A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə38/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   34   35   36   37   38   39   40   41   ...   116

97 
 
əlyazmaların  dekorativ  tərtibatının  xarakterinə  gəlincə,  qeyd  etməliyik  ki,  onlar 
əvvəlcə  çox  sadə  tərtib  olunur,  yazıları  isə  orta  səviyyəli  olurdu.  Lakin  bu 
əlyazmaları ifa tərzinə görə müxtəlif olan çoxlu miniatürlərlə illüstrə edilirdi. Bu dövr 
əlyazmalarının bir çoxunda müxtəlif mövzuları, poetik süjet və ya həyat hadisələrini 
əks  etdirən  miniatürdən  ibarət  frontispis  vardır.  Frontispisdən  sonra  başlığı  kiçik 
ornament kompozisiyası ilə bəzənmiş birinci səhifə yerləşir. Poetik əsərlərin səhifələri 
şaquli  istiqamət  üzrə  dörd,  yaxud  altı  sütuna  bölünür.  Sütunlar  qara,  qırmızı  və  göy 
rəngli xətlərlə cızılmış çərçivəyə alınır. 
Bu  dövrə  aid  elmi-tarixi  və  ədəbi-bədii  əsərlərin  miniatürlərlə  bəzənmiş 
əlyazma  nüsxələrindən  Əlaəddin Cöveyinin "Monqolların  tarixi" (1290-cı  il), İbn 
Bəhtaşinin  "Mənafi  əl-heyvan"  (1297-1299),  Rəşidəddinin  "Cami-ət  təvarix" 
(1307-1314-cü illər və 1318-ci il), Firdovsi "Şahnamə"sinin 1340-1350-ci il tarixli 
nüsxəsi ("Demot şahnaməsi") kimi nadir əsərlərini xüsusilə qeyd etmək lazımdır. 
Göstərilən  nüsxələrdən  təkcə  Nyu-Yorkda  Morqanın  kolleksiyasına 
məxsus  olan  "Mənafi  əl-heyvan"  əlyazmasında  onun  sifarişçisi  Şəmsəddin  ben 
Ziyəddin Züşəkinin ekslibrisi vardır. Həmin ekslibrislə sifarişçinin adı "tövqi" xətti 
ilə yazılmışdır. Xonçanın ayrı-
ayrı 
hissələri 
arasındakı 
boşluqlar  əyri  xətli  ornament 
motivləri  ilə  doldurulmuşdur. 
Əsərin  mətni  dörd  sütunda 
"nəsx"  xətti  ilə  yazılmış, 
üslubuna 
görə 
müxtəlif 
xarakterli 
miniatürlərlə 
bəzədilmişdir. Bu əsərin təkcə 
bölmə  başlıqları  iri  "kufi" 
xətti 
ilə 
yazılmışdır. 
Miniatürlərin  tuşla  qrafik 
üsulda  işlənməsi,  mətnin  iri 
"nəsx" 
xətti 
və 
bölmə 
sərlövhələrinin iri kufi xətti ilə 
ahəngdarlıq  təşkil  edir.  Bu 
miniatürlərin 
əlyazmanın 
səhifələrində 
müxtəlif 
üsullarda  yerləşdirilməsi  bir 
qədər sonra işlənmiş "Cami-ət 
təvarix"in London və İstanbul 
nüsxələrindəki 
miniatür 
formalarına  əsasən  uyğun 
gəlir.  Təsvir  vasitələrinin 
bəsitliyi,  rəsmin  sərtliyi,  qalın  qara  tuş  cizgilərlə  icra  edilməsi,  Azərbaycanda 
yaradılan  ilk  əlyazmaların  bir  qədər  kobud  dekorativ  üslubda  tərtib  olunduğunu 


98 
 
xarakterizə edir. 
Bədii  tərtibatına  görə  diqqəti  cəlb  edən  əlyazmalarından  olan  1333-cü  il 
tarixli  "Şahnamə"də  "nəsx"  xəttilə  dörd  sütunda  yazılmış  bölmələrin  sərlövhəsi 
"rüqə" xəttilə işlənmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  tərtib  olunan  əsərlərin  formasını,  yaxud  iri 
bölmələr arasındakı səhifələrini bəzəyən miniatürlü frontispisli əlyazmalara hələ ilk 
dövrlərdə təsadüf olunur. Məsələn, yuxarıda adı çəkilən 1333-cü il "Şahnamə"sində, 
poemanın  əvvəlində  (müqəddimədən  sonra)  iki  vərəqdən  ibarət  frontispis  verilir. 
Buradakı  miniatürlər  kompozisiya  və  mövzusu  etibarilə  müstəqil  xarakter  daşıyır, 
poemanın  məzmunu  ilə  əlaqədar  olmayır.  Onlardan  biri  ov  səhnəsini,  digəri  isə 
padşahın saray məclisini təsvir edir. Bu əlyazması üçün səciyyəvi olan cəhətlərdən 
biri  də  budur  ki,  onun  axırında  əsərin  məzmunu  ilə  əlaqəsi  olmayan  daha  bir 
miniatür vardır ki, bu da əlyazmasının dekorativ-bəzək elementlərini yekunlaşdırır. 
Əlyazmanın sonunda, onun kolofonunun altında yerləşdirilən bu miniatür Firdovsinin 
öz poemasını Sultan Mahmud Qəznəviyə təqdim etməsi səhnəsini təsvir edir. 
XIV  əsrin  birinci  yarısında  Azərbaycanda  cildsazlıq  sənətinin  ən  yaxşı 
nümunəsinə misal olaraq İstanbulun Evqaf muzeyində saxlanan (2485 № -li) 1334-cü 
il  tarixli  əlyazmasının  cildini  göstərmək  olar.  Bu  orijinal  cild,  usta  Məhəmməd  Əli 
tərəfindən Təbrizdə hazırlanmışdır. Qırmızımtıl-qəhvəyi rəngli dəridən düzəldilmiş 
cildin sol qapağının iç tərəfində ustanın adı qızılla yazılmışdır. 
XV  əsrdə  Azərbaycanın  iqtisadi,  ictimai  və  siyasi  həyatında  baş  verən 
yüksəliş  xalqın  mədəniyyəti,  ədəbiyyatı  və  incəsənətinə  müsbət  təsir  göstərir, 
dövrün qabaqcıl ideyalarını əks etdirən elmi və bədii əsərlərin yaranmasma səbəb 
olurdu. 
Şimali Azərbaycanda Şirvanşahların Şamaxı və Bakı saraylarında, cənubda 
isə Ağqoyunlu və Qaraqoyunluların Təbriz sarayında toplanmış dövrün görkəmli alim 
və şairləri, sənətkarları Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış elmi, fəlsəfi və 
bədii  əsərlərini  yaradırdılar.  Qaraqoyunlu  Cahan  şahın  sarayı  Azərbaycan 
mədəniyyətinin mərkəzinə çevrilmişdi. Sarayda təşkil edilən ədəbi məclislərdə şairlər, 
o  cümlədən  "Həqiqi"  təxəllüsü  ilə  Azərbaycan  və  fars  dillərində  şeirlər  yazan 
Cahan şah özü də iştirak edirdi. 
Bu  dövrdə  Azərbaycanda  müxtəlif  elm  sahələri  inkişaf  edirdi.  Dövrün 
görkəmli  alimlərindən  olan  Seyid  Yəhyə  Bakuvi,  Əbdürrəşid  İbn  Saleh  Bakuvi, 
Təbrizli  Seyid  Əhməd  Lələvi  və  başqaları  Azərbaycanda  fəlsəfi  fikrin,  tarix, 
coğrafiya və başqa elm sahələrinin inkişafında xüsusilə böyük rol oynamışlar. 
Bu dövrdə Azərbaycanda klassik bədii irsi öyrənməyə  meyil artır. Klassik 
Şərq  poeziyasının  tədqiqi,  şərhi  və  s.  ədəbiyyat  məsələlərinə  həsr  olunmuş  elmi-
nəzəri əsərlər yazılır, bədii tərcümə işlərinə daha çox əhəmiyyət verilirdi. XV əsrdən 
başlayaraq,  Azərbaycan  ədəbiyyatı  əsasən  milli  dildə  inkişaf  etməyə  başlayır. 
Azərbaycan dili ədəbi-bədii dil kimi sürətlə inkişaf edib zənginləşir. 
XIII-XIV  əsrlərdə  Azərbaycan  ədəbiyyatında  təriqət  görüşləri  əsas  yer 
tuturdusa,  XV  əsrdən etibarən  məhəbbət lirikası  və  fəlsəfi  fikir  daha  mühüm  sayılırdı. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə