A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə34/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   30   31   32   33   34   35   36   37   ...   116

88 
 
Azərbaycan  xalçasının  tarixini  araşdıranlar  bədii  və  texnoloji 
xüsusiyyətlərinə  görə  xalçalarımızı,  adətən,  dörd  böyük  növə  bölürlər:  Quba-Şirvan, 
Gəncə-Qazax, Qarabağ və Təbriz xalçaları. Hər növə müəyyən xalçalar daxil olur ki, 
bunlar  da  toxunduqları  yerin  adını  daşıyır.  Azərbaycan  xalqının  xalça  sənətini 
öyrənmək  üçün  xalçalarımızın  ornament,  rəng  və  kompozisiya  prinsiplərini  nəzərə 
almaq  lazımdır.  Bir-birilə  sıx  əlaqədə  olan  bu  üç  amil,  ümumiyyətlə,  xalçaların,  o 
cümlədən  Azərbaycan  xalçalarının  bədii  xüsusiyyətini  müəyyən  edir.  Azərbaycan 
xalçaları  kompozisiya  cəhətdən  müxtəlifdir.  Adətən  xalçalardan  harada  və  hansı 
məqsəd üçün istifadə ediləcəyindən asılı olaraq onun ümumi kompozisiyası, ölçüsü, 
bəzəkləri  və  hətta  rəngi  də  dəyişir.  Azərbaycan  xalçaları  cürbəcürdür.  Məsələn:  a) 
həcmcə balaca olan namazlıq xalça; b) divar xalçaları; c) qonaq otaqlarını bəzəmək üçün 
bir  neçə  xalçadan  ibarət  dəst  xalçalar  ölçüsünə,  formasına  və  kompozisiyasına  görə 
müxtəlif  olur;  otağın  orta  hissəsində  sərilmiş  iri  xalça  (xalı),  yuxarı  tərəfdə  yerə 
salınan "baş" xalça və ortadakı iri xalçanın yanlarında salınan "yan" xalça. 
Azərbaycan  xalçalarının  kompozisiyaları  bir  qayda  olaraq,  bir-birindən 
asılı olan iki  ünsürdən ibarətdir: ara  sahə  xalçanın  ortası  və  yelən xalçanın  kənar 
bəzəkləri;  ara  sahə  və  yelən,  adətən  Azərbaycan  xalçalarının  xarakterini 
müəyyənləşdirir,  naxışlar  isə  onların  kompozisiyasını  tamamlayır.  Xalçanın 
ortasının  və  kənar  naxışlarının  kompozisiya  xüsusiyyəti  ondakı  rənglərin  və 
ornamentlərin bir-birinə  olan  tənasübü  ilə  səciyyələnir.  Azərbaycan  xalçalarındakı 
bu cəhət onların keyfiyyətini müəyyənləşdirir.  Xalçalarımız qədim zamanlardan bu 
günə  kimi  həm  əməli,  həm  də  ideya-bədii  əhəmiyyətə  malik  olmuşdur.  Bədii 
xüsusiyyət və məzmun toxunan xalçanın rəsmində, orna-mentində və rəngində öz 
əksini tapmışdır. 
Xalçalarımızın  bədii  xüsusiyyəti  və  məzmunu  əsasən  onları  bəzəyən 
ornamentlərdən  asılıdır,  çünki  ornament  tətbiq  olunduğu  sənət  nümunəsini 
bəzəməklə  bərabər,  onun  məzmununu  da  üzə  çıxarır.  Azərbaycan  xalçaları 
rənglərinə  görə  də  müxtəlifdir.  Onlar  üçün  çoxrənglilik  (polixromiya)  daha 
səciyyəvidir. 
Bir-birinə  zidd,  müxtəlif  rənglərin  ahəngdarlıqla  işlədilməsi  Azərbaycan 
xalçalarının  tipik  xüsusiyyətlərindəndir.  Azərbaycan  xalçaçılıq  sənətinin  rəng 
xüsusiyyətlərindən  biri  də  budur  ki,  xalq  ustaları  rəng  çalarlarının  parlaqlıq  və 
sönüklüyünü, təzadlığını, rəng qavrayışı qanunlarını müasir elmi cəhətdən olmasa 
da,  yaxından  hiss  etmişlər.  Xalq  ustalarının  müxtəlif  rənglərə  münasibətini 
aşağıdakı misallarla göstərmək olar. Ustalar parlaq rənglərdən biri olan al-qırmızını 
"alışdım-yandım" adlandırmışlar. Bundan başqa xalçaçıların işlətdikləri "ağ ilə yaşıl, 
xoş  yaraşır",  "qırmızı-sarı,  çağırma  barı"  kimi  ifadələr  onların  rəng  qavrayışına, 
rəng əlaqələrinə münasibətini aydın göstərir. 
Adətən  xalçaçılar  qabaqcadan  xalçanın  nə  məqsəd  üçün  istifadə 
ediləcəyini  bilib,  sonra  onu  rəngli  iplərlə  bəzəməyə  başlayırdılar.  Ustalar  xalça 
üzərində rənglərin bölüşdürülməsində və gözəl görünməsində baxılan məsafənin və 
habelə  xalçanın  formasının,  ölçüsünün  və  rənglərinin  bir-birinə  nisbətini  əsas 


89 
 
götürürdülər. Çünki onlar bilirdilər ki, ilk nəzərdə mücərrəd və sxematik görünən 
rəngarəng  xalça,  palaz  və  ya  vərni  rənglərin  bir-birinə  düzgün  nisbəti  nəticəsində 
uzaqdan  baxdıqda  daha  bədii  və  real  təsir  bağışlayır  və  ya  əksinə,  rənglərin  bir-
birinə nisbəti sayəsində uzaqdan pis, yaxından isə yaxşı görünür. 
Xalq  sənətkarları  elə  xalçalar  və  xalça  məmulatı  (məsələn,  çadırüstü, 
pərdə və s.) toxuyurdular ki, onların üzərindəki bəzəklər həm uzaq, həm də yaxın 
məsafədən  gözəl  təsir  bağışlayırdı.  Axırıncı  üsul  üçün  toxucular  belə  bir  orijinal 
rəng  kompozisiyasına  müraciət  edirdilər:  təsvir  olunan  hər  bir  naxışın  rənglərini 
kiçik və böyük qruplara bölürdülər. Kiçik rəng qruplarından quraşdırılmış bəzəklər 
uzaq məsafədən baxdıqda fona qarışaraq gözdən itir və böyük rəsmlərin daha aydın 
və  canlı  görünməsinə  kömək  edir.  Yaxına  gəldikdə  isə  əksinə,  kiçik  rəsmlər 
canlanır, dəqiqləşir, böyük rəsmlərin daha aydın və canlı görünməsinə kömək edir. 
Yaxına gəldikdə isə əksinə, kiçik rəsmlər canlanır, dəqiqləşir, böyük rəsmlər itərək 
ümumi  rəng  kimi  qavranılır.  Azərbaycan  xalçaları  öz  bədii  xüsusiyyətlərinə  görə 
adətən  iki  böyük  qrupa  bölünür:  ornamental  və  süjetli  xalçalar.  Bu  qruplar 
içərisində ornamental xalçalar həmişə çoxluq təşkil etmişdir. 
Araşdırmalar göstərir ki, dekorativ-tətbiqi sənətimizin başqa növləri kimi 
xalçaçılıq sənəti də XI-XV yüzilliklərdə çox zəngin bir inkişaf yolu keçmişdir. Bu 
əsrlərin  yazılı  mənbələrində  yurdumuzun  el  sənətlərindən  bəhs  edilərkən  burada 
keyfiyyətli xalçalar toxunduğu və bir çox ölkələrə ixrac olunduğu qeyd edilir. 
Bu  dövrdə  Azərbaycanda  yüksək  səviyyəli  bədii  xalçalar  toxunduğuna 
dahi  şairlərimiz  Nizami  Gəncəvi,  Xaqani  Şirvaninin  əsərlərində  də  rast  gəlirik. 
Azərbaycan  xalçalarının  yüksək  keyfiyyətindən  danışan  Nizami  Gəncəvi  Bərdə 
şəhərinin padşahı Nüşabənin dəbdəbəli sarayını təsvir edərkən belə deyir: 
 
 
Onun böyük şah sarayı vardır,  
Orada qiymətli xalı döşənmişdir. 
 
Nizaminin əsərlərində biz təkcə xalça barədə deyil, xalça məmulatlarından 
olan  mafraş,  heybə  haqqında  da  bəhslərə  rast  gəlirik.  Məsələn,  şair  "Xosrov  və 
Şirin"  poemasında  Xosrovun  ova  çıxmasını  təsvir  edərkən  mafraş  haqqında  belə 
deyir: "Min dəvə, içi gözəl bəzək şeyləri ilə dolu olan ipək toxunuşlu mafraşlarla 
yüklənmişlər".  Bu  məlumatlar  XII-XIII  yüzilliklərdə  Azərbaycanda  yüksək 
keyfiyyətli xalça məmulatları istehsal edildiyini tam yəqinliyi ilə göstərir. 
Araşdırmalar təsdiq edir ki, Azərbaycan xalçaları XIV-XV yüzilliklərdən 
etibarən ümumdünya bazarlarında xüsusilə geniş şöhrət tapmağa başlayır, Təsadüfi 
deyildir  ki,  həmin  dövrdə  Avropa  və  Şərq  ölkələrində  yaradılmış  rəssamlıq 
əsərlərində  Azərbaycan  xalçalarının  təsvirinə  rast  gəlirik.  Məsələn,  Niderland 
rəssamı Hans Memlinqin (1433-1494) "Məryəm öz körpəsi ilə" əsərində biz Şirvan 
xalçasına,  Venesiya  rəssamı  Karlo  Krivellonun  (1430-1493)  "Müjdə"  əsərində 
Gəncə-Qazax növlü xalçaya, İtaliya rəssamı Dominiko de Bortolonun "Findlinqin 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə