəfindən son 30 il ərzində Xəzərdən çıxarılmış 700-dən 
çox bu bədii daş hissələri vaxtilə quruda yerləşən möhtəşəm bir memarlıq abidəsinin 
bəzəkləri  olmuşdur.  Tapıntılar  içərisində  memarın  adını  və  binanın  inşa  tarixini 
göstərən  daşlar  da  vardır.  Memar  yazıda  özünü  Əbdürrəşid  oğlu  Zeynəddin  Şirvani 
adlandırır. Bundan başqa, burada bir sıra şəxslərin adları və s. yazılar da (Mahmud əz 
Bakü, Əfridün, "Fəriburz", "Nəqqaş" və s.) vardır. 
Dərin  oyma  üsulu  ilə  bəzədilmiş  "Bayıl  daşları"nın  maraqlı  cəhəti  ondan 


73 
 
ibarətdir ki, burada yazılarla birlikdə canlılar təsvir edilmiş çoxlu rəsmlər də  vardır. 
Uzun  illər  "Bayıl  daşları"  üzərində  elmi  araşdırmalar  aparmış  qocaman  arxeoloq 
İ.Cəfərzadə  bu  qabartmalarda  həkk  edilən  insan  və  heyvan  fiqurlarının  yalnız bədii 
xarakter  daşımayıb,  eyni  zamanda  həkk  edilmiş  hərflərin  bir  detalı  olaraq  praktiki 
mahiyyət daşıdığını isbat etmişdir. 
Doğrudan  da,  əgər  biz  bu  qabartmalara  diqqətlə  nəzər  yetirsək,  real 
səpkidə  işlənmiş  pələng,  dəvə,  at,  öküz,  quş  və  insan  başı  təsvirlərinin  kitabənin 
mətni ilə nə qədər bağlı olduğunu görərik. Kitabələrdəki yazıların arasında oturaq, 
ayaq üstə, qaçan vəziyyətdə verilmiş bu təsvirlər onun ayrılmaz bir hissəsini təşkil 
edir.  Kitabələr  arasında  rast  gəlinən  insan  portretləri  öz  individual  xüsusiyyətlə-
rinə görə daha çox diqqəti cəlb edir. 
"Bayıl daşları" üzərində çalışan alimlərimiz son illərdə burada anfas şəklində 
12-yə  qədər  insan  başı  təsvirli  qabartmalar  aşkar  etmişlər.  Onların  fikrincə,  bu 
təsvirlər  o  dövrlərdə  tanınmış  şəxslərin  portretləri  olmuşdur.  Portret  təsvirli 
qabartmaların  birinin  üzərində  Şirvanşah  Fəriburzun  adının,  gürcü  tipinə  bənzər 
başqa  bir  portretdə  isə  gürcü  sözünün  oxunması  yuxarıdakı  fikrin  nə  qədər 
inandırıcı olduğunu göstərir. 
Təsvirli  qabartmalar  arasında  gürcülərə  aid  kitabənin  olması  heç  də əbəs 
deyildir. Məlum olduğuna görə o vaxtlar gürcülərlə Şirvanşahlar arasında qohumluq 
olmuşdur. Qadın obrazını  təsvir edən bu portret  o zaman  bəlkə  də  Şirvanşahların 
zövcəsi Tamaranı təmsil edirmiş. 
"Bayıl daşları" içərisində heyvan təsvirli qabartmalar  xüsusilə  maraqlıdır. 
Bu  daşlar  arasında  biz  elə  oymalara  rast  gəlirik  ki,  onlar  öz  bədii  xüsusiyyəti  və 
ifası ilə heç də dövrün təsviri sənət nümunələrindən geri qalmır. 
Belə  qabartmalara,  ilk  növbədə,  dik  dayanaraq  kişnəyən  at  başı  təsvirini 
aid edə bilərik. Çox həyati və ekspressiv səpkidə oyulmuş bu daş hissəsi onu yaradan 
sənətkarın  dərin  müşahidəsi  və  qabil  sənətkar  olmasını  göstərir.  Son  illərdə 
alimlərimiz  "Bayıl  daşları"  arasında  bu  və  ya  başqa  bir  atın  ayrı-ayrı  hissələrini 
(ayağı,  yüyənli  ağzı,  üstündə  olan  qalxanının  bir  hissəsi  və  s.)  təsvir  edən  yeni 
barelyeflər  aşkar  etmişlər.  Beləliklə,  axtarışlar  nəticəsində  natural  həcmdə  olan  bu 
pannoları,  nəhayət,  bərpa  etmək  mümkün  olmuşdur.  Atların  hərəkətləri, 
yüyənlərinin  dartılmış  bir  vəziyyətdə  verilməsi,  döş  tərəfdəki  qalxanın  rəsmi  və  s. 
amillər göstərir ki, onların üstündə süvarilər də varmış. 
Bu  pannoların  həcmcə  böyüklüyü  və  məzmunu  onların  vaxtilə  qalanın  ən 
mərkəz  hissəsində  olduğunu  göstərir.  Belə  yerdə,  çox  güman  ki,  qalanın  giriş 
hissəsi olmuşdur. 
Deməli,  friz  xarakteri  daşıyan  "Bayıl  daşları"  arasında  vaxtilə  süjetli 
pannolar da varmış. 
"Bayıl daşları" arasında bu əsrlərdə, başqa sənət növlərində olduğu kimi, real 
məxluq  təsvirləri  ilə  yanaşı,  əfsanəvi  -  mifik  obrazlara  da  təsadüf  edirik.  Bunlara 
sfinks (aslan-bədənli, qadınbaşlı, qanadlı məxluq), qrifon (qartalbaşlı, aslangövdəli 
məxluq)  və  Vaq-vaq  adlı  təsvirləri  (gövdəsi  bitki,  budaqlarından  canlıların  baş 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə