A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə37/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   33   34   35   36   37   38   39   40   ...   116

95 
 
kənarlarından  da  istifadə  edirdilər.  Çox  zaman  rəssam  illüstrə  edəcəyi  ədəbi 
mətndən  yayınaraq  öz  kompozisiyasına  əlavə  surətlər,  yaxud  da  bütöv  səhnələr 
gətirirdi.  Bununla  o,  illüstrə  etdiyi  süjeti  daha  da  genişləndirir,  zənginləşdirir,  
müvafiq həyat hadisələri ilə bağlayırdı. 
Əlyazmanın  tərtibat  işlərində  nəqqaş  da  iştirak  edir.  O,  səhifələrdəki 
mətni çərçivəyə alır, başlıqları,  sərlövhə  və  sonluqları bəzəyir, bəzən də  əlyazma 
səhifələrinin geniş kənarlarında rəsmlər çəkirdi. 
Dövrümüzədək mühafizə olunmuş əlyazma kitablarının ilkin nüsxələri, XIII 
əsrin ortaları və XIV əsrin əvvəllərinə aiddir. 
Bu zaman monqol hakimlərinin paytaxtında əlyazma kitablarını köçürmək 
və  tərtib  etmək  üçün  emalatxanalar  yaradılmışdı.  Elmi-bədii  mərkəz  olan  həmin 
emalatxanalarda  yerli  alimlərlə  yanaşı,  memarlar  və  rəssamlar,  həmçinin  monqol 
hakimlərinin  başqa  ölkələrdən  buraya  cəlb  etdikləri  digər  sənətkarlar  da  işləyib 
yaradırdılar.  Elxanilərin  Xoyda,  Marağa,  Təbriz  və  Soltaniyyədəki  saray 
emalatxanalarında,  ağır  vəziyyətdə  işləyən  incəsənət  ustaları  və  sənətkarlarla 
yanaşı  xəttat  və  rəssamlar  da  gözəl  tərtib  olunmuş  dini,  elmi  və  bədii  əlyazma 
kitabları  yaradırdılar.  XIV  əsrin  əvvəllərində  illüstrasiyalı  əlyazmaların  yaradılması 
ilə  əsasən  Təbrizin  yaxınlığında,  Rəşidiyyə  adlanan  universitet  şəhərciyində  məşğul 
olurdular. Çox da böyük olmayan bu elmi şəhərcikdə Qazan xanın tarixçisi  və vəziri 
Fəzlullah  Rəşidəddin  tərəfindən  təsis  olunmuş  universitet  və  kitabxanada  müxtəlif 
məzmunlu  60  min  kitab  var  idi.  Rəşidəddinin  kitabxanası  nəzdində  işləyən  bədii 
emalatxanada  müxtəlif  ölkə  və  şəhərlərdən  dəvət  olunmuş  xəttat  və  rəssamlar  da 
işləyirdilər. Onlar tarixçilərin yazdığı və Rəşidəddinin redaktoru və  müəlliflərindən 
biri  olduğu  salnamə  toplusu "Cami-ət  təvarix"in  üzünü  köçürür,  ona  illüstrasiyalar 
çəkirdilər.  Rəşidəddinin  göstərişi  ilə  "Cami-ət  təvarix"in  çoxlu  əlyazma  nüsxəsi 
hazırlanır  və  o  zamankı  İrana  və  digər  müsəlman  ölkələrinə  göndərilirdi.  Sultan 
Əbusəidin  vaxtında,  1318-ci  ildə  Rəşidəddin  edam  edildikdən  sonra  onun  yaratdığı 
Rubi Rəşidi (Rəşidiyyə) şəhərciyi dağıdılmış, kitabxana isə qarət edilmişdir. 
Saray  ustaları  tərəfindən  Xoyda,  Marağa  və  Təbrizdə  köçürülən 
əlyazmalarının  ilk  nümunələrindən  olan  "Vərqa  və  Gülşa"  (XIII  əsrin  əvvəli),  İbn 


96 
 
Bəhtuşinin "Mənafi əl-heyvan" (1297-1299) və Rəşidəddinin "Cami-ət təvarix" (1307-
1314)  əsərlərinin  tərtibatında  və  yazı  tərzində  XII-XIII  əsrlərdə  ərəb  ölkələrində, 
xüsusən Bağdadda hazırlanmış əlyazmaları ilə müəyyən yaxınlıq və ümumilik vardır. 
Azərbaycanda  bədii  əlyazma  sənətinin  bu  erkən  inkişaf  dövründə  xəttat  və 
digər  incəsənət  ustalarının  yaradıcılıq  fəaliyyəti  çox  geniş  idi.  Onların  çoxu  şair, 
xəttat  və  rəssam olmuş, çoxlu tələbələr  yetişdirmiş, əlyazma  kitabları  və  memarlıq 
abidələrində  yazdıqları  dekorativ  kitabələr  kimi  misilsiz  sənət  nümunələri  qoyub 
getmişlər.  Belə  məşhur  ustalardan  biri,  Təbrizdə  doğulmuş  Mübarək  şah 
Zərrinqələm idi. Bu məşhur xəttat o zaman işlədilən altı klassik xətt növünün mahir 
ustası  olmuşdur.  1358-1374-cü  illərdə  hökmdarlıq  etmiş  Sultan  Üveys  Cəlayir 
tərəfindən Nəcəfdə tikdirilmiş binanın kitabələrini Zərrinqələm yazmışdır. Bu bədii 
xətt  ustasının  çox  istedadlı  və  məhsuldar  şagirdi  olan  Abdullah  Seyrəfi  Təbrizi 
(1350-ci  ildə  vəfat  etmişdir)  bir  çox  Təbriz  binalarının  daxili  və  xaricini  bəzəyən 
dekorativ yazıların müəllifidir. 
XIV əsrin əvvəllərində yaşayıb-yaratmış ustad xəttatlardan biri də Abdullah 
ibn  Əhməd  ibn  Fəzlullah  Marağidir.  1338-ci  il  tarixli  nadir  Quran  nüsxəsi  onun 
yaradıcılığının məhsuludur. 
O zaman yüksək bədii keyfiyyətdə hazırlanan əlyazmaların, xüsusən dini 
əsərlərin  bəzəyi  dekorativ  sənətlər  sahəsində  əl  qabiliyyəti  olan  xəttatların  özləri 
tərəfindən yerinə yetirilirdi. Əlyazma kitabların bədii tərtibatında bədii cild ustalarının 
da  mühüm  rolu  olmuşdur.  Məsələn,  Təbrizdə  yaradılmış  1334-cü  il  tarixli  bir 
əlyazma  cildinin  müəllifi  Məhəmməd  Əlinin  bu  sənətin  inkişafına  böyük  təsiri 
olmuşdur. 
İlk dövrlərdə dünyəvi məzmunlu əlyazma kitabların dekorativ bəzəyi çox 
da  zəngin  olmurdu.  Lakin  bu  əlyazmalarından  onların  səhifələrini  süsləyən 
miniatür-illüstrasiyalar  eyni  zamanda,  bəzək  elementi  rolunu  oynayırdı.  Bu 
dövrdəki  əlyazmaların,  demək  olar  ki,  bütün  səhifələrində  bir  kiçik  miniatür 
yerləşdirilirdi. 
Orta əsrlərdə elmi-tarixi və ədəbi-bədii əlyazmalarından başqa çoxlu dini 
məzmunlu əlyazma kitabları da yaradılırdı. Bunlardan Quran nüsxələrini və Quranın 
30 cüzünə müvafiq olaraq düzəldilmiş cüzləri göstərmək olar. 
XIV  əsrin  birinci  rübünə  aid  dini  kitablardan  1322-ci  ildə  Şirvanda 
yazılmış  "Musabexx  us-sanna"  adlı  əsəri  xüsusilə  qeyd  etmək  lazımdır.  300 
səhifədən ibarət olan həmin nüsxə xəttat Məhəmməd ben Şüca ben Məhəmməd əl-
Katib  əş-Şirvani  tərəfindən  "nəsx"  xətti  ilə  köçürülmüş,  çox  güman  ki,  tərtibatı  da 
onun  özünə  aiddir.  Əlyazmanın  başlanğıcında  zəngin  ornament  bəzəkli  qoşa 
səhifədən ibarət frontispis vardır ki, onun aşağı və yuxarı kartuşlarında müəllifin və 
əsərin  adı  yerləşdirilmişdir.  Ayrı-ayrı  fəsillərin  iri  xətlə  yazılmış  sərlövhəsi  qara, 
qırmızı və yaşıl rəngli tuşla ifa edilmişdir. Kolofon ayrıca vərəqədə qırmızı və qara 
"rüqə" xətti ilə yazılmışdır. Zərifliyi və tərtibat bitkinliyinə görə bu əlyazması XIV 
əsr Azərbaycan kitab tərtibatı sənətinin nadir nümunələrindən hesab edilir. 
XIII  əsrdə  və  XIV  əsrin  birinci  yarısında  yaradılmış  dünyəvi  məzmunlu 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə